GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » General “metro kralı”nı da cəhənnəmə aparır...

General “metro kralı”nı da cəhənnəmə aparır...

Tarix: 15-09-2016, 12:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 056
General “metro kralı”nı da cəhənnəmə aparır...

Akif Çovdarovun istintaqa açıqladığı faktlar Tağı Əhmədovun həbsini şərtləndirib


MTN generalı ilə Metropoliten QSC-nin sabiq rəhbəri arasındakı işbirliyi, yeraltı dünya sahibindən aldığı 3 milyon və büdcədən talalan pulların hesabı verilə bilər

Azərbaycan siyasi tarixində növbəti dərslik yazılır. Bu dərslik gələcək nəsillər üçün stolüstü itaba çevrilə bilər. “Gündəm-xəbər”in verdiyi məlumata görə, söhbət həbsdəki MTN generalı Akif Çovdarovla Metropoliten QSC-nin sabiq rəhbəri Tağı Əhmədovla işbirliyindən gedir.

Hazırda YAP-ın Yasamal təşkilatının çətiri altında gizlənən və törətdiyi cinayətlərə bəraət qazandıran T.Əhmədovun həbsi kifayət qədər realdır. Metropolitendə təkcə keçidlərdəki ticarətdən milyonlar qazanan sabiq QSC sədri indi Çovdarovu dələduz, özünü isə əzabkeş kimi təqdim etməyə çalışır.

Həbs əndişəsi

Halbuki, metro keçidlərində ticarət obyektlərinin yer pulunu tez-tez qaldıran T.Əhmədov demə bu vəsaiti Çovdarova çatdırmaq üçün toplayıbmış. Dövlət belə idarə olunurmuş. İndi qanun qarşısında cavab verməli olan T.Əhmədov məsuliyyətdən yayınır və hakim partiyaya sığınır.

Unudur ki, ölkə rəhbərliyi heç zaman cinayət törədənləri siyasi statusuna baxmadan bağışlamır.

Məsələn, Gülər Əhmədovanın Elşad Abdullayevlə seçki cinayəti göstərdi ki, əsla kimsə bağışlanmır və hər kəs qanun qarşısında bərabərdir. Eləcə də Çovdarov da, Eldar Mahmudov da, Tağı Əhmədov da.

Bakı Metropoliteninin işdən çıxarılan sabiq rəisi Tağı Əhmədovun vəziyyəti ağırdır. Bununla bağlı gələn məlumatlara görə, durum elə bir həddə çatıb ki, T.Əhmədov hər an həbs oluna bilər. Sabiq rəisin özünün də vəziyyətdən xəbəri var və çox narahatdır.

T.Əhmədov işdən qəfil çıxarıldığından vergidən yayınma, korrupsiya halları ilə bağlı bir sıra sənədləri qaydaya sala və önləyici tədbirlər görə bilməyib.

Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilərək mənimsənilib.

O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti T.Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir.

Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilərək mənimsənilib.

Keçidlərdə mənimsənilən milyonlar

O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti T.Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir.

Qeyd edək ki, T.Əhmədov hələ 2010-cu ildə Azadlıq Radiosunun “İşdən sonra” proqramına müsahibəsində metro ticarətindən əldə olunan vəsaitin vergidən yayındırıldığını demək olar ki, özü təsdiqləyib. Həmin vaxt T.Əhmədov bildirib ki, metropoliten ərazisindəki ticarət obyektlərində 2 min nəfər çalışır və ayda 70 min, ildə isə 840 min manat gəlir əldə olunur.

T.Əhmədov həmin gəlirin metronun tələbatlarına sərf olunduğunu və bir manat da olsun vergi ödənilmədiyini deyib. T.Əhmədov həmçinin bildirib ki, metro keçidlərində ən yüksək icarə haqqı bir kvadratmetr üçün 100 manatdı.

T.Əhmədov doğru deyir, sənədlərdə metropoliten ərazisində bir kvadratmetr yerin icarə qiyməti 70-100 manata sənədləşdirilir. Amma icarədarlara ən azı 700 manata verilir. Metropoliten ərazisindəki ticarət köşklərinin ilk icarədarları isə T.Əhmədovun oğlunun və digər yaxınlarının sahibi olduğu müəssisələrdi.

Həmin müəssisələr metropoliten ərazisindəki ticarət köşklərinin bir kvadratmetrini 70-80 manata icarəyə götürürlər, sonra isə təxminən 10 dəfə baha qiymətə icarəyə verirlər. Həm də həmin köşklər icarəyə verilərkən bir dəfə olmaqla ticarətçilərdən 1200-1500 manat alınır.

Aylıq 70 min hara gedib?

T.Əhmədov da metro ticarətindən böyük qazancı daha çox bu yolla əldə edib. Onun dediyi aylıq 70, illik 840 min manat isə öz yaxınlarının müəssisələrinin metropolitenlə bağladığı müqaviləyə görə ödənilən məbləğdi.

Onun özünün dediyindən də məlum olur ki, həmin məbləğdən də dövlətə bir manat da olsun ödənməyib. Bu məbləğ “Metropolitenin tələbatına sərf olunub” adı ilə mənimsənilib. Ən yaxşı halda isə hara sərf olunduğu qaranlıq qalıb.

T.Əhmədovun işdən çıxarılmasından sonra qısa müddət ərzində aparılan yoxlamalar və araşdırmalar nəticəsində bütün bunlarla bağlı dəhşətli faktların üzə çıxması isə metropolitenin sabiq rəisinin qələminin birdəfəlik qırılmasına əsas yaradıb.

Mənbənin qeydlərinə görə, MTN generalının həbsdən verdiyi açıqlamlardan sonra Əhmədovun vəziyyəti pisləşib. Onun istintaqa cəlb olunması ehtimalı var. Çünki büdcədən talan etdiyi vəsaitlər, mənimsədiyi pullar, ticarət köşklərindən qazandığı pulların hesabını verməlidir.

Heç də özünün dediyi kimi Çovdarova verdiyi 3 milyon manatı 40 il ərzində işləyib maaşından yığmayıb. Buna bişmiş toyuğun da gülməyi gəlir. Qeyd edək ki, generalın açıqlamaları istintaq tərəfindən cinayət işi materiallarına əlavə olunur.

Çovdarovun Əhmədov haqda dedikləri ikincinin məsuliyyətə cəlb olunmasını şərtləndirir. Artıq ayrı-ayrı ekspertlər də çıxışlarında qeyd edirlər ki, T.Əhmədova cinayət işi açılmalıdır.

“Yeraltı dünya”nın keçmiş sahibinin ifşa edilməsi və dövlətdən mənimsənilən 3 milyonu generala verməsi onun da məsuliyyətini artırır.

Çovdarovdan qorunmaq olmaz

Korrupsiya pullarını generala təhvil verən QSC-nin keçmiş rəhbəri lə bağlı araşdırmaların aparılmasına zərurət var. Hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib ki, Çovdarovun ifadələri Əhmədovun həbsini aktuallaşdırıb.

YAP-ın Yasamal təşkilatının sədri olan T.Əhmədov 3 milyon pulu hansı mənbədən əldə etməsi ilə bağlı soğru-suala tutulsa da, verdiyi cavab istintaqı qane etməyib. Hər halda bu pulu maaşdan yığmasını deməklə istintaqı uşaq kimi aldatmaq olmaz.

Zaman-zaman T.Əhmədovun Metropolitendəki korrupsiya əməlləri, biznesi, yeraltı keçidlərdən qazandığı milyonları barədə materiallar mətbuat səhifələrində yer alıb.

Bütün bunlar təsdiqləyir ki, Çovdarova çatan üç milyon manat heç də halal zəhmətin bəhrəsi olmayıb. Eyni zamanda Çovdarovla Əhmədovun işbirliyinin olduğunu sübuta yetirir.

Qaynağımız deyib ki, istitaq materiallarına yeni işlər əlavə oluna bilər və hazırda T.Əhmədovla bağlı proses gedir.

Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədobun qardaşı oğlu Ə.Əhmədov çatdırıb. Pulun verilməsində məqsədə gəlincə isə bildirək ki, iddia edilir ki, MTN-ə 10 ədəd "Range Rover" markalı avtomobil lazım olub.

Bankda batan milyonlar

Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov isə bundan imtina edib.

A.Çovdarov da intiqam məqsədi ilə onun ətrafında olanlarla barədə araşdırma aparıb. Əhmədovun qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyev (Tağı Əhmədovun qardaşı oğlanları) A.Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub. Sonda Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb.

Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Onu da deyək ki, 21 dekabr devalvasiyasından sonra ciddi maliyyə böhranı yaşayan banklara Azərbaycanın üzdə olan tanınmış adamlarının da böyük məbləğlərdə vəsait yatırdığı barədə məlumatlar yayılmaqdadır.

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının hazırki sədri Tağı Əhmədovun da adı həmin tanınmışlar siyahısında var. Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə milyon manat vəsaiti bu günlərdə bağlanan banklardan birində batıb.

O, Azərbaycanda problemlə üzləşən bankların birinə vaxtı ilə küllü miqdarda əmanət yatırıbmış. Lakin ötən ilin 21 dekabrında manatın devalvasiyaya uğraması nəticəsində bir çox banklarda

ciddi problemlər yarandığı üçün həmin kommersiya müəssisələri əmanətçilərin vəsaitləri geri qaytara bilməyib.

Tağı Əhmədov da bankdan əmanətini geri istəyib, amma bu, alınmayıb. Nəticədə sabiq rəisin külli miqdarda əmanəti bankda batıb.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda nə deyib – sensasion təfərrüat

    Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda ...

    5-05-2016, 15:06

  • 
  • Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”

    Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı ...

    9-03-2014, 14:23

  • 
  • Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu hardan gəlir?

    Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu ...

    27-04-2016, 17:14

  • 
  • Metropolitendə Gündəm Xəbər qəzeti də daxil olmaqla bir çox qəzetlərin satışına qadağa qoyuldu

    Metropolitendə Gündəm Xəbər qəzeti də daxil ...

    15-10-2013, 13:22

  • 
  • Tağı Əhmədovun yağmalanmasının müdhiş sirri

    Tağı Əhmədovun yağmalanmasının müdhiş sirri ...

    18-03-2014, 18:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu