GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

Tarix: 1-08-2016, 22:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 819
Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

Namiq Məmmədov çox keçmir ki, təqribən 70 ədəd şam ağacının ömrünə “hökm” oxutdurur və yaşıllıqlardan təmizlənmiş ərazidə, özünə yaxın bildiyi bir şəxsin adına “Çay evi” də tikdirir

Artıq xeyli müddətdir ki, “Gündəm Xəbər”in hər sayında gədəbəyli sahibkarların problemlərindən bəhs olunur, onların üz-üzə qaldıqları haqsızlıqların, süründürməçilik amillərinin tüğyan etməsi və s, aidiyyəti qurumların diqqətinə də çatdırılır. Amma atılan addımlara baxmayaraq, hələ də əksər sahibkarların problemləri həllini tapmır ki, tapmır. Bütün bunlara səbəb, təqribən dörd il bundan əvvəl Ramiz Yediyarovun Gədəbəy rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi oldu. Bir anlığa olsa belə ötən illərə nəzər salıb görək ki, bu illər ərzində nələr dəyişdi, nələr dəyişmədi. Nələr dəyişmədisə də, dəyişən təqribən 43 nəfər sahibkara məxsus obyektlərin heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan altüst edilməsi oldu. Atılan addımların icrası Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramova həvalə olunduğundan, o, verilmiş fürsətdən yararlanaraq çox şeyləri dəyişdirdi. Məsələn, əslən Gədəbəydən olan və uzun illər ərzində rayonun mərkəzi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Oqtay Qaraoğlu bizimlə söhbətində bildirir ki, “mənim rayonun M.Quliyev küçəsində yerləşən və 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan tarmar edilən 38,5 kvm-lik obyektim, icra başçısının şifahi tapşırığı, Şahbaz Bayramovun isə əməli addımları nəticəsində yoxa çıxarıldı. O, halda sual oluna bilər ki, icra başçısının və şəhər icra nümayəndəsinin heç bir məhkəmə qərarı olmadan atdıqları addımların hüquqi əsası varmı? Əlbəttə ki, yox! Belə bir səbəblər üzündən də, sökütü-dağıntı işlərini həyata keçirmiş Şahbaz Bayramovla bağlı, bu gün hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək barədə düşünürəm.

Ötən 17 ay ərzində üz-üzə qaldığım problemlərin həlli ilə bağlı, əksər dövlət qurumlarına şikayət ərizələrimi, müraciətlərimi, teleqrammalarımı ünvanlasam da, hələ də heç bir nəticəsi yoxdur. Düzdür, dövlət qurumları ünvanladığım şikayət ərizələrimi qəbul edirlər və tədbir görülməsi üçün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına da göndərirlər. Amma, həmin qurumdan problemin həlli ilə bağlı hər hansı addım atılmır, hətta göndərilmiş məktublara hər hansı cavab da verilmir. Onu da qeyd edim ki, icra aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovun mənimlə bağlı qərəzli mövqe tutması, göndərilmiş məktublara cavab verilməməsinə səbəb olan əsas amildir. Bu da rayon rəhbərliyinin həyata keçirdiyi idarəçiliyin mahiyyətini müəyyən etməyə əsas verir. Amma, Ramiz Yediyarov keçirilən toplantılarda müəyyən açıqlamalar verib deyir ki, “o, Oqtay Qaraoğlu xəstədir, müxalif düşüncə tərzi olan bir şəxsdir”. Belə olan halda istəyim odur ki, KİV nümayəndələrinin iştirakı ilə bir çəkiliş həyat keçirim və məndə olan qəbzləri də nümayiş etdirim. O halda qoy hər kəs xəbərdar olsun ki,

Gədəbəydə icra hakimiyyəti aparatı başda olmaqla, digər dövlət qurumlarının fəaliyyəti sanki fəaliyyətsizlikdən başqa bir şey deyil”.

Oqtay Qaraoğlu onu da vurğulayır ki, “mən 19 iyulda PA-da Dövlət Nəzarəti Şöbəsinin müdiri cənab Eldar Nuriyevin müavinin qəbulunda oldum və üz-üzə qaldığım problemlərin varlığını, həmin şəxsin diqqətinə də çatdırdım. Bu gün qarşı tərəfdən cavab gözləyirəm, əgər mənə verilmiş vədlər həllini tapmazsa, o halda xarici ölkələrdən birinə üz tutmaq məcburiyyətində qalacağam. Çünki, bəzi sahibkarların problemləri həllini tapsa da, nədənsə bizim ailəyə məxsus problem həllini tapmır ki, tapmır”.

Ümumiyyətlə, gədəbəyli sahibkarlara məxsus problemlərin nə həddi, nə də ki, hüdudu bilinir. Məsələn, verilən məlumatlarda o da bildirilir ki, bugünkü ..............parkında bir sahibkara məxsus obyekt var idi ki, həmin obyekt standarta uyğun inşa olunsa da, çox keçmədi ki, Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıq əsasında altüst edildi. Həmin an ələ düşmüş şəraitdən bacarıqla yararlanan maliyyə idarəsinin müdiri Namiq Məmmədov, çox keçmir ki, təqribən 70 ədəd şam ağacının ömrünə “hökm” oxutdurur və yaşıllıqlardan təmizlənmiş ərazidə özünə yaxın bildiyi bir şəxsin adına “Çay evi” də tikdirir. Digər bir olay isə, bugünkü “Kredit Bank”ın yerləşdiyi ərazidə kasıb bir şəxsə məxsus obyektin olması və həmin obyektin də, icra başçısı tərəfindən darmadağın etdirilməsidir. Maraql haldır ki, altüst edilən həmin obyektin yerində də, Namiq Məmmədov özünə “Kredit Bank” inşa etdirib. Rayonun giriş hissəsində fəaliyyət göstərən və tikinti materiallarının satışı ilə məşğul olan bir neçə mağazanın da ağır texnika ilə darmadağın etdirilməsi, az sonra isə, həmin sahibkarların özlərinə tikdirilməsi, bu gün Gədəbəydə yaşanan reallıqlardır.

Yaşanan olaylarla bağlı o halı da vurğulayaq ki, Gədəbəydə qanunsuzluğa söykənən və atılan hər bir addımın kökündə, rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun bu və ya digər formada izi olur. Onun belə bir addımlar atmasına səbəb, Maliyyə Nazirliyində söz sahiblərindən biri olan Azər Bayramov faktorunun varlığıdır. Çünki, verilən məlumatlarda o da bildirilir ki, Namiq Məmmədovun aylıq gəlirinin müəyyən hissəsi hər ay ünvan üzrə, yəni Azər müəllimin “mini büdcə”sinə çatdırılır.

Ətraflı növbəti sayımızda.

Akif Quliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı PA-na saxta hesabatlar çatdırır

    İcra başçısı PA-na saxta hesabatlar çatdırır ...

    27-07-2016, 13:09

  • 
  • Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

    Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi ...

    20-03-2016, 00:50

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2015, 23:15

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2016, 23:19

  • 
  • Gədəbəydə icra başçısı yola salınır

    Gədəbəydə icra başçısı yola salınır ...

    14-04-2016, 00:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu