GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəyli sahibkar konstitusion hüququnu tələb edir

Gədəbəyli sahibkar konstitusion hüququnu tələb edir

Tarix: 5-12-2016, 23:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 758
Gədəbəyli sahibkar konstitusion hüququnu tələb edir

Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur
Əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay Qaraoğlunun problemi, hələ də həllini tapmayıb. “Gündəm Xəbər” olaraq onun üz-üzə qaldığı problemin varlığını dəfələrlə ictimailəşdirmişik və problemin əmələ gəlməsinin səbəbləri haqda da, hər kəsi məlumatlandırmışıq. Təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, təqribən ötən 17-18 ay ərzində Oqtay Qaraoğlunun problemi həll oluna bilərdi, amma hələ də həllini tapmayıb. Ümumiyyətlə, əldə etdiyimiz məlumatlara, gəldiyimiz qənaətə görə belə bir problemin həlli mümkündür, sadəcə olaraq ortada İH başçısının və digər vəzifə sahiblərinin istəyi olmalıdır. Belə bir istək olmadığından, hələ ki, problemin həlli həllolunmaz vəziyyətdədir.
Oqtay Qaraoğlu bu gün də probleminin ədalətli həllinə can atır və cavabdehlik daşıyan qurumlardan haqqını tələb edir. O, “Gündəm Xəbər”in əməkdaşına bir daha bildirir ki, “mənim Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və şəxsi mülkiyyətimdə olan 0.006 ha torpaq üstündə tikili 2 nömrəli 1 girişli, ümumi sahəsi 38,5 kvm olan obyektimi, 12 fevral 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda məni və yaxud da yaxınlarımdan bir kimsəni xəbərdar belə etdirmədən, bir neçə vəzifəli şəxsin təşkilatçılığı ilə altüst etdirib. Şəxsi mülkiyyətimdə olan obyektimə 08 iyul 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən qeydiyyat nömrəsi 3108001461, reyestr nömrəsi isə 505013000395-06301 olan 0001695 saylı çıxarış da almışdım. Heç cür hüquqa sığmayan belə bir addımlarla bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına yazılı, yaxud da şifahi müraciətlər etsəm də, hələ ki, heç bir nəticəsi yoxdur. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində yazılır ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur. Bütün bunlar Konstitusiyada öz əksini tapsa da, bəs mənim mülkiyyət hüququm niyə qorunmur? Axı, mən də Azərbaycan Respublikası dövlətinin vətəndaşıyam, mənim də yaşamaq hüququmla bərabər, vətəndaş hüququm da var!
Onu da vurğulayım ki, şəxsi mülkiyyətimdə olan 38,5kvm-lik obyektimi, 2011-ci ildə “Rabitəbank”a girov qoyub, bankdan 50 min manat kreditə pul da götürmüşdüm. Məqsədim gələcəkdə sahibkarlıq fəaliyyətimi genişləndirmək idi. 2014-cü ilin yay aylarında eşitdim ki, rayonun mərkəzindəki bir çox obyektlər, o cümlədən mənə məxsus obyekt də İH tərəfindən söküləcək. Dərhal yaşana biləcək problemlə bağlı “Rabitəbank”ı məlumatlandırdım. Həmin ilin sentyabr ayında bankın hüquqşünası Mənsur Osmanov adlı şəxs, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovla onun iş otağında görüşdü və bağlı qapılar arxasında apardıqları danışıqlardan sonra, icra hakimiyyətinin məsul şəxsləri ilə birlikdə bir daha mağazaya baxış keçirdilər. Hətta, mağazanın içərisində çəkliş etməkləri qalsın bir yana, onun anbarına da nəzarət etdilər. Bir qədər söz-söhbətdən sonra Mənsur Osmanov mənə bildirdi ki, “icra hakimiyyəti obyektini dağıtdıqlarına görə, sənə kompensasiya verəcəklər” desə də, hələ ki, həmin kompensasiyanı əldə etmək mümkün olmayıb. O hala da diqqət yetirmək lazımdır ki, obyektim dağıdlmazdan əvvəl bankla problemim əmələ gəlmişdi və yaşanan problemlə bağlı 2014-cü ildə məhkəmə prosesi də keçirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-824/2014 nömrəli, 15 aprel 2014-cü il tarixli qətnaməsinə və Bakı Apellliyasiya Məhkəməsinin 2(103)-3900/14 nömrəli 05 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, şəxsi mülkiyyətimdə olan mağazamın boşaldılması və hərrac yolu ilə satılaraq məbləğin kredit borcuna tutulmasına qərar verilmişdir. Belə olan halda sual oluna bilər ki, ortada Binəqədi rayon Məhkəməsinin və Bakı Apellliyasiya Məhkəməsinin çıxarmış olduğu qətnamə, eyni zamanda əmlakımın məhkəmə qiymətləndirmə ekspertizası tərəfindən 50 min manat dəyərində qiymətləndirilməsi ilə bağlı rəsmi sənəd olsa da, bəs səbəb nədir ki, bu gün “Rabitəbank” kompensasiyanı İH-dən tələb etmir? O halda kim deyə bilməz ki, Rabitəbank” şəxsi maraqlarını güdmür? Deməli, problemin də əmələ gəlməsinə, birbaşa bank tərəfinin şəxsi maraqlarını güdməsi olur. Əgər bu belə olmasaydı, o halda bank tərəfi Binəqədi rayon Məhkəməsinin və Bakı Apellliyasiya Məhkəməsinin çıxarmış olduqları qətnamələrin icrasına, eyni zamanda məhkəmə qiymətləndirmə ekspertizası tərəfindən 50 min manat dəyərində qiymətləndirilmiş məbləğin alınmasına cəhd edərdi.
Bank tərəfi girovluğa qoyduğum əmlakımın darmadağın edildiyini bildiyindən, çox keçmədi ki, iddia tələbini ikinci girovluğa qoyulmuş əmlaka, yəni Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənziliə yönəltdi. Həmin mənzil də yaxın qohumum 1973-cü il təvəllüdlü İbrahimova Esmira Rüstəm qızının adına olduğu üçün, bank tərəfinin iddia tələbi əsasında məhkəmə prosesi Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində keçirildi. Onu da bildirim ki, şəxsi mülkiyyətimdə olan əmlakım məhkəmə qiymətləndirmə ekspertizası tərəfindən 50 min manat dəyərində, ikinci girovluğa qoyulmuş mənzil isə, 70 min manat dəyərində qiymətləndirilmişdi. İkinci girovluğa qoyduğum mənzillə bağlı Binəqədi rayon Məhkəməsində keçirilən məhkəmə prosesində, həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan pul vəsaitinin “Rabitəbank” ASC-nə ödənilməsi barədə Qətnamə çıxarılır. Çıxarılmış məhkəmə qətnaməsindən sonra, onun icrası ilə bağlı lazımi sənədlər Binəqədi rayon İcra Şöbəsinə göndərilir. 12 fevral 2016-cı il tarixdə isə, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mənim adıma, İbrahimova Esmira Rüstəm qızına, İbrahimova Aysel Elman qızına və Seyfarlı Aqşin Elman oğluna bildirişlər də çatdırıldı. Çatdırılan bildirişlərdə hərracın Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi-2A ünvanında keçirildiyi və mənzilin ilkin olaraq 70000 min manata qiymətləndirildiyi qeyd olunsa da, satışın isə 44625 manata həyata keçirildiyi bildirildi. Hərrac mərkəzində satış başa çatdıqdan sonra, həmin mənzilə dair sənədlər 14 mart 2016-cı il tarixdə icra şöbəsinə qaytarılır. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzildə yaşayan beş nəfərlik ailə üzvləri, bayıra atılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Bu da bir ailənin faciəsi deməkdir. Əgər şəxsi mülkiyyətimdə olan əmlakım darmadağın edildikdən sonra, Gədəbəy RİH tərəfindən mənə vaxtında kompensasiya verilsəydi, o halda belə bir problem də əmələ gəlməzdi. Düzdür, mən bu gün də haqqımı tələb edirəm və “Rabitəbank” ASC əməkdaşlarının şəxsi maraqlarını güdmələrinə, səhlənkar addımlarına görə onları ittiham da edirəm.
Ramiz Yediyarov 12 fevral 2015-ci il tarixdə rayonun M.Quliyev küçəsində yerləşən və şəxsi mülkiyyətimdə olan 0.006 ha torpaq üstündə tikili 38,5 kvm olan obyektimi darmadağın etdirsə də, mağazamın alt hissəsində yerləşən torpaq sahəsi, bu gün də şəxsi mülkiyyətimdədir. Çünki yuxarıda qeyd etdiyim kimi, həmin torpaq sahəsinə aid 08 iyul 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəmkir rayon Ərazi İdarəsindən çıxarış almışam. Mən həmin torpaq sahəsini deyil, yalnız qeyd olunan torpaq sahəsi üzərindəki 38,5 kvm-lik mağazamı “Rabitəbank” ASC-nə girovluğa qoymuşdum. Hansı ki, şəxsi mülkiyyətimdə olan mağazam icra başçısının şifahi tapşırığı ilə 12 fevral 2015-ci il tarixdə içərisindəki avadanlıq və ərzaq məhsulları ilə birlikdə viran edilib. Aparılan dağıntı işlərində də, şəhər üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramovun xüsusi rolu, müstəsna xidmətləri olur. O, heç bir sənəd-sübut söykənmədən qanunsuz addımlarını atarakən, qanuna məhəl qoymayır, yalnız icra başçısının şifahi tapşırıqlarını əsas tutur. Hələ, belə bir addımları azmış kimi, mağazamın içərisindəki ərzaq məhsullarını və bir çox avadanlıqları da “qeybə” çəkir. Bu yolla o, mənə xeyli miqdarda maddi ziyan da vurur.
Hal-hazırda şəxsi mülkiyyətimdə olan 60kvm-lik torpaq sahəsi də əlimdən alınıb və həmin ərazidə İH tərəfindən hansısa bir abidə quraşdırılıb. Belə bir səbəb üzündən də, mən şəxsi mülkiyyətimdə olan torpaq sahəsi ilə də bağlı kompensasiyamı ala bilmirəm. Bunun da ən əsas səbəbi, şəxsi mülkiyyətimdə olan 0.006 ha torpaq sahəsinə aid sənədlərimin “Rabitəbank” ASC-də olmasıdır. Bu gün bank tərəfi nə həmin sənədləri mənə verir, nə də ki, həmin torpaq sahəsinə aid kompensasiyanı İH-dən tələb edir. Vəziyyətin belə bir həddə çatmasına da səbəb, Rabitəbank” ASC-nin şəxsi maraqlarını güdməsi olur”.
Oqtay Qaraoğlu bizimlə söhbətində onu da bildirdi ki, “mənim Rabitəbank”la problemimin uzanmasına və bu günədək də həll olunmamasına səbəb, Gədəbəy rayon İH başçısının 1-ci müavini Qüdrət Paşayevin də oynadığı rol olub. Çünki, dəfələrlə cəhd etmişəm ki, Ramiz Yediyarovun qəbulunda olum və üz-üzə qaldığım problemin varlığını, birbaşa onun diqqətinə də çatdırım. Təəssüflər olsun ki, Qüdrət müəllim hər dəfə mənə imkan verməyib. Hətta elə hallar da olub ki, həftənin 5-ci günləri icra başçısının qəbul günü olduğundan rayona da getmişəm və qəbula yazılmışam. Həmin günlərdə də Ramiz Yediyarovun qəbuluna düşmək imkanı verilməyib. Mənə qarşı bu cür addımların atılmasını, özümə qarşı təxribat hesab edirəm və Qüdrət Paşayevi də, belə bir addımlarına görə qınayıram. Çünki o, icra başçısının 1-ci müavini olduğundan, əslində problemlərin həllinə onun özü çalışmalıdır. Bu belə olmalı olduğu halda, bəs nələr baş verir? Baş verənlər də göz önündədir”.
Araşdırmamız davam edəcək. Qarşı tərəfi də dinləyə bilərik.

Akif

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

    Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir ...

    11-11-2016, 17:25

  • 
  • Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur

    Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur ...

    4-11-2016, 15:40

  • 
  • Sahibkardan bəzi xəbər portallarına müraciət

    Sahibkardan bəzi xəbər portallarına müraciət ...

    14-11-2016, 16:50

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2016, 23:19

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2015, 23:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu