"Məktəb rəhbərləri bu cür hallara qarşı prinsipial mövqe tutmalıdırlar"
Təshil Nazirliyi müəllimlərin valideynləri məcbur edərək onların övladlarına pul müqabilində əlavə dərs keçməsi məsəlsinə aydınlıq gətirib. Bu barədə Təhsil Nazirliyinin rəsmiləri rəsmi "Facebook" səhifəsində bunun anti-pedaqoji hərəkət olduğunu qeyd ediblər.
"Orta məktəb rəhbərləri bu cür hallara qarşı prinsipial mövqe tutmalıdırlar. "Təhsil haqqında” qanunun 19.18-ci bəndinə görə, dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Bütün orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu iddia etmək obyektivlikdən uzaqdır. Bununla belə, müasir tələblərə cavab verməyən məktəblərin hələ də olması həqiqətdir. Nazirlik növbəti dərs ilində belə məktəblərin fəaliyyətinin araşdırılması və lazımi təkliflərin hazırlanması üçün tədbirlər müəyyənləşdirir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?