GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabirabadı talayan “ trio” haqda ilginc faktlar

Sabirabadı talayan “ trio” haqda ilginc faktlar

Tarix: 22-11-2016, 02:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 506
Sabirabadı talayan “ trio” haqda ilginc faktlar

Nazim İsmayılov və komandası sahib olduqları var-dövləti hansı yolla əldə edirlər?


Bir müddət öncə İlham Əliyev Nazirlər Kabinetinin toplantılarının birində bəzi nazirliklərə, icra başçılarına sərt xəbərdarlıq etmişdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi. Prezidentin bu çıxışından sonra gözlənilirdi ki, bir sıra nazirliklər və icra başçıları öz fəaliyyətlərində dönüş yaradacaq və sahibkarlardan müxtəlif təzyiqlərlə “haqq” almaqdan imtina edəcəklər. Lakin çox təəsüf hissi ilə bildiririk ki, bir çox icra başçıları hələ də prezidentin sərt göstərişindən lazımı nəticə çıxarmayıblar. Sabirabad rayonunda sahibkarlardan zorla pul toplanır və prezidentin rayonların abalşadırılması və sosial inkişafını təmin edilməsi üçün ayırdığı vəsaitlər mənimsənilir.

Birinci müavinin fironluğu

Sabirabad haqda yayılan məlumata görə rayon icra başçısı Nazim İsmayılov birinci müavini Həsən Həsənovla birlikdə rayondakı büdcə təşkilatlarına və rayonda sahibkarlıqla məşğul olan insanlara aylıq “haqq” qoyublar. Beləki, büdcə təşkilatları ilə aparılan “haqq hesab” işlərini icra başçısı adından müavini Həsən Həsənov görür. Bütün “haqq-hesab kitablarını” öz əlində tutan birinci müavin hamıya büdcə təşkilatlarından və sahibkarlardan yığdığı vəsaitləri rayonun abadlaşdırılması və tikinti işləri üçün xərcləndiyini bildirir. Amma bu da bir faktdır ki, abadlıq və yenidənqurma işlərinin aparılması üçün ölkə prezidenti büdcədən, prezident fondundan və yerli icra hakimiyətinin fondundan kifayət qədər vəsait ayırır. Bu halda Həsən Həsənov hansı abadlıq işlərinin aparılması üçün büdcə təşkilatlarından və sahibkarlardan pul toplayır və hansı əsasla? Əslində Sabirabadda hamı yaxşı bilir ki, Həsən Həsənovun yığdığı vəsaitlər birbaşa icra başçısı Nazim İsmayılova çatır. Başçı isə öz növbəsində həmin vəsaiti özünün şəxsi işləri üçün xərcləyir. Həsən Həsənovun Nazim İsmayılov üçün vəsait yığmasının əvəzində isə icra başçısı Sabirabad rayonunda həyata keçirilən bir çox abadlıq, tikinti işlərini müavininə həvalə edib.

Digər müavinlərin şərikliyi və baş maliyyəçinin rolu

Həsən Həsənov öz növbəsində digər müavin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənovla birləşərək tikinti işlərini özlərinə yaxın şəxslərə məxsus şirkətlərə verirlər. Bu işdə hər iki müavinin başqa bir ortağı isə rayon maliyyə idarəsinin müdiri Hüseynağa Gülüşovdur. Bununla bağlı apardığımız araşdırmalardan belə aydın olur ki, məhz “bu üçlük hər il rayonun daxili büdcəsindən ayrılan milyonlarla manatlıq abadlıq, tikinti işlərini öz nəzarətlərinə almaqla külli miqdarada qazanc əldə edirlər”, deyə məlumatlı şəxs bildirir. Qeyd olunur ki, icra başçısının müavinlərinin şirkətləri əsasən şəhər yollarının, səkilərinin, parkların təmiri işlərində daha çox aktivdirlər. Həmin şirkətlər il ərzində 10-12 tenderin qalibi olmaqla ümumilikdə bir neçə milyona yaxın işlərin görülməsini həyata keçirirlər. Həyata keçirilən işlərdə isə şişirtmlərə yol verildiyi və alınan, istifadə olunan mal matrealların qiymətlərinin bir neçə dəfə artırıldığı deyilir. Şişirdilən qiymətlərdən isə bəhrələnən Həsən Həsənov, Vahid Həsənov və Hüseynağa Gülüşov üçlüyüdür. Bildirilir ki, bir qayda Hüseynağa Gülüşov əsasən ayrılan vəsaitlərdən 10 faizlik “haqq” götürür. Həsən Həsənovla Vahid Həsənov isə daha böyük maliyyə maxinasiyaları ilə məşğuldurlar. Yəni onlar qiymətlərin şişirdilməsi vasitəsi ilə ümumi vəsaitin təxminən 50-55 faizini mənimsəyirlər. Bu əməliyyatda rayon icra başçısı Nazim İsmayılovunda payının olduğu deyilir. Çünki şikayətçinin bildirdiyinə görə hər iki müavin qazandıqları vəsaitləri icra başçısının xəbəri olmadan mənimsəyə bilməzlər.

Xanım məmur haqda iddia

Sabirabad rayon icra başçısı və onun komandası ilə bağlı mediada yer alan məlumatlarda Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayevanın da adı hallanır. Xanım məmur haqda mediada yer alan məlumatların bir hissəsini “Gündəm Xəbər” olaraq olduğu kimi diqqətinizə çatdırırıq: ” rayonda bütün idarə və abyektlərə məhz Şahnaz xanım himayədarlıq edir. Rayon ərazisində olan apteklərə və baxçalara da cavabdehliyi Sahnaz xanım daşıyır. Bir neçə baxçadan əldə etdiyimiz məlumata görə baxcalara verilən ərzaqlar da mənimsənilir. Məsələn: Sabirabad rayon Nizami kənd baxçası viran qalib. Görəsən İcra başçısı heç adı çəkilən kənddə olubmu? Görəsən bir dəfə belə olsa Nizami kəndilə və kənd baxçası ilə maraqlanıbmı?..Baxçada uşaqların supdan başqa heç bir yeməklə tanışlıqları yoxdur. Baxçanin uşaqları isti yer üzünə də həsrətdir. Baxçalara verilən yanacaq və odun da baxça adıyla mənimsənilir. Təbii ki, Şahnaz xanımın bu işdə də əli var. Şahnaz xanım təhsil inventarlarından tutmuş baxçalara verilən ərzaqlara kimi sahib çıxıb. Şahnaz xanımın, tək Sabirabadda 5 – 6 şəxsi aptekləri də var. Şahnaz Babayeva QREST adlanan yataqxananı özəlləşdirərək rayon sakinlərinə 70 – 80 manata kirayəyə verir”.
Sabirabad icra başçısı və müavinlərinin digər maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin…

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hansı icra başçıları və nazirlər vəzifədən gedəcək? – Rəy

    Hansı icra başçıları və nazirlər vəzifədən ...

    10-10-2014, 09:46

  • 
  • İcra başçıları aylıq haqqlarını yığa bilməyəcək

    İcra başçıları aylıq haqqlarını yığa bilməyəcək ...

    11-03-2013, 10:05

  • 
  • Şəmkir, Neftçala və Xətainin icra başçıları vəzifədən uzaqlaşdırılır?

    Şəmkir, Neftçala və Xətainin icra başçıları ...

    8-10-2014, 14:01

  • 
  • Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“

    Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“ ...

    7-05-2013, 00:16

  • 
  • İCRA BAŞÇISININ ”ZAPRAVKA" DAVASI

    İCRA BAŞÇISININ ”ZAPRAVKA" DAVASI ...

    9-02-2016, 15:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu