GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

Tarix: 11-11-2016, 17:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 818
Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

Konstitusiyanın 13-cü maddəsinin I bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur
Ölkəmizin qərb bölgəsində yerləşən rayonlardan biri olan Gədəbəydə yaşanan problemlər, bu gün sözün həqiqi mənasında daha çox müzakirə olunan, həm də əksəriyyəti narahat edən məsələlərdən birinə də çevrilib. Bunların da kökündə, rayon rəhbərliyinin yerli sakinlərdən bəzilərinin sosial problemlərinin həlli istiqmətində əməli addımlarını atmaması səbəb olur. Onu da vurğulamaq yerinə düşər ki, 2012-ci ildən icra başçısı vəzifəsinə təyinat alan Ramiz Yediyarov, ötən illər ərzində elə bir problemlərin əmələ gəlməsinə də səbəb olub ki, bu gün həmin problemin varlığı haqda tam əksəriyyət məlumatlıdır. Adicə bir məqama diqqət yetirək ki, əslən Gədəbəy rayonundan olan və uzun illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Oqtay Qara oğlunun üz-üzə qaldığı problem haqda, təqribən ötən 17-18 ay ərzində bəzi mətbu orqanlarda silsilə açıqlamalar dərc olunub.
Oqtay Qaraoğlunun probleminə səbəb olan amillər
Amma, problem bu gün də həllini tapmır ki, tapmır. Problemin mahiyyəti nədir və həllini niyə tapmır? Yəni, yazıb onu da qeyd etmişdik ki, sahibkar Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan və rayonun M.Quliyev küçəsində yerləşən, ümumi sahəsi 38,5 kvm olan obyekti 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın edilib. Atılan addımlar icra başçısının şifahi tapşırığı əsasında baş tutur və qısa müddət ərzində də, dağıntı-söküntü işləri başa çatdırılır. Ötən aylar ərzində Oqtay Qaraoğlu üz-üzə qaldığı problemin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına yazılı, yaxud da şifahi müraciətlərini çatdırsa da, çox təəssüflər olsun ki, problem hələ də həllini tapmayıb.
Bu haqda sahibkar “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “üz-üzə qaldığım problemin həllini tapmamasında bir neçə vəzifə sahibi, o cümlədən Gədəbəy RİH-i başçısının 1-ci müavini Qüdrət Paşayev, qurumda hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov, şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramov və digərləri, mənə problem yaradan əsas vəzifə sahibləridirlər.
Qüdrət Paşayev konstitusion hüququnu tələb etdi, amma...
Adicə bir məqamı vurğulayım ki, hələ bir müddət bundan əvvəl Qüdrət Paşayev bir neçə media qurumu ilə Yasamal rayon Məhkəməsində keçirilən məhkəmə prosesində, üzünü hakimə tutaraq “Möhtərəm hakim! Əgər bu prosesdə vətəndaş hüququmun, şərəf və ləyaqətimin qorunmasi istiqamətində düzgün qərar çıxarılmazsa, o halda haqlı mübarizəmi sona qədər aparacağam. Hətta, Avropa Məhkəməsinə qədər də davam etdirəcəyəm” demişdi. Bəli, bu cür açıqlama Qüdər Paşayevin Konstitusiya ilə qorunan vətəndaş hüququdur. O halda sual oluna bilər ki, Qüdrət müəllim, siz vətəndaşsınız! Bəs mən kiməm? Yəni, mənim də Konustitusiya ilə qorunan və müdafiə olunan vətəndaş hüququm var!. Bəs səbəb nədir ki, üz-üzə qaldığım problemin həlli ilə bağlı İH-i Aparatına yazılı müraciətimi ünvanlayıram, siz isə məndən Gədəbəy rayon Polis Şöbəsinə şikayətinizi ünvanlayırsınız”.
Bəli, sahibkar Oqtay Qaraolunun bu cür açıqlaması, hər kəsi düşündürən açıqlamadır. Çünki, “Gündəm Xəbər”in ötən sayında da qeyd etmişdik ki, Oqtay Qaraoğlu ilə “Rabitəbank” arasında davam edən məhkəmə çəkişmələri nəticəsində, onun banka ikici girov olaraq qoyduğu, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən və yaxın qohumuna məxsus mənziln əldən çıxması ilə nəticələnməkdədir. Bu cür vəziyyətlə üz-üzə qalan və haqlı mübarizəsini davam etdirməyə israrlı olan Oqtay Qaraoğlu məcburiyyət qarşısında qaldığından, rayon icra hakimiyyətinə növbəti müraciətini ünvanlayır. O, hətta ünvanladığı müraciətində onu da yazır ki, “bizim ailə üz-üzə qaldığımız problemlə bağlı, RİH-nə məxsus inzibati binanın önündə özümüzə qəsd etməyə məcburdur”. Maraqlı olay da, həmin müraciətdən sonra baş verir.
Polisə müraciət, qəbul edilən qərar
Çünki, müraciət icra aparatına çatdıqdan sonra, Qüdrət Paşayev həmin müraciəti Gədəbəy rayon Polis Şöbəsinə göndərir və müraciət 24 avqust 2016-cı il tarixdə HK-1/ 1106 sayla qeydiyyata alınır. Araşdırılması isə, Gədəbəy rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Quliyev Yunis Salman oğluna həvalə olunur. Ünvanlanan müraciət əsasında müəyyən araşdırmalar aparılır və həmin vaxt Oqtay Qaraoğlu üz-üzə qaldığı problemlərin varlığını qarşı tərəfə də çatdırır. Aparılan araşdırmalardan sonra, təhqiqatçı Yunis Quliyev 02 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinin tələblərini rəhbər tutaraq, toplanmış materialda cinayət hadisəsi olmadığından, cinayət işi başlanmasının rədd edilməsi haqda qərar da qəbul edir.

Oqtay Qaraoğlunun mülkiyyət hüququ niyə qorunmur?
Baş verən bu kimi olaylardan sonra, ortaya çoxsaylı suallar çıxır. Səbəb nədir ki, ötən 17-18 ay ərzində Oqtay Qaraoğlunun mülkiyyət hüququ ilə bağlı problem heç cür həllini tapmır?. Belə bir səbəb üzündən də o, aidiyyəti qurumlara, həmçinin Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına silsilə yazılı müraciətlərini də ünvanlayır. Amma, onun müraciətlərinə bir kimsə diqqətlə yanaşmır və problemin həllində canfəşanlıq da göstərmir? Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I bəndində yazılıb ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin I bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur. Bəs bu gün Oqtay Qaraoğlunun mülkiyyət hüququ qorunurmu? Əlbəttə ki, yox! Əgər qorunsaydı, o halda yəqin ki, problemin varlığı bu qədər ictimailəşməzdi.
Sahibkar Oqtay Qaraoğlu “Gündəm Xəbər”in əməkdaşına onu da bildirir ki, “mənim ciddi problemlə üz-üzə qalmağımda “Rabitəbank” ASC-ti də mühüm rol oynayıb. Çünki, mən 2011-ci ildə şəxsi mülkiyyətimdə olan 38,5 kvm-lik mağazamı banka girov qoyub pul götürdüm və xeyli vaxt keçdikdən sonra xəbər tutdum ki, icra hakimiyyəti tərəfindən mənə məxsus mağazanı da sökmək istəyirlər. Dərhal bank tərəfini bu haqda məlumatlandırdım və problemlə maraqlanmalarını da xahiş etdim.
“Rabitəbank” əməkdaşlarının “məxvi danışıqları”
Təəssüf doğuran hal o oldu ki, həmin vaxt bankın səlahiyyətlisi Mansur Osmanov icra başçısı ilə təkbətək görüşdü və apardıqları danışıqların mahiyyəti haqda mənə bir söz də demədi. Son vaxtlar ikinci girovluğa qoyduğum mənzillə bağlı növbəti problem əmələ gələrkən, yenə də bankdan problemin araşdırılmasında və həllini tapmasında kömək göstərmələrini xahiş etdim. Təəssüflər olsun ki, bank tərəfinin səlahiyyət verdiyi Abbas Abbasov adlı şəxs də, icra başçısı ilə təkbətək görüşdü və o da oxşar addımını atdı. Yəni, apardıqları danışıqların məğzi barədə mənə hər hansı açıqlama vermədi. Bu da onu söyləməyə əsas verir ki, “Rabitəbank” problemin həllində o qədər də maraqlı görünmür. Digər tərəfdən onu da vurğulayım ki, mağazamı girov qoyub kreditə pul götürərkən, şəxsi mülkiyyətimdə olan mağazama və mağazamın alt hissəsindəki 60 kvm-lik torpaq sahəsinə aid çıxarışı banka vermişdim. Yəni, bank tərəfi bilirdi ki, 60 kvm-lik torpaq sahəsi də mənim şəxsi mülkiyyətimdədir. Bu belə olduğu halda, bank tərəfi mağazamın hər hansı əsas olmadan dağıdıldığını gördü və iddia tələbini 4 nəfərlik ailə üzvlərinin yaşadığı mənzilə yönəltdi. Amma, icra hakimiyyəti tərəfindən zəbt olunan və 60kvm-lik ərazidə hansısa tiklini tikən icra hakimiyyətindən, həmin torpaq sahəsinin tələb olunması iddiasını ortaya qoymadı. Bu da bankın bir müştərisi olaraq, məni olduqca narahat edən məsələyə çevrilib”.
Sözsüz ki, bu cür açıqlamalar Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı tərəfindən atılan qanunsuz addımlar nəticəsində, təqribən 17-18 ay ərzində getgələ salınan, haqq səsi eşidilməyən, ünvanladığı müraciətlədi “daşa dəyən” Oqtay Qaraoğlunun açıqlamalarıdır. Bu gün haqlı mübarizə yolundan çəkinməyən gədəbəyli sahibkarın mübarizə yolu, inanırıq ki, gec-tez haqqın qələbəsi ilə nəticələnəcək.
Problemin varlığını diqqətdə saxlayacağıq.

Akif
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur

    Gədəbəydə sahibkarın mülkiyyət hüququ qorunmur ...

    4-11-2016, 15:40

  • 
  • Gədəbəyli sahibkarların problemləri PA-da yenidən dinlənildi

    Gədəbəyli sahibkarların problemləri PA-da yenidən ...

    26-10-2015, 21:19

  • 
  • Gədəbəydə sahibkar gözümçıxdıya salınıb

    Gədəbəydə sahibkar gözümçıxdıya salınıb ...

    12-10-2015, 13:48

  • 
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • İcra başçısından zülm, 43 nəfər sahibkardan fəryad

    İcra başçısından zülm, 43 nəfər sahibkardan fəryad ...

    22-04-2016, 20:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu