GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İşıq, qaz və isti suyu bahalaşdıranların müdhiş “biznes imperiyası”

İşıq, qaz və isti suyu bahalaşdıranların müdhiş “biznes imperiyası”

Tarix: 13-12-2016, 23:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 573
İşıq, qaz və isti suyu bahalaşdıranların müdhiş “biznes imperiyası”

“Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC rəhbərləri korrupsiyadan və tender maxinasiyalarından qazandığı milyonları hara xərcləyib?

Baba Rzayev, Əkbər Hacıyev və Yaşar Həsənovun cah-cəlalı, milyonluq obyektləri, villaları və biznes şəbəkəlir haqda sensasion dosye “Gündəm-xəbər”də...

Azərbaycanda oliqarx kimi yaşayan üç məmur xalqın əleyhinə olan qərarların verilməsi üçün Tarif Şurasına müraciət etdi və muradına çatdı.

“Gündəm-xəbər”in məlumatına görə, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC rəhbərləri əhalinin güzəranını nəzərə almadan anti-xalq addımlar atdılar.

Üç məmurun anti-xalq addımı

Dekabrdan işığın tarifləri bahalaşıb, yanvardan isə isti və qaz yeni qiymətlərlə əhaliyə satılacaq. Hər üç qurumun rəhbəri padşah kimi həyat tərzi yaşayır.

Onların nəinki isti su, qaz və işıq problemləri var, bu məmurların ən böyük dərdi daha hansı ölkədə istirahət etmək, daha hansı model avtomobil sürmək, daha hansı iri korrupsiya layihəsinə qol çəkməkdir.

“Azərişıq” ASC sədri Baba Rzayev, “Azəriqaz” İstehsalat Birliyi rəhbəri Əkbər Hacıyev və “Azəristiliktəchizat” ASC sədri Yaşar Həsənov böyük biznes imkanlarına malik məmurlardır. Onların varidatı, biznes obyektləri, mal-mülkləri saysız-hesabsızdır.

Milyarder oliqarxlara çevrilmiş dövlət məmurlarının əldə etdiyi bu imkanlar heç də aylıq əmək haqqı hesabına başa gəlməyib. Məhz maxinasiyalar, büdcə pullarının yeyintisi, korrupsiya və tender layihələri ilə istəklərinə nail olublar.

Bu gün isə sözügedən ASC sədrləri xalqın vəziyyətini daha da ağırlaşdıran addım ataraq Tarif Şurasına müraciətdə tarifləri qaldırmağı təklif ediblər. Tarif Şurası rəhbərliyi də əhalinin yox, korrupsioner məmurların yanında olduğu üçün təklifə müsbət reaksiya verdi.

“Gündəm-xəbər” adıçəkilən hər üç ASC sədrinin biznes şəbəkələrini araşdırıb və məlumatlar toplayıb. Bu informasiyalardan çıxan yekun nəticə ondan ibarətdir ki, hər birinin villasını,

obyektini, biznes imkanlarını dövlətin balansına keçirməklə kommuunal xərcləri ödəmək mümkündür.

Baba Rzayevin lampa bazarı

Əvvəlcə Baba Rzayevdən başlayaq. Azərbaycanda ailə biznesinin olduğu məmurlar sırasında olan Baba Rzayev elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər olan bir çox sahələr nəzarət etdiyi bildirilir.

Bu sahələrdə monopoliyanı bir neçə ildir ki, əlində saxlayan Baba Rzayev həm də rəsmən səhmdardır. “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun ailə üzvlərinə məxsusdur.

“Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. Əvvəllər “Bakelektro” ASC-nin icraçı direktoru olan Baba Rzayev yeni vəzifəsinə təyinatdan snra bu şirkətdəki vəzifəsini qardaşı Emin Rzayevə transfer edib.

Məhz bu şirkət dünyaca məşhur şirkətlərin Azərbaycandakı rəsmi distrübütorudur. Söhbət “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” kimi şirkətlərdən gedir.

“Azərişıq” ASC-yə rəhbərlik etdiyi ilk dönəmlərdən başlayaraq bu sahədəki tender bazarında da ancaq özü ilə hansısa formada əlaqələrin olduğu şirkətlərə üstünlük verən Baba Rzayevin bu yolla qazandığı milyonların hesabatını aparmaq çətindir. Uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var. Dövlətin rəsmi sənədlərini saf-çürük edəndən sonra bu qənaətə gəlmək olur.

Baba Rzayev Santral Elektrikin əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. Bakelektrikşəbəkəyə sədr keçdikdən sonra onun, Santral Elektriki də qeyri-rəsmi idarə etdiyi bildirilir. Beləliklə, hər şey göz qabağındadır.

Əkbər Hacıyevin metal biznesi

“Gündəm-xəbər” əhaliyə qazı baha satan Əkbər Hacıyevin də biznesi barədə bilgilər toplayıb. Ə.Hacıyev əmək fəaliyyətinə 2004-cü ildən Məişət Maye-Qaz Açıq Tipli Səhmdar Cəmiyyətində başlayıb.

O,həmin Cəmiyyətdə sədr müavini, sonra isə sədr vəzifələrində çalışıb. 2006-cı ildən 2009-cu ilin iyul ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində işləyib.

Həmçinin “Neftçi” futbol klubunun da prezidenti olub. 2009-cu ilin iyulundan “Azəriqaz”a rəhbərlik edir. Əvvəla qeyd edək ki, İB rəhbərinin qaz sahəsindən anlayışı yoxdur. Çünki ixtisası bu sahə ilə bağlı deyil.

Ona görə də paytaxtın qazla təminatında tez-tez problemlər yaranır. “Neftçi”yə rəhbərliyi müddətində adı bir neçə dəfə futbol oyunlarında, oyun alqı-satqısında da hallanıb.

Lakin “Azəriqaz”a keçməklə özünə qarşı yuxarılardan gələ biləcək təhlükəni sovuşdura bilib. Məlumatlara görə, 40 yaşlı sədrin ən yaxın qohumlarından biri metal biznesi ilə məşğul olur. Onun maliyyələşməsinə isə baş direktor baxır.

Xatırladaq ki, “Azəriqaz” sistemində ciddi təsərrüfatsızlıq hökm sürür, Əkbər Hacıyevin bu struktura rəhbər təyin edilməsindən sonra qaz təsərrüfatı barədə heç bir anlayışı olmayan şəxslər vəzifələrə təyin olunub. “Azəriqaz” sistemində hər il azı 1 milyard kubmetrə yaxın qaz itkisi qeydə alınır, yaxud itki kimi rəsmiləşdirilir.

İşə qəbul zamanı Birliyin baş direktoru Əkbər Hacıyevin qohum-əqrəbasına, dostlarına, dostlarının dostlarına yaşıl işıq yandırılıb. Ştat cədvəlləri şişirdilib. Istehsalat Birliyinin aparatındakı işçilərin sayı bir neçə dəfə artırılıb. İndi əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli qazlar var.

Bu qazlar da istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Ona görə də qəbul edilmiş qazın faydalı iş əmsalı, istiliyi az olur, məsrəfi (1 kubmetri 0,1 man) çox olur.

Yanmayan zəhərli qaz sızma mövcuddursa, otaqdakı hava qatışığında müəyyən həddə çatdıqdan 3 dəqiqə sonra insan huşunu itirir. Sinir sistemi iflic olur. Qan qatılaşır, oksigenlə təmin olunmur və o, qurbana çevrilir.

Yaşar Həsənovun Troya və Atilla sevdası

Nəhayət, növbət “Azəristiliktəchizat” ASC sədri Yaşar Həsənovun əməllərindən bəhs etməy çatır. Rəsmi məlumatı bildirək ki, 2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat ayrılıb.

2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-ci illərdə isə istilik sisteminə üst- üstə təxminən 77 milyon manat ayrılıb. Bu pullara hara gedib bilinmir.

Bundan əlavə, “Azəristiliktəchizat”-da həyata keçirilən maxinasiyalardan bir qismi istilik təchizatı borularının qanunsuz yerlərinin dəyişdirilməsi ilə bağlıdır.

Mətbuatda gedən xəbərlərə görə, bəzi ərazilərdə müəyyən iş adamları həmin boruların yaxınlığında yer alıb özlərinə kommersiya obyektləri tikirlər.

Təbii ki, bu zaman borular müəyyən qədər “kənara çəkilməli” olurlar. Bu məsələni isə yalnız Yaşar Həsənov həll edə bilər. Təbii ki, müəyyən məbləğdə pul müqabilində. Beləliklə, razılıq

əldə olunandan sonra, elə “Azəristiliktəchizat” ASC-nin xüsusi briqadası tərəfindən boruların “köçürülməsi” əməliyyatı həyata keçirilir. Təbii ki, bu iş prosesi də müəyyən məsrəflər tələb edir.

Amma bu məsrəflər artıq dövlətin vəsaitləri hesabına ödənilir. Beləliklə də, Yaşar Həsənov vətəndaşların istiliklə daha keyfiyyətli şəkildə təmin olunması üçün ayrılan pulları özünün qeyri-qanuni işlərinə yönəltmiş olur.

Yaşar Həsənov öz obyektləri üçün daha “isti” yerlər seçib. Yaşar müəllim öz obyektləri üçün əksər hallarda “Azəristiliktəchizat” ASC-nin qazanxanalarının ətraf ərazilərini seçir.

Həm də əgər inşa olunan obyekt kafe, restoran və ya şirniyyat sexi olacaqsa. ASC sədrinin isə, bu obyektlərin hər birindən varıdır.

Ona məxsus “Troya” restoranı qeyd olunmalıdır. ASC sədrinin daha iki belə obyektinin adı çəkilir. Bu obyektlərdən biri şirniyyat sexi, digəri isə dəbdəbəli, elit restorandır.

Maraqlıdır ki, Yaşar Həsənov hər iki obyekti eyni adla, “Atilla” adlandırıb. Xalqa isti suyu baha satana məmurun Troya, Atilla sevdası hardan irəli qaynaqlanır maraqlıdır.

Bahalaşma, işsizlik və ixtisarlar

Beləliklə, hər üç məmurun fəaliyyəti və xalqa münasibəti bu faktlarda öz əksini tapır. Bu dövlət strukturları böhrandan zərərsiz çıxmaq üçün xalqın üstünə bütün ağırlığı yüklədilər.

Onların qiymət artımına getməsinə deputatlar da haqq qazandırdılar. Hələ bu azmış kimi, bəziləri bunun büdcəyə fayda verəcəyini bildirdi. Çünki işıq, su və qazın bahalaşması bütün sahələrdə qiymət artımı ilə nəticələnib.

İstər sərnişindaşınma, istər ərzaq məhsulları, istərsə benzin və digər xərclər artmaqdadır.

Artıq vəziyyət getdikcə pisləşməyə doğru inkişaf edir. Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin sayının artmasına təkan verəcək.

Neftin dünya bazarında ucuzlaşması milli valyutanı əldən saldı və indi bütün sahələrdə böhran, bahalaşma, işsizlik və ixtisarlar baş alıb gedir.

Minlərlə ailə olduqca ağır bir vəziyyətlə üzləşir. Dövlət rəhbərliyi təxirəsalınmaz antiböhran tədbirləri həyata keçirir.

Amma bəzi yarıtmaz məmurların sayəsində ölkəni bahalaşma dalğası bürüyüb. Hər gün iş yerləri qapadılır, istər özəl, istər dövlət müəssisələrində ixtisarlar gedir, vergi bazası daralıb. Ölkə sürətlə böyük böhran dövrünə daxil olur.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərişıq” ASC sahibkardan 84.500 AZN istəyir

    “Azərişıq” ASC sahibkardan 84.500 AZN istəyir ...

    25-01-2016, 19:46

  • 
  • Baba Rzayevdən “texniki təxribat” gözlənilir

    Baba Rzayevdən “texniki təxribat” gözlənilir ...

    22-11-2016, 02:34

  • 
  • “Azəriqaz” işçilərə bildiriş payladı- işdən çıxarılma ilə bağlı

    “Azəriqaz” işçilərə bildiriş payladı- işdən ...

    12-02-2014, 13:04

  • 
  • Xalqa ilin son zərbəsi və... ölkə ayağa qalxır

    Xalqa ilin son zərbəsi və... ölkə ayağa qalxır ...

    9-12-2016, 13:22

  • 
  • “Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başladı

    “Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət ...

    28-09-2015, 19:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu