“Akif Çovdarov Eldar Mahmudova məruzə edəcəyini bildirdi”
Akif Əliyev: “Akif Çovdarov Aydın Musayevi hörmətlə yola salmağı tapşırdı”
Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.
Cinayət işi üzrə təqsirləndirilən şəxs Akif Əliyevin maraqlı ifadələri ilə yadda qalıb. Qəzəetimizin ötən saylarında Akif Əliyevin rəisi tərəfindən törətdiyi cinayətlər barədə verdiyi ifadələrini dərc etmişdik. Bu sayımızda Akif Əliyevin başqa epizod üzrə ifadəsini dərc edirik.
Akif Əliyev bu ifadəsində Rusiya Federasiyasının vətəndaşı Aydın Musayevin külli miqdarda pul vəsaitinin ələ keçirilməsindən danışıb.
Akif Əliyev bildirib ki, Aydın Musayev tanıyır: “2015-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayon sakini, əvvəllər adı Mayıl olmuş, hazırda isə rəsmən adını və soyadını dəyişdirmiş, adını hazırda xatırlamadığı “Müəllim” təxəllüslü şəxsdən ləğv olunmuş
Milli Təhlükəsizlik Nazirliyinə ərizə daxil olub. Mayıl həmin ərizədə Aydın Musayev ad-soyadlı,“Axmed Frut” təxəllüslü şəxsin Rusiya Federasiyasının Sankt-Peterbruq şəhərində mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik etməklə oğlunun oğurlandığını, buna görə külli miqdarda pulunun alındığını, Rusiya Federasiyasının İstintaq Komitəsində qeyd olunan faktla bağlı cinayət işi başlandığını, Aydının istintaqdan yayınaraq Azərbaycan Respublikasına gəldiyini göstərib. Milli Təhlükəsizlik Nazirliyinin VI Baş İdarəsinin icraatına verildi və baş idarə rəisi Akif Çovdarovun dərkənarı ilə ərizənin araşdırılması VI baş idarənin II idarəsinə həvalə olundu. Bundan sonra o, ərizənin araşdırılmasını rəisi olduğu idarənin II şöbəsinin rəisi Orxan Məmmədova tapşırdım”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib: “Araşdırma nəticəsində məlum oldu ki, Aydın Musayev Azərbaycan Respublikası ərazisində deyil, ona görə də Akif Çovdarovun göstərişi ilə Aydın Musayev Azərbaycan Respublikasının bütün sərhəd-keçid məntəqələri üzrə “saxla” statusu ilə nəzarətə qoyuldu”.
Akif Əliyev bildirib ki, 4 oktyabr 2015-ci il tarixdə Akif Çovdarovdan icazə alaraq arvadının bibisioğlu Niyazinin toyunda iştirak etmək üçün İmişli rayonuna yollanıb: “Həin gün saat 12 radələrində İmişli rayonuna getdim. Həmin gün saat 22 radələrində istifadə etdiyim mobil nömrələrindən birinə Orxan Məmmədov zəng edərək Aydın Musayevin Heydər Əliyev adına hava limanında saxlanıldığını, Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyini bildirdi. Orxan həmçinin Aydın Musayevi hava limanından təhvil almaq üçün
getdiyini dedi. Bundan sonra Akif Çovdarovun mobil telefonuna zəng edərək Orxan Məmmədovun dediklərini məruzə etdim. Akif Çovdarov öz növbəsində qanunamüvafiq tədbirlər görmək barədə göstəriş verdi”.
Akif Iəliyev qeyd edib ki, toy bitdikdən sonra ailəsi ilə birlikdə Bakı şəhərinə yola düşüb: “Oktyabrın 5-də, saat 01 radələrində evə çatdıq. Bir az rahatlaşdıqdan sonra MTN-nə getdim. Xidməti otağım nazirliyin inzibati binasının 4-cü mərtəbəsində yerləşir. Nazirlikdə olarkən Aydın Orxanın xidməti otağında olub. Orxan Məmmədovu qəbul etdikdə sonuncu Mayılın ərizəsində göstərdiyi xüsusatlar üzrə Aydınla ilkin sorğu keçirildiyini və izahatının alındığını bildirdi. Həmçinin Orxan Aydının ərizədə göstərilən xüsusatlar üzrə məlumatlı olduğunu, lakin heç bir xüsusatı etiraf etmədiyini dedi”.
Akif Əliyevin sözlərinə görə, bundan sonra tapşırığı ilə Aydın xidməti otağına gətirilib və Aydınla ərizədə qeyd olunan xüsusatlar üzrə söhbət edib: “Lakin Aydın faktı etiraf etmədi, 5 oktyabr 2015-ci il tarixdə, saat 08 radələrində Akif Çovdarovun mobil telefonuna zəng edərək Aydın Musayevlə bağlı keçirilmiş tədbirlər barədə məlumat verdim. Saat 10 radələrində Akif Çovdarov işə gələrək məni qəbul etdikdə gecə baş vermiş hallar barədə yenidən ona məruzə etdim. Akif Çovdarov bu barədə nazir Eldar Mahmudova məruzə edəcəyini və müvafiq göstərişlər verəcəyini bildirərək gözləməyimi tapşırdı. Saat 12 radələrində Akif Çovdarov Aydın Musayevi hörmətlə yola salmağı tapşırdı. Mən də tapşırığı dərhal icra etdim və Aydın Musayevi yola saldım”.
MTN polkovniki daha sonra qeyd edib ki, bir neçə gün sonra Aydın Musayev barəsində tətbiq olunmuş “saxla” statusu ləğv olunub, toplanmış material icra müddəti ərzində dayandırılıb, materialın icrası ərizədə göstərilən xüsusatlar üzrə kifayət qədər sübutların olmaması və törədilmiş cinayət əməllərinin MTN-nin səlahiyyətlərinə aid olmaması əsası ilə Mayıla müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunmaqla dayandırılıb: “Toplanmış materiallar Akif Çovdarovun təsdiq etdiyi yekun arayışla birlikdə MTN-nin katiblik idarəsinə saxlanılması üçün göndərilib. Bundan sonra Aydın Musayevlə heç bir münasibəti olmayıb, onun ifadəsində göstərdikləri yalandır, mənə atılan böhtandır”.
Akif Əliyev qeyd edib ki, Aydın Musayevə hədə-qorxu gəlməyibm, nazirlikdən buraxılması üçün hər hansı məbləğdə pul tələb etməyib: “Orxan Məmmədov ləğv olunmuş MTN-nin VI Baş İdarəsinin II idarəsinin II şöbəsinin rəisidir. Mayılın ərizəsi rəisi olduğu şöbənin icraatında olub, Vüqar Rəşidov həmin şöbənin mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyib, Mayılın ərizəsinin icrası Vüqara tapşırılıb. Aydın Musayev barəsində məhkəmə qərarının tətbiq olunması tələb olunan əməliyyat-axtarış tədbiri keçirilməyib. Aydınla bir neçə dəfə telefon danışığım olub. Danışıq zamanı Aydın “Saxla” statusunun götürülüb-götürülməməsi ilə maraqlanmışam”. Akif
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?