GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MTN-nin vəzifəli şəxslərinin işində yeni faktlar açıqlanır

MTN-nin vəzifəli şəxslərinin işində yeni faktlar açıqlanır

Tarix: 13-12-2016, 23:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 495
MTN-nin vəzifəli şəxslərinin işində yeni faktlar açıqlanır

Akif Əliyev: “1 milyon manat məbləğində pul vəsaitləri olan çantaları nazirin köməkçisinə verməyimi tapşırdı”

“Agentura şəbəkəsinə ayrılan 2 milyon manat Eldar Mahmudova çatdırılıb”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Təqsirləndirilən şəxs qismində ifadə verən Akif Əliyev əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılmış dövlət büdcə vəsaitlərinin mənimsənilməsi epizodu üzrə danışıb. O, bildirib ki, 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyin 6-cı Baş İdarəsinin 3-cü idarəsinin rəis müavini vəzifəsində işləyərkən həmin Baş idarənin rəisi Akif Çovdarovun göstərişi və ona verdiyi

vəkalətnamələr əsasında təxminən oktyabr-dekabr aylarında MTN-nin maliyyə idarəsinin xəzinəsindən ümumilikdə həmin dövrdəki məzənnəyə uyğun olaraq 2.000.000 məbləğində ABŞ dolları, avro və manatla pul vəsaitini şəxsən özü imza edərək götürüb: “Həmin pulları şəxsən Akif Çovdarovun özünə vermişəm”.

“Eldar Mahmudovun göstərişi olduğunu bildirdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin oktyabr ayında baş idarə rəisi Akif Çovdarov onu öz xidməti iş otağına çağırıb: “Akif Çovdarov bir neçə vərəqdən ibarət 6-cı baş idarə tərəfindən 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış əməliyyat-axtarış tədbirləri və onun nəticələrinə dair məlumatlar, Rusiya Federal Təhlükəsizlik xidməti ilə Rusiya Federasiyası dəmir yollarının təhlükəsizliyinin təmin olunması və terror hücumlarından qorunması istiqamətində görülmüş tədbirlər və Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına daşınan strateji yüklər, yəni neft və neft məhsulları, taxıl məhsulları və sair belə mallar barədə əldə olunmuş statistik gömrük məlumatları və bu məlumatları təqdim edən şəxslərin siyahısını təqdim etmiş, siyahıda həmin şəxslərin hər birinə verilməli olan pul vəsaitinin miqdarı da göstərdi. Həmin siyahıda narkotiklərlə bağlı məlumatları təqdim edən şəxslər əsasən İran İslam Respublikası vətəndaşlarının ad və soyadlarına, Rusiya Federasiyası dəmir yolu infrastrukturuna qarşı terror hücumları barədə məlumatları təqdim edən şəxslərin ad və soyadları Rusiya Federasiyasının Şimali Qafqaz regionunun vətəndaşlarının ad və soyadlarına, Ermənistana yük daşıma barədə məlumatları təqdim edən şəxslərin adları isə Gürcüstan

Respublikası vətəndaşlarının ad və soyadlarına bənzəyən ad və soyadlar olub. Akif Çovdarov məni nazir Eldar Mahmudovun göstərişi ilə qeyd olunan şəxslərə pul mükafatları verilməli olduğunu bildirdi, bu məqsədlə müvafiq raportlar tərtib edib və ona təqdim etməyimi tapşırdı. Öz növbəmdə Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsindən qeyd olunan raportların tərtib edilmə qaydasını öyrəndim. Qaydaya görə mükafatlandırmaya dair hər bir məlumat təqdim edən şəxsə ayrı-ayrılıqda nazirə ünvanlanmış və Akif Çovdarovun adından iki ədəd raport tərtib edilməli, raportların birincisində şəxsin tam müəyyən edici məlumatları, onun təqdim etdiyi məlumat və əldə olunmuş nəticələr dolğun əks olunmalı, mükafatın miqdarı göstərilməli və həmin raport mükafatı təqdim edəcək vəzifəli şəxsin adından tərtib olunmalı idi. Nazirin ünvanına olan ikinci raportda isə məlumatın ümumi məzmunu, mükafatlandırılan şəxsin inisialları və təqdim olunacaq vəsaitin miqdarı əks olunuşdur. Birinci raport Baş idarənin 1-ci, 2-ci və 3-cü idarələrinin icraatında olan müvafiq liter işlərinə əlavə olunub, ikinci raportlar isə maliyyə idarəsinə göndərilib”.

“Pulları Akif Çovdarovun özünə vermişəm”

Akif Əliyev qeyd edib ki, təqribən 20-dən artıq şəxsin mükafatlandırılmasını nəzərdə tutan raportları Akif Çovdarovun adından tərtib edərək sonuncuya təqdim edib: “Bir neçə gündən sonra Akif Çovdarov əvvəlcə təxminən 10-a yaxın raportu, daha bir neçə gündən sonra isə digər raportları nazirə imzalatdırdı, daha sonra isə həmin raportları maliyyə idarəsinə göndərməyinə dair mənə göstəriş verdi. Bunun üçün qeyd olunan raportları Baş

İdarənin raportlar jurnalında Akif Çovdarovun adından qeydiyyata aldırdıqdan sonra onların maliyyə idarəsinə göndərilməsini təmin etdim. Bir neçə gündən sonra Akif Çovdarov raportlara əsasən alınmalı olan pul vəsaitlərini məlumat mənbələrinə şəxsən özünün təqdim edəcəyini söylədi, lakin xəzinədarlıqdan pul götürməyi özünə sığışdırmadığına görə bu işi mənə həvalə etməklə bu məqsədlə mənə vəkalətnamələr verdi. Vəkalətnamələr əsasında hər dəfə pulları kassadan qəbul edəndən sonra həmin pulları tam olaraq Akif Çovdarovun şəxsən özünə vermişəm. Təxminən 1 ay ərzində xəzinədarlıqdan üst-üstə ABŞ dolları, avro və manat məzənnələri ilə təxminən 1.000.000 manat miqdarında pul vəsaitini götürərək Akif Çovdarova verdim. Sonra Akif Çovdarov məni öz xidməti iş otağına çağırdı. Mənə iki ədəd parça materialdan olan və içərisində 1.000.000 manat məbləğində pul vəsaitləri olan kompyuter çantaları verdi və bu çantaları apararaq nazirin köməkçisinə verməyimi tapşırdı. Həmin vaxt Akif Çovdarov mənə “bunların içində olan pullar mükafatlandırmaya dair alınmış vəsaitdir və həmin pul vəsaitləri mükafatı alacaq şəxslərə təqdim ediləcək” sözlərini söylədi. İçərisində pul vəsaitləri olan iki ədəd çantanı götürərək onları nazirin köməkçisinin xidməti iş otağında onun özünə verdim”.

“Akif Çovdarovun adından nazirə ünvanlanan yekun arayışları tərtib etdim”

Akif Əliyevin sözlərinə görə, bundan sonra təxminən 1 ay müddətində eyni qayda üzrə tərtib olunmuş raportlar əsasında 1.000.000 manata yaxın pul vəsaitini müvafiq vəkalətnamələr əsasında xəzinədarlıqdan yenə qəbul edib və həmin pulları da

şəxsən Akif Çovdarovun özünə verib: “Qısa bir müddətdən sonra Akif Çovdarov xəzinədən alınmış vəsaitlərin məlumat mənbələrinə təqdim olunduğunu bildirirərək, vəsaitlərin şəxsən özü tərəfindən məlumat mənbələrinə çatdırılmasına dair maliyyə idarəsinə təqdim edilməsi üçün nazirə ünvanlanmış yekun arayışları tərtib etməyi barədə mənə göstəriş verdi. Mən də arayışları tərtib etmək üçün pulun mənbə tərəfindən qəbul edilməsi haqqında qəbzləri verməsini Akif Çovdarovdan tələb etdim. Akif Çovdarov mənə vəsaiti qəbul edən məlumat mənbələrinin xüsusi dəyərli olduğundan onlardan qəbz alınmasının etik normalara uyğun hesab edilmədiyini və bu məsələnin nazirlə razılaşdırılaraq onlardan qəbz alınmadığını bildirdi, mənə mənbələrdən qəbz alınmamasını yekun arayışlarda qeyd etməyimi tapşırdı. Mən də yekun arayışlarda “etik normalara uyğun olmadığına görə qəbz alınması məqsədəuyğun hesab edilməmişdir” sözlərini qeyd edərək Akif Çovdarovun adından nazirə ünvanlanan yekun arayışları tərtib etdim. Arayışları imzalaması üçün Akif Çovdarova təqdim etdim. Arayışlar nazir tərəfindən imzalandıqdan sonra onları Akif Çovdarov tərəfindən təsdiq olunmuş avans hesabatlarla birlikdə nazirliyin maliyyə idarəsinə göndərdi. Avans-hesabatların hamısını maliyyə idarəsinə göndərəndən bir neçə gün sonra Akif Çovdarov mənə qalan pulların da hamısını köməkçiyə verdiyini söylədi”.

Təqsirləndirilən şəxs əlavə edib ki, 2014-cü ilin əvvəllərində 2013-cü ilə dair maliyyə hesabatları aparılan zaman nazirin köməkçisi Vüqar Mahmudov zəng edərək maliyyə idarəsindən götürülən pullarla ona təqdim edilən pul arasında bir neçə min ABŞ dollar kəsir olduğunu söyləyib, sonradan isə sonuncunun səhv hesablama aparması müəyyən edildiyindən həmin narazılıq aradan qalxıb:

“Mükfatlandırma qaydasında verilməsi üçün nəzərdə tutulan təxminən 2 iki milyon manata yaxın pul vəsaitindən bir manat da olsun almamışam, həmin işdə ümumiyyətlə heç bir maddi marağım olmayıb, prosesdə yalnız sənədləri tərtib edən şəxs rolunu oynmışam. Bunu şəxsən Akif Çovdarovun göstərişi ilə həyata keçirmişəm. Məlumat mənbələrinə mükafat verilməsi üçün əsas kimi göstərilən əməliyyat-axtarış tədbirlərinin bəzilərinin guya Azərbaycan Respublikası MTN-nin əməliyyat məlumatı əsasında Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən Rusiya Federasiyası ərazisində keçirildiyi qeyd olunsa da, lakin internet şəbəkəsində Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən keçirilən həmin tədbirlərin rəsmi icmallarında həmin tədbirlərin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında həyata keçirilməsi barədə məlumat yer almayıb. Amma mükafatlandırma üçün tərtib olunan raportlarda Dərbənd-Moskva, Mahacqala-Moskva mənzilləri üzrə hərəkət edən qatarlara qarşı terror hücumları barədə qabaqlayıcı məlumatların Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə guya Azərbaycan Respublikası MTN tərəfindən təqdim olunduğu qeyd olunub”.

“2 milyon manatın mənimsənildiyini başa düşmüşəm”

Akif Əliyevin sözlərinə görə, 2013-cü ilin yekunlarına dair görülmüş əməliyyat-axtarış tədbirlərinin hesabatlarında narkotiklərlə mübarizə xətti üzrə daxil olmuş məlumatların əsas hissəsinin monitorinq mərkəzinin imkanları vasitəsilə əldə olunduğu qeyd olunub: “Yəni həmin məlumatlar nə Akif Çovdarovun, nə də Vüqar Mahmudovun əməliyyat mənbələrindən

daxil olmayıb. MTN-nin agentura fəaliyyətini tənzimləyən notamtiv-hüquqi sənədlərin tələblərinə əsasən əcnəbilərin məxfi əməkdaşlığa cəlb olunması uzun sürən və mürəkkəb bir proses olduğunu, qısa zaman ərzində narkotiklərlə mübarizə istiqaməti üzrə çox sayda əcnəbinin məxfi əməkdaşlığa cəlb edilməsinin mümkün olmadığını, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin mükafatlandırılmasını tənzimləyən qərarında “müvəqqəti cəlb olunmuş vətəndaş” anlayışından istifadə edilsə də, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda həmin anlayışdan ümumiyyətlə istifadə olunmadığını, həm də həmin anlayışın yalnız Azərbaycan Respublikasının vətəndaşına aid olub. Məhz bu barədə sonradan analiz etdikdən sonra təqribən 2.000.000 manata yaxın pul vəsaitinin əslində məlumat mənbələrinə verilməyərək mənimsənildiyini başa düşmüşəm”.

Akif Əliyev həmçinin onun adına verilmiş vəkalətnamələrdə, kassa məxaric orderlərində, avans-hesabatlardakı ona aid imzaların özü tərəfindən icra edildiyini göstərib. Akif Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili təhlükəsizlik idarəsinə yazdığı 7 aprel 2016-cı il tarixli izahatında da analoji xüsusatları təsdiq etdiyini deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu