GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub?

BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub?

Tarix: 15-08-2016, 17:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 798
BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub?

Orucov Şahbəddin: “Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilimə baxış keçirərkən, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi”
“Gündəm Xəbər” qəzetinin 22-28 iyul 2016-cı il tarixli sayında Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən küçəsi-16 ünvanında yaşayan II qrup Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü. Müdafiə Nazirliyinin xüsusi rütbəli zabiti Orucov Şahbəddin Möhyəddin oğlunun başına gətirilən müsibətlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, o, 26 iyun 2016-cı il tarixdə döyüşçü yoldaşı Qayıbov Alı Hacı oğlu ilə birlikdə paytaxtın “20 Yanvar” ərazisində keçirilən tədbirdən evə qayıdarkən, şəhərin “Dərnəgül” yolu istiqamətində BŞYPİ-nin iki nəfər əməkdaşı Cəfərov Fərid Rafiq oğlu və Zeynalov Səbuhi Oqtay oğlu tərəfindən saxlanılır. İlk öncə yol polisi əməkdaşları onu sorğu-suala tuturlar və “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsini idarə etdiyi üçün, Şahbəddin Orucovdan sürücülük vəsiqəsini də tələb edirlər. Az sonra isə, sərxoş olub-olmadığını dəqiqləşdirmək məqsədilə, onu Zığ şossesində yerləşən Narkoloji Dispanserə də aparırlar. Şahbəddin Orucovun bildirdiyinə görə onu adıçəkilən ünvanda heç bir müayinədən keçirmirlər, sadəcə olaraq yol polisi əməkdaşı Narkoloji Dispanserin hansısa bir həkimi ilə ona kənardan baxış etməklə kifayətlənir. Xoşagəlməyən hal o olur ki, II qrup Qarabağ müharibəsi əlili həmin günün gecə saatlarında Narkoloji Dispanserdən təqribən 60-70 metr aralı məsafədə yol polisi əməkdaşının idarə etdiyi nəqliyyat vasitəsindən düşürdülür və yol kənarında da qoyulur. Onu da qeyd edək ki, həmin gün yol polisi əməkdaşları Şahbəddin Orucovdan lazımi sənədləri aldıqları üçün, onda heç bir sənəd olmur.
Qəzetimizin 22-28 iyul 2016-cı il tarixli sayında onu da qeyd etmişdik ki, Şahbəddin Orucov saxlanılarkən sürücülük vəsiqəsi ilə bərabər, ona məxsus əlillik vəsiqəsi də ələ keçirilir və altı ay müddətində onun özünə geri qaytarılmır. II qrup əlilin bildirdiyinə görə o, bir neçə dəfə əlillik vəsiqəsinin geri qaytarılması ilə bağlı BŞYPİ-nin rəhbərliyinə, qurumda səllahiyyət sahibi olan vəzifə sahiblərinə müraciətlər etsə də, onu bir kimsə lazımınca dinləmir və əlillik vəsiqəsinin BŞDYİ-də olmadığını da bildirirlər.Yalnız Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvafiq sorğusu əsasında Şahbəddin Orucova məxsus əlillik vəsiqəsi (№048997) BŞYPİ-dən Nizami rayon Polis İdarəsinə göndərilir və 10 dekabr 2015-ci il tarixdə də, adı çəkilən idarədən II qrup əlilin ünvanına göndərilir. O halda sual oluna bilər ki, Qarabağ müharibəsində sağlamlığını itirən və aldığı xəsarətlər nəticəsində II qrup əlil olan bir şəxsin əlillik vəsiqəsinin altı ay gizlədilməsi nə dərəcədə qanunauyğun haldır? Eyni zamanda yol polisi əməkdaşının əlil vəsiqəsinin ələ keçirilməsi və həmin şəxsi altı ay müddətinə dövlətin ona vermiş olduğu imtiyazdan məhrum etməsi, hansı qanunla tənzimlənir? Yaxud da tənzimlənirmi? Odur ki, belə bir olaylar ortaya çoxsaylı suallar çıxarır ki, həmin məqamların da araşdırılmasına ciddi ehtiyac duyulur.
Yaşanan olaylarla bağlı Şahbəddin Orucovun həyat yoldaşı Orucova Təranə Şamil qızı Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, rayon prokurorluğunun müstəntiqi Ceyhun Mirzəyev apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlir ki, baş verən hadisələrdə heç bir cinayət əməli yoxdur və 19 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə istinad edərək, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar da qəbul edir. Amma çox keçmir ki, Nərimanov rayon prokuroru cənab Vüqar Əliyev, Azərbaycan Respublikası CPM-nin 84.5.8-ci maddəsini rəhbər tutaraq, prokurorluğun müstəntiqi Ceyhun Mirzəyevin 19 sentyabr 2015-ci il tarixdə 564-C-16 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi qərarın ləğvi haqda qərar qəbul edir və həmin material üzrə əlavə araşdırmaların aparılması rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Niyazi Qəzənfərzadəyə də həvalə olunur.
Bundan əlavə onu da qeyd edək ki, yol polisi əməkdaşları Şahbəddin Orucovu 26 iyun 2015-ci il tarixdə saxlayıb onu Zığ şossesindəki Narkoloji Dispanserə apardıqdan sonra, ona BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı ilə 500 manat cərimə də yazılır. Amma, onun müxtəlif instansiyalara ünvanladığı davamlı şikayətlərindən sonra, Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı qanunsuz olduğuna görə, elə onun özünün 15 fevral 2016-cı il tarixdə imzaladığı qərarla, inzibati xəta haqqında icraata xitam verilir. Maraqlı hal odur ki, Şahbəddin Orucov nə qədər çalışsa da, yol polisi əməkdaşlarına heç bir cəza verdirə bilmir. Sadəcə olaraq II qrup Qarabağ müharibəsi əlilinin həyat yoldaşı Təranə Orucovaya, 21 iyul 2016-cı il tarixdə BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərovun imzası ilə verilən cavab məktubunda bildirilir ki, “ilkin müraciətlərinizi araşdıran icraçılar rəhbərlik tərəfindən intizam məsuliyyətinə cəlb olunmuşlar”. Belə bir cavabın verilməsi də, yəqin ki, gözdən pərdə asmaqdan başqa bir şey deyil.
Şahbəddin Orucov onu da bildirir ki, “ölkə rəhbəri tərəfindən bir çox əlillərə, o cümlədən mənə də verilmiş “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsi cərimə meydançasına qoyularkən, maşının içərisindən bir çox avadanlıqlarım, o cümlədən bankdan kreditə götürdüyüm 4 min manat pulum da “qeybə çəkilmişdi”. Çünki, Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilə baxış etdikdə, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi. Buna səbəb, cərimə meydançasında saxlanılan avtomobilimin qarət edilməsi, şüşələrinin açıq vəziyyətdə olması idi. Düzdür, bu günə qədər bir çox instansiyalara, məhkəmələrə müraciətlər etsəm də, hələ ki, haqqıma qovuşa bilməmişəm. Çünki, aparılan araşdırmalar qeyri-obyektiv aparılır. Aparılan araşdırmalar zamanı da BŞDYPİ-nin əməkdaşları ortaya saxta sənədlər, akt və protokollar çıxarırlar. Bir çox əşyalarımı, pulumu götürmədiklərini bildirirlər. Amma, əlillik vəsiqəm altı aydan sonra onlardan çıxdı. Hal-hazırda da avtomobilim cərimə meydançasında çürüməkdədir. Bu gün avtomobilimi mənə vermirlər, buna səbəb də avtomobilimin texniki pasportunun olmamasıdır”.
Araşdırmamız davam edəcək. Açıqlamada adıçəkilən hər bir şəxsin mövqeyini dinləyə bilərik.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BŞYPİ-də II qrup Qarabağ əlilinin №048997 saylı vəsiqəsi, altı ay “girov” saxlanılıb

    BŞYPİ-də II qrup Qarabağ əlilinin №048997 saylı ...

    27-07-2016, 00:42

  • 
  • Yol polisi motosikleti cərimə meydançasına taksi ilə apardı

    Yol polisi motosikleti cərimə meydançasına taksi ...

    3-09-2015, 19:17

  • 
  • Sərxoş sürücü polisi öldürdü – Yeniləndi

    Sərxoş sürücü polisi öldürdü – Yeniləndi ...

    1-01-2014, 19:01

  • 
  • BŞDYPİ-i əməkdaşlarının protokol maxinasiyası

    BŞDYPİ-i əməkdaşlarının protokol maxinasiyası ...

    21-06-2016, 14:00

  • 
  • Deputat oğlu Bakıda “avtoş"luq” etdi (FOTO)

    Deputat oğlu Bakıda “avtoş"luq” etdi (FOTO) ...

    6-01-2015, 21:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu