GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Saatlıda görünməmiş korrupsiya

Saatlıda görünməmiş korrupsiya

Tarix: 10-10-2016, 19:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 847
Saatlıda görünməmiş korrupsiya

Yerli məmurlar hansı maliyyə fırıldaqlarına əl atır?

"Yalan ayaq açar, amma ki, yeriməz". Bunu atalarımız deyim. Ancaq Saatlıda elə hadisələr baş verir ki, düzü, adamın bu atalar sözünə inanmağı gəlmir. Bunun da səbəb var.

Məsələ burasındadır ki, düz 20 ildən çoxdur Saatlı yalan və saxtakarlıq üzərində idarə olunur. Bunun bariz nümunəsi kimi ötən ayın 26-da keçirilən referendum zamanı baş verənləri göstərmək olar. Referendum zamanı 62 saylı Seçki Dairəsinin bir sıra məntəqələrində oldum. Komissiya üzvlərindən, müşahidəçilərdən və bir də icra hakimiyyəti tərəfindən təhkim olunmuş idarə müdirlərindən savayı məntəqələrdə gözə heç kim dəymirdi. Rayon sakinləri referendumu birmənalı olaraq baykot etsə də, günün birinci yarısı şəffaf qutular bülleteinlərlə doldurulmuşdu. Rayonun mərkəzi küçələrində qarşılaşıb söhbətləşdiyim şəxslərin demək olar ki, hamısı referendumla bağlı tam məlumatsız olduqlarını bildirirdi. Hətta elələri də olurdu ki, referendumla parlament seçkisini dəyişik salırdı.

38 saylı seçki məntəqəsindən çıxırdım ki, cavan bir oğlan ( hardasa 30 yaşlarında) mənə yaxınlaşıb soruşdu: "Əmi, bu nədi, deputat seçkisidi?" Bildirdim ki, referendum keçirilir, Konstitusiyaya dəyişiklik edirlər.


Məntəqələrdə müşahidə apararkən "arzuolunmaz şəxs" elan olduğum komissiyanın sədri və üzvlərinin baxışlarından hiss olunurdu. Komissiyanın üzvləri əsasən, müəllim və həkimlərdən ibarət idi. Onu da deyim ki, seçkilərin ilkin olaraq saxtalaşdırılmasında rayonun səlahiyyət sahibləri məhz bu iki zümrənin nümayəndələrindən gen-bol istifadə edirlər. Müşahidəçilərdə, idarə və təşkilatlarda çalışan işçilər idi. Həmişə olduğu kimi, onlarla söhbət əsnasında açıq bildirdilər ki, müşahidəçi vəsiqələri onlara icra başçısının ərazi üzrə nümayəndəliyi tərəfindən verilib. Özü də məcburi qaydada. Yazan da özləri, pozan da. İndi bir özünüz fikirləşin, belə olan halda hansı haqdan və ədalətdən danışmaq olar? Hələ Saatlını deyirəm. Hər kəs bilir ki, qara camaatı Konstitusiyada təsbit olunmuş hüquqlarından tamamilə məhrum edirlər. Hələ utanıb-çəkinmədən bir şoxları səsvermənin guya ki, demokratik və şəffaf keçirilməsindən dəm vururlar.

Saatlıda danışılası o qədər dərd var ki.. Məsələn, burada bazar yandı, yoxsa yandırıldı? Kiçik iş adamlarının yüz minlərlə malı külə döndü. Bazar əhlindən cəmi-cümlətanı bir nəfər səsini çıxarıb pulunu tələb etmişdi, onu da ki, 10 sutkalıq həbsə basdılar ki, başqalarına da dərs olsun. Rayonun səlahiyyət sahibləri olan məmur işbazların məntiqinə görə, onlar vətəndaşlara, nə istəsə edə bilər. Söyə, döyə, əmlaklarını əllərindən alıb, mülklərini isə başlarına uçurda bilər.


İnformasiya azadlığına qənim kəsilən Saatlı rayon maliyyə idarəsinin müdiri Namiq Bağırov "iti görüm, qurdu görüm, amma jurnalist tayfasını görməyim" deyir. Sözügedən bu şəxsin oturduğu binaya mühasiblərdən savayı, heç kim daxil ola bilməz. Qapının girişində dayanan mühafizəçilər və Əli adlı sürücüsü gələn mətbuat işçilərinə "müdir yerində yoxdur" deyib qapıdan qovur. Bilirsiniz nəyə görə? Çünki Namiq Bağırov qaranlıq otağında qaranlıq işlərlə rahatca məşğul olsun. Deyilənə görə, Namiq Bağırovun adı olub, özü olmayan 10-a yaxın kiçik müəssiəsi var. Və hər ay tək elə buradan yüz min pul götürür. Yaxşı, bəs görəsən idarə və təşkilatlara ayrılan pulların neçə faizi Namiq Bağırovun şəxsi büdcəsinə gedir. Bununla bağlı məlumatlarda deyilir ki, əvvəllər 50 faiz idisə, hazırda nə az nə də ki çox, düz 25 faiz Namiq Bağırov tərəfindən mənimsənilir. Namiq Bağırovun saxta sənədlər əsasında taladığı pullar tək bununla bitmir. 2010-cu ildən üzü bəri müəllimlərin adına məzuniyyət və ezamiyyə pulları yazaraq həzm-rabeidən keçirib. Halbuki müəllimlərin bundan xəbəri olmayıb. Yəni ki, müəllim işdə olduğu halda onu kağız üzərində məzuniyyətə çıxarıb, ezamiyyətə yollayırlar. Bir sözlə, Namiq Bağırov istədiyi hər şeyə sahiblənib. Bakıda ferması, obyektləri, şəraitli mənzilləri var və ildə 3 dəfə də Almaniyaya baş vurur. Rayondaxili küçə yollarının təmiri adı ilə 700 min manat pul silinərək müəmmalı şəkildə yoxa çıxıb.

Göründüyü kimi, pulu hər şeydən üstün tutan Namiq Bağırovun vecinə də deyil ki, qara camaat acından ölür, bank və kredit təşkilatları tərəfindən amansızcasına soyularaq dilənçi vəziyyətinə salınır.

Yaxu Şakir Həsənov olsun. İxtisasca aşpaz olsa da, Şakir Həsənov «AQROLİZİNQ» in lojistik bazasının rəhbəridir. İndi bir özünüz fikirləşin, aşpaz hara, «Arolizinq» hara? Bəli, rayonun səlahiyyət sahiblərinin nə qədər gülünc də olsa da, apardığı kadr siyasəti belədir. 10 ildən çoxdur ki, həmin bu Şakir Həsənov «Aqrolizinq»i azərbaycançılıqsayağı idarə edir. Dövlətin verdiyi texnikaların hamısını demək olar ki, özəlləşdirib. Azot və mineral kübrələr də silinərək satılır. Kəndlinin təsərrüfatı isə baxımsızlıqdan tənəzzülə uğrayıb. Bütün bunlar göz önündə olduğu halda yaltaq və məddahlar, eyni zamanda məmur işbazlar vicdan əzabı keçirmədən kənd təsərrüfatının inkişafından danışırlar. Torpaq sahələrinin suvarılmasında istifadə olunan su kanallarının nə vaxt təmizləndiyini xatırlaya bilmirəm. Bunu kimdən soruşdum, "gördüm" deyən olmadı. Sovet dövründə çəkilən kollektorlar da itib-batıb.

Su Təsərrüfat İdarəsinin müdiri Tahir Rzayevin başı ancaq özünün biznesinə qarışıb. Onun Araz çayında 2 qum karxanası, balıq gölü və s. var. İcra başçısının birinci müavini İlham Quliyev də hər qəbul günü icra hakimiyyətinə üz tutan vətəndaşların hərəsini bir bəhanə ilə yola salır. Saatlıya bir neçə nazir təşrif buyurub. Vətəndaşlarla görüş adı ilə. Nəqliyyat Naziri Ziya Məmmədov gəldi, yollar bağlandı. İcra hakimiyyəti binasının qarşısı polis qüvvələri tərəfindən mühasirəyə alındı. Bir nəfər belə sıravi vətəndaşı yaxın buraxmadılar ki, nazirə sözünü desin. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin və Kənd Təsərrüfatı naziri Heydər Əsədovun da gəlişi heç nəyi dəyişmədi. Yığışdılar, yalan-palan rəqəmləri şişirib danışdılar və dağılışdılar. Gecənin bir aləmində min metrdən çox qaz borusu kəsilərək naməlum istiqamətə daşındı. Sanki heç nə olmayıb. Tənqid etmək və həqiqəti söyləmək isə qəbul olunmur. Saatlı reallığı bax, budur.


İlham SÜLEYMANOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı

    Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı ...

    4-07-2015, 11:25

  • 
  • Mətbuat Şurası seçkilərin işıqlandırılması barədə

    Mətbuat Şurası seçkilərin işıqlandırılması barədə ...

    1-11-2015, 13:08

  • 
  • Klassik Xalq Cəbhəsi Partiyasının Azərbaycanda Konstitusiya dəyişikliklərinə dair sentyabrın 26-da keçirilmiş referendumla bağlı Bəyanatı

    Klassik Xalq Cəbhəsi Partiyasının Azərbaycanda ...

    29-09-2016, 17:21

  • 
  • ABŞ-ın "Artur J.Finkelsteinand Associates” şirkəti referendumla əlaqədar informasiya mərkəzi yaradıb

    ABŞ-ın "Artur J.Finkelsteinand Associates” ...

    26-09-2016, 12:46

  • 
  • Cənub rayonlarının bəzi məntəqələrində qaynar rəqabət var...

    Cənub rayonlarının bəzi məntəqələrində qaynar ...

    23-12-2014, 23:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu