Hal-hazırda Ənvər Seyidəliyevin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, rayonda acınacaqlı durum yaranıb, sakinlər sosial problemlər məngənəsində boğulur, haqsızlıq baş alıb gedir və s. vəilaxır
Ağsuda baş alıb gedən məmur özbaşnalıqları, haqsızlıqlar, süründürməçilik amillərinin varlığı və s, haqda dövrü mətbuatda zaman-zaman tənqidi açıqlamalar işıq üzü görüb. Amma, Ağsuya rəhbərlik edən Ənvər Seyidəliyev işıq üzü görən açıqlamaların qarşılığında, iş fəaliyyətində dönüş yaratmaq əvəzinə, hər zaman şəxsi maraqlarını güdmüş və rayon sakinlərinin problemlərinin həllinə isə biganə yanaşmışdır. Belə bir səbəblər üzündən də, rayon sakinlərinin haqq səsləri eşidilməmiş, səsi çıxanların səsləri də yerində boğulmuşdur. Hal-hazırda Ənvər Seyidəliyevin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, rayonda acınacaqlı durum yaranıb, sakinlər sosial problemlər məngənəsində boğulur, haqsızlıq baş alıb gedir. Rayondakı kənd sakinlərinin əksəriyyəti doğma yurdlarını tərk edib, Bakıya və digər şəhərlərə üz tuturlar. Bir sözlə, Ağsudakı işsizlik və məmur özbaşnalığı ucbatından, rayonda dözülməz vəziyyət hökm sürməkdədir.
Yerli mənbəmizin “Gündəm Xəbər”ə çatdırdığı məlumatlarda vurğulanır ki, icra başçısının ilboyu gördüyü işlər içərisində, daha çox hasarların üzlənməsi olur. Məsələn, bir hissədə təmir işləri aparılır, digər hissəyə üzlük daşlar vurulur. Az sonra aparılan təmir işləri dayandırılır və üzlük daşlar sökülüb yenisi ilə əvəz olunur. Bu yolla da icra başçısı külli miqdarda büdcə pullarını “silə bilir”. Hal-hazırda rayonun iqtisadiyyatı bərbad haldadır ki, bu da ciddi faktordur. Ağsunun iqtisadiyyatını çökdürən səbəblərdən ən əsası, ona məxsus torpaqların 60-65 faizinin suvarılmamasıdır. Buna səbəb, rayon ərazisində hər hansı kanalın olmamamasıdır. Əgər əkin sahələrinin yerləşdiyi ərazilərə kanal çəkilərsə, suvarılma həyata keçirilərsə, bol məhsul da əldə etmək olar. Amma, icra başçısının bu istiqamətdə istəyi olmadığından, o, rayonun iqtisadiyyatını çökdürməklə məşğuldur. Ağsunun digər sahələrində də vəziyyət pis durumdadır. Bir anlığa fikir verək ki, ümumi əhalisinin sayı 75 min olan Ağsuda, bu gün cəmi bir “Azqranata” zavodu işləyir və həmin zavodda cəmi 50 nəfər işçi çalışır. Rayonda vəziyyət pik nöqtəyə çatdığından, ünvanlı sosial yardım almaq istəyənlərin sayı da gündən-günə artmaqdadır. Rayon rəhbərliyi tərəfindən kimə istəyirlər ünvanlı sosial yardım düzüb qoşurlar, kimə də istəyirlər vermirlər. Yəni, rayonda dərəbəylik, anarxiya, haqsızlıq hökm sürməkdədir. Rayonda qohumbazlıq, yerlibazlıq, dostbazlıq və s-də tüğyan etməkdədir. Hal-hazırda rayonu Seyidəliyevlərə yaxınlığı ilə seçilən, daha çox icra başçısının doğulduğu kənddən olanlar talamaqla məşğul olurlar. Sahibkarlara verilməli olan subsidiyalar mənimsənilir və bu mənimsəmələr də, sanki mexanizmə çevrilib. Ağsuda elə bir inhisarçılıq mühiti hökm sürür ki, adicə “Azqranata”da fəhlə işləmək istəyən hər kəs özünə mütləq tanış tapmalıdır. Rayonda bələdiyyə torpaqları da icra başçısı Ənvər Seyidəliyev və onun yaxınları tərəfindən ələ keçirilib. Belə bir səbəblər üzündəndir ki, sakinlər torpaq üzünə möhtac qalıblar. Yerli mənbə baş verənlər haqda məlumatları “Gündəm Xəbər”ə çatdıraraq onu da bildirir ki, satılan hər sot torpaq sahəsində icra başçısının “əli olur” və onun razılığı olmadan bir kimsə hansısa addımını da ata bilməz. İcra başçısına torpaq sahələrini dəllallarının vasitəsilə satdırdığı bəhs etmir, o, hətta Şəhidlər Xiyabanının ətrafını da satdırıb. Rayon sakinlərinin Ağsuda yaşamaları artıq müşkül məsələyə çevrilib. Çünki, hər sahə Seyidəliyevlərin təsir dairəsindədir, yaşayış üçün minimum şərait belə yoxdur. Ağsudakı mənbəmizin bildirdiyinə görə, rayon sakinlərindən çoxunun dolanışığı qonşu Rusiya dövlətindən idi. Belə bir səbəbdən də, rayonun elə kəndləri var ki, gənclərin əksəriyyəti RF-nın müxtəlif şəhərlərindədirlər. Rus rublunun inflyasiyaya uğraması Ağsunu məhv etdi və bu rayon da Rusiyaya bağlı bir rayondur. Əhalinin dolanışığı daha çox qonşu dövlətdən təmin olunurdu. Bu gün sakinlərin tam əksəriyyəti kredit borcu içərisində çabalayırlar.
Yerli sakinlər onu da bildirirlər ki, nə qədər ki, Ənvər Seyidəliyev Ağsuya rəhbərlik edir, deməli əksər ağsuluların ağgünü olmayacaq. Ümumiyyətlə, Ağsu sosial problemlərin ən çox tüğyan etdiyi rayonlardan biridir.
Son illər Ağsu aşrımında olan restoranlar da, icra başçısına yaxın olan məmurların güdazına gedib. Çünki, bu aşrımı da bir qrup monopolistlər monopoliyaya götürüblər. Qısası, məmurların aşırıma gözləri düşüb.
Rayondakı durum haqda məlumatlı olan hər kəs bilir ki, Ağsu bir neçə məmur arasında bölüşdürülüb. Bunlardan icra başçısı Ənvər Seyidəliyev, onun bacısı oğlu nazir Səlim Müslümov və digərləridirlər. Şəhərin mərkəzi ərazilərindəki obyektlərin çoxu, hal-hazırda Səlim Müslümova məxsus obyektləridir. Kənar bir şəxs hər hansı obyektə sahib ola bilməz. Ağsuda iş tapıb işləyənlər də, vəzifə sahibi olanlar da icra başçısının yaxın qohum-əqrəbasıdır. İdarələrdə rəhbər vəzifə daşıyanların tam əksəriyyəti Pirhəsənli kəndindən olanlardırlar. İdarə müdirləri əsasən Səlim Müslümovun qohumlarıdır. Məsələn, adicə zibilyığan idarənin siyahısında yüzə yaxın işçi var ki, həmin işçilərdən gün ərzində cəmi 5-6 nəfər işə çıxır, digərləri isə işə çıxmadan əmək haqqı alırlar. Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, Ənvər Seyidəliyevin idarəçiliyi həm Agsunu zülmə aparır, həm də ağsuluları çıxılmaz dərdə salır.
Hörmətli oxucular! Bir mətbu orqan olaraq Ağsuda yaşananlar haqda az-çox məlumatlıyıq. Belə bir səbəb üzündən də, bu rayonda yaşananları daim diqqətdə saxlayırıq və problemlərinin varlığını da geniş ictimaiyyətin diqqətinə çatdırırıq. Yəqin ki, bundan sonra da diqqətdə saxlayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?