GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovun Ukryanadakı biznesi

Fazil Məmmədovun Ukryanadakı biznesi

Tarix: 6-10-2016, 23:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 323
Fazil Məmmədovun Ukryanadakı biznesi

Nazir fantastik pullar hesabına xeyli obyekt açıb


Azərbaycanda hakimiyyətin önəmli fiqurları olan iri ranqlı məmurlar həm də geniş biznes strukturlarına və nəzarət imkanlarına malikdirlər. Bu, heç kimə sirr deyil. Vəzifə kürsüsündə mövqelərini möhkəmləndirdikcə onlar ayrı-ayrı sahələrə nəzarəti tamamilə əllərinə keçirərək nəhəng biznes imperiyası formalaşdırırlar. Ölkədə ən dəbdə olan ifadələrdən birinin də “məmur oliqarxlar” olması heç də təsadüfdən yaranmayıb. Bu gün üzdə olan bütün böyük biznes qurumların demək olar ki, mütləq əksəriyyətinin ayrı-ayrı məmurların nəzarətində olması şübhə doğurmur


Ölkənin bu sahədə öndə gedən fiqurları içərisində Vergilər naziri Fazil Məmmədovun xüsusi çəkisi vardır. Dövlətin ən mühüm sahələrindən birinə rəhbərlik etməsinin ona qazandırdığı geniş imkanlar son nəticədə böyük bir biznes imperiyasının formalaşmasına səbəb olub. Xüsusilə özəl sektora təsir imkanlarının böyük olması nazirə bütün sahələrdə fəaliyyət göstərmək üçün şərait yaradıb.


Sirr deyil ki, ölkənin əksər bölgələri iri məmurlar arasında bölüşdürülüb və zaman-zaman nüfuz dairəsinin genişlənməsi üçün oliqarxlar arasında mübarizə şiddətlənir. Fazil Məmmədov da hakimiyyət daxili əlaqələrindən istifadə edərək ölkənin qərb regionlarında və bir neçə digər bölgələrdə özünə yaxın kadrları yerləşdirməklə nəzarəti ələ keçirməyə müvəffəq olub.


Hazırda F.Məmmədov bir neçə rayonun icra hakimiyyətinin başçısı postuna öz adamlarını yerləşdirə bilib. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (sabiq vergi işçisi, nazirin yeznəsi) onlardan biridir. Verilən məlumatlara əsasən, hakimiyyət elitasında mövqeyi möhkəmlənən F.Məmmədov indi nüfuz dairəsində olan ərazilərin sayını artırmaq niyyətindədir. Xüsusilə nazirin hədəfi iri şəhərlərin rəhbərliyini ələ keçirməkdir. Söhbət ilk növbədə Gəncə, Sumqayıt, Lənkəranın, eləcə də bir sıra gəlirli rayonların icra hakimiyyətlərinin başçısı postlarına sahiblənməkdən gedir. F.Məmmədov hakimiyyət elitasındakı rəqiblərinə əzələ nümayiş etdirmək üçün ilk növbədə iri şəhərləri nüfuz dairəsinə qatmaq istəyir.

Vergilər nazirinin ən böyük “projelərindən” biri isə Bakı meriyasına nəzarəti tam ələ keçirməkdir. Bunun üçünsə konkret namizəd və həyata keçirilən plan mövcuddur. Fazil Məmmədovun biznes layihələri içərisində onun “Şəmkir xanədanı” xüsusi yer tutur. Məlumatlara əsasən, vergilər nazirinin Şəmkirdə gördüyü işlərə təxminən 700 milyon manata yaxın vəsait qoyması demək olar ki, bu rayonun yenidən qurulmasına səbəb olub. Yerli əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, Alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun silinməsindən narahat və narazıdı. Amma F.Məmmədovun indi Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə işgəncə yaşadır, onlarla iş adamının, yüzlərlə sadə vətəndaşın haqqı tapdanır. Torpağı əlindən alınır, obyektləri, evləri sökülür. Bu qədər böyük pulların və işlərin qabağında onlara qəpik-quruş ödənilir, etirazları dinlənilmir. Xəbərlərdə bildirilir ki, Fazil Məmmədovun “Şəmkir layihəsinə” böyük paralar cəlb olunduğundan dairəyə kənar adamlar buraxılmır. Bu işlərlə nazirin ən yaxın adamları məşğuldurlar. Hətta F.Məmmədovun Bakıda yüksək vəzifə tutan adamları da günlərini əsasən Şəmkirdə keçirilər.


Təkcə Şəmkir rayonu deyil, eyni zamanda Gədəbəy rayonunda da Fazil Məmmədovun saysız obyektləri var. Aldığımız məlumatlara görə, F.Məmmədov həm yerli sakinlərin, həm də ətraf rayonlarda yaşayan, üstəlik, ölkənin digər regionlarından da gələn insanların istirahət mərkəzi kimi istifadə etdikləri əraziləri zəbt edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazinin (meşə massivinin) mənimsənilməsi daha çox narazılıqlara səbəb olub. "Yastı meşəsi” adlanan istirahət zonasında tikilən imarət və ətrafındakı fazenda F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib. İllər uzunu həmin ərazidən ilin yaz və yay fəsillərində vətəndaşlar istirahət məqsədi ilə istifadə ediblər. Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə "Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.


Nazirin biznes imperiyası öz sıralarını daima genişləndirir. Verilən məlumatlara əsasən, “Synergy Group” ASC holdinq şirkəti Şəmkirdə “Shamkir Capital Group” investisiya şirkəti yaradıb. İlkin kapital 200 min manatdır. Yeni şirkətin Müşahidə Şurası ana şirkətin MŞ-da olan şəxslərdir: Dəyanət Quliyev, Ağasəməd Əfəndiyev və Fəxriyar Cabbarov. Buna qədər “Synergy Group” ASC Şəmkirdə bir neçə kommersiya strukturu yaradıb: “Excelsior Hotel Shamkir”, “AzAgro”, “Zeyem Texnologiyalar Parkı”, “Shamkir Agropark”. “Synergy Group” (səhmlərin 99%-i Əşrəf kamilova məxsusdur) sürətlə inkişaf edən holdinqlərdəndir. Bu il 5 illiyini qeyd edir. Qısa müddətə şirkətlərinin sayı 30-a çatıb. Şirkətin kapitalı 50 mln manatdır. 33 mln manat ziyanla 31 dekabr 2013-cü il üçün aktivləri 136 mln manata çatıb. Qrup bu yaxınalarda “Kövsər Bank” ASC-ni alması haqqında da məlumatlar verilmişdi.


Beləcə, Vergilər naziri bütün vasitələrlə öz nüfuz dairəsini genişləndirmək və hakimiyyət daxili mövqelərini möhkəmləndirməklə qarşıdan gələn parlament seçkiləri öncəsi və sonrası öz toxunulmazlığını təmin etmək istəyir. Verilən məlumatlara əsasən, parlamentin tərkibində özünə axın adamları görmək istəyən nazir artıq xüsusi hazırlıq işlərinə də start verib.


Fazil Məmmədovun ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi isə sirr qalır. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil.


Məlumatlara görə, nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks oteli var. Həmin otel “Mir” adlanır. Qəzetimizə bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir”otel Rezort Spa öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı otellərindən hesab olunan “Mir” oteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu otelə üz tuturlar. Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir. Ümumilikdə 129 Standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan “Mir” oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir. Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz “Mir”ə üz tutmasında müstəsna rol oynayır.


Mənbəmizin dediyinə görə, nazirin otelinin “Hər şey daxildir paketi otağın 7 gündən daha artıq müddətə rezerv edilməsi təqdirində qüvvəyə minir. Bu paket özündə aşağıdakıları cəmləşdirir:


- seçilmiş kateqoriya üzrə otaqda yaşayışın təmin olunması
- gündəlik 3 dəfə yemək. (İsveç stolu) qəlyanaltı,nahar, şam yeməyi.
- həkim-terapevt konsultasiyası
- "Med Palas" müalicə-diaqnostika mərkəzində təyinatı üzrə müalicə
- basseyn,sauna və trenajor zalından istifadə hüququ
- byuvet mineral sulardan istifadə


Həmçinin Mirotel Rezort SPA otelində aşağıda göstərilən xidmətlər mövcuddur: mərkəzi qidalanma restoranı, barlar, əyləncə klubu (diskoteka,bar,şou-proqram), (hovuz, cakuzi, sauna, SPA-Prosedurlar). Transfer, kimyəvi təmizləmə, ekskursiyaların təşkili və ticarət butikləri də nazirin bu istirahət kompleksinə daxil edilmişdir. Bundan başqa, oteldə bənzərsiz konfrans-servis vardır: konfrans zalları (bütün lazımi avadanlıqla təmin edilmişdir), biznes mərkəzi (faks, kompyuter, çap maşını).


Bir sözlə, nazirin haqqında danışılan oteli öz müasirliyi ilə fərqlənir, eyni zamanda onun ərsəyə gəlməsi üçün fantastik pullar xərcləndiyini göstərir. Bəs bu pulların qaynağı haradır? Əlbəttə, bunu konkret şəkildə demək çətindir. Amma Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsi, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrinin geniş miqyas alması və hətta ölkə başçısının da hökumətin son müşavirələrindən birində bu haqda birbaşa və sərt şəkildə, tənqidi tonda danışması bizə “Mir” otelinin hansı maliyyə mənbəyi hesabına ərsəyə gətirildiyini ehtimal etmək üçün ipucu verir,


Mənbəmiz onu da bildirib ki, F. Məmmədovun sözügedən otelinin xidməti personalı tamamilə əcnəbilərdən təşkil edilib: “Halbuki nazir ora azərbaycanlıları işçi götürməklə bir çox ailənin dolanışığını təmin edə bilərdi. Üstəlik, ölkə başçısı da çıxışlarında bir neçə dəfə Azərbaycandan kənarda yatırım qoyanlara işçi seçimi zamanı öz soydaşlarımıza üstünlük vermək barədə çağırış edib. Bu çağırışa vergilər nazirinin etinasızlıq göstərməsi maraq doğurur. Elə isə biz müstəqil iş adamlarından xaricdəki sərmayələrində azərbaycanlı işçilərə üstünlük verməyi necə gözləyə, bunu onlardan necə tələb edə bilərik?!

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun Ukryanadakı biznesi

    Fazil Məmmədovun Ukryanadakı biznesi ...

    20-11-2015, 18:12

  • 
  • Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik alıb?

    Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik ...

    25-07-2013, 12:33

  • 
  • FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə xəyanət maddəsi xatırladıldı

    FAZİL MƏMMƏDOV NİYƏ HƏDƏFƏ ÇIXDI? – Nazirə vətənə ...

    15-07-2015, 15:33

  • 
  • Vergilər Naziri Fazil Məmmədovun xaricdə olan biznes imperiyası

    Vergilər Naziri Fazil Məmmədovun xaricdə olan ...

    2-10-2015, 18:40

  • 
  • General İmranovun biznes imperiyası

    General İmranovun biznes imperiyası ...

    9-05-2014, 12:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu