GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xain PKK ürəyimizdən vurdu...

Xain PKK ürəyimizdən vurdu...

Tarix: 12-12-2016, 21:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 691
Xain PKK ürəyimizdən vurdu...

İstanbul yenə qan içində, başın sağ olsun Türkiyəm!!!

Qardaş ölkə səhərə gözünü qanla, ölümlə, terrorla, matəmlə açdı - 38 rəşadətli şəhid var....

Prezident İlham Əliyev türk xalqına başsağlığı verdi: 15 iyuldan sonra toparlanan ölkə təzədən qan gölünə çevrildi, Türkiyəni kimlər çökdürmək istəyir?

Xain PKK ürəyimizdən vurdu...

Yenə də ürəyimizdən vurdular...Yenə də bizi sarsıtdılar, göz yaşına boğdular.. Yenə bizi istirahət günü - bir bazar səhəri qəlbimizdən yaraladılar.

Və yenə də xainlər, nankorlar, Türkiyəmizin düşmənləri bunu etdilər. Nədir məqsəd anlaşılan deyil? Niyə bu məzlum günahsız adamları öldürürsüz?

Qardaş ölkə yenə bir səhər gözünü qanla, ölümlə, terrorla açdı. Dekabrın 11-də İstanbulun Beşiktaş səmtində "Vodafon Arena" yaxınlığında güclü partlayış baş verib.

Xain PKK ürəyimizdən vurdu...

Qeyd edək ki, partlayışdan öncə adıçəkilən arenada "Beşiktaş" və "Bursaspor" komandaları Türkiyə futbol liqası çərçivəsində qarşılaşıblar.

İstanbulda baş verən terror aktı nəticəsində ölənlərin sayı son mıəlumata qədər 38-ə çatıb. Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Ölənlərin 30-u polis əməkdaşıdır.

Şahidlərin sözlərinə görə, hadisə zamanı atəş səsləri də eşidilib və ehtimallara görə silahlı bir şəxs polisə hücum edib. Özəl NTV telekanalı isə bildirib ki, hücumun hədəfi içərisini iğtişaş polisi ilə dolu avtobus olub.

Xain PKK ürəyimizdən vurdu...

Hücumun məsuliyyətini hələlik heç kəs öz üzərinə götürməyib. Bu il İstanbul şəhəri bir neçə partlayışa səhnə olub. Hücumların demək olar hamısı ya İŞİD qruplaşması, ya da kürd yaraqlıları tərəfindən törədilib.

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) İstanbul şəhərində törədilmiş terror aktını pisləyib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, XİN İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyir.

Xain PKK ürəyimizdən vurdu...

XİN-nin açıqlamasında qeyd edilib ki, bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq: “Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir”.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.

Xain PKK ürəyimizdən vurdu...

Başsağlığında deyilir:

"İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.

Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!".

15 iyul hadisələrindən, həmçinin İstanbulun Atatürk hava limanında baş verən terrordan sonra Türkiyə yenicə toparlanır və həyat öz axarına düşməyə başlayırdı qardaş dövlətdə. Bu məqamda yenə Türkiyəyə qarşı xain terror törədildi.

Təbii, yenə də bu xain hərəkətdə PKK izi görünür və açıq şəkildə. Nədən ki, PKK birmənalı olaraq hər zaman törətdiyi terror aktlarında türk polisini hədəf seçir. Türkiyəni bu hala salmaq, darmadağın etmək, naçar buraxmaq istəyirlər.

Əvvəllər bu ölkədə, onun meqapolislərində çoxsaylı insan qurbanları aparan terror aktları baş verəndə terakt müəllfinin hansı qüvvə olduğuna dair rəylər yekdil olurdu. Hamı bilirdi ki, bu, PKK-nın işidir.

İndi bilinmir. Türkiyənin əlisilahlı düşmənləri çoxalıb. İndi PKK-nın yanında İŞİD də var, PYD də var. Başqaları da var.

İndi dəqiqliyi ilə bilinmir ki, Türkiyəni, günahsız insanları küçələrdə kim vurur. Bu dövlətə qarşı qəribə, çoxbaşlı əjdaha misallı bir birləşmə, müttəfiqlik var.

Onlar bir-birilə sözləşmiş, işbirliyi yapmış, iş bölgüsü aparmış kimi görünürlər, sağdan, soldan soxulurlar, havadan gəlirlər, dağdan aşırlar, dənizdən çıxırlar, axır ki, nəsə bir təxribat törədirlər.

Dünya üzərində istər daxildən, istərsə də xaricdən bu qədər total basqıya, permanent hücumlara məruz qalan ikinci bir dövlət yoxdur. Türkiyənin siyasəti də təzyiq altındadır, iqtisadiyyatı da, vətəndaşlarının həyatı da.

Başqa hansı dövlət olsa, indiyə xeyli sarsılmış olardı. Ancaq Türkiyə mətanətlə dözür, dayanır, duruş gətirməyə çalışır. Kim nə deyir, desin, bu dövlətin başına gələnlər Türkiyənin qəsdinə duran və onu çökdürməyə çalışan böyük güclərin əməlidir.

Qərb dünyası bu gün Türkiyənin inkişaf edərək güclənməsini, öz ayaqları üzərində dayanmasını istəmir. Buna nə fürsət verirlər, nə də imkan tanıyırlar.

Türkiyə üzərində oynanılan oyun və proses yenidən dövriyyədədir. Çünki Türkiyə nəzarət edilən, xarici borc və xarici yardım alan bir ölkə olmaqdan çıxıb artıq. Siyasətini müstəqil təyin

edən, öz ayaqları üzərində dayanan və iqtisadiyyat başda olmaqla həyatın bir çox sahəsində inkişaf edən bir ölkə mövqeyinə gəlib. Qərb məhz bunu həzm edə bilmir, qarın ağrılarının səbəbi də budur. Dörd bir tərəfdən olan təzyiqlər, ölkədə artan terror hadisələrinin arxasında bu çirkin niyyət dayanır.

Məqsəd ölkə rəhbərliyini idarə olunan və söz dinləyən hala salmaq, qərb ilə uyumlu, onlara itaət edən siyasətçiləri iş başına gətirməkdir.

15 İyul gecəsi FETO terror təşkilatının vasitəsilə tanklar, bombalar və qırıcılarla işi həll edə bilmədilər. İndi isə bu çirkin niyyətin iqtisadi tərəflərini işə salırlar. İqtisadi tarazlığı pozaraq, yerli məzənnə üzərində təzyiq quraraq, hədəflərinə çatmaq və nəticə almaq istəyirlər.

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib ki, ötən axşam İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktında hədəf polis təşkilatı olub. N.Kurtulmuş CNN Türk kanalına müsahibəsində terror aktının PKK tərəfindən törədildiyinin əsas versiya olduğunu deyib.

Xain PKK ürəyimizdən vurdu...

“İzlər PKK-nı göstərir” – deyə N.Kurtulmuş ilkin təhqiqatların nəticəsinə əsasən bildirib.

Onun sözlərinə görə, terror hücumunda 300-400 kiloqram ağırlığında partlayıcı istifadə olunub.

Partlayış o qədər güclü olub ki, içərisində polislərin olduğu avtobus parça-parça olaraq ətrafa səpələnib, yox olub. Partlayışın episentrində dərin çuxur açılıb.

Türkiyə son zamanlarda bölgədə aktiv siyasi xətt yürüdən bir ölkə olaraq, daxilində gedən proseslərə də duyarlı yanaşmaq məcburiyyətində idi. Bu ələlxüsus özünü 15 iyul hadisələrindən sonra daha ciddi şəkildə göstərmiş oldu.

Ölkənin sabitliyinə xələl gətirə biləcək istənilən qüvvənin zərərsizləşdirilməsi təbiidir. Diyarbəkir və eləcə də güney-doğu bölgəsində baş verən son terror olayları ilə bağlı HDP-li həmsədrlərin ifadəsinin alınması üçün çağırışa məhəl qoymamaları, onların saxlanmasına səbəb oldu. Ümumiyyətlə, HDP hər zaman kürd bölücü qruplaşmalarının, eləcə də PKK-nın siyasi ruporu funksiyasını icra edib.

aş verənlər fonunda Suriyanın ikinci Əfqanıstan, Türkiyənin isə Pakistana çevrilməsi təhlükəsinin qarşısı alınmalıdır. Əgər bunun yolu, daxildə müxtəlif dağıdıcı fəaliyyətdə olan siyasi qruplaşmaların məsuliyyətə cəlb edilməsindən keçirsə, bu, mütləq olmalıdır.

Daha yaxşı olardı ki, Avropa Birliyi, öz yaradılış dəyərlərini bir daha xatırlayaraq, terror və etnik separatizm məsələlərinə beynəlxalq hüquq müstəvisində baxış sərgiləyə, nəinki terror təşkilatlarına qucaq açmaqla, bundan təzyiq elementi kimi istifadə edə.

Bu ilin martında Brüsseldə baş verən terror, əslində günümüzdə necə qlobal bəla ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində sığortalanmanın mümkünsüz olduğunun göstəricisi idi.

Keçən ilə damğasını vurmuş Paris terroru kimi Brüsseldə baş verənlər də əslində kifayət qədər ciddi və eyni zamanda düzgün şərhini gözləyən mesajlarla zəngin oldu. Lakin Avropa hələ də bu mesajları doğru oxumaq istəmir.

Ötən gecə İstanbul şəhərində törədilmiş terror aktları ilə bağlı aparılan əməliyyatlar çərçivəsində 10 nəfər saxlanılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman soylu bildirib. Qeyd edək ki, dekabrın 10-da İstanbulda "Beşiktaş” stadionun qarşısında iki dəfə partlayış baş verib. Hadisə nəticəsində 30-u polis olmaqla 38 nəfər şəhid olub, 155 nəfər yaralanıb. Yaralılardan vəziyyəti ağır olanlar da var.

Xain PKK ürəyimizdən vurdu...

Bu hücumu həyata keçirənlərin, onların havadarlarının niyyəti Türkiyəni, Türkiyə xalqını sarsıtmaq, bu ölkəni zəiflətmək, parçalamaqdır. Bu xain niyyətlər həyata keçməyəcək, Türkiyə xalqı bu xəyanətlərə qarşı daha sıx birləşəcək, daha mətinliklə mübarizə aparacaq, Türkiyə dövlətinin qüdrəti daim artacaqdır.

Bu ağır gündə Türkiyənin, Türkiyə xalqının yanıdayıq. Dərdlərinə dərdimiz kimi qəbul edərək şərikik. Maraqlıdır ki, “Vodafon Arena” yaxınlığında baş verən partlayışdan 15 dəqiqə əvvəl prezident Rəcəb Tayyib Ərdoğan oradan keçib Bunu “Sabah” qəzetinin Özəl Kəşfiyyat şefi Əbdürrəhman Şimşək canlı yayımda çıxışı zamanı deyib.

Bu arada Milli Məclisin deputatı Elşən Musayevin Türkiyədə baş verən terrordan qurtulması an məsələsi olub. Bu barədə deputat Elşən Musayev bildirib: "Partiya sədri olaraq İstanbula nə zamandır dəvətli idim.

AKP-dən olan dostlarımızın tədbirinə. Ayrıca, düşündüm, getmişkən gözümdəki çox ciddi problemlə bağlı həkimə də müraciət edərəm.

Hətta bu minvalla öncədən randevu də aldım və... sırağa gün axşam reysi ilə doğma şəhərə, gözəl İstanbuluma doğru istiqamət götürdüm. Çatan kimi də "Barbaros”

caddesindəki otellərdən birinə yerləşdim. Səhər açıldı. Yollandım həkimə. "Nişantaşı” səmtinə. Ordan çıxandan sonra tədbirə. Tədbir də bitdi. Fikirləşdim, bu gün azarkeşlik etdiyim

"Beşiktaş”ın "Bursaspor”la oyunu var, bəlkə ora gedim. Amma ərindim. O bashabasa girməkdənsə televizordan baxmağı tərcih etdim. Oyunun başlamasına isə hələ bir az vaxt qalmışdı. Yaxşı bəs neyləyim? - Gəzim! Ən doğrusu budur.

Qəfildən ard- arda partlayış səsləri gəldi. Pəncərəyə doğru qaçdım...Düz 7-10 dədiqə öncə üzərində addımladığım küçəyə baxdım... Aman Allahım! Eyvandan günorta və axşam saatlarında çəkdiyim mənzərə pozulub. Hamı panikadadır...Yoxsa, yenəmi terror?!”

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Başın sağ olsun Türkiyə

    Başın sağ olsun Türkiyə ...

    29-06-2016, 16:22

  • 
  • İlham Əliyev İstanbuldakı terraktla bağlı Ərdoğana başsağlığı verdi

    İlham Əliyev İstanbuldakı terraktla bağlı ...

    11-12-2016, 20:30

  • 
  • Türkiyə yenə şəhid verdi

    Türkiyə yenə şəhid verdi ...

    10-01-2016, 12:54

  • 
  • İlham Əliyev PKK terrorundan danışdı

    İlham Əliyev PKK terrorundan danışdı ...

    7-09-2015, 18:08

  • 
  • Rusiyalı fanatlar “Beşiktaş”la oyunda Türkiyəni hədələdi

    Rusiyalı fanatlar “Beşiktaş”la oyunda Türkiyəni ...

    26-11-2015, 15:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu