Bu gün Bakı Metropolitenində satılan gündəlik gəzetlərin Gündəm Xəbər, Azadlıq,Müsavat və digər qəzetlərin satışı dayandırılıb. Metro stansiyalarının giriş və çıxışında qəzet satışı ilə məşgul olan satıcıların bildirdiyinə görə bu gün səhər saatlarından etibarən bütün metro stansiyalarının növbə rəisləri göstəriş veriblər ki, Gündəm Xəbər və gündəlik nəşr olunan müxalifət qəzetlərinin satışını dayandırsınlar. Gğstəriş verən Metropoliten işçiləri bildiriblər ki dərhal bu gün satışa çıxan Gündəm Xəbər, Azadlıq və Müsavat qəzetləri yığışdırılsın. Satıcılar bildirirlər ki, bunun səbəbini soruşduqda Metropoliten işçiləri bildirirblər ki, "yuxarının" göstərişidir. Hazırda metropoliten ərazilərində adı çəkilən qəzetlər satışdaşdan yığışdırılır. Gündəm Xəbər qəzeti redaksiyası olaraq bildiririk ki, qəzetlərin metro stansiyaların satış məntəqələrindən yığışdırılmasını göstəriş verən "yuxarılar" dedikdə bu "yuxarılar" Metropoliten rəisi Tağı Əhmədovun göstərişidir. Tağı Əhmədovun bu cür göstəriş verməsi azad mətbuata basqıdır. Hazırda əməkdaşlarmız bir neçə metro stansiyada olublar və həqiqətəndə qəzetlərin satışdan yığışdırılması üçün göstəriş verildiyini satıcılar bir daha təsdiq ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?