Səbayel rayon Məhkəməsində onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib
"Akif Muradverdiyev barəsində Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib". Bunu APA-ya açıqlamasında Muradverdiyevin vəkili Fuad Ağayev deyib.
F. Ağayev bildirib ki, A. Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib. Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur.
Xatırladaq ki, Akif Muradverdiyev bu gün Moskvaya uşmaq istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılmışdı. İlkin məlumatlara görə, onun çantasında 18 min manatlıq onluq qızıllar olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?