Tərtər Hərbi Məhkəməsinin hakimin vəkilləri məhkəmədə səs-küy saldılar Cinayət işinin araşdıran hakimlər Elbəyi Allahverdiyevin vəkillərinə xəbərdarlıq edə bilmədi Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimovun cinayət işi üzrə prosesi keçirilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. “Gündəm Xəbər”in məhkəmədə iştirak edən müxbirinin məlumatına görə, hakim Səbuhu Hüseynovun sədrliyi ilə keçirilən prosesin əvvəlində Elbəyi Allahverdiyevi məhkəmədə təmsil edən vəkil Ceyhun Yusifov mülki iddia qaldırıb. Ceyhun Yusifov mülki iddia qaldıraraq 149 min manat ödənilməsini tələb edib. Bildirib ki, bu məğləğin yarısı xəstə uşaqların müalicəsi üçün uşaq evinə, digər yarısı isə bu cür yol hərəkəti qaydalarının pozulması ilə bağlı hazırlanacaq tədris vəsaitlərin hazırlanması üçün Azərbaycan Diplomatiya Akademiyasına yönəldiləcək. Təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov zərərçəkmiş tərəfin mülki iddiasına etiraz edib. O bildirib ki, bu məsələ hazlrkı mərhələdə araşdırıla bilməz. Onun sözlərinə görə, mülki iddianı başqa icraatda araşdırılması mümkündür. Hakim bildirib ki, mülki iddia cinayət işinə əlavə ediləcək, məhkəmə istintaqı zamanı araşdırılacaq. Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Rəhim Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir. İttihamda qeyd edilib ki, hadisə bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib. Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş. Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub. Rəhim Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, 2 ali təhsillidir və həkim ailəsində anadan olub: “Mən narkotik vasitələrdən istifadə etməmişəm və etmirəm. Hadisə yerində kamera çəkilişi olub. Mən hadisə yerindən qaçmamışam. İşimə düzgün baxılmayıb. Buna görə də ifadə verməkdən imtina edirəm. Mənə düzgün ittiham verilməyib". Hakim isə bildirib ki, ittiham üzrə ifadə vermək lazımdır. Sonra təqsirləndirilən şəxs vəkilləri ilə məsləşətləşmək istədiyini bildirib. Qısa məsləhətləşmədən sonra təqsirləndirilən şəxs yenə də ifadə verməkdən imtina edib. Bu zaman Elbəyi Allahverdiyevin vəkilləri ilə təqairləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmiş tərəfin vəkillərinin təqsirlındirilən şəxsin ifadə verməkdən imtina etməsinə etiraz etməsi ilə bağlı olub. Təfəflərin mübahidəsini sakitləşdirən hakim təqsirləndirilənşəxsin ifadə verməkdən imtina etməsinə müsbət yanaşıb. Hakim daha sonra təqsirləndirilən şəxsin ibtida istintaqa verdiyi ifadəsini elan edib. O istintaqa verdiyi ifadəsində hadisəni xatırlamadığını, qolunun sındığını hiss etdiyini deyib: “Qoluma görə xəstəxanaya getdim. Hadisənin necə olduğunu xatırlamıram, sükan arxasında yuxulamışam. Qəzadan sonra ayıldım. Mərhumun anası xəstəxanaya gəlib məni soruşaraq “onu göstərin, öldürəcəyəm” deyərək ağladı. Mən əvvəllər Moskvada nevrologiyadan müalicə olunmuşam, psixotrop maddələr qəbul etmişəm”. İfadəsi elan olunandan sonra Elbəyi Allahverdiyevin vəkilləri Rəhim Kərimova suallar vermək istəyiblər. Amma hakim deyib ki, təqsirləndirilən şəxs ifadə verməkdən imtina edir, onu suallara cavab verməyə məcbur etmək olmaz. Ceyhun Yusifov bildirib ki, təqsirləndirilən şəxsə suallar verməyə imkan verilmir, məqsəd narkotik vasitədən istifadə etmək barədə ittihamı gizlətməkdir. Rəhim Kərimovun vəkili deyib ki, işdə ekspertiza rəyi var, Rəhim Kərimov narkotik vasitələrdən istifadə etməsi barədə sübut yoxdur. Tərəflərin vəkilləri məhkəmə çəkişməsi zamanı bir-birlərinə hörmət qoymayıblar. Onlar proses zamanı bir-birlərinə qarşılıqlı ittiham dolu ifadələr işlədiblər. Zərərçıkmiş şəxsin hüquqi varisi Elbəyi Allahverdiyevin digər vəkili Iradə Cavadova bildirib ki, təqsirləndirilən şəxsin ifadə verməkdən imtins etməsinin səbəbi protokolda qeyd edilsin: “Sonda mən protakolla tanış olacam”. Bu zaman yenə də vəkillər arasında mübahisə yaranıb. Hakim tərəflərin mübahisəsini güclə sakitləşdirə bilib. Sonra zərərçəkmişlərin dindirilməsi mərhələsi başlayıb. Daha sonra iş üzrə zərərçəkmiş kimi tanınan Nizami Abbasov ifadəsində bildirib ki, qəza törədilən avtomobilin sahibi olub: “Bizim mebel şirkətimiz var. Rəhim də bizdə sürücü işləyirdi. Maşın hazırda təmir olunub”. Dövlət ittihamçısı zərərçəkən Nizami Abbasovdan sürücü Rəhim Kərimov ilə əmək müqaviləsi bağlaması, əmək haqqını hansı yolla ödəməsi, vergi ödəməsi barədə suallar verib. Nizami Abbasov maşının özünün olduğunu, istədiyi vaxt sürücünü işlə bağlı harasa göndərə biləcəyini deyib. Dövlət ittihamçısı bununla bağlı prokurorluğa müraciət edəcəyini bildirib. Nizami Abbasov Rəhim Kərimovla qohum olduğunu, onu uşaqlıqdan tanıdığını deyib: “Amma onun narkotik istifadə etdiyini birinci dəfə sizdən eşidirəm. Onun bundan öncə nəyəsə görə istintaqa çağırıldığını bilmirəm”. Proses noyabrın 29-da davam etdiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?