GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Ağır gündə yanında olan dostlarını satan adamdan hər şey gözləmək olar”

“Ağır gündə yanında olan dostlarını satan adamdan hər şey gözləmək olar”

Tarix: 13-01-2017, 23:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 101
“Ağır gündə yanında olan dostlarını satan adamdan hər şey gözləmək olar”

Şirin Cəfəri: “Allahdan Eynulla Fətullayevə şəfa diləyirəm”

Virtual.org və Haqqın.az saytlarının baş redaktoru Eynulla Fətullayev tanınmış jurnalist Əvəz Zeynallının müəllifi olduğu “Qaynar Qazan” verilişində öz xəttinə sadiq qalaraq bir sıra şəxslərə qarşı şər-böhtan atıb. Onun “şərlədiyi” şəxslərdən biri də “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri olub. Fətullayev iddia edib ki, Şirin Cəfəri MTN-ə “işləyib”.

Şirin Cəfəri barəsində Fətullayev tərəfindən başladılan şər-böhtan kampaniyasına reaksiya verib. Deyib ki, Eynulla Fətullayev elə bir xislətə malikdir ki, ondan hər cür iftira eşitmək mümkündür: “Fətullayevin barəmdə dediyi fikirlər yalandır, özü nə danışdığını bilmir. Mən belə başa düşürəm ki, bu adam artıq başını itirib. Sözsüz ki, onun həbsdən necə çıxdığı mənə şübhəli qalır. Belə görünür ki, bu şəxs həbsxanadan üzü ağ çıxmayıb. İndi də ağzına gələni danışır və yazır. Mən, artıq ona ciddi fikir verməyin tərəfdarı deyiləm. Çünki adamda həbsxana həyatının psixoloji sarsıntıları özünü büruzə verir”.

Şirin Cəfəri qeyd edib ki, Eynulla Fətullayevdən məhkəməyə şikayət etmək niyyətində olsa da, sonda bu fikrindən daşınıb: “Fətullayevi Azərbaycan xalqı, cəmiyyətimiz yaxşı tanıyır. Bilir ki, hansı yuvanın quşudur. Bəllidir ki, bu adam uzun illər ermənipərəstliyi ilə seçilib, erməni qucağında oturan biri olub. Fətullayev rəhmətlik Elmar Hüseynovun ölümündən şəxsi maraqları üçün istifadə edib. Vaxtı ilə özü MTN-lə əlbir olub, onların sifarişi əsasında fəaliyyət göstərib, müəyyən mənada Elmar Hüseynov məsələsində oyunlar oynayıb. Bu gün isə bu məsələlərdən yayınmaq üçün şəxsən məni MTN-ə “bağlamağa” çalışır. Ancaq ortada tarix var. Bu Elmar Hüseynovun ölümündən küllü miqdarda pul əldə etmək, yararlanmaq istəyirdi. Amma bu cəhdi alınmadı. Keçmiş MTN-də ki, şefləri Eynullanı işlətdilər və sonra da ona atdılar. İndi də başqa sahədə istifadə olunur. Üstəlik ağzına gələni danışır. Guya hamı oldu MTN-nin agenti, Eynulla oldu təmiz adam. Amma Eynulla və təmiz adam kəlməsi bir-birinə ziddir.
Oktyabrın 7-də qəzetimizdə gedən bir məqaləyə görə, məni DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdilər. Eynulla Fətullayev heç bir əsası olmadan dərhal elan etdi ki, “MTN-nin daha bir agenti həbs edilib”. Əgər mən MTN agenti olmuşamsa, ümumiyyətlə MTN əməkdaşları ilə hansısa münasibətlərim olubsa, mənim atama lənət olsun. Yox, əgər Eynulla Fətullayev yalan deyirsə, onun atasına lənət olsun. Hər ikimizin atası dünyasını dəyişib. Yaxşı övlad olan biri yalandan atasını, özünü söydürməz. Mən ona məsləhət görərdim ki, qarayaxmalarını dayandırsın”.

Şirin Cəfəri hesab edir ki, Eynulla Fətullayevin mediaya bəlli olan həyatı onun necə insan olduğunun əyani göstəricisidir: “Bu adam indiyə qədər bir neçə partiya dəyişib. Müxtəlif şəxslərin yanında olub. Hər yerdən də destruktiv fəaliyyətinə görə qovulub. YAP-çı idi, amma sonra sosial demokrat oldu. Daha sonra Xankəndinə gedərək saxta rejimin prezidenti ilə görüşdü, ondan müsahibə aldı, imkan yaratdı ki, saxta rejimin rəhbəri Azərbaycana qarşı ittihamlar irəli sürsün. Xocalı ilə bağlı heç bir azərbaycanlının yazmayacağı reportaj yazdı. Sözümün canı odur ki, bu adamın keçmişi onun necə şəxs olduğunu ortaya qoyur”.

Cəfəri daha sonra xatırladıb ki, özünə hörmət edən bir insan üçün həyatda ən biabırçı hal dar gündə yanında duran dost və həmkarlarından imtina etməkdir: “Eynulla həbsdə olduğu müddətdə “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşları hər ay ona yardım göstəriblər, ailəsini heç vaxt tək buraxmayıblar. Ancaq adam həbsdən çıxdıqdan sonra onların üzərindən xətt çəkdi, hətta bir çoxu haqda mətbuata mənfi istiqamətdə danışdı, bunu müdafiə edən onlarla jurnalisti borclu çıxardı. Sonradan həmin qəzetdə çalışan jurnalistlərdən birini təzə yaratdığı QHT-də işə cəlb etdi, amma əmək haqqını vermək istəmədi. Həyatda ən ağır hal dar gündə sənə dayaq duran insanlar haqqında ağzına gələni danışmaqdır. Bunu da son 20 illik tarixdə ancaq Fətullayev edə bilib. Mənəviyyatı bundan ibarətdir.
Şəxsi həyatına baxanda da necə insan olduğu ortaya çıxır. Eynullanın Bakı Şəhər İcra Hakimiyyətinin mərhum başçısı Rafael Allahverdiyevlə bir qalmaqalı var idi. Bu qalmaqalın içində başqa bir incə məqam da mövcud idi. Mən bunu açıqlamaq istəmirəm. Özünə hörmət edən, mənəviyyatı olan hər bir insan üçün bu eyib məsələdir, amma Eynulla üçün əsla eyib bir şey deyil”.

Sonda Şirin Cəfəri bildirib ki, Eynulla Fətullayev şəxsən onu tanımır: “Ola bilsin ki, adımı eşidib, amma şəxsən tanışlığımız yoxdur. Tanımadığın bir insan haqqında nəsə demək üçün insanın əxlaq və mənəviyyatında problemlər olmalıdır. Yalnız mənəviyyatsız və şəxsiyyətsiz şəxs bunu edə bilər. Mənim Eynullaya yazığım gəlir. O bədbəxt adamdır. Allahdan ona şəfa diləyirəm”.

Ceyhun Abdullayev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ŞİRİN CƏFƏRİDƏN EYNULLA FƏTULLAYEVƏ SƏRT CAVAB: “GÖRƏRİK, AGENT KİM OLUB?”

    ŞİRİN CƏFƏRİDƏN EYNULLA FƏTULLAYEVƏ SƏRT CAVAB: ...

    8-10-2016, 18:54

  • 
  • Eynulla Fətullayev Söyün Sadıqovu söydü

    Eynulla Fətullayev Söyün Sadıqovu söydü ...

    30-03-2014, 19:49

  • 
  • “Eldar Mahmudovun KİV-dəki agenti” niyə sərbəst buraxılıb?

    “Eldar Mahmudovun KİV-dəki agenti” niyə sərbəst ...

    10-10-2016, 19:15

  • 
  • “Bədbəxt adam” Eynulla Fətullayev - Mirşahinin təqdimatında (VİDEO)

    “Bədbəxt adam” Eynulla Fətullayev - Mirşahinin ...

    12-07-2016, 22:24

  • 
  • Eynulla Fətullayev məhkəməyə şok sənədlərlə hazırlaşır

    Eynulla Fətullayev məhkəməyə şok sənədlərlə ...

    22-08-2013, 12:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
site de casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu