GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sənətin zirvəsində ulduzların toqquşması...

Sənətin zirvəsində ulduzların toqquşması...

Tarix: 11-09-2016, 14:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 023
Sənətin zirvəsində ulduzların toqquşması...

Flora Kərimova Zeynəb Xanlarovaya niyə “atəş” açdı?

İki korifey sənətkarın kübar skandalı hamıda çaşqınlıq yaradıb; Flora xanım yenə də təmkinini və etikasını pozmadı

Bu qalmaqala qovğa, kin-küdurət və ya şəxsi zəmində münaqişə kimi baxmaq olmaz, iki sənətlə bağlı mübahisəsi adlandırmaq olar

Xalq artisti Flora Kərimovanın çıxışı rezonans doğurub. Korifey sənətkarın millət vəkili, Xalq artisti Zeynəb Xanlarova haqda söylədiyi sərt fikirlər medianın manşet xəbərlərinə çevrilib.

Böyük əksəriyyət hələ də çaşqınlıq içərisindədir, nə baş verdiyini anlamır, onlar bu fikirlərin nədən qaynaqlanmasını da fikirləşməkdə çətinlik çəkir. Doğurdan da sürpriz mənzərədir və heç gözlənilmədiyi halda F.Kərimova Z.Xanlarovaya “atəş” açır.

Sitat: “Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur. Camaatı öyrədib zəng elətdirirdi mənə. Məni təhqir edirdi onun adamları. İlhamə də bu yolu ondan öyrənmişdi”.

Flora Kərimovanın İlhamə Quliyeva ilə mübarizəsi sənət kontekstindən kənarda idi. Bu ədavətin tarixi kökləri vardı və tamamilə səhnədən qırağa çıxmışdı. İlhamənin Floraya etdiyi pisliklər, zamanında yaşatdığı gərginliklər Kərimovanın kifayət qədər haqlı olduğunu deməyə əsas verirdi.

Flora-Zeynəb qalmaqalına isə fərqli baxış var. Bu skandala qovğa kimi, kin-küdurət və ya şəxsi zəmində münaqişə kimi baxmaq olmaz. Sadəcə, ölkənin iki böyük sənətkarının sənətlə bağlı mübahisəsi adlandırmaq olar.

Flora xanımın açıqlamasından da görünür ki, Zeynəb xanımın səsinə, sənətinə tənqidi yanaşıb və öz mövqeyini açıqlayıb. Yəni, nə təhqir var, nə böhtan. Bu, böyük sənətkarın bir böyük sənətkara verdiyi qiymətdir.

Və kimsə razılaşa da, razılaşmaya da bilər. Hər halda biz iki böyük korifeyin çıxışında qeyri-etik nüans görmədik. Əgər Flora xanımın açıqlamasında şər-şəbədə, təhqir, hədyan olsaydı onu qınamaq da olardı, yaşına hörmət etmədiyini söyləmək də.

Amma F.Kərimova öz dəsti-xəttinə sadiq qalaraq Z.Xanlarova haqda fikirlərini bölüşüb. Doğrudur, onu qınamaq olar ki ilin-günün bu vaxtında Zeynəb xanıma ilişməyi yersizdir.

Əvvəla, Z.Xanlarovanın sənətinə qiymət vermək zamanı deyil, ona həm SSRİ, həm Azərbaycan dövləti dəyər verib. Lakin məhşur söz var: öncə sözü deyənə, sonra sözə baxmaq lazımdır.

Heç şübhəsiz ki, Zeynəb xanım haqda fikir bildirən hansısa bayağı toy müğənnisi, ya da yeni çıxan mikrofonsuz oxuya bilməyən manıs deyil, səsi ilə hamını feyziyab edən, sənətinə ən yüksək qiyməti almış Flora xanımdır.

Flora Kərimova zirvəsi hələ fəth olunmayıb. Eləcə də Zeynəb Xanlarova sənətdə Everest yüksəkliyidir. Bu qalmaqala kənar adamların uğursuz müdaxilələri və tərəf saxlayaraq verdiyi açıqlamalar da əhəmiyyətsizdir.

Ona görə ki artıq qalmaqal sönmək üzrədir və körükləmək istəyənlərin cəhdləri də iflasa uğrayır.

Bu, İlhamə ilə olan ədavət deyil ki uzun müddət davam etsin. Hər iki sənətkar məsələsi vaxtında bağladı və rəylər də öz qüvvəsində qaldı. Flora xanımın çıxışı da onun çəkisinə, sanbalına xələl gətirmədi.

Onu da unutmaq olmaz ki, F.Kərimova təkcə ifaçı deyil, vətənpərvər, xalqını sevən, Qarabağ həsrəti ilə alışıb-yanan, Şuşadan hər söz düşəndə gözləri dolan bir qadındır, anadır.

Onun siyasi əqidəsi, deputat olmasa da, xalq tərəfindən aldığı mandat, prinsipləri bir şəxsiyyət olduğunu deməyə əsas verir. Hər zaman vətəndaş mövqeyi sərgiləyən F.Kərimova bu günə müxalifət, iqtidar, ümumilikdə xalq tərəfindən sevilir.

Ona bu günə kimi İlhamə Quliyeva, Faiq Ağayev, Röya və başqaları olmazın sözlər deyiblər, aşağılayıblar. Amma hər birinin qarşısında duruş gətirib.

Həddən artıq hipertrofiya olunmuş ədalət hissi, vətənpərvərliyi və heç kimə yarınmaq istəməyən xasiyyətinə görə, Xalq artisti öz sənət ömrünün demək olar ki, 3/4-ü qadağada olub. Amma hətta buna baxmayaraq, Qızıl Fondda ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur.

İlk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ Şikəstəsini oxumuşdur. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ Şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib.

Lakin, Bakıya qayıtdıqdan sonra, o dövrkü mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdı.

Sonradan, Moskvadan gələn Mədəniyyət məsələləri ilə bağlı heyətin tərkibində olan, yüksək rütbəli məmurun xanımının (hansı ki, Flora Kərimovanın ifasını tanıyırdı,) xahişi ilə xanım Kərimova səhnəyə qaytarılır.

Daha sonralar, Azərbaycanın birinci katibinin istəyini həyata keçirmədiyinə görə yenidən səhnədən kənarlaşdırılır. Lakin Sovet dövründə ən uzunmüddətli qadağanın tarixcəsi daha maraqlı olub.

O dövrdə, Moskvada belə qərara alınır ki, hər respublikadan bir nəfərə SSRİ xalq artisti adı verilsin. Flora Kərimovanın, Moskvanın Mərkəsi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan, SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları, Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istədiklərini bildiriblər.

Bu qərarın əsas səbəbi, sənətkarın fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə, Flora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi (həm Asəf Zeynallı adına musiqi məktəbini, həm də Konservatoriyanı bitirmişdir), həm də rus dilini sərbəst

bilirdi (bu o dövrdə, ziyalı üçün vacib şərt idi). Lakin son anda, elə sənətkarın özü bu məsələni alt-üst etdi.

Belə ki, o dövrdə SSRİ xalq artisti adını almaq üçün, əvvəl Azərbaycan SSR xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər.

Əvvəlcə hər məqam yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə, Flora Kərimova qətiyyətlə fəxri adları almaqdan imtina etdi. Təbii ki, bu Mərkəzi Komitəni təəccübləndirməyə bilməzdi. Hadisədən qəzəblənmiş Azərbaycan məmurları Kərimovanı növbəti dəfə hakimiyyətin arzuolunmaz şəxslər siyahısına daxil etdilər.

Uzun müddət diskriminasiyalara məruz qalan Kərimova, hətta bu səbəblər üzündən bir müddət Polşada yaşamalı olub. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) baş katibinin xanımının təşəbbüsü ilə xeyli müddət sonra Flora Kərimova yenidən səhnəyə qaytarılıb.

Bütün bu ədalətsiz qadağalar zamanı ən vicdansız addım isə, sənətkarın ifa etdiyi əsərlərin arxivdən məhv edilməsi idi. Belə ki, Flora Kərimovanın ilk ifaçısı olduğu sənət əsərlərinin əksəriyyəti, siyasətçilərlə qeyri-rəsmi münasibətlərdə olan bəzi müğənnilərin kaprizi ilə məhv edilib.

Hazırkı AzTV (Azərbaycan Dövlət Televiziyasının) o zamanlarda işləmiş əməkdaşları danışır ki, arxivin şöbələrini bir-bir gəzərək, Kərimovaya aid olan ifaları yandırırlarmış və şöbələrin əməkdaşları, digər şöbələrlə əlaqə saxlayıb deyirlərmiş ki, əgər hələ onların şöbəsinə gəlib çatmayıblarsa, Flora xanımın əsərlərini rəfdən götürüb gizlətsinlər.

Məhz belə ümumxalq sevgisi nəticəsində Flora Kərimovaya aid olan bəzi əsərlər günümüzə qədər gəlib çıxıb. Filmlərdən bəzən Flora Kərimovanın adı bəzənsə bütövlüklə onun ifa etdiyi əsərlər kəsilib çıxarılırdı.

Qəribə orasındadır ki, filmlərin Azərbaycanda olan variantlarında Flora Kərimova olmasa da, Moskvadakı rusdilli variantlarda Flora Kərimova qalıb.

Amma, çox heyf ki, heç də bütün filmlər Moskvada saxlanılmırdı. Adəti üzrə ilkin çəkilişi rus dilində olan filmlərin bir nüsxəsi Moskvada saxlanılırdı.

Bu səbəbdən, Flora Kərimovanın əksər ifaları tarixdən itirilib. Film və cizgi filmlərindən adı kəsilib çıxarıldığına görə, zaman-zaman digər müğənnilər Kərimovanın ifalarını öz adlarına çıxarmaq istəyiblər. Ancaq, heç kimlə dəyişik salınmayacaq bənzərsiz tembri buna yol verməyib.

Fakt ondan ibarətdir ki, əgər ifaçı digər müğənni olmuş olsaydı, onun adı titlərdə olardı, çünki təqiblərə məruz qalan və adı silinib çıxarılan yeganə sənətkar Flora Kərimova olub. Flora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi "Azadlıq" blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsi oğurlanıb.

Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən xalq artisti Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb.

Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövləti sənətkara ümumən 59 min 100 avro təzminat ödəməlidir

Ümumilikdə xalq artisti Arif Babayev iki sənətkarın qalmaqlından təəssüfləndiyini bildirib: “Çox heyif ki, biz belə bir şeylər görürük. Hər ikisi böyük sənətkardır… Mən istəmirəm onların işinə qarışım.

Hər ikisi xanımdır. Gənclər baxıb nə örnək götürsün? Gənclər yaxşı şey görməlidir ki, sabah elə bir hərəkəri o da etməsin. Hər ikisi neçə illərdir sənətdədir, hər ikisi öz sözünü artıq demiş insanlardır. Belə şeyləri görüb çox təssüflənirəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Flora Kərimova: "Heç kim bir daha zəng etməsin"

    Flora Kərimova: "Heç kim bir daha zəng ...

    25-02-2016, 14:53

  • 
  • Flora Kərimova İlhamənin oğulluğunun tərbiyyəsizliyinə cavab verdi: "Elçibəy mənəvi atamdır"

    Flora Kərimova İlhamənin oğulluğunun ...

    3-03-2016, 20:56

  • 
  • Zeynəb Xanlarova: "Bakıya qayıdıb hər şeyi danışacam”

    Zeynəb Xanlarova: "Bakıya qayıdıb hər şeyi ...

    4-09-2013, 18:00

  • 
  • Flora Kərimova qabırğasını sındırdı

    Flora Kərimova qabırğasını sındırdı ...

    31-08-2015, 21:14

  • 
  • “Zavallı uşaq ermənilərin hərəkətindən o qədər tutuldu ki...” -Flora Kərimova

    “Zavallı uşaq ermənilərin hərəkətindən o qədər ...

    12-05-2016, 15:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu