Qazaxıstan prezidenti Nursultan Nazarbayev hakimiyyətin varisə ötürülməsi senarisi üzərində düşünmədiyini deyib. Nazarbayev bunu “Bloomberg” agentliyinə müsahibəsində deyib. “Mən bu məsələdə heç kimi yamsılamıram.Uşaqlarıma da davamçım, varisim kimi baxmıram. Hakimiyyətin bu cür ötürülməsi bizlik deyil”, deyə Nazarbayev bildirib. Qazaxıstan prezidenti deyib ki, hakimiyyətin ötürülməsi “konstitusiya çərçivəsində” həyata keçiriləcək. O, həmçinin 2020-ci ilədək işləmək fikrində olduğunu vurğulayıb, amma deyib ki, hələlilk yeni müddətdən danışmaq tezdir, hər şey sağlamlıq və xalqın dəstəyindən aslıdır. “2020-ci ilə qədər işləyək, baxarıq. Ondan sonra sağlıq olsa, görüşərik”-Nazarbayev deyib. Qazaxıstan prezidenti müsahibədə onu da deyib ki, ABŞ-da yeni seçilmiş prezident Donald Trampın Amerika demokratiyasını başqa ölkələrə yaymaq praktikasından imtina edəcəyi haqda bəyanatı çox mühümdür. “Tutaq ki, Rusiya və bütün qalan ölkələr üçün ən yaxşı demokratikləşmə Qərbin bizim hamımızla yaxşı münasibətlər saxlaması olardı”-o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?