GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır

Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır

Tarix: 3-10-2013, 11:09 Bölmə :Siyasət Baxış: 738
Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır


İqtidar daxilində yeni kompromat savaşı; Prezident seçkiləri ərəfəsində hansı məmurların Milli Şuraya dəstək verdikləri haqda “yuxarıya” məlumat ötürülüb; yüksək vəzifəlilər bir-birini müxalifətə yardım etmək şantajı ilə bitirməyə çalışır
Prezident seçkilərinə az qalmış hakimiyyət daxilində yeni kompromat savaşı və müxalifətin “kassası” ovuna çıxılıb. “Yeni Müsavat”ın bu barədə məlumatlı dairələrdən əldə etdiyi məlumatda bildirilir ki, hakimiyyətin ən yuxarı eşelonuna müxalifətin, konkret olaraq Milli Şuranın prezident seçkilərinə xeyli pul xərcləməsi barədə məlumat verilib.Əslində bu məlumat həqiqəti əks etdirməsə də, bu barədə yuxarılara verilən xəbərdə Milli Şuranın məhz böyük paralar hesabına uğurlu kampaniya apardığı qeyd olunub.
Hakimiyyətdəki üst qatın qarşısına qoyulan dosye xarakterli məlumatda o da qeyd olunub ki, bu paranın böyük hissəsi ölkə daxilində müxalifətə transfer edilib. Məlumatı bizimlə bölüşən şəxs hələlik ad açıqlamasa da, bildirib ki, yuxarıya verilən xəbərdə bəzi iş adamlarının və hazırda yüksək vəzifə tutan bir sıra şəxslərin ismi çəkilib. Həmin şəxslərin müxtəlif maraqlar səbəbindən müxalifətə pul ötürdüyü və seçki kampaniyasında hakimiyyətin xeyrinə çox zəif işlədikləri bildirilib.
Eyni zamanda başqa bir qrup da digər məmurların müxalifətə maliyyə dəstəyi verməsi ehtimalının olduğu barədə “yuxarıya” xəbər sızdırıblar. İndiki dövr hakimiyyət üçün çox həssas məqam olduğundan bu məlumatlar araşdırılır və müxalifətin hakimiyyət daxilindəki maliyyə mənbələrini “aşkarlayan” qrup öz məlumatlarının doğru olduğunu isbatlamağa çalışır.
Həmin məlumatlarda adları çəkilən məmurlar və iş adamları isə bu həssas məqamda adlarının qara siyahıya düşməsindən çox narahatdırlar. Buna görə də onlar da öz növbələrində barələrindəki məlumatı yalanlamağa çalışırlar. Bu səbəbdən də indiki məqamda daxildə hakimiyyət üçün arzuolunmaz bir savaş gedir. Tərəflər bilirlər ki, hakimiyyətdəki qrupların indiki davranışları və onlar barəsində birinci şəxsdə formalaşdırılan rəy prezident seçkilərindən sonra həlledici olacaq. İlham Əliyevin yenidən prezident olacağı təqdirdə onsuz da postlarını itirəcəklərindən narahat olan bir çox məmurlar həm də bu ərəfədə özlərini “çox yaxşı apardıqlarını” göstərmək naminə hakimiyyətin ən yaralı yeri olan müxalifətə pul ötürülməsi əməliyyatını “ifşa” etmək üçün dəridən-qabıqdan çıxırlar.
Qeyd edək ki, hakimiyyət daxilindən müxalifətə pul ötürülməsi məsələsini prezident İlham Əliyevin bu seçkilərdəki vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov da prezidentliyə namizədlərin son teledebatında gündəmə gətirib. S.Novruzov Milli Şuranın və onun prezidentliyə vahid namizədi Cəmil Həsənlinin hakimiyyət əleyhinə sərt çıxışlar etməsini müxalifətə xaricdən və daxildən ötürülən pulların hesabatı kimi qiymətləndirib.
Təbii ki, müxalifətə daxildən pul ötürülməsi barədə danışarkən S.Novruzov hansısa müəllimin, yaxud fəhlənin Milli Şuraya maliyyə dəstəyi verməsini nəzərdə tutmayıb. Bunun özü hakimiyyət daxilində müxalifətə maliyyə ötürülməsi ilə bağlı ciddi narahatlıqların olduğunu göstərir.
Prezident seçkiləri ilə bağlı hakimiyyət daxilində narazılığa və narahatlığa səbəb olan digər məsələ isə prezidentliyə namizədlərin teledebatlarında iqtidardakı ayrı-ayrı qruplara bağlı namizədlərin müxtəlif nazirləri və dövlət qurumlarını vurmasıdır. Hakimiyyətdəki bir çox məmurlar iqtidardan qidalanan həmin namizədlərin canlı efirdən hakim komandanın üzvlərini vurmasının ümumən sistemin əleyhinə işlədiyini hesab edirlər və bununla bağlı məsələ qaldırıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət daxilində Rusiya və Qərb qruplaşması qarşı-qarşıya

    Hakimiyyət daxilində Rusiya və Qərb qruplaşması ...

    9-11-2013, 22:09

  • 
  • "Yaxın zamanlarda müxalifətin yeni strategiyası müəyyənləşəcək"

    "Yaxın zamanlarda müxalifətin yeni ...

    24-10-2013, 15:55

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Şeyxə qarşı kompromat savaşı böyüyür

    Şeyxə qarşı kompromat savaşı böyüyür ...

    30-01-2014, 18:05

  • 
  • “Kimsə boykot variantına meyl edirsə...”

    “Kimsə boykot variantına meyl edirsə...” ...

    9-07-2013, 20:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu