GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MTN-nin qurbanlarından olan Zakir Bədəlov, hökumətdən nələri tələb edir?

MTN-nin qurbanlarından olan Zakir Bədəlov, hökumətdən nələri tələb edir?

Tarix: 18-11-2016, 23:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 878
MTN-nin qurbanlarından olan Zakir Bədəlov, hökumətdən nələri tələb edir?

Akif Çovdarovun və Səlim Məmmədovun tapşırıqları əsasında Dövlət Miqrasiya Xidməti İdarəsində, mənim beş il müddətinə Gürcüstana deportasiya olunmağımla bağlı qərar da verilir
Azərbaycan Respublikasının vətəndaşı olan və hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ev-23, mənzil-3 ünvanında yaşayan və MTN-nin əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərdən biri hesab olunan, Bədəlov Zakir Dilənçi oğlu tərəfindən “Gündəm Xəbər”ə növbəti müraciət ünvanlanıb. O, yazdığı müraciətində 2010-cu ildən bu günə kimi üz-üzə qaldığı problemlərin varlığından, ona qarşı edilən haqsızlıqlardan, sadaladığı faktların araşdırılmamasından və hal-hazırda davam edən proseslərin varlığından bəhs edərək bildirir ki, “hal-hazırda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və digərlərinin təqsirləndirilmələri barəsində başlanmış cinayət işi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində, müstəntiq Vüqar müəllimin icraatındadır. Bu işlə bağlı mən və ailə üzvlərim dəfələrlə prokurorluğa çağırılmışıq və ətraflı şəkildə ifadələr də vermişik. Verdiyim ifadələrimdə bildirmişəm ki, mən Zakir Mustafayevin (ləqəbi Sahib olub) tez-tez təzyiqlərinə, hədə-qorxularına məruz qalmaqla bərabər, üstümə tapança çəkməsindən, evimə tapança qoydurmasından, polıs idarəsı əməkdaşlarının həmın silahı evimdən götürməsindən, Zakir Mustafayevlə əlbir olan Səlim Məmmədov və Akif Çovdarov adlı şəxslərin, o cümlədən Bakı şəhər sakini Həbibov Abdul Məmməd oğlunun, Mübariz adlı şəxsin, Gəncə şəhər sakini Qəfərov Rəşad Sahib oğlunun və digərlərinin əlbir olmaları barədə, həmçinin bir çox məsələlər haqqında aidiyyəti qurumlara geniş məlumat da vermişəm. Təəssüf doğuran hal o olub ki, Zakir Mustafayev mənə hədə-qorxu gələrkən istifadə etdiyi, polis idarəsi əməkdaşları tərəfindən götürülmüş “Makarov” tipli tapançanın kimə məxsus olması və onun kim tərəfindən bizə məxsus mənzilə qoyulması, Zakir Mustafayevlə əlbir olub cinayət hadisəsi törədən şəxslərin kimliyinin müəyyən olunması barədə məlumatlar versəm də, bu günə kimi onların istintaqa cəlb olunması istiqamətində heç bir tədbir görülməyib.
Daha öncəki müraciətlərimdə qeyd etmişdim ki, sabiq MTN-nin əməkdaşı Akif Çovdarov, onunla əlbir olan və həmin qurumun əməkdaşı Səlim Mamedov vasitəsilə bu işlərə cəlb olunan Gürcüstan Respublikasının vətəndaşı, hətta həmin ölkənin DİN-nin əməkdaşı olan Zakir Mustafayevin Azərbaycanda sifarişlərini yerinə yetirən, onunla şərik və əlbir olan Abdul Həbibov, Mübariz adlı şəxs və Gəncə şəhər sakini Rəşad Qəfərov kimi şəxslərin aparılan istintaqa cəlb edilmələri vacib və zəruridir. Mənim ünvanıma gələn Rəşad Qəfərov barəsində, həmçinin başqa işlərlə bağlı Sabunçu RPİ-i tərəfindən axtarış da verilmişdir. Çünki, Zakir Mustafayev hədə-qorxu və özbaşınalıq yolu ilə, məndən külli miqdarda pul almaqla, aldığı pulu mənimsəməklə öz iddialarından yenə də əl çəkməmişdir. O, əlavə olaraq məndən 200000 manat da pul tələb etmişdir. Həmin pulların tələb olunmasını da Zakir Mustafayev Abdul Həbibov, Mübariz və Rəşad Qəfərov adlı şəxslərə tapşırmış, onlar da yaşadığım ünvana gələrək bu pulları məndən tələb etmişlər.
Bundan əlavə, mən Səlim Məmmədov tərəfindən zorla MTN-nin inzibati binasına aparılan zaman o, və Akif Çovdarov, mənim Zakir Mustafayevə 200000 ABŞ dolları verməli olduğumu bildirdilər və əks halda deportasiya edəcəklərini də bildirdilər. Hətta Səlim Mamedov mənə bildirdi ki, sənin həyat yoldaşını da deportasiya edəcəyik. Belə olan halda ona bildirdim ki, sən onu necə deportasiya edəcəksən? Axı, o, Azərbaycan vətəndaşıdır?
Ümumiyyətlə, mən MTN-də onların təklifindən imtina etdikdə, ümumvətəndaş pasportumu əlimdən alıb məni sərbəst buraxdılar. Həmin vaxt Səlim Mamedov cibimə 5 manat pul qoyub məni yola saldı. Nəticədə Akif Çovdarov və Səlim Məmmədovun tapşırıqları əsasında, Dövlət Miqrasiya Xidməti İdarəsinin rəisi Arzu Rəhimovun qəbul etdiyi qərarla, mənim 5 il müddətinə Gürcüstan Respublikasına deportasiya olunmağım qərara alınır. Bu qərar onu göstərir ki, miqrasiya xidməti əməkdaşları, o cümlədən Arzu Rəhimov da, Akif Çovdarovun tapşırıq və əmrlərini yerinə yetirən şəxslərdən biri olub. Çünki, o, 08 dekabr 2011-ci ildə deportasiya olunmağımla bağlı № 3885 qərar da qəbul edir. Həmçinin, Miqrasiya Xidməti İdarəsinin əməkdaşı Levan Kurskiy də, Səlim Mamedovun və Akif Çovdarovun tapşırığı ilə, mənim şəxsiyyət vəsiqəmi fəaliyyətsizləşdirir. Halbuki, sonrakı araşdırmalar onu göstərdi ki, adı çəkilən qurum tərəfindən heç bir araşdırma işi aparılmadan, mənim Azərbaycan Respublikasının vətəndaşı olmağımın qanuni və əsaslı olması belə nəzərə alınmadan, qonşu respublikanın vətəndaşı olmamağımla bağlı Gürcüstan Respublikasına sorğu göndərmədən qanunsuz qərar qəbul etmişlər. Son anda həmin qərar icra olunmadı və belə bir səbəb üzündən də, Dövlət Miqrasiya Xidməti İdarəsi həmin qərarı etibarsız saydı. Bütün bunlara baxmayaraq Akif Çovdarovun və onun havadarlarının qanunsuz hərəkətləri ucbatından, mən bir neçə il şəxsiyyət vəsiqəsi olmadan yaşadım. Uzun müddət cənab Prezidentimizə ünvanladığım ərizələrdən sonra, vətəndaşlığım yenidən bərpa olundu.
Bundan əlavə, başlanmış cinayət işi üzrə mən zərərçəkmiş şəxs qismində tanınmışam və Zakir Mustafayevin barəsində başlanan cinayət işinin aqibəti barəsində, məndə heç bir məlumat yoxdur. Araşdırmalar zaman o da məlum olmuşdur ki, Gürcüstan Respublikasının vətəndaşı Mustafayev Zakir Nurəddin oğlunun, Azərbaycan Respublikasına daxil olması barədə gömrük keçid məntəqələrində heç bir məlumat aşkar olunmur. Halbuki, Akif Çovdarov və digərlərinin təqsirləndirilməsi barədə başlanmış cinayət işinin istintaqı zamanı Zakir Mustafayev Azərbaycana gəlmiş və istər onun dindirilməsi, istərsə də üzləşdirilməsi təmin edilir. Amma, 2016-cı il üzrə onun Azərbaycana keçməsi barədə gömrük orqanlarında heç bir məlumat yoxdur. Bu o deməkdir ki, o, qanunsuz şəkildə ölkə sərhədlərini keçir və Azərbaycana daxil olur. Bu da birbaşa cinayət əməlidir və bu faktın araşdırılması da zəruridir. Onun 2016-cı ildə Azərbaycanda olması, istintaqda dindirilməsi mübahisəsizdir. Onun ölkəmizə necə daxil olması barədə, gömrük orqanlarında məlumatın olub-olamamasını dəqiqləşdirmək vacibdir. Ona görə də gömrük orqanlarına və ya sərhəd xidmətinə bu barədə sorğu göndərilməlidir.
Bunlar barədə dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi cənab Eldar Hümbətova müraciətlər etmişəm. Sonuncu dəfə mənə müstəntiq Vüqar Nəsibov tərəfindən verilən 13 iyul 2016-cı il tarixli və 14 iyul 2016-cı il tarixli cavab məktublarında qeyd olunur ki, 13 iyul 2016-cı il tarixli qərarla 152006057 nömrəli cinayət işindən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun təqsirləndirilmələri barədə, 162006051 nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul olunmuş və ayrılan həmin cinayət işi üzrə ibtidai istintaqın 14 iyul 2016-cı il tarixdə tamamlanması və ittiham aktının tərtib olunması barədə məlumat da verilmişdir.
Mənə maraqlı olan hissə odur ki, Akif Çovdarov və Səlim Məmmədovdan çox, həmin şəxslərlə əlbir olub cinayətlər törədən Gürcüstan Respublikasının vətəndaşı Zakir Nurəddin oğlu Mustafayevin aqibəti, onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsidir. Mən bu barədə məlumat əldə etmək istəsəm də, hər dəfə mənə aidiyyatı olmayan şəxslərin barəsində məlumat verilmiş və bu da mahiyyətdən yayınmaq deməkdir.
Sözügedən cinayət işi üzrə “Makarov” tipli tapançanın kimə məxsus olması, Zakir Mustafayevin Azərbaycana, xüsuslə də 2016-cı il tarixdə keçib-keçməməsinin müəyyən edilməsi üçün, bu gün aidiyyatı orqanlara (Dövlət Sərhəd Xidmətinə) sorğular göndərilməli, Zakir Mustafayevlə Səlim Məmmədovun arasında əlaqələrin olub-olmaması dəqiqləşdirlməli, danışıqlar aparılıb-aparılmamasının müəyyən edilməsi üçün onların istifadə etdikləri mobil operatorlara sorğular göndərilməi, danışıqların hansı antenlərdən istifadə etməklə həyata keçirilməsi müəyyən olunmalı, Zakir Mustafayevin cinayət işindəki statusunun nədən ibarət olması və onun təqsirləndirilən şəxs qismində və onunla birlikdə əlbir olan digər şəxslərin istintaqa cəlb olunması, başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağım barədə zəruri tədbirlərin görülməsini, sadaladığım digər məsələlərlə bağlı ciddi və operativ işlər aparılmasının təmin olunmasını istərdim”.
Onu da vurğulayaq ki, Zakir Bədəlov üz-üzə qaldığı problemlərlə bağlı təqribən 2011-ci ilin yanvar-fevral aylarında Azərbaycana rəsmi səfərə gələn Gürcüstan Respublikasının sabiq prezidenti Mixail Saakaşvilini məlumatlandırmaq üçün, “Gündəm Xəbər” qəzetində işıq üzü görən açıqlamaları Marneuli rayonunun qubernatoru Azər Süleymanova çatdırır. Qubernator Gürcüstana qayıtdıqdan sonra Mixail Saakaşvilini bu haqda məlumatlandırır və az sonra o da bəlli olur ki, Sabunçu rayon İcra Hakimiyyətinin önündə table silahı ilə Zakir Bədəlovun başına silah dirəyən Zakir Mustafayev (ləqəbi Sahib olub) Gürcüstanın DİN-nin əməkdaşıdır. Bu yöndə məlumat əldə olunduqdan sonra, sabiq prezidentin tapşırığı əsasında Zakir Mustafayev həbs olunur. Çox keçmir ki, onun bibisi oğlu Abdulla adlı şəxs “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəriyə zəng edərək, onu ölümlə hədələyir. Təqribən altı ay ərzində həbsdə saxlanılan Zakir Mustafayev həbsdən çıxdıqdan sonra o da, Şirin Cəfəriyə gizli nömrə ilə zəng edib bildirir ki, “gəlib redaksiyanızda hər kəsi güllələyəcəyəm” deməklə, onu da ölümlə hədələyir.
Bütün bunlardan başqa onu da qeyd edək ki, qəzetimizin 2011-2012-ci illərdəki saylarında bu və ya digər olaylarla bağlı silsilə açıqlamalarımız da işıq üzü görmüşdü. Həmin açıqlamalardan sonra “Gündəm Xəbər” qəzetinin rəhbərliyinə qarşı adı çəkilən şəxslər tərəfindən təqiblər, təzyiqlər durmadan artmağa başlayır. Yəni, qəzetin təsisçisi Şirin Cəfəri həmin illərdə iki qara rəngli “CİP”lə təqib olunur. Bununla bağlı Şirin Cəfəriyə əvvəlcədən onun tanıdığı polis əməkdaşı məlumat verir. Hansı ki, yaşanan olayı polis əməkdaşı təsadüfən görür və dərhal onu bu haqda da məlumatlandırır. Yəni, həmin illərdə gecə saatlarında qəzetin bölgüsü ilə bağlı lazımi tapşırıqlarını verib evə qayıdarkən, Şirin Cəfəri izləndiyini görür və “İçərişəhər” metrosu tərəfdə, daha dəqiq desək “Sabir bağı”nın həndəvərindəki binanın “arka”sından içəri daxil olaraq, izini itirməyi də bacarır. Şirin Cəfərini izləyənlər onu itirdikdən sonra, qəzetin rəhbəri baş verə biləcək təhlükənin sovuşduğunu duyur. Həmin illərdə onun həyatına qarşı çox ciddi təhlükələr yaranır və bir neçə dəfə ölümlə də hədələnir.
Araşdırmamız davam edəcək. Ardı var.

Akif
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Həbs olunan prokuror barədə ilginc məlumat

    Həbs olunan prokuror barədə ilginc məlumat ...

    7-10-2013, 21:32

  • 
  • MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə çatdı

    MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə ...

    20-10-2015, 12:53

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 00:26

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 01:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu