GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

“RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

Tarix: 25-07-2016, 16:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 274
“RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

Zöhrab Həsənov ləngimədən şəxsi avtomobilindəki odlu silahını çıxarır və etiraz aksiyası keçirənlərin üzərinə də şığıyır Ötən günlərin birində “Gündəm Xəbər” qəzetinin redaksiyasına olduqca diqqəti cəlb edən, əksəriyyəti şoka sala biləcək məlumat daxil olmuşdur. Daxil olan məlumata və təqdim edilən video çəklişə diqqət yetirdikdə o da məlum olur ki, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan çoxsaylı xocalılar, üz-üzə qaldıqları sosial problemlərin varlığına etiraz əlaməti olaraq, ərazidən keçən yolu bağlayırlar. Yəni, qəsəbə sakinləri ümumi etiraz aksiyasında Xocalı rayon İH-dən tələb edirlər ki, onların yol və digər əhəmiyyət kəsb edən sosial problemləri həllini tapsın. Həmin vaxt şəxsi avtomobili ilə “RİYAD” Təhlükəsizlik Xidmətinin Göranboy rayonu üzrə rəhbəri Zöhrab Həsənov hadisə yerinə gəlir və xocalıları etiraz aksiyasından çəkindirməyə çalışır. Amma, o, nə qədər çalışsa da, sosial problemlərdən təngə gələn xocalılar fikirlərindən dönmürlər. Belə olan halda Zöhrab Həsənov ləngimədən şəxsi avtomobilindəki odlu silahını çıxarır və etiraz aksiyası keçirənlərin üzərinə də şığıyır.

“RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

Düzdür, “RİYAD” əməkdaşının bu cür addımı heç cür gözlənilməz olur və aksiya iştirakçıları onun atdığı addımdan ehtiyat da edirlər. Çox keçmir ki, aksiyada iştirak edən ağsaqqallar Zöhrab Həsənovla danışığa başlayıb, onu sakitləşdirməyə da çalışırlar. Bütün bunlar çatdırılan məlumatlarda və təqdim olunan çəklişə baxmaqla hazırladığımız açıqlamaların varlığıdır. Aksiya iştirakçılarının “Gündəm Xəbər”ə çatdırdıqları başqa bir məlumatda o da bildirilir ki, həmin vaxt Zöhrab Həsənova məxsus avtomobildə olan həyat yoldaşı da, çox keçmir ki, “Makarov” markalı silah çıxarır və ona köməklik də etməyə başlayır. Bu haqda heç bir çəkliş təqdim olunmadığından, yaşanan son olayın nə dərəcədə həqiqət olub-olmaması barədə bir söz deyə bilmərik.

“RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

“Gündəm Xəbər” olaraq daxil olan məlumatları əsas tutub 18 iyul 2016-cı il tarixdə, saat 22:30-da Zöhrab Həsənovla əlaqə saxlamağı, yaşanan problemlərin varlığına münasibət bildirməsini özümüzə borc bildik. Çünki, həmin məlumatlar əsasında açıqlama hazırlayıb, geniş ictimaiyyəti bu yöndə məlumatlandırmalı idik. Qarşı tərəf olaraq o, ünvanladığımız sualları cavablandıraraq bildirdi ki, “mən həmin vaxt yol keçirdim, aksiyaçılar yolu bağlamışdılar. Nə qədər çalışsam da, aksiya iştirakçıları yolu açmadılar. Hətta, onlara onu da bildirdim ki, hava istidir, avtomobilimdə ailəmlə birlikdəyəm. Amma, yolu bağlayan biqeyrət, oğrac, şərəfsizlər, nə qədər çalışsam da yolu açmadılar. Mənə söyüş söydülər və belə olan halda gözü ilə görən qeyrətsizlərdən özümü qorumaq üçün, qanuni adıma olan balaca silahımı avtomobilimdən götürdüm və onlardan özümü qorudum. Mən də onlardan şikayət etmişəm, hal-hazırda araşdırılmaqdadır” dedi. Hətta, Zöhrab Həsənov onu da bildirdi ki, “onlar hökumətə, icra başçısına söyüş söyərək təhqir edirdilər. Mənə də bildirdilər ki, “sən də boynu yoğunlardansan, onların bir tayısan” deməklə, məni təhqir etməkdən də çəkinmədilər. Bu cür təhqirlərə dözməyib, adıma olan qanuni silahı çıxarıb onların üstünə çəkdim. Bir sözlə aksiyada olanlar, sizə çatdırdıqlarını tamam yalan çatdırıblar. Sizdə olan çəklişdən iki-üç dənəsi məndə də var və həmin çəklişdən də görünür ki, avtomobildən silahı mən yox, sakinlər götürürlər”. Onun bu cür açıqlamasına cavab olaraq bildirdik ki, “bizdə olan çəklişdə, məhz silahı sizin çıxartdığınız açıq-aydın görünür”. Bütün bunlardan əlavə, Zöhrab Həsənova sizin həyat yoldaşınız da sakinlərə “Makarov” markalı silahla hədə-qorxu gəlib deyə sual verdikdə o, “camaat çox şey danışa bilər, onu bilin ki, həyat yoldaşımla bağlı şatdırılan məlumatlar da, ağ-yalandan başqa bir şey deyil” deməklə kifayətləndi. Amma onu da nəzərə almaq lazımdır ki, xidməti və mülki silahdan hansı şəraitdə, hansı məqamda istifadə etmək, “Xidməti və Mülki Silah Haqqında Qanun” 30 dekabr 1997-ci il tarixdə mərhum prezidentimiz Heydər Əliyev tərəfindən imzalanarkən, bütün məqamlar tam aydınlığı ilə izah olunub. Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu VII. İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır . P.S. Ümumiyyətlə, belə bir olayların yaşanması heç də yaxşı əlamət deyil. Çünki, əldə etdiyimiz məlumatlara görə “RİYAD” Təhlükəsizlik Xidməti ölkə rəhbəri cənab İlham Əliyevin əmisi oğlu İlqar Əliyevə məxsusdur. Bu cür addımların atılması da, istənilən halda nə ölkə rəhbərinə, nə də ki, prezidentə yaxınlığı ilə seçilən şəxslərə heç də başucalığı gətirməz. Baxmayaraq ki, ölkə rəhbəri keçirdiyi müşavirələrdə, bir çox toplantılarda daim vəzifə sahiblərinə, onların övladlarına (söhbət qudurğan məmur övladlarından gedir) barmaq silkələyib “hər kəs davranışına, daha çox sadə vətəndaşlarla münasibətlərinə diqqət yetirməlidir” deyə, lazımi tapşırıqlarını da verir. Təəssüflər olsun ki, bu cür tapşırıqların verilməsinə baxmayaraq, hələ də vəzifə səlahiyyətindən sui-istifadə edən, sadə sakinləri aşağılamağa çalışanlar da var. Araşdırmamız davam edəcək. Qarşı tərəfin mövqeyini bir daha dinləyə bilərik.

“RİYAD”ın əməkdaşı xocalıları güllələməyə cəhd edib - ŞOK VİDEO

P.S Redaksiyamıza təqdim olunan VİDEO çəkilişi çoxsaylı oxucularımızın ixtiyarına buraxırıq. Qoy hər kəs həmin çəkilişə baxıb, “RİYAD”ın əməkdaşı Zöhrab Həsənovun atdığı addımlara vətəndaş münasibətini bildirsin.

Cəfər



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubada sürücülər etiraz aksiyası keçirməyə cəhd  edir(Yenilənir)

    Qubada sürücülər etiraz aksiyası keçirməyə cəhd ...

    22-11-2013, 17:07

  • 
  • Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - AKSİYA

    Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - ...

    30-01-2014, 17:23

  • 
  • Salyanda etiraz aksiyası

    Salyanda etiraz aksiyası ...

    21-05-2013, 11:37

  • 
  • Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər

    Gürcüstanda azərbaycanlılar etiraz aksiyası ...

    14-06-2013, 02:55

  • 
  • Dərbənddə daha bir etiraz aksiyası

    Dərbənddə daha bir etiraz aksiyası ...

    2-08-2014, 02:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu