GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prokurorluq iş adamının qanını batırır

Prokurorluq iş adamının qanını batırır

Tarix: 28-06-2016, 18:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 862
Prokurorluq iş adamının qanını batırır

İş adamının qətlə yetirilməsi ilə bağlı istintaqın gedişindən narazılıq var

“Müstəntiq cinayəti intihar adı ilə bağlayıb”

Son zamanlar Azərbaycanda intihar hadisələrinin sayının artıq insanı təəccübləndirməyəcək dərəcədə artdığını desək, yanılmarıq. Xüsusən də, rayonlarda bu cür hallara tez-tez rast gəlinir. Əvvəllər bu kimi hadisələrə nadir hallarda rast gəlinirdi. Kiminsə, xüsusən də, gənc yaşda olan birinin həyatına qəsd etməsi adama dəhşətli yuxu kimi görünürdü. Aylarla, hətta illərlə həmin hadisə dillərdə dastan olurdu. Amma indi vəziyyət dəyişib.

Cəmiyyətdəki əsas gərginlik sovet psixologiyasından müasir düşüncəyə keçid mərhələsindən asılıdır. Yəni tərbiyə verənlə tərbiyə alan tamam fərqli düşüncələrdədir. Azərbaycanda hər şeydən əvvəl ictimai-siyasi durum dəyişib. Dəyər meyilləri dəyişib, sovet sistemi ilə indiki sistem arasında böyük fərq var. Çünki tərbiyə edən ayrı nəslin nümayəndəsidir, tərbiyə olunan ayrı nəslin nümayəndəsidir. Keçid dövründəyik. Buna görə də, təzad yaranır.

Ötən il Gəncədə 14 nəfər intihar edib. Ondan əvvəlki ildə isə şəhərdə 20 nəfər intihar edib. 2011-ci ildə özünü öldürənlərin 11-i kişi, 3-ü qadındır. Müsahibimiz qeyd etdi ki, intihar edənlərin 3 nəfəri 15-25 yaş arası, 5 nəfəri 26-40 yaş arası, 5 nəfəri 41-60 yaş arası, bir nəfəri də 60-dan yuxarı olan şəxslərdir.

Amma son illər ölkəmizdə baş verən intihar hadisələrinin sayı xeyli artıb. Bu hadisələrin baş verməsi ilə bağlı qaranlıq faktlar

ortaya çıxır. Öldürülən şəxsləri də intihar adı ilə cinayət işini bağıayırlar. Əslində cinayətin açılması üçün tam və obyektiv araşdırma aparılmır. Amma intihar hadisələrinin araşdırılması üçün prokurorluq orqanlarının üstünə böyük yük düşür. Prokurorluq da cinayəti törədən şəxsləri müəyyən edə bilməyəndə işi intihar adı ilə bağlayır.

Bunlardan biri də ötən il Sabunçuda baş verən intihar hadisəsi ilə bağlıdır. Həmin il iş adamı Coşqun Məmmədov ürəyindən bıçaqlanaraq öldürülsə də, həmin iş intihar adı ilə bağlanıb.

Ötən il iyunun 28-də Bakıda məskunlaşan iş adamı –1969-cu il təvəllüdlü Füzuli rayon sakini Coşqun Məmmədovun mebel sexində ürək nahiyəsindən bıçaq xəsarəti almış meyiti aşkar olunub. Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisədən bir ilə yaxın vaxt keçsə də, mərhumun yaxınları intihar versiyasına inanmırlar. Bildirirlər ki, Coşqun Məmmədovu sexdə bıçaqlayaraq öldürüblər.

Qardaşının qətlə yetirildiyini iddia edən mərhumun qardaşı Qoşqar Məmmədov bununla bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. O, bildirib ki, Coşqun müəmmalı qaydada bıçaqla ürək nahiyəsindən xəsarət almaqla qətlə yetirilib: “Qətllə əlaqədar istintaq hərəkətləri və təyin olunmuş müvafiq ekspertizaların cavablarından narazılığımızı ifadə edirik. Cinayətin törədilməsində

şübhələndiyimiz Cəlal adlı şəxsin atası Azad Füzuli rayonunda yaşayan yaxınlarına deyib ki, pul verməklə işi bağlatmışıq.

Qeyd edim ki, qardaşımın müəmmalı ölümündən keçən müddət ərzində istintaq heç bir müsbət nəticəyə gəlməyib, təyin olunmuş ekspertizaların işin gedişatına heç bir köməyi olmayıb. Cinayət işinin istintaqı Sabunçu rayon prokurorluğunun müstəntiqi Turan Abbasovun icraatındadır”.

“Qardaşımın intihar etməsinə inanmıram”

Qoşqar Məmmədovun sözlərinə görə, hadisə baş verən günü səhər sexdə sifarişçi Cəlal işçilərin yanında Coşqunu təhqir edib: “Əgər qardaşım intihar etmiş olardısa səbəbdə məhz odur. Cəlal mərhuma bildirib ki, bu gün mənim işim yekunlaşmasa səni maşının arxasına bağlayaraq Füzuliyə kimi sürüyüb orda başına sidik ifraz edəcəyəm. Qardaşım günorta Cəlal adlı şəxs və onun əmisi oğlu ilə birlikdə qanıqara vəziyyətdə Ramanıdakı sexə gəlib, az keçdikdən sonra bıçaqlanmış vəziyyətdə aşkar edilib.

Lakin mən qardaşımın intihar etməsinə inanmıram. Çünki onun ciddi bir çətinliyi yox idi, özünə qəsd üçün əsaslar mövcud deyildi. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi işin gedişatından narazıyam və hesab edirəm ki, Sabunçu rayon prokurorluğu cinayətin açılmamış qalmasına maraq nümayiş etdirir”.

Qoşqar Məmmədov şikayətinin sonunda baş prokuror Zakir Qaralovdan cinayətkarların tutularaq məsuliyyətə cəlb olunmasına dair göstəriş verməsini xahiş edib. O, şikayətində Sabunçu rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilməsini istəyib.

125-ci maddə

Zərərçəkmişin hüquqi varisi Qoşqar Məmmədovun nümayəndəsi, vəkil Səlahəddin Cəfərov Teleqraf.com-a bildirib ki, 28 iyun 2015-ci ildə, saat 17.00-da Coşqun Məmmədov döş qəfəsinin sol hissəsindən deşilmiş-kəsilmiş vəziyyətdə aşkar edilib: “Coşqun Məmmədov 3 saylı xəstəxanaya aparılıb, orda vəfat etməsi ilə bağlı cinayət işi toplanıb. 20 fevral 2016-cı ildə zərərçəkmiş şəxsin hüquqi varisilə birlikdə cinayət işi ilə tanış olarkən bir çox məsələlərin araşdırılmaması və müvafiq ekspertizaların təyin olunmaması, həmçinin ekspert qarşısında qoyulmuş sualların cinayət işinin obyektiv araşdırılmasına kifayət etməməsini gördük”.

Səlahəddin Cəfərov deyir ki, sübutlar olmasına baxmayaraq ölüm faktı üzrə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə deyil, məhz Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb: “Qəsdən adam öldürmə fərziyyəsi ətrafında ümumiyyətlə istintaq hərəkətləri aparılmayıb. Özünü öldürən şəxsin paltarını əvvəlcədən soyunduqdan sonra bıçaqla özünə xəsarət yetirməsi istintaq üçün nədənsə maraqlı olmayıb. Müstəntiq israrla intihar versiyası üzrə istiqamət götürüb və cinayət işinin istintaqını da bu istiqamətdə aparıb.

Zərbənin xarakteri düzgün müəyyən edilməyib, şahidlərin hamısı dindirilməyib, ifadələr arasında ziddiyyətlər aradan qaldırılmayıb. Müstəntiqin və prosessual rəhbərliyi həyata keçirən prokurorun istintaqın tam, hərtərəfli və obyektiv aparılmasında maraqlarının olduğu qənaətinə gəlməyimə kifayət qədər əsaslar var”.

Ziddiyyətli ifadələr

Vəkilin sözlərinə görə, cinayət işinin 125-ci maddə ilə başlanması müəyyən məqsəddən xəbər verir. O, qeyd edib ki, şahid Cəmil Cəlilzadənin ilkin ifadəsi istintaq tərəfindən yetərincə qiymətləndirilməyib: “Həmçinin istintaq orqanı Cəmilin mərhumun bacısı oğlu olduğunu dəfələrlə bildirərək qərəzsiz hesab edib. Bu halda Coşqunla Mahirin girov saxlanılması hissəsinə, Cəlalın hadisə günü saat 11 radələrində Coşqunu təhqir edərək: “Axşamadək sifariş etdiyim mebel hazır olmasa səni maşının arxasına boğazından bağlayaraq Babı kəndinə (Füzulinin kəndidir-red.) qədər sürüyəcəm” kimi ifadələrinə loyal yanaşılıb.

Mərhumun tanışı Mahir ifadəsində bildirib ki, iyulun 28-də saat 16.00-da Coşqun ona zəng vurub və borca pul istəyib. Mahir isə Keşlədə sifariş götürdüyü evdə işlədiyini, onun özünün ora gəlməli olduğunu bildirib.

Lakin Cəlal və onun yoldaşı Ayaz ifadələrində bunun əksini bildiriblər. Onlar Mahirlə oturaraq kafedə yemək yediklərini deyiblər. İstintaq bu uyğunsuzluğu ortadan qaldırmayıb”.

Səlahəddin Cəfərov bildirib ki, Cəlal iyunun 28-də səhər tezdən hadisə baş verən yerə gəlməyini, sexdə olan digər şəxslər qarşısında Coşqunu təhqir etməsini gizlətməyə çalışır: “İstintaq cinayət işində qərəzsiz hesab etdiyi Cəlalın ifadəsinin bu hissəsinə əhəmiyyət verməyib”.

Vəkilin sözlərinə görə, hadisə yerində olan bıçaqdan həm mərhum Coşqundan, həmdə digər şəxslərdən əl barmağı izləri götürüb: “İstintaq 10 avqust 2015-ci ildə məhkəmə daktloskopik ekspertiza

təyin edib, 13 avqust tarixində ekspertizaya təqdim olunub. Mərhum Coşqunun sağ və ya sol əl ovuc izləri ilə bıçaq üzərindəki izlərin ekspertiza eyniləşdirilməsinə təqdim olunmayıb.

İstintaq orqanı götürülmüş maddi sübutların düzgün qablaşdırmayıb, həmçinin ekspertizaya vaxtında təqdim olunmayıb. Özünü öldürmə qənaətinə gələrək cinayət işinə xitam verən istintaq nədənsə bıçağı mərhumun hansı əlində tutması və bıçağın kəsmə-deşmə istiqamətinin müəyyən olunması üçün ekspert qarşısında qoyulmuş suallar siyahısında həmin məqamları qeyd etməyib”.

Səlahəddin Cəfərov bildirib ki, məhkəmə-tibbi ekspertiza təyin edilərkən mərhumun özü-özünə xəsarət yetirmə uyğunluğu da yoxlanmayıb: “Tibbi ekspertiza xəsarətin özü-özünə və digər şəxslər tərəfindən yetirilməsi hallarına uyğun gəlməsi, həmçinin bıçaq üzərindəki izlərin eyniləşdirilməsi üçün yararsız olması barədə rəy verib. Amma istintaq qəti olaraq mərhumun intihar etməsi qənaəti üzərində qalıb.

Şahid Azad Hüseynzadə verdiyi ifadələrində bildirib ki, mərhum Coşquna və qardaşı Qoşqara zəng vurmayıb. Lakin Qoşqarla Azadın üzləşməsində və mərhuma məxsus telefon nömrələrinə dair çıxarışa baxanda Azadın yanlış ifadə verdiyi müəyyən olunub.

Azad Coşqunun bir çox insanlara borclu olduğu ilə bağlı ifadə verib. İstintaq isə bu kimi yanlış ifadələrə əsaslanaraq 15 yanvar 2016-cı il tarixli cinayət işinin xitam qərarında əsası olmayan ifadələri sübut hesab edib.

Mahir ifadəsində qeyd edib ki 25 iyul 2015-ci il tarixindən 26 iyul 2015 ci il tarixinə keçən gecə, saat 04.30 radələrində mərhumla birlikdə olub, Heydər Əliyev parkında çay içiblər. Lakin mobil antena məlumatları mərhumun telefon nömrəsini səhər 07.38 radələrinə kimi Yasamal rayonu, Şərifzadə küçəsi, 51 ünvanında olduğunu göstərir.

Şahid Ramin Abbasov ifadəsində göstərib ki, gecə mərhum Coşqun, Cəlal, Mahir birlikdə gediblər. Bu zaman şahid Mahir və Coşqunun yaxın metro ərazisində düşmək fikirlərində olduqlarını bildiriblər. İstintaq Mahirin “axşam bizi girov saxlamışdılar” kimi ifadəsi bu anlaşılmaz ifadələrlə öz təsdiqini tapmırmı? Göründüyü kimi Mahir ifadələrində bir çox faktları gizlədib. Amma bu göstərilən xüsusatlar araşdırılmayıb”.

Vəkilin sözlərinə görə, dəfələrlə istintaqa şıfahı, həmçinin 3 oktyabr 2015-ci il tarixdə yazılı vəsatət verib: “Vəsatətlərdə bildirdim ki Coşqun Məmmədovun ölümünə səbəb olan bilən hallar istintaq tərəfindən aydınlaşdırılmayıb və iş səthi aparılıb. Məhkəmə psixoloji ekspertiza qarşısında qoyulan suallar siyahısında Cəlalın bir neçə gün Coşqun Məmmədovu təzyiq altında saxlaması, hadisə baş verən günü səhər saatlarındı iş yoldaşları arasında təhqiramiz ifadələr söyləməsi daxil edilməyib”.

Məsələ ilə bağlı Sabunçu rayon prokurorluğunun müstəntiqi Turan Abbasovla əlaqə saxladıq. Turan Abbasov bildirib ki, Coşqun Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Onun sözlərinə görə, Coşqun Məmmədovun qətlə yetirilməsi sübuta yetirilməyib: “İstintaq hərəkətləri aparılandan sonra özünü öldürmə həddinə çatdırma

maddəsi ilə başlanan cinayət işinə xitam vermişik. Adətən, intihar hadisələri ilə bağlı həmin maddə ilə cinayət işi başlanır. İstintaq hərəkətlərinin sonunda günahkar müəyyən olunmayanda cinayət işinə xitam verilir”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib

    Azərbaycanda polis tərəfindən saxlanılan şəxs ...

    4-02-2016, 20:57

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Gənc müğənni intihar etdi

    Gənc müğənni intihar etdi ...

    25-08-2014, 01:42

  • 
  • Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən istifadə hallarına rast gəlinir

    Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən ...

    25-06-2013, 11:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu