GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sement mafiyasıyla niyə bacara bilmirlər?

Sement mafiyasıyla niyə bacara bilmirlər?

Tarix: 4-07-2016, 23:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 040
Sement mafiyasıyla niyə bacara bilmirlər?

Məşhur lətifəni yəqin xatırlayırsınız. Bina uçur. Tikinti materiallarını bir-bir sorğu edirlər. Növbə sementə çatanda o, bildirir ki, o vaxt orada olmamışam. Azərbaycanını hazırkı sement bazarı elə həmin lətifəni xatırladır.


Bakının mərkəzindən çox yox, 30 km araladı əməlli başlı dərəbəylikdi. Hər addımbaşı sement zavodlarıdır. Nə hüquqi ünvanları var, nə də sertifikatları. Nə laboratoriyaları var, nə də hansısa sınaq metodları. Elə bil, orta əsrlərdi. Cəhənnəm zəbanilərini xatırladan bir neçə fəhləni sanki qul bazarından tapıb gətirirmiş kimi işlədirlər. Nə əmək müqavilələri var, nə də hansısa sığortaları. Kimdi bunlar, kimlərin himayəsi altındadır bilinmir. Amma onların istehsal etdiyi sementlər bazarlardadır. Azərbaycan bazarlarında.




Azca araşdırma aparsan, məlum olacaq ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı «yüksək markalı» sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Necə deyrələr, günlərin bir günü adi, xırda bir yer tərpənməsi yüzlərlə evi yerə gömə bilər.




Kimdi bu istehsalçılar? Və onlar insanları necə aldadırlar? Məsələn, sement bazarında "Garant İnşaat Sənaye” MMC adlı müəssisəyə məxsus "UNİVERSAL” əmtəə nişanlı smentlər var. Amma fiziki şəxs Ağayev Anar Gülağa oğlu tərəfindən təqlid (təkrar) edilərək qanunsuz sement istehsal etməsi və ölkənin əmtəə bazarında satışa çıxarılması, bununla da istehlakçıların hüquqlarının pozulması, aldadılması adi hala çevrilib. Həmçinin başqa bir istehsalçı «AZBETON» adı ilə – rənglər və təsvirlər «AZBENTONİT» adı ilə eyni olan sementi ticarət şəbəkəsinə çıxarıb. Həmin məhsulun kisəsinin rəngləri, üzərində «AZBETON» sözünün şrifti və rəngi müəssisənin «AZBENTONİT» yazısı ilə eynidir. Müəssisənin daimi müştəriləri də bildirirlər ki, «AZBETON» yazılışlı kisənin rəngləri və dizaynı müəssiənin istehsalı olan sementin kisəsinin görünüşü ilə tamam oxşar olduğundan qarışdırılır.


Araşdırmalar nəticəsində məlum olub ki, «AZBETON» yazılışlı sementləri «Laçın-1» firması istehsal edir. Firmanın təsisçisi Anar Məlikov adlı iş adamıdır. Bizə çatan məlumatlara görə, bu firmanın sement istehsalı üçün nə standartları, nə də laboratoriyası var. Həmçinin bu firmanın müşayiətedici sənədləri, sertifikatı da yoxdur. Qanunsuz sement məhsullarının istehsalı ilə məşğul olan firma rəhbərliyi keyfiyyətsiz və təhlükəli sementləri vətəndaşlara satmaqla onların hüquqlarını pozur.


Acınacaqlı hal ondan ibarətdir ki, artıq xeyli müddətdir bazarda cövlan edən bu firmanın məhsullarının satışına nəzarət demək olar ki, yoxdur. İddialara görə, firmanın təsisçisi Anar Məlikov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi vəzifəli şəxsləri ilə «anlaşaraq» istehsal etdiyi məhsulları asanlıqla bazara çıxara bilir. Məhz firma rəhbərinin komitənin səlahiyyətli işçiləri ilə ortaq məxrəcə gəlməsi «Laçın-1” firmasının istehsal etdiyi "AZBETON” sementinə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən uyğunluq sertifikatının verilməsi ilə nəticələnib. Bununla yanaşı, firmanın istehsal etdiyi "AZBETON” sementinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əmtəə nişanı (№ 002328) verilib. Fikrimizcə, komitənin firmanın istehsalı olan sementə verdiyi əmtəə nişanı və ümumiyyətlə, «Laçın-1» firmasının fəaliyyəti dərindən araşdırılmalıdır.
20 ildir bənnalıqla məşğul olan usta Vaqif Əmirov deyir ki, bir qədər əvvəl bir evdə işləyirdim. “Ev yiyələri “Qaradağ- AA” sementi almışdılar. Ondan işlətdim. Kərpic kərpicə yapışmırdı. Bunu necə, niyə buraxırlar bəlli deyil. Amma ucuz olduğuna görə, çoxu buna qaçır”.


Lakin saxta sement istehsalı ilə bağlı yalnız monitorinq keçirməklə kifayətlənmək olmaz. Düzdür, ildə bir neçə dəfə reyd keçirib təqlidçi məhsulları bazardan yığışdırmaq olar. Amma təbii ki, gizli fəaliyyət göstərən təqlidçi firmalar öz işində olacaq, üstəlik reyd nəticəsində onlara dəymiş ziyanı ödəmək üçün daha çox məhsul buraxacaqlar. Hazırda “Qaradağ AA” məhz bu yolu tutub. Müəssisənin bir istehsal dəyirmanı var. Amma oradakı fəhlələrlə söhbət zamanı məlum oldu ki, dəyirman 24 saat işləyir. Sementə qatılmalı olan əsas maddə klinker normadan az vurulur.
Bir qədər əvvəl 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə "Qaradağ AA "UNİVERSAL" yazısı olan sement kisələrinin hazırlanması və satışı iş üzrə cavabdeh Ağayev Anar Gülağa oğlu və "Məişət Malları" ASC-yə və digər şəxslərə qadağan edilib. Lakin məhkəmə qərarına əməl edilmir, hələ də bazarda qanunsuz istehsal olunan sement markaları var. Müxtəlif rayonlardan sement bazarındakı problemlərlə bağlı istehlakçı müraciətləri davam edir. İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, hüquq-mühafizə orqanları ölkədə qanunsuz yolla standartdankənar, sertifikatı olmayan sement istehsalı və satışını dayandıra bilmirlər. Əslində, saxta malın istehsalçısı da, istehsal və satış yeri də məlumdur. Azərbaycanda yeganə polipropilen kisə istehsalçısı olan "Məişət Malları" ASC bütün saxta sement mallarının kisələrini Keşlə qəsəbəsində buraxır. "Qaradağ AA "UNİVERSAL" sement kisəsinin hazırlanması və satışına məhkəmə qadağa qoyub. Bazarda isə qadağan olunmuş malın satışı davam edir. Aidiyyəti dövlət qurumları da heç bir tədbir görmür. Rayonlarda qanunsuz sementin satışına yerli məmurlar, bəzi icra orqanlarının rəhbərləri biganəlik göstərir.
Ümumiyyətlə, sement istehsalında dövlət orqanlarının nəzarəti sanki yox dərəcəsindədir. Qaradağ ərazisində bütün nəzarət və keyfiyyət standartlarından kənar çoxsaylı sement istehsalı sahələri var. Bazarda tanınmış markaların saxtalarını istehsal edib rayonlara çıxarırlar. Belə çıxır ki, rayonlarda tikintilərin taleyi təhlükədədir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq Dövlət xidməti istehlakçının hüququnu pozan bu qanunsuzluğa qarşı tədbir görmür. Standartlaşmaya və keyfiyyətə nəzarət edən dövlət orqanları bu məsələyə biganədir. Hesab edirik ki, Fövqəladə Hallar Nazirliyi tikintilərin dayanıqlığının zərurətini, istehlakçıların və cəmiyyətin təhlükəsizliyini nəzərə alaraq qanunsuz sement istehsalını dayandırmalıdır. Çünki hər zaman gözlənilməz təbii hadisə baş verə bilər, keyfiyyətsiz sementlə inşa olunan tikintilərin sahibləri, sakinlərin faciəsi ilə üzləşə bilər.

Tərlan Əhmədov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Qazax sement zavodundan örnək addım - FOTOLAR

    Qazax sement zavodundan örnək addım - FOTOLAR ...

    22-12-2014, 21:36

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Gömrük monopoliyasında sement qadağası

    Gömrük monopoliyasında sement qadağası ...

    8-05-2013, 12:38

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu