Dərbənd rayonunun Məmmədqala qəsəbə sakinləri avqustun 1-i saat 11-də Əliyev adına sovxozun klubunda etiraz aksiyası keçiriblər. Tədbirdə çıxış edən qəsəbə ziyalıları, din xadimləri və digər vəzifəli şəxslər çıxış edərək, Dərbənd administrasiyasının rəhbəri Qurban Qurbanovun qanunsuz olaraq vəzifəsindən uzaqlaşdırılmasına kəskin münasibət bildiriblər. Tədbirin sonunda Dağıstan Respublikasının rəhbəri Ramzan Abdulatipova rayon ictimaiyyəti və ziyalıları tərəfindən müraciət də qəbul olunub.
Məlumat üçün bildirək ki, iyul ayının 23-də canlı yayımda Dağıstan sakinlərinin suallarını cavablandıran prezident Abdulatipov bildirib ki, Dərbənd rayon icra başçıcı istefa verməlidir. Bir neçə gün sonra isə Abdulatipov Qurban Qurbanovun vəzifəsindən azad olunması və onun yerinə keçmiş ədliyyə naziri postunda çalışmış Azadi Rəhimovun təyin olunması barədə sərəncam imzalayıb.
Dağıstan prezidentinin bu addımı isə Dərbənd sakinlərinin kütləvi etirazına səbəb olub. Dərbənd rayonunun icra hakimiyyətinin binasına yığışan ziyalılar və ictimaiyyət nümayəndələri rayon icra hakimiyyəti başçısı Qurban Qurbanovun vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılmasına öz etirazlarını bildiriblər.
Resursmedia.az-ın Dərbəndə ezam olunmuş əməkdaşının aksiyadan hazırladığı geniş reportaj yaxın saatlarda saytda olacaq…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?