GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vətəndaşın pulunu mənimsəyəni kim himayə edir?

Vətəndaşın pulunu mənimsəyəni kim himayə edir?

Tarix: 9-12-2016, 15:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 858
Vətəndaşın pulunu mənimsəyəni kim himayə edir?

Polisin dələduzluqda şübhəli bildiyi şəxsi hakim azadlığa buraxdı
Bakıda Arif Hacıyev dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Amma onun müraciəti əsasında cinayət işi açılsa da, dələduzluqda şübhəli bilinən şəxsi həbs etmək mümkün olmayıb. Buna səbəb Xətai rayon Məhkəməsinin hakimi Habil Məmmədovdur. Hakim əsas olmadan vətəndaşın külli miqdarda pulunu ələm keçirən Nəsib Həsənovun azadlığa buraxılması barədə qərar çıxarıb.
Zərərçəkmiş Arif Hacıyevin nümayəndəsi Aydın Hacıyev bildirib ki, “Binə” Ticarət Mərkəzində pul dəyişmə məntəqəsində Arif Hacıyev işlədiyi vaxt həmyerliləri kimi tanıdığı Nəsib Həsənov etibardan sui-istifadə edərək, dolayısı ilə küllü miqdarda pulu mənimsəyib: “Nəsib Həsənov 2012-ci ilin sentyabr ayında Arif Hacıyevdən iş görmək adı ilə 21700 manat və 14 min ABŞ dolları alıb. Pulu alan zaman bildirib ki, o KARQO-terminaldan ticarət mərkəzinin adına Çin Respublikasından gələn satıcıların mallarını çıxaracaq və onlara malı təhvil verib, pullarını yığaraq qısa müddətdə Arif Hacıyevin pulunu qaytaracaq. Amma bu günə kimi həmin pulu qaytarmayıb”.
Nümayəndə əlavə edib ki, 2013-cü ilin may ayında Arif Hacıyev pulunu istəyib: “Bu zaman Nəsib Həsənov pulu qaytarmamaq məqsədilə Arif Hacıyevi qaynı oğlunun vasitəsilə heç vaxt pulu qaytarmayacağını bildirib və onu hədələtdirib. Hətta qaynı oğlu Arif Hacıyevə bədən xəsarəti də yetirib. Qaynı oğlunun Arif Hacıyevə yetirdiyi xəsarətə görə barəsində məhkəmə hökmü çıxarılıb. Qaynı oğlunun barəsində olan cinayət işinin materialları ilə tanış olan zaman bir daha əmin olduq ki, Nəsib Həsənov Arif
Hacıyevi aldadaraq pulu qaytaracağını bildirsə də, lakin həmin pulu qaytarmaq məqsədi əvvəldən olmayıb. Nəsib Həsənov etibarımdan sui-istifadə edərək, küllü miqdarda pulu mənimsəyib. Qaynı oğlunun Arif Hacıyevə qarşı törətdiyi cinayətlə bağlı dindirilən Nəsib Həsənov müstəntiqin verdiyi suala cavab olaraq bildirib ki, satıcıların malını alıb və onlara verərək, pullarını yığıb, hal-hazırda ona heç kimin borcu yoxdur. Bu ifadəni oxuduqdan sonra tam əmin olduq ki, Nəsib Həsənov Arif Hacıyevi aldadaraq pulumu ələ keçirib”.
Aydın Hacıyev qeyd edib ki, Arif Hacıyev aldadıldığını başa düşdükdən sonra adiyyatı üzrə Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edib: “Müraciət əsasında toplanmış material üzrə araşdırılmanın davam etdirilməsi Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində 20 oktyabr 2015-ci il tarixində fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanıb. Müstəntiq Elnur Novruzovun icraatında olan cinayət işinin istintaqı zamanı cinayət işinin materiallarında cinayəti törətmiş Nəsib Həsənovun cinayətinin sübut olunmasını təsdiq edən istənilən qədər dəlillər toplanıb. Nəsib Həsənova ittiham elan edilməsi üçün onun yeri müəyyən edilmədiyindən, barəsində axtarış elan olunub”.
Aydın Hacıyev bildirib ki, 16 oktyabr 2016-cı il tarixdə Nəsib Həsənov tutularaq, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə gətirilib: “Müstəntiq Elnur Novruzovun 18 oktyabr 2016-cı il tarixli vəsatəti, Bakı şəhər prokurorunun müavini Mehman Qocayevin 18 oktyabr tarixli təqdimatı əsasında onun
barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Xətai rayon məhkəməsinə gətirilib. Hakim Habil Məmmədov iş materiallarını tam araşdırmayıb və Nəsib Həsənovun barəsində “həbs” qətimkan tədbiri seçməkdən imtina edərək, dərhal məhkəmə zalında azad edilməsi barədə qərar çıxarıb. Biz bununla razı deyilik. Çünki Nəsib Həsənov nümayəndəsi olduğum Arif Hacıyevə qarşı dələduzluq edib. O hətta dövlətin onurğa sütunu olan vergi sisteminə qarşı da “vergidən yayınma” cinayəti törədib və istintaqdan yayınıb. Onun barəsində 15 sentyabr 2015-ci il tarixində İnterpol vasitəsi ilə ölkələr arası beynəlxalq axtarışı elan edilib”.
Nümayəndə bildirib ki, Nəsib Həsənov başqa bir vətəndaş Xalid Hacıyevə qarşı da dələduzluq edib: “Onun ərizəsinin də iş materialında olduğu halda, hakim onun barəsində “həbs” qətimkan tədbiri seçməməsi əsassız və birtərəfli mövqedən irəli gəlir. Xətai rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli qərarı əsassızdır. Bu qərar bir tərəfli olduğundan ləğv edilməli və apelyasiya instansiya məhkəməsində verilmiş təqdimata mahiyyəti üzrə baxılaraq obyektiv qərar çıxarılmalıdır. Bu qərar dövlətimizin adına xələl gətirəcək. Vergidən yayındığına görə Beynəlxalq axtarışda olan və digər cinayət üzrə də istintaqdan yayınaraq, barəsində axtarış qərarı verilən təqsirləndirilən şəxs hakimin qarşısına gətirilir, hakim isə onu məhkəmə zalından azad edir. Ən azından hakim onun ifadəsi alınması üçün beynəlxalq axtarış verən istintaq orqanına onu təhvil verməli olduğu halda, onu məhkəmə zalından azad etməsi yolverilməzdir. Heç müstəntiq E. Novruzov da onun vergidən yayındığına görə aidiyyatı üzrə verilməsində maraqlı olmayıb”.
Aydın Hacıyev bildirib ki, Nəsib Həsənovun barəsində “həbs” qərarının çıxarılması üçün apelyasiya şikayəti verilib. Nümayəndənin sözlərinə görə, şikayətlərinə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Aslan

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ittiham olunur

    ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ...

    23-09-2016, 01:20

  • 
  • Maşallah Əhmədov həbs edildi - Yenilənib

    Maşallah Əhmədov həbs edildi - Yenilənib ...

    15-12-2015, 23:15

  • 
  • Polis rəisinin arvadına dələduzluq ittihamı

    Polis rəisinin arvadına dələduzluq ittihamı ...

    29-09-2016, 16:33

  • 
  • Arif Yunus həbsdən azad edilib - TƏCİLİ+VİDEO

    Arif Yunus həbsdən azad edilib - TƏCİLİ+VİDEO ...

    12-11-2015, 17:39

  • 
  • ANS-in keçmiş əməkdaşı saxlanıldı – O, dələduzluqda ittiham olunur

    ANS-in keçmiş əməkdaşı saxlanıldı – O, ...

    28-01-2014, 09:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu