GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MTN-nin həbsdə olan mayoru sirlər açır

MTN-nin həbsdə olan mayoru sirlər açır

Tarix: 9-12-2016, 15:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 882
MTN-nin həbsdə olan mayoru sirlər açır

Akif Çovdarovun işçisi törətdikləri cinayətlərin təfərrüatını açıqlayır
Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. ProsesBakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif Əliyev Fikrət İbrahimovuu və onun nazirliyə çağırılmasını xatırlamadığını bildirib. O, istintaq zamanı Fikrət İbrahimovla üzləşdirilib.
Bundan sonra Akif Əliyev dindirmə zamanı göstərib ki, Fikrət İbrahimov 2014-cü ilin iyun ayında 3-cü idarənin rəisi Rəsul Rəsulov ona nurçuların maliyyələşməsinə köməklik etməkdə şübhəli bilindiyinə görə nazirliyin komendaturasına bir nəfər şəxs çağırıldığını və həmin şəxslə söhbət etmək üçün getməsini tapşırıb: “Mən də komendaturaya getdikdə həmin şəxsin Orxan Osmanovla söhbət etdiyini gördüm. Fikrət İbrahimov Akif Çovdarovla əvvəllər polis orqanlarında bir yerdə işlədiyini dedi. Buna görə də Fikrət İbrahimova olan münasibətim dəyişdi. Bundan sonra Fikrət İbrahimov ilə bağlı məsələyə qarışmadım”.
Akif Əliyevin sözlərinə görə, 2014-cü ilin dekabr ayında isə Anar Abidov ona Fikrət İbrahimovun MTN-nə dəvət olunduğunu, buna səbəb isə Fikrətin şəriki Vidadi adlı şəxsdən guya əvvəllər MTN-
nə verdiyi pulu tələb etməsi ilə əlaqədar olduğunu bildirib: “Bundan sonra Akif Çovdarov da bu məsələ ilə əlaqədar məşğul olmağımı tapşırdı, pasportunda guya saxta giriş-çıxış ştamplarının olmasını dediyi üçün Fikrət İbrahimovun pasportunu yoxladım. Həmçinin komendaturada Fikrət İbrahimovla söhbət etdim. Fikrət İbrahimovdan əvvəllər kiməsə pul verib-vermədiyini soruşdum. Fikrət heç kəsə pul vermədiyini dedi. Mən də bu barədə Akif Çovdarova məruzə etdim. Sonradan Anar Abidov Fikrətin öz şəriki ilə razılığa gələrək aralarında olan narazılığı aradan qaldırdıqlarını söylədi. Üzləşmə zamanı həmçinin nə Orxan Osmanovun, nə də Anar Abidovun Fikrət İbrahimovdan pul almasını eşitmədiyimi və bu məsələdən xəbərsiz olduğumu göstərmişəm”.
Akif Əliyev həmçinin ifadəsində telefon danışıqlarının qanunsuz dinlənilməsi epizodu üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəfərov Aqil Adil oğlu, Budaqov İlqar Məhərrəm oğlu, Abdullayev Elşad Elman oğlu, Əliyev Vüqar Paşa oğlu, İbrahimov Emil Əli oğlu, Babayev Ramin Yaşar oğlu, Bədəlov Zakir Dilənçi oğlu, Əzizov Qurban Eyub oğlu, Əhmədov Şövqü Xeyrulla oğlu, Tağıyev Elşən Namiq oğlu, Əhmədov Tağı Məhəmməd oğlunun mobil telefon nömrələri üzrə aparılan danışıqların dinlənilməsini bilmədiyini, bu barədə heç kimə göstəriş vermədiyini göstərib.
Akif Əliyev “Techmarin LTD” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Arif Həsənovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi epizodu üzrə bildirib ki, 2014-cü ilin dekabr ayının axırlarında və ya 2015-ci ilin yanvar ayında baş idarənin sabiq rəisi Akif Çövdarov onu yanına çağırıb: “Akif Çovdarov “Techmarin LTD” MMC barədə həmin hüquqi şəxsin mövcudluğu və həmin şirkətin əməliyyat təminatının olub-olmamasını soruşub. Mən isə cavabımda həmin şirkətin gəmi təmiri ilə məşğul olduğunu və idarənin 2-ci şöbəsinin kurasıyasında olduğunu
bildirmişəm. Bundan sonra Akif Çovdarov həmin şirkətin fəaliyyəti ilə bağlı şirkətin təsisçisi Arif Həsənovun MTN-ə şikayət ərizəsi ilə müraciət etdiyini və bunun araşdırılması ilə 4-cü baş idarənin əməkdaşlarının məşgul olduqlarını, bununla bağlı məlumatın 4-cü baş idarəsinin sabiq rəisi Sübahir Qurbanov tərəfindən verildiyini dedi”.
Akif Əliyev əlavə edib ki, bir neçə gündən sonra Akif Çovdarov həmin şirkətin rəhbər şəxslərinin MTN-nın inzibati binasının nəzarət-buraxılış məntəqəsində olduğu barədə onu məlumatlandıraraq həmin şəxslərlə aparılacaq söhbətlərdə iştirak etməsini tapşırıb: “NBM-nə gəldikdə orada Arif Həsənovu, kurasiya üzrə əvvələr tanıdığı, sonuncunun müavini Səhrab Allahverdiyevi, həmçinin 4-cü baş idarənin sabiq rəis müavini Fizuli Əliyevi və həmin idarənin əməkdaşları Natiq Alıyevi, kompyuter mütəxəssisi Hacıağa Hacını gördüm. Fizuli Əliyev məni Səhrab Allahverdiyevin qeyri-qanuni maliyyə əməliyyatları aparması barədə Arif Həsənovun ərizəsini göstərdi. 5-10 dəqiqə orada oturduqdan sonra Akif Çovdarovun yanına qalxaraq şikayət ərizəsinin məzmunu barədə qısa məruzə etdim. Bundan sonra həmin araşdırma ilə bağlı Fizuli Əliyevlə əlaqə saxlasam da, aramızda bu barədə ümumi söhbətlər olub”.
Təqsirləndirilən şəxs bildirib ki, bir neçə gündən sonra Akif Çovdarov Fizuli Əliyevin qeyd olunan şirkətin ofisinə gedəcəyi barədə məlumat verib: “Akif Çovdarov şirkətin fəaliyyəti bizim kurasiyasımız da olduğundan məni də oraya göndərdi. Baş idarə rəisin göstərişi ilə həmin gün şirkətin ofisinə gələrək orada Fizuli Əliyevi, Natiq Alıyevi, Zaur Məmmədovu, Hacıağa Hacını və həmin idarənin digər əməkdaşlarını gördüm. Ofisdə cəmi 10-15 dəqiqə olduqdan sonra iş yerimə qayıtdığımdan 4-cü baş idarənin əməkdaşlarının hərəkətlərinin nədən ibarət olduğunu bilməmişəm. Lakin həmin günün axşamı şirkətin baş mühasibini MTN-də
gördüm. Bundan sonra şirkətin əməkdaşlarını və rəhbər şəxslərini dəfələrlə MTN-nın inzibati binasının nəzarət-buraxılış məntəqəsində görmüşəm. Həmin şəxslərlə 4-cü baş idarənin sabiq əməkdaşları tərəfindən aparılmış araşdırmada iştirak etməmişəm və həmin araşdırmanın nədən ibarət olduğunu bilməmişəm”.
Akif Əliyevin sözlərinə görə, bir dəfə Akif Çovdarovun göstərişi ilə Arif Həsənov tərəfindən təqdim edilmiş sənədlərin nədən ibarət olduğuna baxıb: “Lakin həmin sənədlərdə hər hansı pul vəsaitlərin banka köçürülməsinə dair sənədi görməmişəm, yalnız üzərində texniki işlərə dair möhür olan gəmi təmirinə dair yekun texniki aktlar təqdim edilib. Buna görə Arif Həsənovun təqdim etdiyi sənədlərin nədən ibarət olduğunu bilməmişəm”.
Akif Əliyev əlavə edib ki, 2015-ci ilin yanvar ayının axırlarında Natiq Alıyevin dediklərindən ona şirkətdə audit yoxlaması aparıldığı və yoxlamanın nəticəsindən asılı olaraq şirkət, şirkətin əmlakının iki təsisçi arasında bölüşdürüləcəyi məlum olub: “Həmin məsələnin araşdırılmasında iştirakım olmasa da, Səhrab Allahverdiyevlə daimi əlaqə saxlamışam və aramızda əməliyyat təminatı üzrə etibarlı münasibətlər olub. Həmçinin Natiq Alıyevdən şirkətdə olan audit yoxlamasının bitməsi, şirkətin əmlakının bölüşdürülməsi və notariat qaydasında həmin məsələnin təsdiq edilməsi barədə məlumat almışam”.
Təqsirləndirilən şəxs bildirib ki, 2015-ci ilin yanvar ayında Fizuli Əliyevin əməkdaşları tərəfindən Arif Həsənovun oğlu Həsən Həsənovun yaşadığı evdə videokameranın sökülməsini eşidib: “Eyni zamanda Arif Həsənovdan hər hansı məbləqdə pul almamışam”.

Aslan

”Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu