GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır

Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır

Tarix: 17-01-2013, 10:49 Bölmə :Ölkə Baxış: 926
Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır

Ənvər Seyidovun idarəçiliyi ikinci Quba hadisələrini təkrarlada bilər

Ağsu rayonunda məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı Ənvər Seyidəliyevin əməlləri rayonda ciddi narazılıq doğurub. Məlumata görə, bütün idarə, müəssisə və təşkilat rəhbərləri icra başçısının yaxın qohumları olduğu üçün onlar istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurlar. Ancaq onların bu özbaşınalığına göz yumulur.
Ağsuda baş verənlərlə bağlı redaksiyamıza daxil olan məktubda deyilir: “Bütün qanunsuzluqların, dövlət əmlakının talan edilməsinin başında Ənvər Seyidəliyev dayanır. Ənvər Seyidəliyevin arxalandığı şəxs isə bacısı oğlu, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovdur. İcra başçısının və Səlim Müslümovun doğulduğu Pirhəsənli kəndindən deyilsənsə insan yerinə qoyulmursan.
Pirhəsənli də Ağsunun kəndidir, ora da vətənimizdir. Ancaq biz ayrı-seçkiliyin, yerdə qalan bütün kəndlərin əhalisinin yad hesab olunmasının əleyhinəyik, buna qarşıyıq. Məgər Ağsuda başqa kəndlərin əhalisinin hansısa işdə işləmək, vəzifə tutmaq üçün savadı, qabiliyyəti yoxdur? Səlim Müslümovla icra başçısının qohumları rayonda ağalıq edirlər, özlərinə yaxın adamlardan başqa heç kimi insan hesab eləmirlər. Səlim Müslümovun atası 90 min dollar dəyərində olan avtomobildə gəzir. Bir avtomobili 3 aydan artıq istifadə etmir, üç ay tamam olan kimi yenisini alır. Ağsunun 70 kəndinin əhalisinin əksəriyyəti isə balasını çörəklə təmin edə bilməmək həddində səfalət içində yaşayır".
Məktubda icra başçısının və Səlim Müslümovun vəzifələr tutan qohumlarının bəzilərinin adları da qeyd edilib: "“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Səlim Müslümovun bibisinin əri Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Qohumuna arxalanıb hər cür qanunsuzluqlarla məşğuldur. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov Səlim Müslümovun qardaşıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu polis şöbəsinin rəis müavinidir. Ağsu kommunal təsərrüfat birliyinin rəisi icra başçısının yaxın qohumudur".
Şikayətçilər bildirir ki, qanunsuzluq o həddə çatıb ki, təhsili olmayan və ya ticarət-iaşə təhsili olan qəssabları rüşvət alaraq orta məktəblərə müəllim işləməyə götürürlər. İcra başçısının “Topal Teymur” adlanan qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil.
Bir sözlə, Ağsuda özbaşınalıqlar sərhəd tanımır. Rayonda baş verən müxtəlif qanunsuzluqlarla bağlı ölkə mətbuata dəfələrlə yazılıb. Ancaq bunlara baxmayaraq hakimiyyət Ənvər Seyidəliyevi başqa icra başçıları kimi digər rayonlara “ekstradisiya” edə bilmir. Bu günü Ağsulular səbirsizliklə gözləyir. Hətta qurban kəsəcəklərini də gizlətmirlər. Lakin bununla yanaşı Ənvər Seyidəliyevin hər hansı rayona icra başçısı təyin ediləcəyini də arzulamırlar. Çünki rayon sakinləri yaxşı bilirlər ki, Ənvər Seyidəliyev özbaşınalıqlarını digər rayonlarda da həyata keçirə bilər.
Ənvər Seyidəliyevin Ağsunun icra başçısı vəsifəsindən gedəcəyi barədə məlumatlar hələ ki, öz təsdiqini tapmır. Ancaq rayonda əhalinin vəziyyəti acınacaqlı durma düşüb. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə verilən subsidiyaları icra başçısının tayfası tərəfindən mənimsənilir. Ağsuda və onun kəndlərində iş yerləri demək olar ki yoxdur. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikilib ki, bunun da camaata heç bir faydası dəymir. Buna baxmayaraq yenə də hakimiyyət rayonda baş verən bu özbaşnalıqlara görə kimsəyə gözün-üstə qaşın var söyləmir. Yerli hakimiyyət orqanları tərəfindən törədilən özbaşınalıqlar rayon ictimaiyyətinin narazılığını getdikcə artırır. Ağsuda bütün məsul rəhbər vəzifələri də məhz Ənvər Seyidəliyevin qohumları və həmkəndliləri arasında bölüşdürülüb. Bir sözlə Ağsu bü gün barıt çəlləyinə çevrilib. Quba hadisələrinin bu rayonda baş qaldıracağı günü bizlərə gözləmək qalır.
Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44

  • 
  • Səlim Müslümovun rayonundan üsyan anonsu

    Səlim Müslümovun rayonundan üsyan anonsu ...

    23-01-2013, 10:11

  • 
  • Ağsunun İcra başçısna qarşı şok iddialar

    Ağsunun İcra başçısna qarşı şok iddialar ...

    26-08-2013, 11:14

  • 
  • Ənvər Seyidəliyevlər Ağsu rayonun talan etməkdə davam edir

    Ənvər Seyidəliyevlər Ağsu rayonun talan etməkdə ...

    14-02-2014, 12:52

  • 
  • Ağsu bir tayfanın əsarətində

    Ağsu bir tayfanın əsarətində ...

    13-01-2013, 12:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu