Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Ağsu şəhərində məskunlaşmış bir qrup məcburi köçkün və şəhid ailəsinin ağır vəziyyəti ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə müraciət edib.
Müraciətdə deyilir: Ağsu şəhərində məskunlaşmış bir qrup məcburi köçkün və şəhid ailəsi ağır vəziyyətləri ilə bağlı Qarabağ Azadlıq Təşkilatına müraciət edib. Onlar Ağsu şəhərində uşaq bağçasında məskunlaşıblar, bu günə qədər, 20 il ərzində orada bir dəfə də olsun təmir işləri aparılmayıb, dünən yağan güclü yağış nəticəsində isə tikili tamamilə yararsız vəziyyətə düşüb. Bu tikilinin acınacaqlı vəziyyətini göstərən fotoşəkilləri də Sizə göndəririk. Siz də etiraz etməssiniz ki, insanın, heç heyvanın da bu şəraitdə yaşaması mümkün deyil. Orada yaşayan köçkünlər hər yerə müraciət ediblər, heç bir reaksiya verilməyib, indi aksiya keçirmək, şosse yolunu bağlamaq istəyirlər. Mən Sizdən təcili tədbir görməyinizi xahiş edirəm. Əks halda mən şəxsən Ağsuya gedib, etiraz aksiyasına rəhbərlik edəcəyəm. İnsanlara bu cür zülm etmək, onların problemlərinə biganə qalmaq olmaz!”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?