GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akif Çovdarovdan keçmiş MTN rəhbərinə şok ittihamlar

Akif Çovdarovdan keçmiş MTN rəhbərinə şok ittihamlar

Tarix: 27-12-2016, 20:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 967
Akif Çovdarovdan keçmiş MTN rəhbərinə şok ittihamlar

“Gördüyüm bütün işləri Eldar Mahmudova məruzə etmişəm”

Akif Çovdarov: “Eldar Mahmudovun tapşırığı ilə qeyri-rəsmi əməliyyat tədbirləri keçirmişik”

“Biz qanunları saymırdıq”

Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Proses qapalı olsa da, mətbuatda içədirdə baş verənlərlə bağlı məlumatlar çıxır. 6 aya yaxındır ki, cinayət işi üzrə proses keçirilir, amma Akif Çovdarov susmağa üstünlük verir. O, ifadəsində törətdiyi cinayətlərə şərik olan vəzifəli şəxslərin adlarını çəkmir. Bununla da dəstə başçısının hələ də həbsdən yaxa qurtarmaq ümüdləri var...

Akif Çovdarov istintaqa verdiyi ifadəsində Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2, 341.2.3.-cü maddələri ilə maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyib. O, müdafiəsinə yönəldilmiş ifadələr versə də, onu ifşa edən çoxsaylı dəlillərin qarşısında törətdiyi əməllərin

faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edib.

Akif Çovdarov göstərib ki, 1979-cu ildə Daxili İşlər Nazirliyinin tabeçiliyində olan islah əmək müəssisləri idarəsinə böyük mühəndis vəzifəsinə təyin olunub, 1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasının Rostov filialına daxil olub və 1984-cü ildə həmin akademiyanı bitirib: “Həmin ildən İslah əmək müəssisələrində əməliyyat işində 1990-cı ilə qədər xidmət etmişəm. Bundan sonra Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinə təyinat alaraq 1992-ci ilə qədər həmin idarədə müxtəlif vəzifələrdə, 1992-1996-cı illərdə narkotiklərlə mübarizə idarəsində, 1997-2004-cü illərdə Nəqliyyatda Baş Polis idarəsində müxtəlif vəzifələrdə xidmət etmişəm. 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar idarəsindən mənə zəng edilərək həmin nazirlikdə işləmək təklif edildi. Həmin təklifi qəbul edərək Antiterror mərkəzində şöbə rəisi kimi xidmətə başladım”.

“Eldar Mahmudova məruzə etmişəm”

Akif Çovdarovun sözlərinə görə, 2006 və ya 2007-ci ildən etibarən antiterror mərkəzinin 1-ci idarəsinin rəis müavini, 2008-ci ilin əvvəllərindən antiterror mərkəzinin rəis müavini, 2009-cu ilin mart ayından 2015-ci ilin noyabr ayının 7-nə qədər nazirliyin 6-cı baş idarəsinin rəisi vəzifələrində xidmət edib: “Noyabrın 7-də general-mayor rütbəsində sərəncama götürülmüşəm. Elə həmin ayda da ehtiyata buraxılmışam. Rəhbərlik etdiyim baş idarə energetika və nəqliyyat sahələrində, o cümlədən neft-boru kəmərləri, metro, dəmir yolu, su yolu, bütün energetika və nəqliyyata aid olan digər

sahələrdə təhlükəsizliyin təminatını həyata keçirib və öz fəaliyyətimi milli təhlükəsizlik naziri tərəfindən təsdiq olunmuş əsasnamə əsasında qurmuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ümumi olaraq hər bir sahə üzrə daxil olmuş məlumatlar barədə işçilər öz rəhbərlərinə, ən sonda isə ona məruzə edib: “Hansı məlumatlar əhəmiyyət kəsb etmişsə, bu məlumatlara dair siqnal işi açılıb. İş açılandan sonra tədbirin keçirilməsi ilə əlaqədar əvvəlcədən tərəfimdən birbaşa milli təhlükəsizlik naziri Eldar Mahmudova şifahi qaydada məruzə etmişəm. Məhkəmə qərarı alındıqdan sonra müvafiq tədbirlər keçirilib və tədbirin nəticəsi barədə də şifahi qaydada milli təhlükəsizlik nazirinə məruzə olunub”.

“Tədbirlər nazirin tapşırığı əsasında həyata keçirilib”

Akif Çovdarov qeyd edib ki, icraatda olan əməliyyat işləri, araşdırma materialları üzrə telefon danışıqlarına qulaq asma, insanların güdülməsi və s. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əksər hallarda məhkəmə qərarları alınıb: “Bəzi təxirəsalınmaz hallarda isə həmin tədbirlər nazirin tapşırığı əsasında məhkəmə qərarı olmadan həyata keçirilib. Amma məhkəmə qərarı olmadan keçirdiyimiz əməliyyat tədbirləri barədə heç vaxt ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə məlumat verilməyib. Bunun səbəbi isə qanunun bu tələbinə fikir verməməyimiz olub. Tədbirlərlə bağlı olan şəxsləri nazirliyə dəvət etmişik, onlar barəsində müvafiq tədbir görülüb. Əməliyyat qrupları yalnız narkotiklərlə bağlı işlərlə əlaqədar təşkil edilirdi, digər işlər üzrə lazım olan

adamlar telefon vasitəsilə zəng edilərək nazirilyə dəvət olunurdu”.

“Başının üstündən atəş açıblar”

“Maral-Veqa” məhdud məsuliyyətli cəmiyyətinin nəzdində olan meyvə-tərəvəz bazarının quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirilməsi epizodu üzrə Akif Çovdarov törətdiyi əməlləri gizlədib. O, istintaqı çaşdırmaq məqsədilə bildirib ki, 2005-ci ilin sonlarında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı, sonuncunun çoxlu obyektlər almasına dair MTN-ə müraciətlər daxil olub: “Bu müraciətlərdən ikisinin araşdırılması mənə həvalə edilib. Bu müraciətlərdən müəllifi qadın olan birisi aidiyyəti üzrə göndərilib. Digər müraciət edən şəxsin adı isə Çingiz Əsədov idi və bu müraciət üzrə tərəfimdən araşdırma aparılıb. Çingiz şikayətində bildirirdi ki, 1992-ci ildə Bakı şəhəri Nizami rayonu ərazisində torpaq alıb, həmin sahədə bazar tikib, 1997-1998-ci illərə kimi Səfərov Cəfər və adını xatırlamadığı digər qardaşları həmin bazarda kartof satışı ilə məşğul olublar. Bu şəxslər bir müddət sonra Çingizə onun bazarı işlədə bilmədiyini deyərək bazarı onlara icarəyə verməyi təklif edib, sonuncu da onlarla razılaşaraq bazarın yarısını onlara icarəyə verib. Bir müddət sonra isə Çingiz əvvəlcə bazarın 50 faizini, təxminən 2002-ci ildə isə yerdə qalan hissəsini də onlara satmağa məcbur edilib. Hətta Çingizin deməsinə görə Səfərov qardaşları onu hədələyib, qardaşını oğurlayıb, başının üstündən tapançadan atəş açıblar. Ona görə də Çingiz bu təzyiqlərə dözməyərək bazarın hamısını Səfərov qardaşlarına 220.000 ABŞ dollarına satıb”.

Akif Çovdarov bildirib ki, Çingizin müraciətindən sonra, onun özü və Cəfər Səfərov MTN-ə dəvət olunaraq izahatları alınıb% “Şəxsən özü Çingiz Əsədova və Cəfər Səfərova barışmalarını, bu məsələni öz aralarında həll etmələrini təklif etmişik. Uzun mübahisələrdən sonra Çingiz Əsədov Cəfər Səfərovdan bazarı 300.000 ABŞ dollarına satın almağa razılaşıb və şikayətindən imtina edib. Çingiz Əsədovun müraciəti MTN-də qeydiyata alınmaylb, araşdırma qeyri-rəsmi aparılıb. Çingiz bazarı 300.000 ABŞ dollarına satın almağa razılaşsa da, sonradan ona bu məbləğdə pulunun olmadığını və bazarı ala bilməyəcəyini deyib. Ona görə bu məsələ MTN rəhbərliyinə məruzə olunub. Həmin bazar əslində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bazarı olduğundan rəhbərlik tərəfindən bazarı tərəflərin, yəni Çingiz Əsədov və Cəfər Səfərovun hər ikisinin halallığı alınmaqla onun və milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov tərəfindən pulu ödənilməklə satın alınması tövsiyə olunub”.

“150.000 dolları Hilal Əsədovun qaynatası Ənvər verib”

Akif Çovdarovun sözlərinə görə, bundan sonra Çingiz Əsədovdan həmin illərdə bazarlara və digər ticarət obyektlərinə mal paylayan, kürəkəni Rövşənlə dostluq münasibətlərində olan Elşən adlı şəxsi tanıyıb-tanımadığını soruşub, Çingiz də cavabında tanıdığını bildirib: “Çingizə Elşənlə görüşməsini və bazarın onun tərəfindən satın alınmasına onun fikrini öyrənməsini tapşırdıq. Çingiz Elşənlə görüşərək söhbət edib. Bundan sonra Elşən yanıma gələrək bazarı almaq üçün pulunun olmadığını deyib. Elşənə təklif etdim ki, bu barədə, yəni bazarı almaq barədə həmin vaxt

Rusiyada olan Rövşənlə danışıb, onun fikrini öyrənsin. Elşən Rövşənlə danışaraq razılığa gəlib, Rövşən bazarın satın alınması üçün nəzərdə tutulan pulun təxminən 110.000 ABŞ dolları hissəsini Elşənə göndərib. Elşən də həmin pulun üstünə 40.000 ABŞ dolları qoyub, cəmi 150.000 ABŞ dolları pulu Cəfər Səfərova verib. Yerdə qalan 150.000 ABŞ dolları pulu isə Cəfər Səfərova Hilal Əsədovun qaynatası Ənvər verib”.

“Bazar kürəkənimin adına rəsmiləşdirilib”

Akif Çovdarov qeyd edib ki, bazarın alqı-satqısının rəsmiləşdirilməsi üçün Cəfər Səfərov tərəfindən onun kürəkəni Rövşənin və Elşənin ümumi tanışı Qulu Cəfərova etibarnamə verilib: “Bu etibarnamənin verilməsinə səbəb o idi ki, Cəfər pulunu tez istəyirdi və bankdan sənədlərin verilməsini gözləmək istəmirdi. Bundan sonrakı bütün sənədləşmədə, yəni bazarın Çingizə satılmasında Qulu Cəfərov iştirak edib, bazar bir gün ərzində Qulu Cəfərovun adından Çingiz Əsədova satılıb. Bu proses bir gün ərzində baş verib. Çünki qaydaya görə bankda girovda olan əmlakın pulu ödəndikdən 1-2 gün sonra sənədlər verilib. Çingiz Əsədov bazarı aldıqdan sonra onu idarə etməyə başlayıb”.

Akif Çovdarovun sözlərinə görə, bundan sonra Səfərov qardaşları tərəfindən yenə Çingizə təzyiqlər başlayıb: “Çingiz müraciət edərək bildirib ki, bazarı işlədə bilmir, 300.000 ABŞ dollarını da qaytarmağa imkanı yoxdur. Çingiz Əsədov özü 150.000 ABŞ dolları nağd pul və hər ay bazarlıq və cib xərcliyi müqabilində bazarı ondan satın almağı təklif edib. Bu təkliflə razılaşmışıq və yenə 150.000 ABŞ dolları pulun yarısını kürəkənim Rövşən, yarısını isə Hilal Əsədovun

qaynatası Ənvər ödəməklə, həmin bazar Elşən və Ənvərin adına, hər birinə 50 faiz olmaqla sənədləşdirilib”.

“Səfərov qardaşlarını hədələməmişəm”

Akif Çovdarov qeyd edib ki, daha sonra bazar yeni yaradılmış “Nəzrin-E” məhdud məsuliyyətli cəmiyyətinin tərkibinə keçirilib və «Maral-Veqa» adı tamamilə ləğv edilib: “Bazar bir neçə il işlədikdən sonra, 2013-cü ildə Elşən uzaq səfərlərə getdiyini bildirərək, bazarın onun adından çıxarılmasını kürəkənim Rövşəndən xahiş edib. Bundan sonra bazarın 50 faizi kürəkənim Rövşənin məsləhəti ilə qızım Aida Qasımovanın, digər 50 faizi isə Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına səndləşdirildi. Eşitdiyimə görə 2005-ci ildən, yəni bazar Çingiz Əsədov tərəfindən Elşən və Ənvərə satılandan etibarən, bazar tərəfindən Səfərov qardaşlarının ailə üzvlərinə bu vaxta qədər 96.000 manata qədər maddi yardım kimi pul verilib. Həmin pul Səfərovlara yardım kimi onların xahişləri əsasında verilib. Cəfər və Qəhrəman Səfərov qardaşlarının ifadələrində göstərdikləri həqiqətəuyğun deyil, onlara qarşı tərəfimdən təzyiq və hədə olmayıb, onlardan hər hansı məbləğdə pul tələb olunmayıb, o cümlədən onlara iynə vurduraraq iflic etməklə hədələməmişəm”.

Zərgərlik fəaliyyəti ilə məşğul olan Şahmar Qurbanova qarşı törədilən cinayyət əməlləri ilə bağlı Akif Çovdarov bildirib ki, bu adlı şəxsi tanımır, onun ətrafında hər hansı əməliyyat tədbiri keçirilməyib: “Şahmar Qurbanovun MTN əməkdaşları tərəfindən xidməti iş otağıma gətirilməsi, ondan 1.000.000 ABŞ dolları tələb edilərək 500.000 ABŞ dolları və 380.000

ABŞ dolları dəyərində brilyant daş-qaşlar alınması barədə göstərilənlər tamamilə yalandır”.

Aslan
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Adam oğursunu Eldar Mahmudov, yoxsa Akif Çovdarov himayə edib?

    Adam oğursunu Eldar Mahmudov, yoxsa Akif Çovdarov ...

    12-12-2016, 21:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu