Yəni, dənizə işə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər Bir müddət bundan əvvəl, bəzi KİV-də Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında baş alıb gedən anarxiyadan, haqsızlıqlardan, özbaşınalıqlardan və s. bəhs olunmuşdu. Yayılan məlumatlarda qeyd olunurdu ki, bu gün adı çəkilən qurumda elə bir oyunlar gedir ki, gəl görəsən. Ümumi vəziyyətdən son dərəcə narazı qalan dənizçilər, artıq bu gün ölkə rəhbərliyinə müraciət etmək zorunda qalıblar. Administrasiyada daha çox haqsızlıqların baş verməsi halları, sertifikat məsələsində də yaşanır. Bu haqda məlumatı verən mənbə bildirir ki, qurumda sıravidən tutmuş rəhbərliyə kimi hər bir vəzifə sahibi, beş ildənbir kursa getməli və kursu başa vurmaları haqda sertifikat da almalıdırlar. Amma, nələr baş verir? Baş verən o olur ki, bir kimsə adını kursa yazdırırsa qanunla o, əmək haqqı da almalıdır. Amma, əmək haqqını işçinin özü deyil, rəhbərliyi mənimsəyir. Zamanı çatanda kursu “başa vuranlar” sertifikat əldə etmək üçün, müəyyən olunmuş məbləğdə “haqq-hesab” da “tərləməli” olurlar. Mənbə bildirir ki, daşıdığı vəzifəsinə görə hər kəsin qurumun rəhbəri cənab Qüdrət Qurbanov tərəfindən müəyyən olunmuş “toskı”sı olur. Məsələn, matroslar üçün “toskı”nın məbləği 1300-1500 manatdır, digər vəzifə sahibləri üçün isə, fərli məbləğdir. Maraq kəsb edən hal o olur ki, sertifikat ala bilməyən işçilər dənizə işə buraxılmırlar. Əldə etdiyimiz bəzi məlumatlara görə, hansısa dənizçi yük gəmilərində, tankerlərdə və s. dənizə işləməyə çıxırsa, mütləq Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət şəklində vermək məcburiyyətində qalırlar. Çünki, onlar rüşvət verməyə razı olmasalar, o halda heç cür dənizə işə çıxa bilməzlər. Yəni, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq, hər bir dənizçiyə ümumilikdə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da, məhz Dövlət Dəniz Administrasiyasıdır.
Onu da vurğulayaq ki, ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı adı daha çox hallanan vəzifə sahiblərindən biri də, qrumda rəis müavini vəzifəsini daşıyan Ehtiram müəllimlə bərabər, qrumun maliyyə şöbəsinə rəhbərlik edən Etibar müəllimin olduğu bildirilir. Həmçinin Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların "satışa” çıxarıldığı da vurğulanır. Yəni, bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu təqribən 3000 manata, bosman diplomu isə, 5000 manata satılır.
Xəzər Dövlət Dəniz Gəmiçiliyi idarəsində 25-30 il ərzində işləyən işçilərdən təqribən 30 nəfəri, bu gün Binəqədi rayonu Z.Bünyadov küçəsi, daha dəqiq desək “İpək Yolu” restoranının arxasında olduqca acınacaqlı, lazımi şəraiti olmayan bir ünvanda yaşayırlar. Hansı ki, həmin ərazidə vaxtilə “Kaspar”a məxsus uşaq bağçası olmuş və bu gün də onlar ailələri ilə birlikdə, həmin bağçanın 15-20kvm-lik otaqlarında yaşamağa məhkumdurlar. Həmin işçilərdən bəziləri ilə apardığımız söhbətlər zamanı, onlar şəraitlərindən gileylənərək “biz illər uzunudur ki, ev gözləyirik, amma ala bilmirik. Çünki, kimin pulu varsa Dövlət Dəniz Administrasiyasının rəhbərliyi ilə danışır, “haqq-hesablaşır” və az sonra da mənzilini almağa müyəssər olur. Bizim də pulumuz olmadığından, ömrümüzü-günümüzü bu yerdə başa vururuq”.
Ümumiyyətlə, Dövlət Dəniz Administrasiyası olduqca strateji əhəmiyyət kəsb edən bir sahə olduğundan, həmin sahədə yaşananlar bizim üçün də olduqca əhəmiyyət kəsb etməkdədir. Odur ki, növbəti sayımızda qurumun rəhbərliyində duran vəzifə sahiblərinin “Nion” restoranında qol qoyduqları əməllərdən və digər olaylardan bəhs etməyə çalışacağıq. Bizi izləyin. Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?