GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Binəqədi icra başçısının dəbdəbəli həyatı haqda müdhiş faktlar

Binəqədi icra başçısının dəbdəbəli həyatı haqda müdhiş faktlar

Tarix: 14-12-2016, 23:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 188
Binəqədi  icra başçısının dəbdəbəli həyatı haqda müdhiş  faktlar

Xaləddin İsgəndərov bu qədər sərvəti necə toplayıb?

Son vaxtlar Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov haqda məqalələr böyük rezonans doğurur. Buna səbəb onun qanunsuz fəaliyyəti, rayonda rüşvətxorluğun baş alıb getməsidir. Hələlik isə onu qeyd edək ki, Vergilər naziri Fazil Məmmədovun patronajlığı altında olan iki icra başçısı – Binəqədinin icra başçısı Xələddin İsgəndərov və Şəmkirin icra başçısı Alimpaşa Məmmədov özlərini qətiyyən bir məmur və ölkə prezidentinin sadə şəkildə ifadə etdiyii kimi “xalqın xidmətçisi” olaraq aparmırlar. Əgər hörmətli oxucularımız Xaləddin İsgəndərovun və Alimpaşa Məmmədovun icra hakimiyyəti kimi üç-dörd illik fəaliyyətlərini azacıq da olsa izləyiblərsə, onda yəqin ki, bu iki şəxsin lüzumsuz lovğalıqlarını və sərvətlərini və hakimiyyətlərini həddindən artıq nümayiş etdirmələrini, özlərini ətrafındakı insanlardan yüksəkdə görmələrini və ən əsası rəhbərlikləri altında çalışan insanlara qarşı həddindən artıq kobud davranmalarını və hər fürsətdə onları aşağılamalarını müşahidə ediblər. Vergilər naziri Fazil Məmmədova yaxın olan bu iki şəxsin neqativ özəlliklərini saymaqla bitməz. Digər icra başçılarından istər Xaləddin İsgəndərov, istərsə də Alimpaşa Məmmədov hər addımda öz eqolarını nümayiş etdirməyə və öz “hakimiyyətlərindən aldıqları kimi aparma həzzi” hər addımda nümayiş etdirməklə fərqlənirlər. Misal üçün Biəqədinin İcra başçısının tək özünü deyil, ailəsini də bir mühafizəçilər ordusu qoruyur. İcra başçısı bir yerə gedərkən adətən onu 6-7 maşın mühafizəçi maşını müşahidə edir. Qəribədir ki, başçının oğlu da, atası kimi şəhərdə ən azı 4-5 maşının müşayiəti ilə hərəkət edir. Əldə etdiyimiz məlumatlara görə icra başçısının digər ailə üzvləri də bir yerə gedərkən onları xüsusi maşınlar müşaiyət edir. Xatırladaq ki, Şəmkirin icra başçısı da xüsusi müşaiyət maşınları ilə hərəkət edir. Və bütün bunlar hansı pullarla olur, bu sual təbii ki, maraq doğurur. Yəni adi bir məmur dövlət hesabına özünü və ailəsini bu şəkildə qoruyur? Əgər bu belədirsə, buna zərurət hardan doğur? Hər halda keçmiş vergi işçiləri olan Xaləddin İsgəndərov və Alimpaşa Məmmədov dövlət vəsaitinin belə məsuliyyətsiz şəkildə dağıtmağın məsuliyyətini bilirlər. Yox, əgər Xaləddin İsgəndərov və Alimpaşa Məmmədov özlərini şəxsi vəsaitləri hesabına özlərini ərəb şeyxləri kimi aparılarsa, o zaman onlar vəsaitlərinin qaynaqlarını da açıqlmalıdrlar. Niyə məhz Fazil Məmmədovun patronajlığında olan bu iki məmur digər icra başçılarından daha çox hakimiyyətpərəstlikləri ilə seçilir və niyə özlərini kiçik padşahlar kimi aparmaqdan həzz alırlar? Axı Fazil Məmmədov bu keyfiyyətləri ilə seçilmir. Vergilər naziri bir qayda olaraq, fəaliyyətini, şəxsi həyatını və sərvətini gözə soxmağa çalışmır. Nazir olduğu uzun illər boyunca o, digərlərindən daha çox kölgədə qalmağa çalışmaqla diqqəti cəlb edir. Amma onun patronajlığında olan iki icra başçısı demək olar ki, özlərini hər addımda gözə soxurlar. Və “qudurğan məmur” imicini qazanan məmurlar arasında ilk yerlərdə durmaqdadırlar. Bunun səbəbi nədir? Maraqlı sualdır və açıq deyək ki, bu sualın cavabını bilmirik. Yəqin sualın cavabını Fazil Məmmədov hamıdan yaxşı bilir… Qeyd edək ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov haqqında sensasion xarakterli məlumatlar daxil olub. Və bu məlumatları araşdırıkən biz şaşqın vəziyyətə düşdük. Daha əvvəl Vergilər Departamenti rəisinin birinci müavini kimi bəsit bir vəzifə sahibi olan və 4 ildir Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Xaləddin İsgəndərovun bu qədər sərvəti hardan ola bilər? Bu şəxsin tək özəlliyi Vergilər naziri Fazil Məmmmədovun bacısı ilə evli olmasıdır. Bu günə qədər də iş adamı kimi heç bir yerdə adı keçməyib və dövlət məmuru olaraq çalışıb. Xaləddin İsgəndərovun ailə üzvlərinin də bizneslə məşğul olmaları ilə bağlı bu günə qədər heç bir məlumat olmayıb. Buna baxmayaraq, bu şəxsin özünün, ailəsinin qulluğunda bir xidmətçi və mühafizəçi ordusu dayanır. Və bu qulluqçu ordusunu saxlamaq üçün icra başçısı hər ay 100 min manata qədər vəsait sərf edir. Hər halda iddalar belədir. İsgəndərovlar ailəsi dövlətin zirvəsindəki şəxslər kimi qorunur. Bu Xaləddin İsgəndərovun özünün ortaya qoyduğu görüntünün ümumi nəticəsidir. Əldə etdimiz məlumata görə Xaləddin İsgəndərovun Bakının müxtəlif yerlərində, o cümlədən Yasamalda ondan artıq villası var. Bu gün bu villardan ancaq biri haqqında, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində (keçmiş Vorovski), yerləşən villası haqqında danışacağıq. Redaksiyamızı məlumatlandıran mənbənin bildirdiyinə görə, əslində həmin villanı, villa adlandırmaq belə doğru olmazdı. Bu villa sözün həqiqi mənasında bir şahzadə qəsrini xatırladır. Mənbə bildirir ki, Xaləddin İsgəndərovun sözü keçən villası Vergilər naziri Fazil Məmmədovun villası üz-üzədir. Özünə villa tikən icra başçısı hamisini belə unutmayıb və eyni villanın bənzərini yolun qənşərində nazir qohumu üçün inşa etdirib. Mənbənininbildirdiyinə görə Xaləddin İsgəndərovun “Vorovski”dəki inşa etdirdiyi bu iki villaya milyonlarla dollar vəsait sərf etdiyi ilk baxışdan görününr. Fazil Məmmədov üçün inşa edilən villanın içindən bixəbər olduğunu qeyd edən mənbə, Xaləddin İsgəndərovun villası ilə bağlı maraqlı məlumatlar verib. Hündür hasarla əhatələnən villa bütün istiqamətlərdən kamera ilə izlənilir və burda quş belə uçurdulmur. Villanın darvazası xüsusi metaldan hazırlanıb və qapıda xüsusi mühafizə dəstəsi keşik çəkir. İçəri girmək üçün xüsusi buraxılış vərəqəsi tələb olunur. Villadan içəri daxil olarkən isə təmtəraqdan adamın ilk baxışda gözləri qamaşır. Vilanının həyətindəki 400 kvadratmetrlik hovuzun füsünkarlığı isə adamı valeh edir. Villanın içindəki cah-cəlaldan danışmaq isə təbii ki, yersizdir. Mənbə bildirir ki, villadakı bahalı içkilər kolleksiyası adamı ilk baxışda özünə cəlb edir və bu içki kolleksiyasındakı içkilərin hər birinin minimum qiyməti 1000 dollardan artıqdır. Villanın ümumi dizaynı və dekorasiyası isə belə təəssürat yaradır ki, bu sarayın sahibi bir milyarder ya da ərəb şahəzədəsidir. Mənbə bildirir ki, Xaləddin İsgəndərov bu villada adətən yaxın adamları ilə toplanır və bir qayda olaraq onlar gecələr villanın xüsusi dizayn olunmuş zirzəmisində əylənirlər. Mənbə qeyd edir ki, qonaqlar arasında Xaləddin İsgəndərovun tanımadığı şəxslər də olur. Buna görə də bir qayda olaraq qonaqlar içəri keçmək üçün buraxılış vərəqəsi təqdim edirlər… Yəqin ki, geniş ictimaiyyət üçün Xaləddin İsgəndərovun bu qədər sərvəti və krallara aid yaşayış səviyyəsini hansı yolla əldə etməsi çox maraqlıdır. Açığı bu, elə bizim üçün də maraqlıdır və ümid edirik ki, icra başçısı mal varlığı ilə bağlı açıqlama verərək bu iddaları yalan olduğunu isbat edəcək. Amma biz də bəzi məqamları qeyd edə bilərik. Belə ki, mətbuatda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xərac yığması haqqında yazılar dərc olunur. Bu yazılarda iddia olunur ki, Binəqədi rayonunun icra başçısı özündən qabaqkı icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Və artıq neçə vaxtdır həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaranıb. Torpaqlar öz sahiblərinə yenidən satılır, bununla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanır. Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 2000-3500 manat, Biləcəridə 3500-4000 manat, Rəsulzadə qəsəbəsində 5000-10000 manat civarındadır. Xəbəri verən mənbə iddia edir ki, X.İsgəndərovun “xərac” yığanları hər axşam Sumqayıt yolundakı “Neapol” restoranına yığışaraq başçıya hesabat verirlər. Bəzi məlumatlara görə, “Neapol” da X.İsgəndərovundur. Redaksiyamıza şikayət edən sakinlər isə başqa rüşvət faktlarından danışıblar. Adının çəkilməsini istəməyən rayon sakini bidirib ki, Sulutəpə və Çiçək qəsəbələrində 1 mərtəbənin tikintisi üçün 4500-5000 AZN, 2 mərtəbənin tikintisi üçün isə 8-9 min AZN tələb olunur. Başqa bir şikayətçimiz isə bildirir ki, Rəsulzadə qəsəbəsində bir evin tikintisi üçün icazə evin bir mərtəbəsi yerindən asılı olaraq 10-20 min manat arasında dəyişir: “Vətəndaşları ciddi narahat edən mövzunu işıqlandırdığınız üçün təşəkkür edirəm. Amma rəqəmlərdə bəzi yanlışlıqlar var. Konkret olaraq Rəsulzadə qəsəbəsində birmərtəbəli ev tikmək üçün 15, ikimərtəbəli ev tikmək üçün 25 min manat rüşvət tələb olunur. Bu cür qaydalar Azərbaycanda ancaq Binəqədi rayonunda var. Vətəndaşların pulu ilə abadlıq işləri görülürsə, bunu niyə icra başçısının adına yazırlar? Camaat 15 min manata ev tikir, bu isə həmin məbləğdə rüşvət tələb edir”. Rayon sakinləri hesab edir ki, Binəqədi Xaləddin İsgəndərovun sayəsində “ən rüşvətxor” rayona çevrilib: “Biləcəri-Rəsulzadə qəsəbələri arasındakı ərazilərdə birmərtəbəli ev tikmək üçün 8 min manat, ikimərtəbəli ev tikmək üçün 15 min manat rüşvət tələb edirlər”. Qeyd etdiymiz kimi, artıq uzun müddətdir mətbuatda Binəqədi İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayonda yaratdığı gərgin ab-hava ilə bağlı yazılar dərc olunur. Başçı bir müddət əvvəl mətbuatda gedən yazıların qarşısını almağa nail olsa da, hazırda vəziyyət başqa istiqamətə dəyişib. Qeyd edək ki, yazılanların əksəriyyəti vətəndaşların narazılıqlarını özündə ehtiva edir. Belə ki, əllərində torpaq sənədi olan insanlardan ev tikintisinə icazə almaq üçün külli miqdarda rüşvət tələb olunur. Vətəndaş məbləği vermədiyi təqdirdə, icra hakimiyyətinin qeyri-rəsmi əməkdaşlarının - mütəşşəkil qoçu dəstəsinin müdaxiləsi ilə üzləşir. Mətbuatda yer alan məlumatlara əsasən bir çox vətəndaşların tikililəri məhkəmə qərarı olmadan dağıdılaraq onlara külli miqdarda ziyan vurulub. Bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır. Xatırladaq ki, prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə tapşırıq verməsi haqqında fikirlər səsləndirir. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır. Həmçinin daxil olan məlumatda göstərilir ki, hazırda Xaləddin İsgəndərovun rayonda yaratdığı vəziyyət qarşısı çətin alına biləcək sosial partlayışa səbəb ola bilər. Belə ki, rayonda narazı vətəndaşların sayı günbəgün artır. Bu isə olduqca təhlükəli tendensiyadır. Bildirilir ki, icra başçısının özünün birbaşa rəhbərlik etdtiyi mütəşşəkil dəstəninin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı arası kəsilmir. Göründüyü kimi, Xaləddin İsgəndərov rayonda elə bir vəziyyət yaradıb ki, insanları intihar həddinə çatdırıb. Güman ki, bü cür ciddi “ÇP”dən sonar onun barəsində ciddi tədbir görüləcək. İndiyəq qədər baş verənlər, eləcə də səhlənkarlıq ucbatından insan faiəsinə səbəb olan yanan bina olayından görünür, icra başçısı ibrət götürməyib...

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • İcra başçısı qulluqçularına 12 min maaş verir

    İcra başçısı qulluqçularına 12 min maaş verir ...

    20-04-2015, 22:34

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37

  • 
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27

  • 
  • Xaləddin İsgəndərov prokurorluqda dindirildi

    Xaləddin İsgəndərov prokurorluqda dindirildi ...

    26-05-2015, 15:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu