GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

Tarix: 20-03-2016, 00:50 Bölmə :Manşet Baxış: 0
Gədəbəydə zülmün və rəzalətin əmələ gətirdiyi fəryad

Rayonun çoxsaylı problemlərindən biri də, maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov faktorunun varlığıdır

Artıq xeyli müddətdir ki, dövrü mətbuatda Gədəbəy rayon icra Hakimiyyətinin başçısı Ramiz Yediyarovla bərabər, onun çoxsaylı sahibkarları, imkansız gədəbəyliləri minbir zülmə salan komandasının yarıtmaz idarəçiliyi ilə bağlı, silsilə tənqidi məqalələr işıq üzü görməkdədir. İşıq üzü görən açıqlamalarda daha çox Ramiz Yediyarov icra başçısı vəzifəsinə təyin olunduqdan sonra, Ermənistanla sərhəd zolağında yerləşən bu yaşayış məskəni sakinlərinin üz-üzə qaldıqları problemlərdən bəhs olunur.

Onu da vurğulamaq yerinə düşər ki, bu günədək ölkə başçısı cənab İlham Əliyev bir neçə dəfə Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının yaxşılaşdırılması məqsədilə, dövlət büdcəsindən müəyyən məbləğdə vəsaitin ayrılması barədə sərəncam da imzalayıb. Təəssüflər olsun ki, icra başçısı və onun ətrafında olan bir qrup vəzifə sahibləri tərəfindən ayrılmış vəsaitlər, bu günədək təyinatı üzrə istifadə olunmamış və minbir yollarla da mənimsənilmişdir. Məhz, belə bir səbəblər üzündən də, bu gün rayonun sosial-iqtisadi həyatının müxtəlif sahələrinin bərbad hala düşməsi üçün, zəmin də yaranmışdır. Ramiz Yediyarovun dördillik fəaliyyəti dövründə ən pis cəhət, onun özünün və komandası üzvlərinin yerli sahibkarları gözümçıxdıya salmaları, heç bir məhkəmə qərarı olmadan, sahibkarlara məxsus obyektləri ağır texnikanın gücü ilə darmadağın etdirməsi olmuşdur.

Məsələn, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının yerli əhaliyə, xüsusən də sahibkarlara ciddi əngəllər yaratdığından, bu gün gədəbəyli sahibkarların problemləri Prezident Administrasiyasında da müzakirə olunmaqdadır. Adicə bir faktı qeyd edək ki, rayonun Qalakənd meşə zolağında, vaxtilə RF-da biznes fəaliyyəti ilə məşğul olan Əliyev Oqtay İbrahim oğlunun minbir əzab-əziyyətlə ərsəyə gətirdiyi istirahət mərkəzi də, icra başçısının darmadağın etdirdiyi obyektlərdən biridir. Diqqəti bir məqama da yönəldək ki, istirahət mərkəzi inşa olunan ərazi ETSN-nin balansında olmasına baxmayaraq, obyektin tikintisi aparılan zaman, icra başçısının səlahiyyət verdiyi şəxslər Oqtay İbrahim oğlundan müəyyən qədər “haqq-hesab” alırlar. Elə ki, tikinti işləri tam başa çatmaq üzrə olur, o halda həmin şəxslər yenidən obyekt sahibindən elə bir fantastik dərəcədə “haqq-hesab” tələb edirlər ki, qarşı tərəf onu vermək iqtidarında olmur. Belə olan halda, Ramiz Yediyarovun verdiyi tapşırığın hökmü ilə, həmin obyekt darmadağın etdirilir və sahibkar Əliyev Oqtay İbrahim oğluna xeyli miqdarda ziyan da dəyir. Sözsüz ki, bu cür addımların atılmasında əsas söz sahibi icra başçısı olur və bütün qanunsuz addımların da başında, məhz onun özü durur.

Digər sahibkar Səfərov Vaqif Qara oğlu da, artıq xeyli müddətdir ki, Ramiz Yediyarov idarəçiliyində zinhara gələn çoxsaylı sahibkarlardan biridir. Belə ki, o, 1998-ci ildə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı və şəhər bələdiyyəsinin qərarı ilə, rayonun 20 Yanvar küçəsinin sol tərəfindən 26 sot torpaq sahəsi alır və həmin ərazidə 150 metr uzunluğunda, 2 metr hündürlüyündə hasar da çəkdirir. Ərazinin içərisində isə, 3 otaqdan ibarət 160kvm-lik bina da inşa etdirir. 2013-cü ildə isə, icra başçısının verdiyi şifahi tapşırıq əsasında və Şahbaz Bayramovun rəhbərliyi altında, inşaası başa çatdırılmış obyekt darmadağın etdirilir, içərisindəki avadanlıqlar da tam yarasız hala salınır. Onu da qeyd edək ki, dağıntı işlərini aparmaq üçün ortada heç bir məhkəmə qərarı, hər hansı dövlət qurumundan əsas verəcək sənəd olmayıb.

Dağntının aparıldığı zaman onu bəhanə gətirirlər ki, ərazinin üstündən yüksək gərginlikli elektrik xətti keçir. Amma çox keçmir ki, qeyd olunan ərazidə, hansı ki,yüksək gərginlikli elektrik xətlərinin altında 40-dan çox otaqdan ibarət ticarət mərkəzi inşa olunur. Həmin ticarət mərkəzi də, icra başçısı ilə maliyyə idarəsi müdirinin ixtiyarına keçir.

Rayonun çoxsaylı problemlərindən biri də, maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov faktorunun varlığıdır. Belə ki, o, bu gün rayonun ən gəlirli sahəsinə rəhbərlik etməklə bərabər, digər sahələri də nəzarətində saxlayır və külli miqdarda gəlir də əldə edir. Məsələn, o, ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevin adını daşıyan parkın orta hissəsində, təqribən 70-80 ədəd, 40 illik şam ağaclarını doğradaraq özü üçün “Çay evi” tikdirib. Büdcə mənimsəmələrinə gəlincə onu da vurğulaya bilərik ki, Namiq Məmmədov yaxın qohum-əqrəbasını mühüm vəzifələrə təyin etdirməklə, əməlli-başlıca var-dövlət sahibi də olub. Məsələn, o, vaxtilə əmisi oğlu Ramiz Məmmədovu rayonun təhsil şöbəsinə müdir təyin etdirmişdi. Düzdür, onun əmisi oğlu 11-12 il qeyd olunan sahəyə rəhbərlik etdi, Gədəbəy təhsilini bərbad hala saldı, təhsilimizin bel sütununa olmazın zərbələrini də vurdu. Amma, çox keçmədi ki, onun qol qoyduğu cinayətlərini ört-basdır etmək üçün, Ramiz Məmmədovu rayonun mədəniyyət şöbəsinə müdir təyin etdirdi. Bu gün də o, vaxtilə adət etdiyi idarəçiliyini həyata keçirməklə, büdcə vəsaitlərini mənimsəməkdədir.
Aparılan tikinti işlərinə nəzarətini itirməyən Namiq Məmmədov, bu sahədə də yaxın qohum-əqrəbasını söz sahibi edir. Məsələn, o, dayısı oğlu Məmmədov Qoşqar Oqtay oğluna lazımi tikinti işlərini həvalə etdirir ki, bu da birbaşa tikinti sahəsinin inhisara alınması deməkdir. Məsələn, bu gün rayonun Saratovka və Qumlu kəndlərində tikilən uşaq bağçalarının tikintisi də, onun dayısı oğluna həvalə olunmuşdur. Baxmayaraq ki, aparılacaq tikinti işləri ilə bağlı müəyyən tenderlər keçirilir və tenderlərdə kimsə qalib çıxsa da, son anda tikinti işlərinin aparılması, onların yaxınlarına həvalə olunur.

Gədəbəydə “yaşıl soyqrım” davam etdirilir

Bu gün Gədəbəyin ən böyük, bəlkə də bənzəri olmayan problemlərindən biri, rayonun meşə zolaqlarına tutulan divandır. Baxmayaraq ki, vaxtilə ən ucqar kəndlərin ətraf əraziləri belə, sıx meşə zolaqları ilə əhatə olunmuşdu. Amma, bu gün fərqli mənzərəni görən hər kəs sanki dəhşətə gəlir, bir anlığa olsa da fəryad çəkir. Çünki, meşə zolaqlarına elə bir formada divan tutulur ki, bəlkə də atılan addımları “ekolji genosid” adlandırsaq yanılmarıq.

Bəs problemin kökü nədir və rayonun meşə təsərrüfatına belə bir formada qənim kəsilməyə səbəb nə olur? Əvvəla onu vurğulamaq yerinə düşər ki, Gədəbəy rayonu paytaxt Bakımızdan təqribən 450-500km aralı məsafədə yerləşir. Rayonun mərkəzindən təqribən 50 km-ə aralı məsafədə yerləşən Şınıx zonasının, İvanovka kəndinin, Tala kəndinin, Rüstəm Əliyev və ona yaxın kəndlərin meşə təsərrüfatları, artıq bu işıqlı dünya ilə vidalaşmaq üzrədir. Axı, bu böyük ekoloji problem deyilmi? Rayonun rəhbərliyi və bu sahəyə cavabdehlik daşıyan şəxslər hara baxırlar ki, Gədəbəyin meşə zolaqları “ah-nalə çəkib ağlayır”, hərraca qoyulub talan edilir.
Hörmətli oxucular! Növbəti sayımızda Əliyev Oqtay Qara oğlunun silsilə açıqlamalarını diqqətinizə çatdıracağıq. Odur ki, bizi izləməyi unutmayın.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Gədəbəyliləri ''dilənçi'' adlandıran Yediyarov, Gədəbəydə ''məhşər ayağı''na çəkiləcək

    Gədəbəyliləri ''dilənçi'' adlandıran Yediyarov, ...

    16-08-2019, 19:11

  • 
  • Azərbaycanda iki rayonun icra başçısının yeri dəyişdirilib - SƏRƏNCAM

    Azərbaycanda iki rayonun icra başçısının yeri ...

    17-05-2019, 15:34

  • 
  • Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAM

    Masallıya yeni icra başçısı təyin olunub - ...

    20-11-2019, 15:14

  • 
  • Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib - Prezidentdən SƏRƏNCAM

    Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib ...

    6-02-2018, 17:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu