Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və onun oğlu Ənvər Vəliyevin adı son zamanlar mətbuatın gündəmindən düşmür. Bu dəfə Savash.org olaraq gundelik-baku.com tərəfindən irəli sürülən iddianı olduğu kimi diqqətinizə çatdırırıq: “Mənbə iddia edir ki, hazırda atasının biznes imperiyasını idarə edən Ənvər Vəliyev vaxtının böyük hissəsini Bakıdakı bahalı əyləncə məkanlarında keçirir: «Deyilənlərə görə, icra başçısının oğlu qlamur həyat tərzi keçirir. Belə ki, paytaxtın ən bahalı əyləncə mərkəzlərinin daimi müştərisi olan Ənvər Vəliyevin xarici ölkələrə də tez-tez səyahətə getdiyi bildirilir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Adil Vəliyevin oğlu bir müddət əvvəl güclü «razborka»da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb. Bildirilir ki, bu məsələdə oğlunun adının hallandığını görən və Ənvər Vəliyevin həbs təhlükəsilə üzləşə biləcəyini yəqin edən Adil Vəliyev əlaqələrini işə salaraq çətin də olsa oğlunu təhlükədən xilas etməyi bacarıb. Deyilənlərə görə, Sabunçu rayon icra başçısı bu işə görə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən birinə minnətçi düşüb. Həmin şəxs isə öz növbəsində, edilən xahişi cavabsız qoymayıb. Əks halda, Adil Vəliyevin oğlu bu gün əməlinə görə qanun qarşısında cavab verməli idi…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?