GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəydə “Qoçu Əsgər” peyda olub

Gədəbəydə “Qoçu Əsgər” peyda olub

Tarix: 20-09-2016, 16:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 304
Gədəbəydə “Qoçu Əsgər” peyda olub

Nurəddin Hüseynov: “Çox keçmədi ki, köməyə gələn həkimlər məni Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırdılar və xəstəxanada Firdovsi həkim məni cərrahiyyə əməliyyatı edərək, baş nahiyəmə dörd tikiş də qoydu”

Gədəbəydə “Qoçu Əsgər” peyda olub

Gədəbəydə yaşanan sosial problemlər içərisində diqqəti daha çox cəlb edənlərdən biri də, yerli sakinlərin üz-üzə qaldıqları olaylar və onların həlli istiqamətində heç bir addımların atılmamasıdır. Bu sırada həyatı ölümlə üz-üzə qalan və olmazın müsibətlərə düçar olunan Gədəbəy rayonu Arıqıran kənd sakini Hüseynov Nürəddin Cəbrayıl oğlu redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 04 avqust 2016-cı il tarixdə rayonun Inəkboğan kənd sakini tərəfındən toy məclisinə dəvət olunmuşdum. Toyda adı çəkilən kəndin sakini Hüseynov Əlviz mənə sataşaraq dedi ki, “sən mən oturan stolda otıırma”. O halda cavab verdim ki, bu məclisə heç kəs evindən stol gətirməyib. Ümumi danışığımızdan sonra söz-söhbətimiz dayandı və o, mənə nəsə desə də, mən onun dediklərini heç cür eşitmədim. Toy məclisindən çıxıb azyaşlı oğlumla evə gedərkən Hüseynov Əlviz, onun qardaşı Hüseynov Nuru, qardaşı oğlu Hüseynov Anar və Əlvizin digər qardaşı Hüseynov Vəsil qarşımızı kəsib bizi hədələdilər. Əvvəlcə Əivizin qardaşı oğlu Anar əllərimi tutdu və Əlviz də bir əlində bıçaqla, o biri əlində olan küt alətlə isə, mənə xəsarət yetirərək döyməyə başladılar. Çox keçmədi ki, Əlviz əlindəki armaturla baş nahiyəmdən də vurdu. Aldığım zərbədən huşumu itirib yerə yıxıldım və həmin an Əlvizin qardaşları Vəsil, Nuru və onun qardaşı oğlu Anar əllərindəki daş və dəmir alətlərlə məni yenidən döyməyə başladılar. Bir müddətdən sonra ayıldım ki, azyaşlı oğlum və anam məni yerdən qaldırırlar. Dərhal DİN-nin102 xidmətinə və təcili tibbi yardıma zəng vurdum. Çox keçmədi ki, köməyə gələn həkimlər məni Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırdılar və xəstəxanada Firdovsi həkim məni cərrahiyyə əməliyyatı edərək, baş nahiyəmə dörd tikiş də qoydu. Özümü olduqca pis hiss etdiyimə görə, ləngimədən həkimlər məni göndərişlə Bakı şəhər Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinin Trovmatologiya şöbəsinə göndərdilər. Adı çəkilən səhiyyə ocağında həkimlər məni müayinə edərək, mənə kəllə-beyin silkələnməsi və qansızma diaqnozunu da qoydular. Eyni zamanda baş nahiyəmdə kəllə-beyin sınığı və çat da aşkar etdilər. On gün həmin müəssisədə yatdım ki, həmin günlərdə də həm mııayinə, həm də müalicə olundum. Hətta, təkrar müalicəyə gəlməyimi də tələb etdilər. Həmin vaxtdan bu günə qədər Elviz Hüseynovun və onun yaxınlarının mənə qarşı etdikləri xuliqanlıq hərəkətləri ilə bağlı hara şikayət etmişəmsə, bir kimsə şikayətimə belə baxmayıb. Hətta, mənə qarşı cinayət törədənlər məni hədələyərək “get hara, kimə istəyirsən şikayətinit et, bizim polisdə də, prokurorluqda da, məhkəmədə də adamlarımız var” dedilər.

Gədəbəydə “Qoçu Əsgər” peyda olub

Onu da vurğulayım ki, mənə qarşı bu cür zorakılıq əməlləri törədən Hüseynov Əlviz, ayrı-ayrı vaxtlarda bir neçə nəfərə müxtəlif bədən xəsarətləri yetirsə də, heç bir halda lazımi cəzasını almamışdır. Məsələn, o, 1990-2015-ci illərə kimi Gədəbəy rayonu İnəkboğan kənd sakinlərindən bir neçəsinə müxtəlif bədən xəsarətləri yetirmiş və ötən vaxt ərzində də lazımi cəzasını almamışdır.

Gədəbəydə “Qoçu Əsgər” peyda olub

1.O, Hüseynov Əhət Şirin oğlunun əl barmağının birini kəsərək ona xəsaret yetirmişdir. Həmin xəsarət az ağır olsa da, əslində ömürlük qalan xəsarətdir. Baş verən hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda və Polis Şöbəsində istintaq işi aparilsa da, sonradan zərərçəkmişə prokurorluğun və polis şöbəsi əməkdaşlarının təsir göstərməsi nəticəsində, həmin işi heç bir əsas olmadan batırıldı və cinayet işinin rədd olunmasi haqda qərar da qəbul edildi.
2. 1991-ci ildə o, Gədəbəy rayonu İnəkboğan kənd sakini Məmmədov Tahar Məhəmməd oğluna biçaqla az ağır bədən xəsarəti yetirsə də, həmin iş üzrə cinayət işinin başlanması rədd edilmişdir.
3. 1992-ci ildə Əlviz Hüseynov Gədəbəy rayonu İnəkboğan kənd sakini Mustafayeva Məhfuzə Fikrət qızının baş nahiyyəsinə ağacla zərbə vurub ona müxtəlif bədən xəsarəti yetirsə də, həmin iş üzrə ekspert rəyi olsa da, son anda cinayət işinin başlanması rədd olunmuşdur.
4. 1993-cü ildə Gədəbəy rayonu İnəkboğan kənd sakini Hüseynov Ayaz Arif oğlunun və onun ailə üzvlərinin baş və qol nahiyələrinə müxtəlif bədən xəsarətləri yetirmişdir ki, həmin hadisə də kənd sakinlərinin gözü qarşısında baş vermişdir. Hüseynov Əlviz bu cür xuliqanlıq əməli törətsə də, həmin iş üzrə Gədəbəy rayon Prokurorluğunda və Polis Şöbəsində cinayət işinə başlanmasının rədd olunmasi barədə qərar da qəbul edilmişdir.
5. O, 1994-cü ildə Gədəbəv rayonu İnəkboğan kənd sakini Abdullavev Fazil Fərzali oğluna da mlixtəlif bədən xəsarətləri yetirmişdir. Həmin hadisə də kənd sakinlərinin gözü qarşısında baş vermişdir. Yenə də Godəbəy rayon Prokurorluğu və Polis Şöbəsi tərəfındən cinayət işinə başlanmasının rədd olunmasi barədə qərar qəbul edilmişdir.
6. Gədəbəy rayonu İnəkboğan kənd sakini Mustafayea Savad Müslüm qızına az ağir bədən xəsarəti yetirmiş və hələ bu azmış kimi onların evinə hücum da etmişdir. Nəticədə onlara məxsus əmlaka xeyli miqdarda zərər vurmuşdur. Bu hadisə də yüzlərlə kənd sakinlərinin gözü qarşısında baş vermişdir. Onun bu işi üzrə də cinayət işinin başlanmasının rədd olunması barədə, Gədəbəy rayon Prokrorluğunda və Polis Pöbəsi şöbəsində qərar qəbul edilmişdir.
7. Gədəbəy rayonu İnəkboğan kənd sakini Məmmədov Şahin Tahir oğluna müxtəlif bədən xəsarətləri yetirsə də və bununla bağlı rayon polis şöbəsində təhqiqat aparılsa da, son anda cinayət işinin rədd olunmasi barədə qərar qəbul edilmişdir.
8. O, Gədəbəy rayonu İnəkboğan kənd sakini İbrahimov Qabil Fərman oğlu ilə bərabər, İbrahimov Mobil Fərman oğluna qarşı da, cəmiyyətin gözü qarşısında əxlaqsızlıq hərəkətləri etdiyindən, onunla bağlı Gədəbəy rayon Polis Şöbəsinə müraciət olunmuş və müraciət əsasında bir qədər təhqiqat işi aparılsa da, son anda cinayət işinin rədd olunmasi barədə qərar qəbul edilmişdir.
9. Elviz Hüseynov Gədəbəy rayonu İnəkboğan kənd sakini Kazımov Nizaməddin Yunis oğlunu döydüyii üçün, onunla bağlı Gədəbəy rayon Polis Şöbəsinə muraciət olunmuş və bir müddət təhqiqat aparılsa da, son anda heç bir tədbir görülməmişdir.
10. O, Gədəbəy rayonu İnəkboğan kənd sakini Alıyev Fərzalı Mikayıl oğluna ağır bədən xəsarətləri yetirmiş və bir neçə qabırğasını da sındırmışdır. Onun belə bir hərəkəti ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunsa da, edilmiş müraciətə baxılmamışdır. Yəni, açıq-aydın şəkildə rədd cabvabı da verilmişdir.

Gədəbəydə “Qoçu Əsgər” peyda olub

Gədəbəy rayonu Arıqıran kənd sakini Hüseynov Nürəddin Cəbrayıl oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsindən bəlli olur ki, bu rayonda “ağa qara, qaraya isə ağ” deyirlər. Əgər bu belə olmasaydı Nurəddin Hüseynovu ölümlə üz-üzə qoyan Elviz Hüseynov, tutduğu əməl(lər)ə görə lazımi cəzasını da alardı. Amma, olub-keçənlərə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, onlarla rayon sakininə müxtəlif bədən xəsarətləri yetirən bu şəxsə hələ ki, bir kimsə “qaşın üstə qara var” demir. Yəni, bunun da səbəbi o olur ki, rayonun hüquq-mühafizə orqanı əməkdaşları ona “arxa-dayaq” olurlar”.
Haqqın qalib gələcəyinə və Elviz Hüseynovun tutduğu əməllərə görə gec-tez lazımı cəzasını alacağına ümid bəsləyən Nurəddin Hüseynov, bu gün ölkənin ən yüksək çinli vəzifə sahiblərindən də köməklik istəyir. O, inanır ki, ölkəmizin Baş Prokuroru cənab Zakir Qaralov və Daxili İşlər Naziri cənab Ramil Usubov problemin lazımınca araşdırılması üçün, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını da verəcəklər.
Açıqlamada adı çəkilən hər bir şəxsin də mövqeyini dinləyə bilərik.
Araşdırmamız davam edəcək.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə dəhşətli qətl: ər və arvad evində öldürüldü- ÖZƏL (FOTOLAR)

    Gədəbəydə dəhşətli qətl: ər və arvad evində ...

    3-06-2016, 00:12

  • 
  • Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

    Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ağır ...

    21-04-2016, 23:33

  • 
  • Gədəbəydə məmurlar “silkələndi”

    Gədəbəydə məmurlar “silkələndi” ...

    16-05-2016, 13:07

  • 
  • Toyda bıçaqlaşma olub

    Toyda bıçaqlaşma olub ...

    7-02-2014, 21:24

  • 
  • Toyda oynamaq üstündə qan tökdülər

    Toyda oynamaq üstündə qan tökdülər ...

    27-04-2016, 11:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu