GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısı PA-na saxta hesabatlar çatdırır

İcra başçısı PA-na saxta hesabatlar çatdırır

Tarix: 27-07-2016, 13:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 848
İcra başçısı PA-na saxta hesabatlar çatdırır

Şahbaz Bayramovun təşkilatçılığı və rəhbərliyi altında atılan addımların hər birində, bu və ya digər formada cinayət əməlləri də var

Artıq xeyli müddətdir ki, əslən Gədəbəy rayonundan olan sahibkarların üz-üzə qaldıqları problemlər, mətbuatın gündəmini zəbt edən və əsas müzakirə olunan mövzulardan birinə də çevrilib. Buna səbəb olan amil oldur ki, təqribən dörd il bundan əvvəl adı çəkilən rayona rəhbər təyin olunan Ramiz Yediyarov, çox keçmədi ki, rayonun bütün sahələrinə “əl gəzdirdi”. Yəni, rayondakı dövlət qurumlarına öz kadrlarını yerləşdirən rəhbərlik, az sonra özəl sektorda da nəzarət funksiyasını yerinə yetirməyə verir. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanları müxtəlif adlar adı altında təsir dairəsinə salmağa çalışan Ramiz Yediyarov, çox keçmir ki, onlara məxsus obyektləri də altüst etdirir. O, belə bir addımlarını atarkən, yəni qanuni sənəd-sübutu olan şəxslərin obyektlərini viran etdirərkən, ortada heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd də olmayıb.

Şahbaz Bayramov hansı əsasla addımlarını atıb?

Diqqəti cəlb edən hal odur ki, icra başçısının vermiş olduğu şifahi tapşırığı canı-qəlbdən yerinə yetirən və hal-hazırda da, Gədəbəy şəhəri üzrə icra nümayəndəsini vəzifəsini daşıyan Şahbaz Bayramovun adı, bu gün də dağıntı-söküntü işlərinin “müəllifi” olaraq hallanmaqdadır. Çünki, o, sahibkarlara məxsus obyektləri tarmar etdirərkən, obyektlərdəki ərzaq məhsullarını, bir çox avadanlıqları “qeybə çəkdirərkən” və digər addımlarını atarkən, onun atdığı addımlara əsas verən hər hansı sənəd-sübut olmayıb. Deməli, onun təşkilatçılığı və rəhbərliyi altında atılan addımların hər birində, bu və ya digər formada cinayət əməlləri də var. Əgər bu gün ona bir kimsə “hansı əsasla belə bir addımlarını atmısan” deyə sual verərsə, o, ortaya heç bir əsas qoya bilməz.

Gədəbəydə ərizə və müraciətlərə məhəl qoyulmur

Daha çox diqqəti cəlb edən hal, gədəbəyli sahibkarların illər uzunu get-gələ salınmaları, problemlərinin həlli istiqamətində hər hansı addımların atılmaması, ən kritik hal, ünvanlanan məktub və müraciətlərə isə, heç bir halda cavab verilməməsidir. Məsələn, uzun müddət Gədəbəy rayon mərkəzində sahibkarlıq

fəaliyyəti ilə məşğul olan Əliyev Oqtay Qara oğlu bizimlə söhbətində bildirir ki, “Gədəbəy RİH-i nəinki problemləri həll edir, hətta yuxarı instansiyalara ünvanladığımız məktub və müraciətlər əsasında, həmin qurumların vəzifə sahiblərini də aldatmaqla məşğul olur. Adicə bir məqama diqqət yetirək ki, mənim rayonun M.Quliyev küçəsində şəxsi mülkiyyətində olan 38,5 kvm olan obyektim, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda yaxınlarımdan bir kimsə belə xəbərdar edilmədən altüst edilib. Atılmış qanunsuz addımlarla bağlı aidiyyəti qurumlara, ən yüksək çinli vəzifə sahiblərinə, daha çox isə, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına dəfələrlə yazılı, yaxud da şifahi müraciətlərimi çatdırsam da, hələ ki, heç bir nəticə yoxdur. Onu da vurğulayım ki, şəxsi mülkiyyətimdə olan obyektimi 2011-ci ildə “Rabitəbank”a girov qoyub, həmin bankdan 50 min manat kreditə pul da götürmüşdüm. Məqsədim gələcəkdə sahibkarlıq fəaliyyətimi genişləndirmək idi.

Elə ki, 12 fevral 2015-ci il tarixdə şəxsi mülkiyyətimdə olan obyektim darmadağın edildi, həmin vaxt obyektimin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyüm ərzaq malları da tam yarasız hala salınır. Belə olan halda firmalardan götürdüyüm ərzaq mallarının pulunu ödəyə bilmədim və son anda məcbur oldum ki, Gədəbəydəki evimizi rayonun Söyüdlü kənd sakini Məmmədov Əli İsa oğluna girovluğa verim və ondan bir qədər pul da götürüm. Buna səbəb o oldu ki, firmalarla aramda söz-söhbətlər getdikcə dərinləşdi və vəziyyətdən çıxış yolu olaraq, belə bir addım da atmağa məcbur oldum.

“Rabitəbank”la Oqtay Qaraoğlunu üz-üzə qoyan kimdir?

Onu da vurğulayım ki, şəxsi mülkiyyətimdə olan 38,5kvm-lik mağazamı 2011-ci ildə “Rabitəbank”a girov qoyub 50 min manat kreditə pul götürərkən, banka yaxın qohumuma məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzili də, ikinci girovluğa qoymuşdum. Bu günədək kreditə götürdüyüm pulu ödəyə bilməmişəm. Səbəb də, yuxarıda qeyd etdiyim kimi, şəxsi mülkiyyətimdə olan obyektimin heç bir əsas olmadan 12 fevral 2015-ci il tarixdə darmadağın edilməsi oldu. Belə olan vəziyyətdə bank tərəfi ikinci girovluğa qoyulmuş mənzillə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət etdi və məhkəmədə həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan pulun “Rabitəbank”a ödənilməsi barədə Qətnamə də çıxarıldı. Çıxarılmış qətnamə əsasında toplanmış səndlər icra şöbəsinə, icra şöbəsindən isə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nə göndərilir. Buna səbəb o olur ki, “Rabitəbanka” birinci girovluğa qoyduğum obyekt, 12 fevral 2015-ci il tarixdə heç bir əsas olmadan viran edilir. Ona görə də, bank tərəfi ikinci girovluğa qoyulmuş mənzillə bağlı addımlarını atdı və 26 yanvar 2016-cı il tarixdə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”ndən mənə və həmin ünvanda qeydiyyatda olanlara, hərracın 27 fevral 2015-ci il tarixdə saat 11:00-da Bakı şəh. M.Müşfiq küç-2A ünvanında keçirilməsi barədə bildiriş də çatdırıldı.

Gədəbəy RİH-i bir çox dövlət qurumlarını aldatmaqla məşğuldur

İndi bir anlığa olub-keçənlərə diqqət yetirək. Mən təqribən 16 aydan çox müddət ərzində, üz-üzə qaldığım problemlərlə bağlı aidiyyəti qurumlara, o cümlədən PA-na, Nazirlər Kabinetinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidməti İdarəsinə, Vergilər Nazirliyinə, Ədliyyə Nazirliyinə və s. kimi dövlət qurumlarına ünvanladığım müraciət və ərizələrim, tədbir görülməsi üçün Gədəbəy RİH-nə göndərilir. Maraq kəsb edən hal o olur ki, icra hakimiyyəti aparatından həmin qurumlara verilən cavablarda bildirilir ki, “sahibkarların problemləri həllini tapıb və onlara rayonun 20 Yanvar küçəsində fəaliyyət göstərən “Yeni Ticarət Mərkəzi”ndən obyekt də verilib. Belə bir cavabların verilməsi olduqca gülünc, olduqca ikrah hissi doğuran cavablar olur. Çünki, həmin ticarət mərkəzi qəzalı vəziyyətdə olmaqla bərabər, heç bir standarta cavab verməyən, obyektin inşaasına aid heç bir sənəd-sübutu olmayan, hətta bu gün alaq otları, zird-zibilliklə əhatə olunmuş bir obyektdir.

FHN-nin müsbət rəy verməsi, heç də inandırıcı hal deyil

Qəzalı vəziyyətdə inşa olunan obyektin üst hissəsindən yüksək gərginlikli elektrik xətlərinin keçməsi də, həmin obyektin istifadəyə yararsız olduğunu sübut edən əsas səbəblərdir. Belə olan halda sual oluna bilər ki, görəsən aidiyyəti qurumlar, o cümlədən FHN-nin rəsmi qurumları həmin obyektdən istifadəyə dair hər hansı rəy veriblərmi? Biz heç cür inana bilmirik ki, daha çox ictimai nüfuzu olan FHN-nin səlahiyyətliləri, icra başçısının və onun yaxın çevrəsinin nəzarətində olan belə bir obyektə, qaneedici rəy versinlər.

Belə bir olayların yaşanması bir daha onu sübut edir ki, Gədəbəy RİH-nin başçısı vəzifəsini daşıyan Ramiz Yediyarovun rəhbərliyi altında, hələ də Gədəbəydə yalan ayaq tutub yeriməkdədir. Çünki, mən 19 iyul 2016-cı il tarixdə saat 3:00-dan saat 4:30-a kimi Prezident Administrasiyası Dövlət Nəzarəti Şöbəsi müdirinin müavini ilə görüşərkən, həmin şəxs vurğuladı ki, “icra başçısı verdiyi hesabatlarında bildirir ki, 43 nəfər sahibkarın problemi həllini tapıb” dedikdə, sanki şoka düşdüm. Çünki, ağyalan olar, amma bu qədər yox”.

Namiq Məmmədov və onun imkanları

“Gündəm Xəbər”ə çatdırılan məlumatlarda Gədəbəy rayon maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun təsir imkanlarından söhbət açılır, onun himayədarlıq etdiyi şəxslərin sərbəst azadlıqlarından da bəhs olunur. Məsələn, “maliyyə şefi”nə yaxınlığı ilə seçilən, amma hələlik adının çəkilməsini istəməyən mənbə bildirir ki, “o, rayonun Poladlı kəndindən olduğu üçün, kəndin mədəniyyət evində, kitabxanasında, feldşer tibb məntəqsində ştat cədvəli üzrə vəzifə sahibi olanların tam əksəriyyəti, Namiq Məmmədovun yaxın qohum-əqrəbasıdır. Hələ əmisi oğlu Ramiz Məmmədovun rəhbərlik etdiyi, Gədəbəy rayon Mədəniyyət və Turizm İdarəsindəki ştat cədvəllərini arayıb-axtarsaq, daha nələrin şahidi olarıq. Əksəriyyəti təsirləndirən hal odur ki, ilin-günün belə bir vaxtında kimlərsə iş yeri

tapa bilmir, amma Namiq Məmmədovun yaxın qohum-əqrəbası həm ştat cədvəlləri üzrə vəzifə daşıyırlar, həm də iş başında tapılmırlar. Sözsüz ki, bütün bunlar heç də elə-belə başa gəlmir. Qol qoyulan əməllərin hər birində “maliyyə şefi”nin təsir imkanları, barmaq qoyduğu “əllərinin izləri” də açıq-aydın görünür. Deməli”...

Araşdırmamız davam edəcək. Ətraflı növbəti sayımızda.

Akif Quliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

    Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi ...

    20-03-2016, 00:50

  • 
  • İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu

    İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu ...

    4-03-2015, 13:48

  • 
  • İki məmurun “giroluğunda” saxlanılan rayon

    İki məmurun “giroluğunda” saxlanılan rayon ...

    16-07-2016, 02:04

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2015, 23:15

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2016, 23:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu