GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabunçu şefi referendumdan “iki” aldı - Təfərrüat

Sabunçu şefi referendumdan “iki” aldı - Təfərrüat

Tarix: 11-10-2016, 14:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 010
Sabunçu şefi referendumdan “iki” aldı - Təfərrüat

Adil Vəliyev seçki sınağından üzüağ çıxa bilmədi, MSK ən passiv dairəni bu rayon olduğunu açıqladı

Ölkə rəhbərliyinin narazı olduğu icra başçısı isə Bakıxanovu satıb varlanmaqda davam edir

Sabunçunun icra başçısının referendumdan “iki” qiyməti aldı. “Gündəm-xəbər”in məlumatına görə Adil Vəliyevin fəaliyyəti qənaətbəxş hesab olunmayıb.

Belə Sabunçu rayon I Seçki Dairəsi ən passiv yer kimi ad çıxarıb. Bu barədə rəsmi məlumat yayılıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, referendumda ən passiv 26 saylı Sabunçu I seçki dairəsi olub.

Bu məsələ yuxarı dairələrin diqqət mərkəzindədir. Xəbərə görə, A.Vəliyev qara siyahıya düşüb.

Ölkə rəhbərliyinin ondan narazı qaldığı iddia edilir. Onsuz da fəaliyyətindən tez-tez şikayətlər olan Sabunçu rayon icra başçısı referendum sınağından üzüağ çıxa bilməyib. A.Vəliyev nə qara dairəyə düşüb.

İcra başçısı referendum ərəfəsində təbliğat işini yaxşı təşkil etməyib, əhali ilə normal iş qurulmayıb deyə sonda MSK ən passiv yer Sabunçunu elan edib.

Ümumiyyətlə, referendum ərəfəsində təbliğat işini yaxşı təşkil etməyən və əhali ilə sıx təmas qurmayan icra strukturları cəzalandırıla bilər. Sabunçunun icra başçısı Adil Vəliyev və ətrafının passiv fəaliyyəti nəticəsində sözügedən dairə qara siyahıya düşüb. İcra başçısının rəhbəri olduğu rayonun seçki dairəsi MSK-nın ən narazı qaldığı sırada yer alıbsa, A.Vəliyevin karyerasına və reputasiyasına heç də xal gətirən hal deyil. Bütün seçkilərdə inzibati resurslarını səfərbər edən İH-ləri bu dəfə olduqca passivlik nümayiş etdirdi. Bu qeyri-fəallığın səbəbi açıqlanmasa da, icra başçılarında olan arxayınlıqla izah edilir.

Əsasən də regionlarda icra hakimiyyəti strukturlarında bir arxayınçılıq yaranmışdı ki, referendum hakimiyyətin istəkləri üzərində həyata keçiriləcək və nəticələr ictimaiyyətə bəllidir.

Gələn xəbərlərdə bu arxayınlığın bir sıra icra hakimiyyəti başçıları üçün yaxşı perspektiv vəd etmədiyi qeyd olunur. Bu eksperimentdən üzüağ çıxa bilməyən icra hakimiyyəti rəhbəri postunu itirə bilər.

Hazırda bir çox rayonların icra hakimləri prezidentə qarşı bu təxribatı dolayısı ilə reallaşdırmaqda davam ediblər. Onların sırasında istər paytaxt rayonlarının icra hakimlərini, istərsə də regionları sadalamaq olar.

Xüsusilə, il ərzində hakimiyyətin sabit siyasətini pozan və sosial gərginlik yaradan, əhali ilə iqtidarı üzbəüz qoyan, özbaşınalığına görə aksiyalara səbəb olan icra başçılarına qarşı həssas bir nəzarət var idi.

Onların referendumla bağlı hərəkətləri ciddi şəkildə izlənilirdi. Bu xüsusatda Sabunçu rayon icra başçısı da qeyd olunmalıdır.

Hakimiyyətə başağrısı yaratmış icra başçıları üçün referendum bir sınaq müddəti idi. Bu sınaq həm də onların kuratorlarına şamildir.

Eyni zamanda adı müxtəlif qalmaqallı hadisələrdə hallanan və barəsində tez-tez prezidentə şikayətlər ünvanlanan rayonların icra hakimlərini qeyd etmək olar.

Tənbəlliklə hökumətə xəyanət edən icra hakimiyyətləri il ərzində büdcədən taladığı vəsaitlərin bədəlini ödəyə bilər. Hər halda icra hakimlərini də belə həssas dönəmdə cəza gözləməkdədir.

Eyni zamanda Sabunçunun I dairəsindən deputat olan Fazil Mustafa üçün də ürəkaçan vəziyyət deyil. Səfəvilər tarixinə, toy-yas məclislərinin təşkili mövzularına başı qarışmış millət vəkili referendumla bağlı fəallıq nümayiş etdirmədi. Amma əsas diqqət Sabunçunun icra başçısına yönələ bilər. Çünki olduqca həssas bir dövrdə və mühüm bir səsvermədə adı qara dairəyə düşən A.Vəliyev indi dairədən çıxmağın yollarını fikirləşməli olacaq.

Onu da deyək ki, icra başçısı Bakıxanov qəsəbəsində satmadığı yer qoymayıb. Məlumata görə, Adil Vəliyev qəsəbənin daha iki massivini peşkəş edib. Hazırda həmin ərazilərdə tikinti işəri həyata keçirilir. Qəsəbənin “Kristal” şadlıq evinə yaxın ərazisində bir gecənin içərisində şumlanan ərazi tikinti meydançasına çevrilib.

İcra başçısı təyin olunduğu vaxtdan Bakıxanov qəsəbəsində kosmetik abadlıq işləri həyata keçirən biznesmen A.Vəliyev burada bir qarış yer saxlamayıb.

Belə ki, Bakıxanov stansiyası adlanan iri massiv satılaraq ərazidə ticarət mərkəzi inşa olunmaqdadır, səkilərin üstü obyektlərin tikintisi üçün qarış-qarış satılıb. İndisə “Aygün city” adlanan əraziyə çatmamış yol üstündə nəhəng ərazi buldozerin qabağına verilib. Burada ya bina ya da kommersiya mərkəzi tikiləcək. Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsibdə Geofizik İdarəsinin əraziləri qəsb edilib. Daha sonra qəsəbədəki Mədəniyyət küçəsindəki park hasarlanıb. “Şəhrizad” uşaq bağçası tikilib. “Vahid” şadlıq evinin yanındakı 9 mərtəbəli binanın həyəti, Zabrat yolunun qırağı, Sülh küçəsindəki kiçik parkın ərazisi, doğum evinin yanındakı parkın ərazisi və s. ərazilər artıq satılıb.

Həmçinin, Anaşkin küçəsindəki torpaq sahələri satılmaqda davam edir. “Baıxanov rezidens” yaşayış kompleksi, əyləncə mərkəzləri, “Bərgüşad” və s. icra başçısının nəzarətində olduğu iddia edilir. Bir müddət əvvəl Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qanunların icra başçılarına bizneslə məşğul olmağa imkan vermədiyini açıqlamışdı: “Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər.

Mən də məhz bu qanunun tərəfdarıyam. Hökumət adamı dövlətin işilə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətinin təmin edilməsilə məşğul olmalıdır. Məmurun vəzifəsi budur. Amma bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir”.

Mediada elə Adil Vəliyevin biznesi haqda maraqlı məlumatlar yayılıb. Bildirilib ki, Bakıdakı “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” Sabunçunun rəhbərinə məxsusdur. Habelə, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. İndi də Ənvər Vəliyev bu bizneslə məşğul olur.

İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir.

O bu işlərdə, yəni pul məsələsində çox diqqətlidir və heç kimə etibar etmir. Məhz bu səbəbdən uzun illər dostluq etdiyi, keçmiş biznes ortağı və müavini Şakir Alıyevlə yollarını ayırdı.

Mətbuatda yayılan xəbərlərə görə, indisə Adil Vəliyev rayona rəhbər təyin olunduğu ilk vaxtlarda Bakıxanov qəsəbəsində kosmetik işlər görməklə missiyasını başa çatmış sayıb.

O gündən bəri rayonun hər hansı ərazisində abadlıq, yenidənqurma işlərinə rast gəlinmir. İstər Sabunçu rayonuna daxil olan Bakının bəzi kəndləri olsun, istər Bakıxanov qəsəbəsi, istərsə də Sabunçu vağzalının ətrafındakı vəziyyət.

A.Vəliyev onu tənqid edən media qurumlarını təhdid etmək, məhkəməyə verməklə hədələyərək mətbuatla mübarizəyə başladı. Halbuki, icra başçısı rayonda aşıb-daşan problemlərin həlli ilə məşğul olmalıydı.

Amma bu günlərdə xəbər portallarında onun maşın kolleksiyası yayıldı. Rayon üçün böyük işlər gördüyünə özünü inandıran icra hakimi əslində, biznesini də gizlədə bilmədi. Ayda 1000 manat maaş alan icra başçısının bu cür bahalı maşınları hansı pulla alması da ciddi sual doğurmaya bilməz.

Çünki, icra başçısının maşın kolleksiyasında qiyməti nə az, nə çox 150-200 min manatdan başlayan “Ferrari”, “Porshe” kimi bahalı avtomobillər var. Bu da səbəbsiz deyil. A.Vəliyevin “Porsche” avtomobil salonu var. “Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olması da ictimaiyyətə sirr deyil. Yəni icra başçısı bizneslə məşğuldur.

İcra başçısının özünün şəxsi kolleksiyasında dəyəri 100 minlərlə manat olan onlarla avtomobil var. Mediada yayılan bəzilərinin nömrələri belədir: 10 AA 818, 10 YY 078, 10 FF 078, 10 AL 078, 10 AA 078, 99 CF 999 və 99 ON 999.

İcra hakiminin kolleksiyasındakı 90 HH 900 dövlət nömrə nişanlı "Posche Monsory 958 Cayenne" avtomobilinin dəyəri 400.000 AZN-dir. 10 FF 078 dövlət nişanlı "Ferrari F 12 Berlinetta" isə 493.000 manatadır.

İki maşının qiyməti bir milyon manata yaxındırsa, Adil Vəliyevin kolleksiyasının ümumi dəyərinin milyonlarla manat olduğunu deyə bilərik. Bundan başqa, icra başçısının nəzarətində digər biznes strukturlarının da olduğu iddia edilir.

Rayonun əhalisinin problemləri, onları narahat edən qayğılarla maraqlanmaq əvəzinə, sahibi olduğu «Euro style» LTD şirkətinin gəlirlərinin artırılması istiqamətində fəaliyyətini davam etdirib.

Sabunçu şefi referendumdan “iki” aldı - Təfərrüat

Sabunçu rayonu Ramana qəsəbəsində isə qanuni yolla torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqlar, bürokratik əngəllərlə üzləşir.

Məlumat üçün deyək ki, Vəliyev Adil Ənvər oğlu Qubadlıda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.

1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib.

2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.

Rafiq Qara

Sabunçu RİH-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabunçu rayon icra başçısının oğlu silahlı “razborka”da: Adil Vəliyev minnətçi düşdü

    Sabunçu rayon icra başçısının oğlu silahlı ...

    18-05-2016, 18:42

  • 
  • Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına qarşı

    Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına ...

    19-08-2014, 18:06

  • 
  • İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə göstəriş verdi

    İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə ...

    24-02-2014, 15:53

  • 
  • Sabunçunun icra başçısı Adil Vəliyev 117 min manatı necə sildi

    Sabunçunun icra başçısı Adil Vəliyev 117 min ...

    7-12-2013, 23:49

  • 
  • Milli Məclisin yeni deputatları - Siyahı

    Milli Məclisin yeni deputatları - Siyahı ...

    2-11-2015, 13:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu