GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fatimə Quliyeva təhsil ocağını uçuruma sürükləyir

Fatimə Quliyeva təhsil ocağını uçuruma sürükləyir

Tarix: 11-10-2016, 14:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 575
Fatimə Quliyeva təhsil ocağını uçuruma sürükləyir

Artıq ali təhsil və orta ixtisas təhsili müəssisələrində qış semestrinə start verilib. Bu təhsil ocaqlarından biri Bakı Biznes və Kooperasiya Kollecidir. Artıq sözügedən təhsil ocağında imtahanlar başlayıb. Bizə verilən məlumata görə, tələbə və valideynlər imtahan zamanı baş verən neqativ hadisələrə görə narahatlıq keçirirlər. Belə ki, imtahan prosesi başlar-başlamaz kollec rəhbərliyi yığım kampaniyasına başlayıb. Bu isə tələbələrin ciddi narazılığına gətirib çıxarıb.

Belə ki, öz savadı ilə qiymət alan bir qrup tələbə qəzetimizə şikayət edib. Şikayətdə bildirilir ki, müəllimlər imtahandan öncə tələbələrə bildirib ki, tələb olunan vəsaiti verməsəniz qiymət gözləməyin: "Hətta iradımızı bildirsək də, bizə deyirlər ki, bacarırsınızsa qiyməti özünüz alın. Tələb olunanı verməyən tələbəyə qarşı münasibət çox pis olur. Hər dərsdə həmin tələbələri sıxışdırırlar. Biliyindən çox aşağı qiymət yazırlar. İmtahan zamanı isə həmin tələbələri kəsirlər. Ona görə də bəzi savadlı tələbələr bu kimi haqsızlıqlarla üzləşməmək üçün tələb olunan vəsaiti əvvəlcədən verməyə məcbur olurlar".

Qeyd edək ki, kollecin direktoru Fatimə Quliyevadır. Onu da bildirək ki, Fatimə Quliyeva vəzifəyə gəlməmişdən öncə də sözügedən təhsil müəssisənin fəaliyyətində nöqsanlar baş alıb gedirdi. Ümid edilirdi ki, yeni direktor kollecdə yaşanan anormal vəziyyəti yaxşılığa doğru dəyişəcək. Təəssüflər olsun ki, təhsil naziri Mikayıl Cabbarov da sözügedən təhsil ocağında durumu dəyişə bilmədi. Hazırda Fatimə Quliyevanın rəhbərliyi altında Bakı Biznes və Kooperasiya Kolleci bir sıra nöqsanları ilə fəaliyyət göstərir. Bir qrup tələbənin redaksiyamıza verdiyi məlumata görə, dərs ili başlar-başlamaz problemlər artıq özünü göstərməyə başlayıb. Qeyd edək ki, kollec Nazirlər Kabinetinin 21.01.2002-ci il və "Azərittifaq"ın idarə heyətinin 30.01.2002-ci il 15 saylı qərarına əsasən 2002-ci ildən Bakı Biznes və Kooperasiya Kolleci kimi fəaliyyət göstərir. Kollecdə 40-dan çox sinif otağı, 25 fənn kabineti, kimya laboratoriyasi, kompyuter otağı və tələbə yeməkxanası fəaliyyət göstərir. Burda əyani və qiyabi təhsil formaları üzrə 1500-dən çox tələbə təhsil alır. 120 nəfər müəllimin çalışdığı təhsil müəssisəsində mühasibat uçotu və maliyyə, biznes və idarəetmə, informatika və qiyabi şöbələr fəaliyyət göstərir. Məlumat üçün qeyd edək ki, Quliyeva Fatimə Ağayar qızı 1979-cu ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Sabunçu rayon 187 saylı məktəbdə oxuyub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "mexanika-riyaziyyat" fakültəsinə daxil olub. 2003-cü ildə Kooperasiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2004-cü ildən isə baş müəllim vəzifəsində çalışıb. 19 sentyabr 2011-ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin direktorudur. Təəssüf ki, onun direktor kimi fəaliyyəti kollecdə təhsil alan tələbələrin ürəyincə olmayıb.

Bizə verilən məlumata görə, Fatimə Quliyeva kollecdəki problemləri yoluna qoymaq əvəzinə təhsil ocağını uçuruma sürükləyir. Kollecdə özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Müəllim və tələbələrin dərsə davamiyyəti sıfıra bərabərdir. Elə müəllim var ki, adı ştatda gedir. Lakin özü dərslərdə iştirak etmir. Tələbələr də müəllim olmadığından dərslərdə iştirak etmirlər. Tələbələr bildirirlər ki, sonda da bizdən imtahana nəsə tələb etməyə üzləri gəlir: "Bir dəfə də olsun Fatimə Quliyeva tələbələri dinləmir, onların problemləri ilə maraqlanmır. Hər dəfə qəbuluna düşmək istədikdə isə eyni cavabı alırıq. Yanında qonaq var, vaxtı yoxdur, getsinlər sonra gələrlər. Görünür, Fatimə Quliyeva bizim ona verəcəyimiz suallardan çəkinir. Çünki nə cavab verəcəyini bilmir".


Direktor Fatimə Quliyevanın qanunsuz hərəkətləri müəllimləri və tələbələri təngə gətirib

Nə qədər ürəkağrıdıcı da olsa etiraf etmək lazımdır ki, bu gün orta ixtisas təhsili müəssisələrinin bir çoxunda təhsilin keyfiyyəti istənilən səviyyədə deyil. Sabiq nazir Misir Mərdanovun dövründə yaranan bəzi problemlər hələ də mövcudluğunu qoruyub saxlayır. Əlbəttə, Mikayıl Cabbarov nazir təyin ediləndən sonra təhsil sahəsində olduqca əhəmiyyətli islahatlar həyata keçirib. Amma bütün bunlara baxmayaraq, orta ixtisas təhsili müəssisələrində vəziyyət düzəlmir ki, düzəlmir. Qeyd edək ki, müxtəlif özbaşınalıqların və qanunsuzluqların qeydə alındığı təhsil ocaqlarından biri də Bakı Biznes və Kooperasiya Kollecidir.
Nazirlər Kabinetinin 21.01.2002-ci il və “Azərittifaq”ın idarə heyətinin 30.01.2002-ci il 15 saylı qərarına əsasən 2002-ci ildən Bakı Biznes və Kooperasiya Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsində 40-dan çox sinif otağı, 25 fənn kabineti, kimya laboratoriyasi, kompyuter otağı və tələbə yeməkxanası var. 1500-dən çox tələbənin oxuduğu kollecdə son illər təhsilin səviyyəsi xeyli aşağı düşüb. Əldə etdiyimiz məlumatlarda deyilir ki, bunun əsas səbəbkarı direktor Fatimə Quliyevadır: “Ölkəmizin köklü təhsil ocaqlarından hesab edilən Bakı Biznes və Kooperasiya Kolleci son üç ildə cəmiyyətə savadlı kadrlar təqdim etməyib. Çünki Fatimə xanım 2001-ci ildən, yəni kollecə direktor təyin olunan gündən buranı öz bildiyi formada idarə edir. Sentyabrın 19-da onun direktor vəzifəsinə qoyulmasının üç ili tamam oldu. Amma xanım direktor bu müddət ərzində kollecdə təhsilin səviyyəsinin artırılmasından ötrü tutarlı addımlar atmayıb. İstər müəllimlər, istərsə də tələbələr direktorun səbəb olduğu qeyri-qanuni işlərin əlindən təngə gəliblər. Kollecə bu il daxil olan tələbələr dərs ilinin sevincini istədikləri şəkildə yaşaya bilməyiblər. Belə ki, şöbə müdirləri tədris ili başlayan kimi 1-ci kurs tələbələrinin qanını qaraldıblar. Qış imtahan sessiyasına hələ 4 ay müddət qalsa da, şöbə müdirləri dolayı yollarla həmin tələbələrə imtahanlara ciddi hazırlaşmağı tapşırıb. Yəni tələbələr o vaxta kimi özlərini toparlayıb imtahanlarda ən yüksək səviyyədə iştirak etməlidirlər. Yoxsa onların imtahanlardan keçməyi qəlizləşə bilər. Ümumiyyətlə, Fatimə Quliyeva üç illik fəaliyyəti ərzində savadı hesabına imtahandan keçmək istəyən tələbələrə şərait yaratmayıb. Bunu görən tələbələr isə ruhdan düşürlər və dərsə həvəs göstərmirlər. Belə olan təqdirdə kollecdə həm tədris prosesi zəifləyir, həm də tələbələr dərsə intizamla yanaşmırlar. Dərslər iki həftədən çoxdur başlayıb. Amma kollecin yuxarı kursunda oxuyan tələbələrin günü bufetdə, ya da kollecin yaxınlığındakı çayxanalarda keçir. Direktor buna inanmırsa, dərs vaxtı gedib həmin çayxanaları yoxlaya bilər. Kollecin oğlan tələbələrinin əksəriyyəti orda olur. İnformatika müəllimliyi, mühasibat uçotu, maliyyə işi, vergi və vergitutma, gömrük işi, marketinq, bələdiyyə təsərrüfatının təşkili, kommersiya, kompyuter şəbəkələrinin hesablama texnikasının təmiri və servis xidməti, əmtəəşünaslıq və istehsal mallarının ekspertizası, mehmanxana-turist və sanatoriya- kurort komplekslərində iaşə və servis xidmətləri ixtisasları üzrə təhsil alan tələbələrin bəzisi şöbə müdirlərinin vasitəsilə kollec rəhbərinin “tələb”lərini qarşılayaraq dərsdən yayınırlar”. Onu da bildirək ki, bir müddət əvvəl Baki Biznes və Kooperasiya Kollecinə qəbulun dayandırılması ilə bağlı xəbər yayılmışdı: “Təhsil müəssisəsində Təhsil Nazirliyinin nümayəndəsinin yoxlamalarından sonra bildirilib ki, bu ildən kollecə qəbul qanunsuz hesab olunacaq. Kollecin adı “Abituriyent” jurnallarından çıxarılıb”. Ancaq sonradan necə oldusa kollecə qəbul bərpa edildi. Verilən məlumatlardan isə aydın şəkildə görünür ki, Fatimə Quliyeva Bakı Biznes və Kooperasiya Kollecinin fəaliyyətini yaman günə qoyub. Odur ki, aidiyyəti dövlət qurumları, xüsusi olaraq isə Təhsil Nazirliyinin əməkdaşları adıçəkilən təhsil ocağının fəaliyyətini araşdırmalı və qan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fatimə Quliyeva təhsil ocağını uçuruma sürükləyir

    Fatimə Quliyeva təhsil ocağını uçuruma sürükləyir ...

    29-09-2016, 14:36

  • 
  • Təfəkkür Universitetində imtahan puluna görə tələbəni girov saxladılar

    Təfəkkür Universitetində imtahan puluna görə ...

    9-01-2015, 01:30

  • 
  • Mikayıl Cabbarov imtahanlarla bağlı əmr verdi

    Mikayıl Cabbarov imtahanlarla bağlı əmr verdi ...

    13-12-2013, 14:53

  • 
  • Təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.

    Təhsil naziri Mikayıl Cabbarov imtahan ...

    12-12-2014, 11:47

  • 
  • Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı

    Təhsil Nazirliyi 3 kollec direktorunu cəzalandırdı ...

    14-02-2014, 12:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu