Artıq ali təhsil və orta ixtisas təhsili müəssisələrində qış semestrinə start verilib. Bu təhsil ocaqlarından biri Bakı Biznes və Kooperasiya Kollecidir. Artıq sözügedən təhsil ocağında imtahanlar başlayıb. Bizə verilən məlumata görə, tələbə və valideynlər imtahan zamanı baş verən neqativ hadisələrə görə narahatlıq keçirirlər. Belə ki, imtahan prosesi başlar-başlamaz kollec rəhbərliyi yığım kampaniyasına başlayıb. Bu isə tələbələrin ciddi narazılığına gətirib çıxarıb.
Belə ki, öz savadı ilə qiymət alan bir qrup tələbə qəzetimizə şikayət edib. Şikayətdə bildirilir ki, müəllimlər imtahandan öncə tələbələrə bildirib ki, tələb olunan vəsaiti verməsəniz qiymət gözləməyin: "Hətta iradımızı bildirsək də, bizə deyirlər ki, bacarırsınızsa qiyməti özünüz alın. Tələb olunanı verməyən tələbəyə qarşı münasibət çox pis olur. Hər dərsdə həmin tələbələri sıxışdırırlar. Biliyindən çox aşağı qiymət yazırlar. İmtahan zamanı isə həmin tələbələri kəsirlər. Ona görə də bəzi savadlı tələbələr bu kimi haqsızlıqlarla üzləşməmək üçün tələb olunan vəsaiti əvvəlcədən verməyə məcbur olurlar".
Qeyd edək ki, kollecin direktoru Fatimə Quliyevadır. Onu da bildirək ki, Fatimə Quliyeva vəzifəyə gəlməmişdən öncə də sözügedən təhsil müəssisənin fəaliyyətində nöqsanlar baş alıb gedirdi. Ümid edilirdi ki, yeni direktor kollecdə yaşanan anormal vəziyyəti yaxşılığa doğru dəyişəcək. Təəssüflər olsun ki, təhsil naziri Mikayıl Cabbarov da sözügedən təhsil ocağında durumu dəyişə bilmədi. Hazırda Fatimə Quliyevanın rəhbərliyi altında Bakı Biznes və Kooperasiya Kolleci bir sıra nöqsanları ilə fəaliyyət göstərir. Bir qrup tələbənin redaksiyamıza verdiyi məlumata görə, dərs ili başlar-başlamaz problemlər artıq özünü göstərməyə başlayıb. Qeyd edək ki, kollec Nazirlər Kabinetinin 21.01.2002-ci il və "Azərittifaq"ın idarə heyətinin 30.01.2002-ci il 15 saylı qərarına əsasən 2002-ci ildən Bakı Biznes və Kooperasiya Kolleci kimi fəaliyyət göstərir. Kollecdə 40-dan çox sinif otağı, 25 fənn kabineti, kimya laboratoriyasi, kompyuter otağı və tələbə yeməkxanası fəaliyyət göstərir. Burda əyani və qiyabi təhsil formaları üzrə 1500-dən çox tələbə təhsil alır. 120 nəfər müəllimin çalışdığı təhsil müəssisəsində mühasibat uçotu və maliyyə, biznes və idarəetmə, informatika və qiyabi şöbələr fəaliyyət göstərir. Məlumat üçün qeyd edək ki, Quliyeva Fatimə Ağayar qızı 1979-cu ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Sabunçu rayon 187 saylı məktəbdə oxuyub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "mexanika-riyaziyyat" fakültəsinə daxil olub. 2003-cü ildə Kooperasiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2004-cü ildən isə baş müəllim vəzifəsində çalışıb. 19 sentyabr 2011-ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin direktorudur. Təəssüf ki, onun direktor kimi fəaliyyəti kollecdə təhsil alan tələbələrin ürəyincə olmayıb.
Bizə verilən məlumata görə, Fatimə Quliyeva kollecdəki problemləri yoluna qoymaq əvəzinə təhsil ocağını uçuruma sürükləyir. Kollecdə özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Müəllim və tələbələrin dərsə davamiyyəti sıfıra bərabərdir. Elə müəllim var ki, adı ştatda gedir. Lakin özü dərslərdə iştirak etmir. Tələbələr də müəllim olmadığından dərslərdə iştirak etmirlər. Tələbələr bildirirlər ki, sonda da bizdən imtahana nəsə tələb etməyə üzləri gəlir: "Bir dəfə də olsun Fatimə Quliyeva tələbələri dinləmir, onların problemləri ilə maraqlanmır. Hər dəfə qəbuluna düşmək istədikdə isə eyni cavabı alırıq. Yanında qonaq var, vaxtı yoxdur, getsinlər sonra gələrlər. Görünür, Fatimə Quliyeva bizim ona verəcəyimiz suallardan çəkinir. Çünki nə cavab verəcəyini bilmir".
Direktor Fatimə Quliyevanın qanunsuz hərəkətləri müəllimləri və tələbələri təngə gətirib
Nə qədər ürəkağrıdıcı da olsa etiraf etmək lazımdır ki, bu gün orta ixtisas təhsili müəssisələrinin bir çoxunda təhsilin keyfiyyəti istənilən səviyyədə deyil. Sabiq nazir Misir Mərdanovun dövründə yaranan bəzi problemlər hələ də mövcudluğunu qoruyub saxlayır. Əlbəttə, Mikayıl Cabbarov nazir təyin ediləndən sonra təhsil sahəsində olduqca əhəmiyyətli islahatlar həyata keçirib. Amma bütün bunlara baxmayaraq, orta ixtisas təhsili müəssisələrində vəziyyət düzəlmir ki, düzəlmir. Qeyd edək ki, müxtəlif özbaşınalıqların və qanunsuzluqların qeydə alındığı təhsil ocaqlarından biri də Bakı Biznes və Kooperasiya Kollecidir. Nazirlər Kabinetinin 21.01.2002-ci il və “Azərittifaq”ın idarə heyətinin 30.01.2002-ci il 15 saylı qərarına əsasən 2002-ci ildən Bakı Biznes və Kooperasiya Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsində 40-dan çox sinif otağı, 25 fənn kabineti, kimya laboratoriyasi, kompyuter otağı və tələbə yeməkxanası var. 1500-dən çox tələbənin oxuduğu kollecdə son illər təhsilin səviyyəsi xeyli aşağı düşüb. Əldə etdiyimiz məlumatlarda deyilir ki, bunun əsas səbəbkarı direktor Fatimə Quliyevadır: “Ölkəmizin köklü təhsil ocaqlarından hesab edilən Bakı Biznes və Kooperasiya Kolleci son üç ildə cəmiyyətə savadlı kadrlar təqdim etməyib. Çünki Fatimə xanım 2001-ci ildən, yəni kollecə direktor təyin olunan gündən buranı öz bildiyi formada idarə edir. Sentyabrın 19-da onun direktor vəzifəsinə qoyulmasının üç ili tamam oldu. Amma xanım direktor bu müddət ərzində kollecdə təhsilin səviyyəsinin artırılmasından ötrü tutarlı addımlar atmayıb. İstər müəllimlər, istərsə də tələbələr direktorun səbəb olduğu qeyri-qanuni işlərin əlindən təngə gəliblər. Kollecə bu il daxil olan tələbələr dərs ilinin sevincini istədikləri şəkildə yaşaya bilməyiblər. Belə ki, şöbə müdirləri tədris ili başlayan kimi 1-ci kurs tələbələrinin qanını qaraldıblar. Qış imtahan sessiyasına hələ 4 ay müddət qalsa da, şöbə müdirləri dolayı yollarla həmin tələbələrə imtahanlara ciddi hazırlaşmağı tapşırıb. Yəni tələbələr o vaxta kimi özlərini toparlayıb imtahanlarda ən yüksək səviyyədə iştirak etməlidirlər. Yoxsa onların imtahanlardan keçməyi qəlizləşə bilər. Ümumiyyətlə, Fatimə Quliyeva üç illik fəaliyyəti ərzində savadı hesabına imtahandan keçmək istəyən tələbələrə şərait yaratmayıb. Bunu görən tələbələr isə ruhdan düşürlər və dərsə həvəs göstərmirlər. Belə olan təqdirdə kollecdə həm tədris prosesi zəifləyir, həm də tələbələr dərsə intizamla yanaşmırlar. Dərslər iki həftədən çoxdur başlayıb. Amma kollecin yuxarı kursunda oxuyan tələbələrin günü bufetdə, ya da kollecin yaxınlığındakı çayxanalarda keçir. Direktor buna inanmırsa, dərs vaxtı gedib həmin çayxanaları yoxlaya bilər. Kollecin oğlan tələbələrinin əksəriyyəti orda olur. İnformatika müəllimliyi, mühasibat uçotu, maliyyə işi, vergi və vergitutma, gömrük işi, marketinq, bələdiyyə təsərrüfatının təşkili, kommersiya, kompyuter şəbəkələrinin hesablama texnikasının təmiri və servis xidməti, əmtəəşünaslıq və istehsal mallarının ekspertizası, mehmanxana-turist və sanatoriya- kurort komplekslərində iaşə və servis xidmətləri ixtisasları üzrə təhsil alan tələbələrin bəzisi şöbə müdirlərinin vasitəsilə kollec rəhbərinin “tələb”lərini qarşılayaraq dərsdən yayınırlar”. Onu da bildirək ki, bir müddət əvvəl Baki Biznes və Kooperasiya Kollecinə qəbulun dayandırılması ilə bağlı xəbər yayılmışdı: “Təhsil müəssisəsində Təhsil Nazirliyinin nümayəndəsinin yoxlamalarından sonra bildirilib ki, bu ildən kollecə qəbul qanunsuz hesab olunacaq. Kollecin adı “Abituriyent” jurnallarından çıxarılıb”. Ancaq sonradan necə oldusa kollecə qəbul bərpa edildi. Verilən məlumatlardan isə aydın şəkildə görünür ki, Fatimə Quliyeva Bakı Biznes və Kooperasiya Kollecinin fəaliyyətini yaman günə qoyub. Odur ki, aidiyyəti dövlət qurumları, xüsusi olaraq isə Təhsil Nazirliyinin əməkdaşları adıçəkilən təhsil ocağının fəaliyyətini araşdırmalı və qan
Sorğu
Yeni dizaynımız necədir?