GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Oliqarx məmurların fətullahçılara dəstəyi üzə çıxdı

Oliqarx məmurların fətullahçılara dəstəyi üzə çıxdı

Tarix: 11-08-2016, 00:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 837
Oliqarx məmurların fətullahçılara dəstəyi üzə çıxdı

Gülənə qarşı çıxan ərdoğançılar ölkədən deportasiya edilirlər

Hələ Türkiyədə 17-25 dekabr hadisələrindən sonra Azərbaycanda da güclənən “anti-fətullahçılıq” dalğasını Fətullah Gülənin azərbaycanlı emissarları iki ölkənin də maraqlarına zidd hala gətirməyi bacarmışdılar. Belə ki, Gülən ilə əlaqəsi olmayan dindarları, daha çox Türkiyə iqtidarının maraqlarını müdafiə edən kiçik nurçu qrupları polisə hədəf göstərərək, öz planlarını həyata keçirmişdilər. Belə ki, polisin basqın etdiyi evlərdən Gülən ilə bağlı heç bir ədəbiyyat çıxmamaqla bərabər, həbs olunduqları üçün “Zaman” qəzeti Türkiyədə “Ərdoğan müsəlmanları satdı, Azərbaycan onları həbs edir” başlığını atmışdı. Mühafizəkar toplum olan Türkiyədə bu birmənalı qarşılanmamışdı.
O zaman qəzetlərdə məsələni həm Azərbaycan, həm də Türk gündəminə daşıması və Türkiyənin bu mövzuda bilgiləndirilməsi nəticəsində ciddi bir yalnışın önü kəsildi. “Prezidentlə məmurların mübarizəsində Gülən fərqi” başlıqlı məqalədə göstərilirdi ki, “ Azərbaycan məmurlarının “nurçu ovu” Fətullah Gülənin düşmənlərini “əzmə əməliyyatıdır” və birbaşa Pensilvaniyaya xidmət etməkdədir”.
Yazıdan sitat: “Və maraqlıdır ki, kimin Fətullah Gülənə bağlı olduğu gün kimi aydın olsa da, günahsız insanlar hədəf göstərilir, zamanında bu şəbəkəyə qarşı döyüşən insanlar Gülənin adamları kimi təqdim edilir. Siz heç yüksək çinli məmurun əmmaməli birini işdən çıxardığını gördünüzmü bu məsələ ilə bağlı? Xeyr. O zaman siz nədən Gülən tərəfdarlarını deyil, 4-5 nəfər fağırı həbs edirsiniz ki, onların adamları da Türkiyədə Azərbaycanda müsəlmanların sıxışdırıldığını və bunu Ərdoğan vasitəsi ilə edildiyini desin. Siz kimdən yanasınız? Əliyevdənmi, Güləndənmi?
Və bir daha vurğulamaqda fayda var. Gülənin dərdi din-iman deyil. Fətullah Gülən hələ 1996-cı ildə yayılan kassetlərində deyirdi ki, mövcudiyyətimizi hiss etdirmədən irəlilərə getmək lazımdır, dövlətin can damarlarında dolaşıb, yara almadan geri dönmək lazımdır”. Göründüyü kimi Gülənin Türkiyədə ittiham olunduğu məsələ dövləti ələ keçirmək, paralel dövlət qurmaqdır. Bu həyatlarını insanların axirətini qurtarmağa həsr edənin nəyinə lazımdır?
Ancaq göründüyü kimi burada da PARALEL YAPI, yəni Fətullah Gülən şəbəkəsi gözəl işləməkdədir. Fətullah Gülən camaatına qarşı olan, bu camaatın planlarına ortaq olmayan nə qədər insan varsa, onlar Gülən ilə əlaqədə suçlanırlar.
… Nəticə etibarı ilə, Ərdoğanı Türkiyədə yenə bilməyənlər burada olanları Türkiyəyə ötürərək Əliyev-Ərdoğan barışını pozmaq istəyirlər. Səbəb isə illərdən bəri Gülən camaatı ilə bərabər olan bir sıra məmurların əslində öz bizneslərini qorumaq üçün dövlətlərarası münasibətləri pozmaqdan belə çəkinməməsi Əliyevə Gülənə olduğu qədər sədaqətli olmamalarıdır.
“Nurçularla mübarizə” adı altında Gülənə qarşı olanların əzilməsindən sevinən və bu oyunun tək qazananı isə Güləndir…”
Əslində bu gün eyni oyun davam edir. Belə ki, 15 iyul Türkiyədə çevrilişə cəhddən sonra da Azərbaycanda fətullahçıların “vurulacağı” söylənilir. Görünüşə görə, hətta belə bir “vurulma”ya start verilib. “Zaman” qəzetinin Azərbaycan əlavəsi öz-özünü Türkiyə-Azərbaycan qardaşlığına qarşı zərərli olduğunu “qəbul edib”, bağlayıb. Ancaq sosial media üzərindən Ərdoğan düşmənçiliyi etməyə davam edirlər. Qəzetin baş redaktoru Anar Qaraxançallı öz sosial media hesabından həm Güləni təbliğ etməyə davam edir, həm də qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə fəaliyyət göstərir. Rusiya ilə təyyarə krizisi sona çatdığı gün bundan “qəzəblənərək”, Ərdoğanı ən sərt şəkildə təhqir edən baş redaktor sonradan yazdığını silsə də, hələ də digər sərt ifadələri yerindədir. O zaman “Ərdoğan hamının tüpürdüyünü yalayır” yazan A.Qaraxançallı bu gün də anti-Ərdoğan fəaliyyətlərin başında dayanır.
Qafqaz Universiteti də guya əvvəl bağlandı, daha sonra “əl dəyişdirdi”. Əhməd Sanıc rektorluqdan getsə də, universitetdə qalmağa davam edir. Təkcə o da deyil. Qafqaz Universitetinin bütün fətullahçı kadrları təhsil müəssisəsində qalmağa davam edirlər. Əvvəlki yazılarımızda adlarını çəkdiyimiz istər Natiq Paşa, istər Şaiq Nəbiyev, istərsə də digər fətullahçı prorektor və dekanlar iş başındadırlar.
Sadəcə, onlar da deyil. Bu gün Elnur Aslanov, Ceyhun Osmanlı, Elşad İskəndərovu və bu qrupun digər üzvləri guya “vuruldular”. Ancaq Prezident bu məsələdə Türkiyə prezidenti ilə eyni mövqeyi paylaşsa da, bir sıra məmurlar onları qorumaqdadırlar.
Gülənin imamları ilə ildə milyonlarla pul silənlər onların getməsində maraqlı deyil. Bunun üçün əksər imamlar “iş adamı” adı altında Azərbaycanda qalmaqdadır. Məsələn, Fətullah Gülənin fəxri sədri olduğu Gazeteciler ve Yazarlar Vakfının Azərbaycan nümayəndəliyi olan “Dialoq Avrasiya” jurnalının (DAP) keçmiş sədri Mustafa Saatçı bu vəzifədən ayrılsa da, “Aksesuar İnşaat”da vəzifəyə gətirilərək, ölkədə qalması təmin edildi. Dövlət Miqrasiya Xidməti də Azərbaycanda istədiyi qapını təpiklə açan bu şəxsə çox rahat çalışma izni verdi. DAP-ın yeni sədri Cəlil Ərdəm isə hazırda media qurumları ilə fətullahçılar arasında münasibətləri tənzimləyir və ona da “gözün üstə qaşın var” deyən yoxdur.
Ancaq çox maraqlıdır ki, son günlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra iş adamlarının ölkəmizdən deportasiyasına başlanılıb. Görünüşə görə, Azərbaycan ölkəmizdəki fətullahçı iş adamlarını “təmizləyir”. Fəqət adamların kimliyini öyrəndikdə, tam tərsinin olduğu görünməkdədir. Deməli, ölkəmizdə fəaliyyət göstərən və illərlə fətullahçılara qarşı olan iş adamları indi bu damğa ilə ölkəmizdən uzaqlaşdırılır.
Onlardan bir neçəsi Türkiyənin siyasi hakimiyyətinə yaxın MUSİAD-ı qurmaqla vəzifələndirilən şəxslərdir. Yəni, Gülənin buradakı iş adamları təşkilatlarına (İpəkyolu və s. ) qarşı alternativ qurulan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan təmsilçilyini qurmaq istəyənlər ölkəmizə buraxılmır.
Bundan başqa TUSİAB-ın fətullahçı başqanı Yavuz Kələşə qarşı 2010-cu ildə alternativ olan və Camaatla ilk dəfə kəllə-kəlləyə gələnlərdən olan “Okuklu” Holdinqin başqanı Yılmaz Okuklu öz Facebook səhifəsindən deportasiya edilmək istəndiyini yazıb. Azərbaycanın rəsmi 6-cı vergi rekordmeni olan və AK Partiyanın sabiq deputatlığa namizədi, Ərdoğan tərəfindən tanınan iş adamı 15 iyuldan sonra başlanan rüzgarla ölkədən çıxarılması istənilir.
Siyahıda Camaatdan ayrılaraq, Ərdoğan tərəfə keçdiyi üçün cəzalandırılan “Avis” Apteklərinin rəhbərliyi də var. “Avis” rəhbərliyindən Mustafa bəy də bir neçə gün öncə ölkədən apar-topar deport edilib.
Maraqlıdır ki, deport səbəbi barədə də heç özlərinə belə məlumat verilmir və siyahı çox böyükdür. Məlumatda deyilir ki, siyahıda olanların əksəriyyətinin Gülən camaatı ilə ya əlaqəsi yoxdur, ya da uzun müddətdən bəri münasibətlər kəsilib. Yəni, Gülənə Azərbaycandan ildə milyonlarla dollar “himmət” parası göndərənlər bir kənarda qalıb, ona üz çevirənlər, qarşı çıxanlar cəzalandırılır. Necə ki, 2014-cü ildə Gülənə qarşı mübarizəyə start verildiyi zaman heç bir vergi borcu olmadığı halda Ziya Şahin adlı iş adamı ölkədən deport edildi. Buna səbəb isə onun İsmayıllıda xalq arasında Gülən əleyhinə çıxışlarının Camaatı və Camaatın Azərbaycanda ayaq açmasında mühüm rol oynamış icra başçısını narahat etməsi idi.
Görünən odur ki, Türkiyədə çevriliş cəhdi uğursuzluğa uğrasa da, Gülən Azərbaycan və digər ölkələr vasitəsi ilə Ərdoğandan və ərdoğançılardan qisas almağa davam edir. Türkiyənin diplomatik nümayəndəliklərinin türk vətəndaşlarına İngiltərənin ingilislərə, Fransanın fransızlara göstərdiyi münasibəti göstərmədiyindən, ən yaxşı halda mövcud durumdan “üzgün” olduğunu bildirmələrindən dolayı xüsusilə, Azərbaycanda türk iş adamları təklənmiş durumdadırlar. Dövləti yanında görmədiyi üçün yenidən Gülənin tərəfinə keçənlər də az deyil. Bu barədə “Gündəm Xəbər”ə daxil olan məlumatlarda deyilir ki, 2013-cü il Gezi hadisələrində Ərdoğanə dəstəklədiyi üçün Azərbaycandakı böyük proyektlərini itirmək təhlükəsi ilə üzləşən “Aral” Qrupun yenidən Gülənin tərəfinə keçdiyi, Ənvər Özərənin ona cərimə olaraq, kəsdiyi “İstək” liseyinin əlavə binasını tikdirdiyi vurğulanmaqdadır. Qısacası, çevrilişə cəhd edən dəstənin yanındasansa, Camaat sənə hər cür dəstəyi verəcək, əks halda “fətullahçı” damğası ilə deport ediləcək, dərdini də kimsəyə anlata bilməyəcəksən…
Qısacası, Türkiyə dövləti fətullahçılara “Arxanızdayam” deyən deyil, gerçək türk vətəndaşlarına arxa çıxan diplomatları xarıciyyədə vəzifələndirməsə, itirən yenə türk dövləti olacaq.
Eyni zamanda Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin bundan öncə də Ərdoğana yaxın iş adamlarına qarşı fəaliyyətləri nəzərə alınarsa, bu məsələnin üzərində durulması gərəkir. Hələ bu günə kimi bir fətullahçı iş adamına qarşı “qaşın üstə gözün var” deməyən bu qurumun digər türklərə qarşı amansız münasibəti ciddi araşdırma mövzusudur. Bu isə deməyə əsas verir ki, rəhbəri gülənist olmasa da, Təhsil, Gənclər və İdman, Vergilər Nazirlikləri kimi bu qurumun da içərisində fətullahçı şəbəkə öz sistemini qurub və istədiyini gerçəkləşdirməkdədir. Necə ki, biz illərlə hakimiyyətə “içərini təmizlə” dediyimiz üçün məhkəməyə verildik. Ancaq bu gün Türkiyə hüquq-mühafizə orqanları ard-arda əməliyyatlar edərək, Türkiyədəki qurumlarına basqınlar edirlər. Əgər prosses Azərbaycana keçərsə, Türkiyədəkindən daha ciddi bir müqavimət olacağı indidən görünməkdədir. Türkiyədə müvəffəqiyyət qazanmayanlar artıq qisas əməliyyatına başlayıb.
Bu isə Azərbaycanda Gülən təhlükəsinin hansı həddə olduğuna dair ciddi həyəcan siqnalıdır….

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur

    Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur ...

    16-07-2016, 03:27

  • 
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • Azərbaycanı Türkiyədə Gülən-Ərdoğan savaşına qatırlar?

    Azərbaycanı Türkiyədə Gülən-Ərdoğan savaşına ...

    4-03-2014, 10:33

  • 
  • ABŞ-dan Fətullah Gülən açıqlaması

    ABŞ-dan Fətullah Gülən açıqlaması ...

    1-04-2014, 10:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu