GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 22 illik yolu 10 ilə keçən Zaur Abdullayev “min”ləri necə “milyon”a çevirir?

22 illik yolu 10 ilə keçən Zaur Abdullayev “min”ləri necə “milyon”a çevirir?

Tarix: 9-12-2016, 13:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 514
22 illik yolu 10 ilə keçən Zaur Abdullayev “min”ləri necə “milyon”a çevirir?

SHXÇDX-də keçirilən “tender oyunları”nın müdhiş təfərrüatları Strateji bir sahəni korrupsiya yuvasına çevirənlər kimlərdir?
Uzun illər fəxrlə söylənilirdi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir. Doğrudan da dövlət səviyyəsində ordu quruculuğu, təchizatı sahəsində böyük işlər görülüb. Lakin, təəssüf ki, dövlətin və xalqın ən strateji maraqlarını qoruyan bu sahədə də korrupsiya, rüşvətxorluq zənciri formalaşıb. Xüsusilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyanı himayə edən qüvvələr var. Məhz onların “əməyi” nəticəsində bu Xidmət ən çox korrupsiyalaşmış dövlət qurumlarındandır. “Gündəm Xəbər”ə daxil olan məlumatda bildirilir ki, SHXÇDX rəisinin birinci müavini Zaur Abdullayevin bu mənada “xüsusi rol oynadığı” əsas məsələlərdən biridir. Hərbidə 22 illik bir rütbə yolunu cəmisi 10 ilə “qət edərək” general paqonlarına sahiblənən Zaur Abdullayev SHXÇDX-də də öz qanunlarını çox sürətlə həyata keçirməyi bacarıb. Medyada özü haqqında çox az iz buraxmağa çalışan Z.Abdullayevin adı bir çox iri həcmli korrupsiya əməllərində çəkilir. İlk öncə xatırladaq ki, Xidmətin əksər rayon şöbələrində tüğyan edən rüşvətxorluq, sağlamları “yararsız” edən “pullu xidmətlər” barəsində çox yazılıb. Hətta xəstələri, xidmətə yararsız olanları belə ön xəttə göndərməkdən çəkinməyən Xidmət əməkdaşları neçə-neçə bığıburma cavanlarımızı müxtəlif “səbəblərlə” xidmətdən yayındırmağı da bacarırlar. Belə rayon şöbələrinin böyük əksəriyyəti məhz Z.Abdullayevin himayəsi altındadır. Həmçinin onun rayon şöbələrini özündən tamamilə asılı vəziyyətə saldığı, bu yolla istədiyi maliyyə əməliyyatlarını həyata keçirdiyi də “Gündəm Xəbər”ə bildirilir. Rayon şöbələrindən hansısa rəis müavininin çoxsaylı tələblərindən imtina etməyə cürət edərsə o zaman dərhal yoxlamalara start verilir və “inadkarın ram edilməsi” prosesi baş tutur. Z.Abdullayev SHXÇDX-də həmçinin tender komissiyasının rəhbəridir. Son illər büdcə vəsaitlərinin talanmasında “5 manatlıq” şirkətlərin vasitəsilə keçirilən “tender oyunları” hamıya məlumdur. Məhz belə şübhəli tenderlərin nəticəsində Dövlət Xidmətində milyonlarla manat vəsaitin talandığı bildirilir. Məlumata görə məhz Z.Abdullayevin belə “tender məharətinə” görə ona daha geniş səlahiyyətlər verilir, digər əməllərinə göz yumulur. Bir neçə fakta diqqət etmək kifayətdir ki, Səfərbərlik Xidmətinin ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin qaranlıq taleyinə aydınlıq gəlsin. “Gündəm Xəbər” bildirir ki, bu məqsədlərə 2016-cı il üçün büdcədən 20 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin yarıdan çoxu, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləğı isə, 22 min 500 manat qeyd edilib. Lakin məlumatlara görə, artıq neçə ildir ki Səfərbərlik xidmətinin strukturlarında ştatdankənar işçilər mövcud deyil. Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Amma son aldığımız açıqlamada, mənimsənildiyi iddia olunan bu rəqəmlərin əslində aysberqin yalnız görünən hissəsi olduğu vurğulanır. Verilən xəbərlərə görə əsl mənimsəmələr Səfərbərlik Xidmətinin rayon şöbələrinin yerləşdikləri binaların təmiri, bərpası və yenidən tikintisi zamanı baş verir. Həm də bu zaman hesab artıq nə on, nə də yüz min manatlarla deyil, milyonlarla aparılır. “Gündəm Xəbər”in əməkdaşına daxil olan məlumata görə, sonuncu dəfə Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin yerləşdiyi binanın təmirinə dövlət vəsaitlərindən 3 milyon manat pul ayrılıb. Əvvəllər Miqrasiya Xidmətinin müvafiq idarəsinin yerləşdiyi bu binanı görənlər yaxşı bilirlər ki, onun bəlkə də bütövlükdə qiyməti bu məbləğdən xeyli aşağı olar. Həmin binanın təmirinə 3 milyon manatın xərclənməsi isə, ümumiyyətlə absurd bir iddiadır. Bəs görəsən bu uyğunsuzluğu hər halda rəsmi hesabatlara salmağı bacaran şəxs kimdir? Əlbəttə ki, yenə də Zaur Abdullayev. Təsadüfi deyil ki, rayon şöbələrinin təmir-tikinti işlərinin kurasiyası da məhz bu Xidmət rəisi müavininin səlahiyyətindədir. Həm də açıqlamaya görə, smeta xərclərinin bir neçə dəfə şişirdilməsindən başqa, real görülən işlərin də böyük bir qisminin xərcləri Zaur Abdullayevin təkidi ilə şöbə rəislərinin özləri tərəfindən ödənilir. Nəticədə, ayrılan dövlət vəsaitlərinin 70-80%-nə qədəri mənimsənilir. Əlavə olaraq mənbə bildirir ki, Səfərbərlik Xidmətinin Sumqayıt şəhər şöbəsinin təmirinə yenə də 3 milyon manat, Bakı şəhəri, Nizami rayon şöbəsinə isə, həmin məqsədlər üçün 5 milyon manat vəsait ayrılmışdır. Göründüyü kimi sadəcə bir neçə faktla Z. Abdullayevin rəhbərliyi aparılan çoxmilyonluq əməliyyatların hansı miqyasda olduğunu üzə çıxır. Buradan aydın olur ki, rəis müavininin haqq-hesab sahəsində öz qanunları var. 22 illik bir zamanı 10 ilə qət edən birisi üçün bir neçə mini milyona çevirmək nəmənədir ki ?

Akif

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korrupsiya idarəsi xüsusi əməliyyat keçirib

    Korrupsiya idarəsi xüsusi əməliyyat keçirib ...

    3-02-2013, 11:34

  • 
  • Arzu Rəhimovun adına şok iddia

    Arzu Rəhimovun adına şok iddia ...

    2-05-2013, 02:55

  • 
  • Əsgərlər niyə buraxılmır?

    Əsgərlər niyə buraxılmır? ...

    8-07-2015, 08:07

  • 
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25

  • 
  • Arzu Rəhimov karyerasında əsgər ölümləri

    Arzu Rəhimov karyerasında əsgər ölümləri ...

    19-12-2012, 12:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu