Bir tərəf prosesləri tətikləyir və böhranın dərinləşməsini önləmək istəyir, digər tərəf isə, monopoliyanın qalmasında maraqlıdır və iqtisadi sistemin dəyişməsinə də qarşıdır
İqtidar daxilində çaxnaşmalar yaşanır. Hakimiyyət kluarlarında gedən gərgin və qızğın müzakirələrdə iqtisadi böhranın dərinləşməsi mübahisələrə də səbəb olub. Bu haqda “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, “hökumətin içindəki islahatçı qanadla, ənənəvilər arasında qırğınlar gedir”... Hakimiyyətdəki qaynaqardan sızan xəbərlərdə o da deyilir ki, “tormozlayıcı qüvvələr antiböhran tədbirlərinin güclənməsinə imkan vermirlər. İslahatçı klanın üzvü olan deputat Vahid Əhmədovun üsyan etməsi və manatın günbəgün metastaz verməsi haqda sərt çıxışlarına baxmayaraq, ənənəvilər öz iqtisadi siyasətini dəyişmək istəmirlər”. Deputat etdiyi çıxışı zamanı vurğulayıb ki, “ötən il milli valyutamızı qorumaq üçün, üst-üstə 11 milyard vəsait xərcləmişik. Təbii ki, bu da düzgün yol deyildi. Çünki, biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik. Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək”-deyə, Vahid Əhmədov bildirib. Eləcə də, sahibkarlığın fəaliyyəti və prezidentin son fərmanlarının icrası istiqamətində görülən işlər də qənaət bəxş deyil. Sanki, komanda daxilində ikitirəlik hökm sürür. Bir tərəf prosesləri tətikləyir və böhranın dərinləşməsini önləmək istəyir, digər tərəf isə, monopoliyanın qalmasında maraqlıdır və iqtisadi sistemin dəyişməsinə də qarşıdır. Bu haqda məlumatı verən mənbə qeyd edir ki, “hakimiyyətin içindəki çaşqınlıq və toqquşmalar əhalinin güzəranına birbaşa təsir edir. Siyasi elita və oliqarx məmurların qarşıdurmasından əziyyət çəkən tərəf xalqdır. Nazirlər Kabineti islahatların lokomotivi ola bilmədiyi üçün, antiböhran tədbirlərini də ləngidir. Köhnə komanda islahatçı qüvvələrin çağırışlarına məhəl qoymur. Bəzi işbazlar, inhisarçı qüvvələr və hakimiyyət daxilində monopolist ad çıxarmış məmurlar, yaranmış şəraitdən sui-istifadə edirlər. İnsanların maddi vəziyyəti getdikcə çətinləşir. Milli Məclisdə bəzi deputatlar da dilə gəliblər. Prezident dəfələrlə tapşırıb ki, “sahibkarlara imkan verin, süni qiymət artımına getməyin”. Ancaq bəziləri az qala hər fərmandan, hər sərəncamdan öz məqsədləri naminə istifadə edirlər. Ölkə rəhbərinin son aylar ərzində verdiyi fərmanlar, məhz anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir və islahatlara yönəlik addımlar olur. Eyni zamanda gömrükdə qeyri-qanuni fəaliyyət göstərmək istəyənlərin mövqelərinə zidd fərmandır. Bununla da İlham Əliyev, hakimiyyətdəki bəzi odioz və korrupsioner məmurların olan-qalan rüşvət almaq imkanlarını məhdudlaşdırır. İnanırıq ki, Prezident gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər. Artəq müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?