GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akif Çovdarovun işçisindən şok açıqlamalar

Akif Çovdarovun işçisindən şok açıqlamalar

Tarix: 9-12-2016, 11:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 468
Akif Çovdarovun işçisindən şok açıqlamalar

Akif Əliyev: “Tağı Əhmədov həbs olunacağından qorxub və məsuliyyətdən yaxa qurtarmaq üçün Eldar Mahmudova çıxış axtarıb”

“Akif Çovdarovun Tağı Əhmədovdan 3.000.000 ABŞ dolları aldığını bilmişəm”

“MTN-ə gətirilən Tağı Əhmədovun hansısa oğlunun tanışı və qardaşı oğlu döyülüb”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Akif Çovdarovun işçisindən şok açıqlamalar

Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif Əliyev ona qarşı elan olunmuş Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2,

311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə özünü təqsirli bilməyib.

O, bildirib ki, 1997-2001-ci illərdə BDU-nin politologiya fakultəsinin bakalavr pilləsini, 2001-2003-cü illərdə isə həmin fakultənin magistraturasını, 2007-2011-ci illərdə MTN-nin akademiyasının hüquq fakultəsini bitirib: “Milli təhlükəsizlik orqanlarında 2003-cü ildən müxtəlif vəzifələrdə işləmişəm. 2013-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayına kimi MTN-nin VI Baş İdarəsinin, 3-cü idarəsinin rəis müavini vəzifəsində, 2014-cü ilin iyul ayından 2015-ci ilin oktyabr ayının 31-dək MTN-nin VI Baş İdarəsinin, 2-ci idarəsinin rəisi vəzifəsində işləmişəm. MTN-in VI Baş İdarəsinin, 2-ci idarəsinin fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Nəqliyyat İnfrastrukturunun və Beynəlxalq nəqliyyat dəhlizlərinin əməliyyat təminatından ibarətdir. İdarə xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının nəqliyyat infrastrukturuna qarşı həyata keçirə biləcəyi kəşfiyyat pozuculuq fəaliyyətinə qarşı əks-kəşfiyyat tədbirləri, obyektlərin terror hücumlarından qorunması məqsədilə antiterror tədbirləri və sektorda transmilli cinayətkarlıqla mübarizəni həyata keçirir”.

Akif Əliyevin sözlərinə görə, 2015-ci ilin oktyabr ayının 31-dən sərəncamdadır: “MTN-in VI Baş İdarəsinin 3-cü idarənin fəaliyyət istiqaməti ixrac boru kəmərlərinin, onların infrastruktur obyeklərinin və ölkənin enerji sektorunun əməliyyat təminatından ibarətdir. Qeyd olunan idarənin rəis müavini kimi idarənin təşkilati və əməliyyat təsərrüfatına səlahiyyətləri daxilində rəhbərlik etmişəm”.

“Akif Çovdarova məruzə edildi” Təqsirləndirilən şəxs bildirib ki. 2012-ci ilin sonlarında Hacıyev

Elçin Cabir oğlu və onun yaxın əlaqəsi Tofiq adlı şəxs barəsində MTN-in VI Baş İdarəsinin, 3-cü idarəsinə tarixi-arxeoloji sərvət olan əşyaların qaçaqmalçılığı ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olub: “Bununla əlaqədar məlumat qeydiyyata alınıb və siqnal yoxlanmasına başlanıb. Qeyd olunan şəxslərə dair əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Səbail rayon Məhkəməsindən müvafiq qərar alınıb və əməliyyat-texniki tədbirləri həyata keçirilib. Siqnal işi 3-cü idarənin 1-ci şöbəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili Elçin Mustafayevin icraatında olub. Siqnal yoxlanması prosesində Elçin Hacıyev və Tofiq adlı şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş qiymətli daş-qaşın satışını həyata keçirmək niyyətlərinin olması müəyyən edilib. Bununla əlaqədar MTN-nin VI Baş İdarəsinin, 3-cü idarəsinin, 1-ci şöbəsinin rəis müavini Orxan Osmanovun rəhbərliyi altında əməliyyat qrupu yaradılıb. 2013-cü ilin ortalarında qeyd olunan şəxslərin sövdələşmə yeri müəyyən edilib”.

Akif Əliyev qeyd edib ki, əməliyyat qrupu tərəfindən Elçin Hacıyev və Tofiq adlı şəxs Milli Təhlükəsizlik Nazirliyinə dəvət edilib: “Nazirliyin nəzarət-buraxılış məntəqəsində əməliyyat sorğuları keçirilib. Müəyyən edilib ki, Elçin Hacıyev və Tofiq adlı şəxsin təqdim etdikləri qiymətli daş miras qalıb və sertifikatlaşdırılıb. Siqnal məlumatı təsdiqini tapmadığından dərhal MTN-nin VI Baş İdarəsinin rəisi Akif Çovdarova məruzə edilməklə siqnal işi dayandırılıb. Elçin Hacıyev və Tofiq adlı şəxs bir neçə saat sorğu-sual edildikdən sonra evə buraxılıblar”.

“Qiymətli daşın sahibi prokurorluq işçisi olub”

Akif Əliyevin sözlərinə görə, 2013-cü ilin ortalarında MTN-nin VI Baş İdarəsinin, 3-cü idarənin rəis müavini vəzifəsində işləyib: “Ona görə də vəzifə səlahiyyətlərinə uyğun olaraq göstərilən əməliyyat tədbirindən məlumatlı olmuşam. Lakin həmin şəxslərin əməliyyat sorğusunu keçirtməmişəm. Elçin Hacıyev və Tofiq adlı şəxsin xarici görünüşlərini xatırlamıram. Lakin Elçin Hacıyev adlı şəxsə tanınma üçün təqdim olunanda onu tanımışam, qeyd olunan əməliyyat tədbiri onun da barəsində həyata keçirilib. Lakin ona tanınmaya təqdim olunan və aralarında üzləşdirilmənin keçirildiyi Hacıyev Elçin Cabir oğlunu MTN-də görsəm də, o, brilyantın sahibi deyil və əməliyyat tədbiri siqnalı başa çatanda qeyd olunan qiymətli daş ona təhvil verilməyibdir. Həmin qiymətli daşın sahibi hazırda xatırladığıma görə Şaiq adlı şəxs olub, soyadı səhv etmirsə Süleymanov və ya Salmanov olub. Bildiyimə görə keçmiş prokurorluq işçisi olub. Qeyd olunan əməliyyat tədbirində MTN-nin VI Baş İdarəsinin, 3-cü idarəsinin, 1-ci şöbəsinin əməkdaşları Orxan Osmanov, Xəzər Ağayev, Elçin Mustafayev, Anar Qəniyev və Fuad Əliyev iştirak edibər”.

“Elçin Hacıyevdən heç kim pul istəməyib”

Təqsirləndirilən şəxsin dediyinə görə, 2013-cü ilin ortalarında Elçin Hacıyev və Tofiq adlı şəxs nazirliyə dəvət olunublar: “Əjdər Hacıyevin isə gətirildiyini xatırlamıram. Elçin Hacıyevin və onun yaxın əlaqələrinin qaçaqmalçılıqla məşğul olması ilə bağlı əməliyyat tədbiri aşkar olunan qiymətli daşın sertifikatı olmaqla miras qaldığı müəyyən edilən kimi siqnal dayandırılıb və həmin şəxslər buraxılıb. Lakin qeyd olunan əməliyyatla bağlı hər hansı pulun alınmasında məlumatı yoxdur, pulun alınması qeyri-mümkün bir haldır. Rəşad adı ilə özünü təqdim etmiş şəxsi

tanımıram. Əməliyyat tədbirində Rəşad adlı MTN əməkdaşı iştirak etməyib. Qeyd olunan tərbirdə Azər və İsmayıl adlı MTN əməkdaşları iştirak ediblər. Lakin kiminsə adını qəsdən Azər və İsmayıl deyib-deməməsini isə bilmirəm. Elçin Hacıyevdən heç kim pul istəməyib və almayıb”.

“Tağı Əhmədov işdən azad edildikdən sonra...”

Akif Əliyev daha sonra ifadəsində Tağı Əhmədovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi və cinayət xarakterli sair xüsusatlar üzrə də danışıb. O, bildirib ki, 2014-cü ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 3-cü idarəsinin rəis müavini vəzifəsində işləyərkən və Tağı Əhmədov Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunmamışdan qabaq MTN-nin 6-cı Baş İdarəsinin 2-ci idarəsində metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı siqnal materialı və ya əməliyyat-qeydiyyat işi olub: “Özüm 3-cü idarədə işlədiyimdən həmin materialın mənə hər hansı aidiyyəti olmayıb. Tağı Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarova verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilib. Əməliyyat-texniki tədbirlər davam etdirilib. Akif Çovdarov Rəsul Rəsulova Tağı Əhmədovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı ayrıca qüvvə ayrılmasını və neft idarəsindən də (3-cü idarə) əməkdaşların tədbirə cəlb olunmaları barədə göstəriş verib. Qeyd olunan tədbirlə əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektlərinin sahibləri, bir sıra metropoliten işçiləri Milli Təhlükəsizlik Nazirliyinin Komendaturasına çağırılaraq əməkdaşlar tərəfindən izahatları alındı. Akif Çovdarovun tapşırığı ilə izahatların düzgün tərtib olunmasına nəzarət etmişəm, amma izahat alınması prosesində iştirak etməmişəm”.

“Pul alınandan sonra Tağı Əhmədovla bağlı tədbirlər dayandırılıb”

Akif Əliyev qeyd edib ki, bütün bu prosesə isə idarə rəisi Rəsul Rəsulov başçılıq edib və proses barədə Akif Çovdarova məruzə edib: “Araşdırma zamanı alınmış izahatlardan məlum olub ki, metropolitendəki ticarət müəssisələrindən əldə olunmuş vəsait mənimsənilib. Akif Çovdarov etibar etdiyi üçün mənə aid olmayan məsələlər haqqında da danışıb. Akif Çovdarovun danışığından bilmişəm ki, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub və məsuliyyətdən yaxa qurtarmaq üçün MTN rəhbəri Eldar Mahmudova çıxış axtarıb. Amma nazirlə əlaqə saxlaya bilmədiyi üçün MTN əməkdaşı Tural Rzayevə müraciət edib. Tural Rzayev də məsələnin həllinin onun səlahiyyətində olmadığını dediyi üçün Tağı Əhmədov Rəsul Rəsulova müraciət edib”.

“Mənim Tağıya verməyə 3.000.000 ABŞ dollar pulum yoxdur”

Akif Əliyev daha sonra ifadəsində qeyd edib: “Bundan sonra eşitdim ki, Akif Çovdarov Tağı Əhmədovun məhkəmədə işləməyən oğlu ilə Bakı şəhərində Ordu İdman Klubunun qarşısında görüşüb, Tağı Əhmədovun oğlundan bir milyon ABŞ dollar pul alıb. Pul alınandan sonra Tağı Əhmədovla bağlı tədbirlər dayandırılıb”.

Akif Əliyevin sözlərinə görə, 2015-ci ilin oktyabr ayının 17-də nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov Rəsul Rəsulova zəng edib və pulunu tələb edib: “Rəsul bu barədə mənim yanımda Akif Çovdarova məruzə edib. Akif Çovdarov “mənim Tağıya verməyə 3.000.000 ABŞ dollar

pulum yoxdur” sözlərini dedi. Bu zaman mən Akif Çovdarovun Tağı Əhmədovdan 1.000.000 ABŞ dollar deyil, 3.000.000 ABŞ dollar pul aldığını bilmişəm”.

“Nazirlikdə Tağı Əhmədovun oğlunun döyüldüyünü eşitdim”

O, həmçinin göstərib ki, nə Orxan Osmanova, nə Tural Rzayevə, nə də başqa bir əməkdaşa Tağı Əhmədovla bağlı məsələ üzrə kimdənsə izahat almağa dair hər hansı göstəriş verməyib, kimdənsə izahat alınması prosesində iştirak etməyib: “O cümlədən Tağı Əhmədovun metropolitendə ticarətlə məşğul olan qardaşı oğlu Şövqi Əhmədov və tanışı Elşən Tağıyevə metropolitendə olan ticarət obyektlərinin gəlirləri barədə suallar verməyib. Amma nazirlikdə gedən ümumi söhbət zamanı eşitmişəm ki, nazirliyə gətirilən Tağı Əhmədovun hansısa oğlunun tanışı və qardaşı oğlu döyülüb. Onların konkret kimin tərəfindən və kimin göstərişi ilə döyülməsini isə bilmirəm”.

“Fuad Zülfüqarovdan pul tələb etmənişəm”

Akif Əliyev “Met-ak” MMC-nin əməkdaşı Fuad Zülfüqarova qarşı qanunsuzluqlar epizodu üzrə bildirib ki, həmin hüquqi şəxsin təsisçisi Alik Kərimovu, icraçı direktoru Aydın Kərimovu tanımayıb: “Ancaq həmin MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarovu əməliyyat sorğusu ilə əlaqədar tanımışam. Fuad Zülfüqarov 2014-cü ilin sentyabr-oktyabr aylarında “Met-ak” MMC-nin dəmiryolu vasitəsi ilə yük daşımaları ilə bağlı baş idarə rəisindən razılıq alındıqdan sonra onun göstərişi ilə idarənin 1-ci şöbəsinin əməkdaşları (konkret hansı əməkdaşın dəvət etməsi yadında deyil) tərəfindən MTN-nə dəvət olundu. Şifahi sorğusu keçirildi, həmin sorğuda mən də iştirak etmişəm. Sorğu nəticəsində məlum oldu ki, “Met-ak”

MMC Rusiyanın şirkətləri ilə işləyirlər, iş qurmaq istəyirlər və bəzi pul köçürmələrini ofşor hesablarla Rusiya Federasiyasına köçürrlər. Sorğudan sonra Fuad Zülfüqarovla səmimi olaraq ayrıldıq. 2-ci dəfə 2015-ci ilin fevral ayında həmin məsələ ilə bağlı Fuad Zülfüqarov MTN-nə dəvət edildi. Onunla əlavə sorğu aparıldıqdan sonra həyəcənlı vəziyyətdə olan Fuad Zülfüqarovu MTN-nin yaxınlığında olan “Sultan” kafesinə apardım. Orada Fuad Zülfüqarovla çay içdik, söhbət etdik, onu sakitləşdirdim və oradan yola saldım. Bundan sonra Fuad Zülfüqarov müraciət edərək Quba rayonunda olan mülklərinin vərəsəliyi ilə bağlı problemləri olduğunu və hüquqi yardım göstərməsini xahiş etdi. Bununla bağlı Fuad Zülfüqarovla bir necə dəfə Təhsil Nazirliyinin yaxınlığındakı “Gunaydın” restoranında görüşdük, yemək yedik, məsləhətlərimi verdim, hüquqi yolları izah etdim. Fuad Zülfüqarovla tanışlığım bu formada olub. Ondan hər hansı məbləğdə pul tələb etməmişəm və ya almamışam”.

Akif
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu