GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MƏHKƏMƏLƏRİN ŞƏHİDƏ, ƏLİLƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIĞI

MƏHKƏMƏLƏRİN ŞƏHİDƏ, ƏLİLƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIĞI

Tarix: 5-01-2017, 13:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 050
MƏHKƏMƏLƏRİN  ŞƏHİDƏ, ƏLİLƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIĞI

ŞƏHİDƏ QARŞI TƏLƏBİ İCRAATA GÖTÜRÜB ƏLİLƏ YÖNƏLDİBLƏR
Azərbaycanda məhkəmələrin ,özəlliklə mülki mübahisələrdə, sifarişlə qanuna,konstitusiyaya zidd qərarlar qəbul etməsi adi hal alıb. İş o yerə çatıb ki, şəhidə qarşı iddiaları görməzə-bilməzə icraata qəbul edir,özbaşınalığın “üstü açılanda” isə aidiyyatı dəyişdirib,tələbi mübahisəyə aid olmayan şəxsə qarşı yönəldirlər.
“Rəvan” sığorta şirkətinin törəməsi olduğu “Nurgün Motors”da saxta defekt aktı tərtib edib “əlil maşını”nın dünyasını dəyişmiş yiyəsi Müzəffər Əhmədovdan və maşına və olaya aidliyi olmayan, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadədən 10 min manata yaxın sığorta ödənişi tələb etməsi 3 ildir davam edir. Şirkətin şəhid, əlil ailələrinə “sığorta qayğısı”ndan Qarabağ əlili əlavə xəstəliyə şəkərə yoluxub,Vergilər Nazirliyi əlillərin şikayəti əsasında saxta defekt aktı tərtib edib, vergidən yayınmaya görə “Nurgün” və “Rəvan”ı cərimələyib. Prokurorluq orqanları saxta defekt dələduzluğu üzrə cinayət işi qaldırmağı bir-birinin üstünə atır. Elə bu “cəzasızlıq prezumpsiyası”ndan ruhlanan “Rəvan” Qarabağ əlilini, şəhid ailəsini məhkəməyə təzyiq yolu ilə cəzalandırmaqdan qoymur.Saxta defekt aktı tərtib edib 10 min manat tələb edilməsinə görə Nərimanov məhkəməsində iddia qaldıran Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı “Rəvan” əsas cavabdeh şəhid Müzəffər Əhmədovun ünvanı üzrə Sabunçu məhkəməsində iddia qaldırıb. Məhkəmə (hakim Gültəkin Əsədova) eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə başqa məhkəmənin icraatında iş olmasına görə, Mülki Prosessual Məcəllənin (MPM) 153.2.4 maddəsini tətbiq edib “Rəvan”ın ərizəsini qəbul etməkdən imtina etmək əvəzinə, sifarişlə şəhid və əlil ailəsini borclu edən qətnamə də elan edib. Qarabağ əlilinin Sabunçu məhkəməsinin ölmüş şəxsə qarşı qətnamə çıxarmasını açıqlaması ilə qətnamə “icraatın şəhidin hüquqi varislərinin tapılmasına qədər dayandırılması” barədə qərardadla əvəz olunub. Nərimanov məhkəməsinin isə mübahisə üzrə qətnaməsi qəbul olunub və apellyasiya və kassasiya instansiyaları da bu qətnaməni qüvvədə saxlayıb. Buna baxmayaraq Sabunçu məhkəməsi (hakim İmran Burcayev) özbaşına hüquqi varis tapılmadan hakim Gültəkin Əsədovanın icraatın dayandırılması barədə qərardadını ləğv etmədən 2016-cı ilin fevralında iş üzrə icraatı təzələyib və “aidiyyatı üzrə” Suraxanı məhkəməsinə göndərib ki, əsas cavabdeh öldüyündən, aidiyyat dəyişib! (??). Özü də qərardaddan şikayətvermə müddətini gözləmədən. Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov icraataına götürdüyü işi əlilin çoxsaylı şikayətlərindən sonra geri qaytarmağa məcbur olub. Onu da deyək ki,əlilin qarşılıqlı iddiası 1 ildən çoxdur təqdim edilsə də, hələ də qarşılıqlı iddiaçı kimi tanınmayıb. Qarabağ əlilinin “Rəvan”a qarşı Suraxanı məhkəməsinə verdiyi və dəftərxanadan hakim Elçin Ağayevdə olduğu deyilən iddiası kimi qarşılıqlı iddiasını da məhkəmə it-bata salıb. Qayıdaq “aidiyyat qərardadı”na. Sabunçu məhkəməsinə qaytarılan bu qərardadın “taleyindən” Suraxanı məhkəməsinin Xaliq Abbaszadəni 28.11.2016 tarixinə hazırlıq iclasına çağırması barədə bildirişinə kimi xəbər çıxmayıb. Əlilin Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına şikayətləırinə cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin (AM) ümumi şöbəsinin müdiri Ələkbər Həsənov 21.10.2016 tarixli 6ÜŞ-1409/16 saylı məktubla bildirilib ki, Sabunçu məhkəməsinin 10.02.2016 tarixli qərardadından Xaliq Abbaszadənin verdiyi şikayət Bakı AM-in 18.08.2016 tarixli qərardadı ilə təmin olunmayıb. Özbaşınalığa fikir verin, tərəflərə nə bildiriş verilib, nə qərardad. Ən çöxu 3 aya baxılmalı olan şikayətə isə 6 aya baxılıb!(??) Başqa sözlə, qərardan şikayət vermə hüququ pozularaq mülki iş 05.10.2016-da Sabunçu məhkəməsinə qaytarılıb. Maraqlıdır ki, Bakı AM aidiyyatı Sabunçu hesab edib ona qaytardığı halda Suraxanı məhkəməsi (hakim Ramil Həsənov) 28.11.2016-da eyni tərəflər arasında, eyni predmet və əsaslar ilə Nərimanov məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda, MPM-in 261.0.2 maddəsi əsasında icraata xitam vermək əvəzinə Qarabağ əlilinin əleyhinə 9500 manatlıq qətnamə qəbul edib.
Özbaşınalıq göz önündədir: əsas cavabdehə -şəhidə qarşı yönələn tələb də Qarabağ əlilinə “yüklənib”!(??) MPM-in 58-ci maddəsinə əsasən,tərəfin ölməsilə onun hüquqi varisini işə cəlb etmək əvəzinə, aidiyyatın dəyişməsinə qərar verən məhkəmə çıxış yolu kimi Qarabağ əlilinə “get özünü yandır” təklifini də unutmayıb. Bərakallah, belə məhkəmə hakimiyyətinə.
Məğrur Bədəlsoy
P.S.Konstitusiyadan, qanundan, məcəllələrdən xəbərsiz olan hakimlərin diqqətinə çatdıraq ki, Qarabağ əlilləri məhkəmələrdə mübahisələrində rüsum ödəməkdən azad olduqlarından ekspertiza və s. xərcləri onlara yüklənə bilməz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SABUNÇU VƏ SURAXANI MƏHKƏMƏSİNİN ŞƏHİDƏ, ƏLİLƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIĞI ŞƏHİDƏ QARŞI TƏLƏBİ İCRAATA GÖTÜRÜB ƏLİLƏ YÖNƏLDİBLƏR

    SABUNÇU VƏ SURAXANI MƏHKƏMƏSİNİN ŞƏHİDƏ, ƏLİLƏ ...

    9-12-2016, 12:00

  • 
  • Qarabağ əlilləri aksiya keçirib: «20 ildir ki, pulumuzu ödəmirlər» [Fotolar]

    Qarabağ əlilləri aksiya keçirib: «20 ildir ki, ...

    28-11-2014, 22:09

  • 
  • Sığorta şirkətində 220 minlik frıldaq

    Sığorta şirkətində 220 minlik frıldaq ...

    20-06-2013, 11:28

  • 
  • Əlillər “müavinət qiyamı”na hazırlaşır

    Əlillər “müavinət qiyamı”na hazırlaşır ...

    6-08-2013, 12:25

  • 
  • Qarabağ əlili özünü yandırdı

    Qarabağ əlili özünü yandırdı ...

    25-12-2013, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu