GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qəssabın narkotik şəbəkəsi

Qəssabın narkotik şəbəkəsi

Tarix: 21-06-2016, 13:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Qəssabın narkotik şəbəkəsi

Məhkəmə narkotik alverçisini də, alıcılarını da cəzalandırdı

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Balakən rayon sakini, 1966-cı il təvəllüdlü Çingiz Yolçuyev, Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Nofəl Hüseynov, Bakı şəhər sakinləri, 1990-cı il təvəllüdlü Fərid İsmayılov, 1978-ci il təvəllüdlü Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Çingiz Yolçuyev satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib. O, 2015-ci ilin iyun ayının axırlarında Balakən rayonunun Poçtbinə kəndi ərazisində yerləşən meşə sahəsindən axan çaya çimməyə gedərkən orada zibilliyin içərisində bir ədəd sellofan bağlamada ümumi çəkisi 117,79 qram olan narkotik vasitə qurudulmuş marixuananı tapıb.

Çingiz Yolçuyev narkotik vasitəni həmin zibillikdəki kolların arasında gizlədib və daha sonra iyulun 6-da, saat 17 radələrində Balakən rayonunun Bedağar kəndində “Üçmərtəbə” adlanan restoranda tanışları Nofəl Hüseynov, Fərid İsmayılov və Rəşad İsmayılov ilə görüşüb.

Bu zaman Çingiz Yolçuyev həmin tanışlarına qurudulmuş marixuananın qiymətini 800 manata danışıb və pulunu sonradan ödəmək şərti ilə satmağa razılaşıb.

Çingiz Yolçuyev sonra, həmin 117,79 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi meşə sahəsindəki zibillikdən götürüb və “Üç mərtəbə” adlanan restoranın yaxınlığında Nofəl Hüseynova satıb.

Daha sonra, həmin günŞ saat 19 radələrində Zaqatala rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Zaqatala şəhəri Faiq Əmirov küçəsində saxlanılan Fərid İsmayılovun idarə etdiyi, Nofəl Hüseynov və Rəşad İsmayılovun sərnişinləri olduğu “Hyundai Azera” markalı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda narkotik vasitələr aşkar edilib.

Zaqatala rayon Məhkəməsinin hökmü ilə Çingiz Yolçuyev 3 il 6 ay, Nofəl Hüseynov 2 il 6 ay, Fərid İsmayılov 2 il, Rəşad İsmayılov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Fərid İsmayılov 250 manat cərimə olunub.

“Əvvəllər qəssab olmuşam”

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar apelyasiya şikayətlərində cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Onların şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cinayət işi üzrə ifadə verən Çingiz Yolçuyev ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Balakən rayonunun Talalar kəndində ailəsi ilə birlikdə yaşayır: “Əvvəllər Balakən rayonunda qəssab kimi fəaliyyət göstərərək iri buynuzlu heyvanları kəsərək ətini Bakı şəhərinə göndərmişəm. Nofəl Hüseynovu 3 il əvvəl tanımışam. Həmin vaxtlarda Balakən rayonundan Nofələ iri buynuzlu heyvanlar almışıq. Məni heyvanları kəsib ətini Bakı şəhərində olan Nofələ göndərmişəm”.

“Bildirdi ki, pulu alaraq qaçıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 6-da, təxminən saat 14 radələrində yaşadığı evdə olarkən həyət qapısından kiminsə çağıran səsini eşidib və yaşadığı evin həyət qapısının yanına çıxıb: “Orada əvvəllər tanıdığım Nofəlin yanında, sonradan tanıdığım Rəşad və Fəridlə birlikdə “Hyundai Azera” markalı avtomaşınla dayandıqlarını gördüm. Nofəl yanında olan şəxsləri mənə təqdim etdi. Nofəl və onun yanında olan şəxslərlə görüşərək onları yaşadığım evə dəvət etdim. Yaşadığım evdə onlarla birlikdə çay içib çörək yeydik. Bu zaman onlar əvvəlcə Balakən rayonunda mal ətinin qiyməti ilə maraqlandılar. Balakən rayonunda olan mal ətinin qiymətlərini dedim. Rəşad Bakı şəhərində, Yasamal bazarının yaxınlığında mal saxlamaq üçün şəraitləri olduğunu söylədi”.

Çingiz Yolçuyev bildirib ki, daha sonra Nofəl ona iyulun 5-də, saat 24 radələrindən Balakən rayonunda olduqlarını, Elvin adlı tanışına “mal” almaq üçün pul verdiyini bildirib: “Nofəldən Elvinə neçə manat pul verdiyini soruşdum. Nofəl 550 manat Elvinə pul verdiyini dediş. Bildirdi ki, Elvinin onları öz evinin yaxınlığına apararaq 550 manat pulu orada ondan alıb və qaçıb”.

“Narkotiklə bağlı söhbət etməyə başladıq”

Çingiz Yolçuyev qeyd edib ki, daha sonra Nofəl ondan Elvini tapmağa köməklik etməsini, əgər Elvinin özünün “mal” təşkil etməyə imkanı yoxdursa, onlara narkotik maddə olan marixuana təşkil etməsini təklif edib: “Həmin vaxt mənə məlum oldu ki, Nofəl Elvinə mal-qara almaq üçün yox,

narkotik maddə olan marixuana almaq üçün pul verib, eləcə də, Nofəl ona narkotik maddə çəkmək istədiklərini dedi və onlara narkotik maddə təşkil etməyi məndən xahiş etdi. Nofələ heç vaxt narkotikdən istifadə etmədiyimi və satmadığımı, lakin onların xətrinə tanışlarımdan maraqlanaraq bir söz deyəcəyimi bildirdim. Həmin vaxt onlarla birlıkdə Balakən rayonunun Bedağar kəndinə getdim və oradakı “Üçmərtəbə” adlanan restoranda oturaraq narkotiklə bağlı söhbət etməyə başladıq”.

“Narkotik vasitə istifadəçisi və satıcısı olmamışam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra Gürcüstan yolunun üstündə Poçtbinə kəndinin çay kənarı zibil tökülən yerə gediblər və orada sellofan torbanın içərisində narkotik vasitəni götürərək Nofələ verib: “Narkotik vasitə olan marixuananı Nofələ verməmişdən 1 həftə əvvəl Poçtbinə kəndinin çay kənarına çimməyə gedərkən zibillikdə həmin narkotik vasitəni görmüşdüm. Lakin həmin vaxtı qeyd etdiyim narkotik vasitə olan marixuananı götürməmişdim. Çünki narkotik vasitə istifadəçisi və satıcısı olmamışam”.

Çingiz Yolçuyev qeyd edib ki, Nofəl ondan narkotik vasitə olan marixuana təşkil etməyi xahiş edib və həmin vaxt onun yadına Poçtbinə kəndinin çay kənarı zibil tökülən yerdən tapdığı narkotik düşüb: “Nofəlgilin gəldiyi avtomaşınla tək sükan arxasına oturdum və Poçtbinə kəndinin çay kənarına gedərək narkotik vasitəni oradan götürdüm. Sonra Bedağar kəndinə gəldim və həmin kənddə yerləşən “Üçmərtəbə” restoranının yanında Nofələ verdim. Nofəl məndən aldığı narkotikin əvəzinə sonralar 800 manat dəyərində 1 baş dana

verəcəyinə söz verdi. Lakin aramızda nagd pul söhbəti olmayıb. Hərəkətimdən peşman olmuşam”.

Fəridin təklifi ilə razılaşdım”

Digər təqsirləndirilən Nofəl Hüseynov bildirib ki, Bərdə rayonunun Mehdili kəndində qeydiyyatda olsa da, Abşeron rayonunun Masazır kəndində ailəsi ilə birlikdə yaşayır, bir nəfər azyaşlı uşağı var: “Fərid İsmayılovla 2013-cü ildə Kürdəxanıda yerləşən müvəqqəti saxlama təcridxanasında tanış olmuşam. Həmin vaxtlarda Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdum. 2015-ci ilin mart ayında həbsdən azad olunmuşam. Həmin vaxtdan sonra 2015-ci ilin iyun ayında Fəridlə iki dəfə Yasamal rayonunda görüşdük və çayxanada çay içdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 3-də Fərid İsmayılovla Yasamal rayonundakı “Pusu” adlanan çayxanada çay içib: “Bu zaman Fəridə dedi ki, Balakən rayonunda tanışım var, gedək ora istirahətə, həmin tanışım bizə qalmaq üçün ev, çəkmək üçün narkotik vasitə - marixuana təşkil edəcəkdir. Fərid təklifi ilə razılaşdım və tanışım Rəşad İsmayılovla gələcəyimi bildirdim”.

“Elvin narkotik vasitə təşkil edə biləcəyini dedi”

Nofəl Hüseynov qeyd edib ki, iyulun 5-də Fərid onun mobil telefonuna zəng vurub və icarəyə götürdüyü avtomobillə Balakən rayonuna getmək istədiyini bildirib: “Fəridin təklifi ilə razılaşdım. Fərid Rəşadla 2 günlüyə icarəyə götürdüyü avtomobillə Abşeron rayonuna gəldi və oradan məni götürdülər. Birlikdə Fəridin idarə etdiyi “Hyundai Azera”

markalı avtomobillə Balakən rayonuna yola düşdük. Yolda Balakən rayonunun Tülü kəndində yaşayan Elvinə zəng vurdum və Balakən rayonuna gələrək, orada istirahət etmək istədiyimizi dedim, eləcə də marixuana barəsində ondan soruşdum. Elvin narkotik vasitə təşkil edə biləcəyini dedi”.

“Bizi qəbiristanlığın yanına gətirdi”

Nofəl Hüseynov bildirib ki, bundan sonra Elvinə telefonda 100 qram marixuana lazım olduğunu bildirib: “Elvin cavab olaraq 100 qram qurudulmuş marixuananın 700 manat qiyməti olduğunu dedi. İyulun 6-da, saat 00.30 radələrində Balakən rayonuna çatdıq. Elvinin mobil telefonuna zəng vurdum və harada olduğunu soruşdum. Elvin Balakən rayonunda “Bayraq meydanı” adlanan yerdə bizi gözlədiyini dedi. Elvinin dediyi yerə gedərək onunla görüşdük. Elvin Fəridin idarə etdiyi avtomobilə oturaraq bizi qəbiristanlığın yanına gətirdi. Orada Elvin avtomobildən düşərək, bizi gözləməyi, bir azdan gələcəyini dedi. Təxminən 5 dəqiqədən sonra Elvin mobil telefonuma zəng vuraraq avtomobildən təxminən 20 metr irəliyə gəlməyimi xahiş etdi. Avtomobildən düşərək təxminən 20-25 metr piyada gəldim və orada Elvini gördüm. Elvin narkotik vasitə olan marixuananı təşkil etdiyini və pulu verməyimi istədi. Elvinə 700 manat pulum olmadığını, yalnız üzərimdə 550 manat olduğunu bildirdim. Elvin narkotik vasitə olan marixuana təşkil etmək məqsədi ilə məndən 550 manatı alaraq qaçdı”.

“Narkotikin əvəzinə dana verməli idim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, onlarda aşkar olunmuş narkotik vasitəni Balakən rayon sakini Çingiz Yolçuyev verib: “Çingizin verdiyi narkotik vasitə olan marixuananın əvəzində ona 1 baş 800 manat dəyərində dana verməli idim. Narkotik vasitə olan marixuananı Çingizdən nisyə götürmüşdüm. Çingiz Yolçuyev ilə birlikdə Balakən rayonunun Bedağar kəndində yerləşən “Üçmərtəbə“ adlanan kafeyə getdik. Orada Rəşad və Fəridlə birlikdə çay içdikdən sonra Çingiz Yolçuyev narkotik vasitə olan marixuana təşkil etmək məqsədi ilə Fəridin idarə etdiyi avtomaşınla təkbaşına getdi. Təxminən 1 saatdan sonra Çingiz olduğumuz kafeyə gəldi və birlikdə yola çıxaraq avtomaşına oturduq. Avtomaşının içərisində Çingiz narkotik vasitə olan marixuananı mənə verdi”.

Nofəl Hüseynov qeyd edib ki, Bakı şəhərinə qayıtmaq məqsədi ilə gələndə Çingizi yaşadığı evdə düşürüblər. Onun sözlərinə görə, “Üçmərtəbə” adlanan restoranda Çingizlə narkotik vasitə olan marixuana barədə söhbət edib: “Bu zaman Çingiz həmin narkotik vasitəni Gürcüstan yolunun üstündə Poçtbinə kəndinin çay kənarında 1 həftə əvvəl sellofan torbanın içərisində gördüyünü deyib. Elvinin narkotik vasitə təşkil etmək üçün aldığı 550 manat mənə ödənildiyi üçün onun barəsində heç bir şikayətim yoxdur. Həmin pulun 150 manatını Rəşaddan almışdım. Lakin əvvəlcədən həmin 150 manat pulu Rəşada özüm vermişdim. Elvinin məndən narkotik vasitə olan marixuana təşkil etmək üçün aldığı 550 manat özümə məxsusdur”.

“Səmimi etiraf etdim”

Nofəl Hüseynov bildirib ki, onlar iyulun 6-da Balakən rayonundan Bakı şəhərinə getmək üçün çıxıblar: “Zaqatala şəhərinə çatdıqda polis əməkdaşları bizə yaxınlaşaraq özlərini təqdim etdilər və bizi avtomobillə birlikdə polis şöbəsinə dəvət etdilər. Polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərərək Fəridin idarə etdiyi avtomobillə Zaqatala rayon polis şöbəsinə gəldik. Orada hal şahidlərinin iştirakı ilə Fəridin idarə etdiyi “Hyundai Azera” markalı avtomobilə baxış keçirdilər. Baxış zamanı avtomobilin arxa sol oturacağının üstündən göy rəngli sellofan torbada narkotik vasitəsi olan marixuanaya oxşar kütləni polis əməkdaşları gördülər. Həmin sellofan torbanın içərisində marixuana olduğunu və özümə məxsus olduğunu səmimi etiraf etdim. Sonra isə üstümdəki köynəyimin sol cibindən kağıza bükdüyü marixuananı çıxararaq könüllü olaraq polis əməkdaşlarına təqdim etdim. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkildi. Avtomobilin arxa oturacağından aşkar olunmuş narkotik vasitə marixuana 128,90 qram olub, cibimdəki marixuananın çəkisi isə 0,48 qram olub”.

Fərid İsmayılov və Rəşad İsmayılov da eyni məzmunlu ifadə veriblər. Onlar da elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Balakən sakini 1,2 kq marixuana satarkən tutulub

    Balakən sakini 1,2 kq marixuana satarkən tutulub ...

    24-01-2015, 10:08

  • 
  • Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb.

    Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb. ...

    13-01-2016, 12:47

  • 
  • Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş məhkum tutulub

    Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş ...

    19-06-2018, 11:41

  • 
  • BALAKƏN SAKİNİ 2 KQ-A YAXIN MARİXUANA İLƏ TUTULUB - FOTO

    BALAKƏN SAKİNİ 2 KQ-A YAXIN MARİXUANA İLƏ TUTULUB ...

    28-09-2018, 20:52

  • 
  • Narkotik alverçisinə 8 il cəza

    Narkotik alverçisinə 8 il cəza ...

    11-09-2016, 14:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu