GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Biləsuvar şefinin dəhşətli cinayəti ifşa olub - Şok təfsilat

Biləsuvar şefinin dəhşətli cinayəti ifşa olub - Şok təfsilat

Tarix: 14-01-2017, 12:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 661
Biləsuvar şefinin dəhşətli cinayəti ifşa olub - Şok təfsilat

Mahir Quliyevin rayondakı torpaqları başqa bölgələrin icra başçılarına və məmurlarına satdığı üzə çıxıb; yerli sakinlər Prezident Administrasiyasına şikayətə hazırlaşır
Astan Şahverdiyev skandalının ardınca rayonda növbəti izdihamlı aksiya gözlənilir, icra başçısı prezidentin zəbt edilmiş torpaqların qaytarılması barədə fərmanına qarşı gedir
Biləsuvar icra başçısı Mahir Quliyevin dəhşətli dövlət cinayəti ifşa olunub. Bu barədə “Gündəm-Xəbər”ə verilən məlumata görə, icra başçısı rayonun torpaqlarını başqa regionların icra hakimlərinə peşkəş edib.
Biləsuvarda yaşayan yerli sakinləri torpaqlarının ayrı-ayrı məmurlar tərəfindən zəbt edildiyini öyrənib və məsələ yuxarı dairələrə məruzə edilib.
Bildirilir ki, icra başçısı Biləsuvardakı torpaqları hektar-hektar yağmalayıb və başqa rayonların icra başçılarına, məmurlarına satıb.
Kəndliləri torpaqsız qoyan M.Quliyevin bu cinayəti barəsində Prezident Administrasiyasına qədər məsələ gedib çıxıb.
Yaxın günlərdə torpaqların kimlər tərəfindən və necə satıldığı barədə detallı faktlar ictimailəşəcək. Hətta Biləsuvar sakinlərinin Bakıya yürüşü də gözlənilir.
İcra başçısının qanunsuz əməllərindən cana doymuş yerli camaatı PA rəhbərliyinə şikayət etməyə hazırlaşır.
Onların tələbi məmurlara satılmış torpaqların geri alınması və icra başçısının vəzifəsinə xitam verilməsidir. M.Quliyevin həmin torpaqları əsasən Xırmandalı, Bəydili və başqa kəndlərin ərazisindən seçib.
Sakinlər bildirirlər ki, bu məsələnin üstünün açılması icra başçısına baha başa gələcək. Torpaqların icra hakimlərinə satılması hüquqi müstəvidə aparılacaq mübarizə ilə də müşayiət olunacaq.
Onsuz da əhalinin boğaza yığmış və bu günlərdə deputat Astan Şahverdiyevin rayondakı köçkünlərə qarşı laqeydliyində M.Quliyevin də az-çox rolu olması vəziyyəti gərginləşdirib.
Bu gedişlə Biləsuvarda növbəti etiraz aksiyası gözlənilir. Sakinlər məsələnin əndazəni aşdığını və icra başçısının açıq-aşkar qanunsuzluğa yol verdiyini söyləyirlər.
Həmin məmurlardan aldığı pullar hesabına mal-mülkünü, biznesini artıran M.Quliyevi Biləsuvar maraqlandırmır.
Onun vecinə də deyil ki, kənd camaatının taleyi necə olacaq və əkinə yararlı pay torpaqlar necə istifadə olunacaq.
“Gündəm-Xəbər” xatırladır ki, prezident İlham Əliyev daha bir mühüm islahat həyata keçirib. "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Sərəncam torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir. Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var. Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaq faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub. Bu torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur. Sonuncu dəfə ötən il sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib.
İllərdir əkinə yararlı böyük torpaq sahələrini ələ keçirmiş, onu əkin məqsədilə istifadəsiz saxlamış, bu da azmış kimi, həmin torpaqlardan başqa məqsədlər, məsələn, şəxsi imarətlər, villalar tikmək üçün yararlanmış belə məmurların sərt cəzalandırılması mümkündür. Prezidentin çıxışını yada salırıq: ''Mənə arayış veriblər və orada dövlət məmurlarının adları da var, zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur'' Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında zəbt olunmuş torpaq sahələrinə toxunub. Prezident bildirib ki, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir: "Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir”.
Görünür ki, prezidentin fərmanına qarşı gedənlərdən biri də Mahir Quliyev olub. Onun bu əməli cinayət məsuliyyəti yaradır və məhkəmə predmetidir. Amma tamahkarlıq onun bu qanuna və fərmana qarşı çıxaraq torpaqları məmurlara satması ilə nəticələnib.
“Gündəm-Xəbər”in məlumatına görə, İ.Əliyevin bu islahatları sözün məcazi mənasında məmurların qanına bələnərək torpağa qarışması ilə nəticələnə bilər.
Çünki sirr deyil ki, ölkənin müxtəlif bölgələrində işğal olunan torpaqlar məmurların nəzarətindədir. İcra başçıları, komitə sədrləri, nazirlər və müavinləri hektarlarla əraziləri ələ keçirib.
Onlarn xalqın sərvətlərini yağmalayıb və mal-mülk tikintisinə istifadə olunub. Respublikanın dörd bir yanına gəzməklə müşahidə etmək olar ki, hər yerdə məmurlar əraziləri hasarlayıb, şəxsi yerinə çevirib.
Ölkənin bir neçə rayonunda torpaqları zəbt edən icra başçıları var. Bu siyahıda Biləsuvar, Lerik, Sabirabad, Beyləqan, paytaxtın Binəqədi, Sabunçu, Yasamal və digər rayonlarının adlarını qeyd etmək olar. Əslində, siyahını eninə-uzununa genişləndirmək mümkündür. Məsələn, son illərdə torpaqların zəbti hallarına Saatlı, İmişli, Ağstafa, Şabran və Xaçmaz, o cümlədən Zaqatala-Balakən regionlarında da rast gəlmək olar. Sözsüz ki, qanunsuz addımlar yerli bələdiyyələrin və icra hakimiyyəti strukturlarının əli ilə həyata keçirilir. İcra başçıları ilə yanaşı rayonlardakı maliyyə rəisləri, vergi idarələrinin müdirləri, ayrı-ayrı qurumların rəhbərləri qanunsuz torpaq ələ keçiriblər. “Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib.
Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin.
Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək”. Bunu prezident İlham Əliyev hələ ötən il noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə deyib. Dövlət başçısı birinci mərhələdə qanunsuz zəbt edilmiş 200 min hektar torpağı insanlara qaytarıldığını qeyd edib.
“Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır.
İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var”, - deyə prezident vurğulayıb.
M.Quliyevin növbəti bəh-bəhlə dilə gətirdiyi məqam - sahibkarlar tərəfindən 50 hektar sahədə kompleks heyvandarlıq təsərrüfatının yaradılmasıdır.
Aydın olub ki, icra başçısı biznesini ölkə rəhbərliyindən gizlətmək üçün rayonun mərkəzinə gedən köhnə yolu bağladıb, ərazidəki fermer təsərrüfatını gözdən uzaq saxlamağa nail olub. Hazırda o yoldan yalnız kəndarası gediş-gəliş var. M.Quliyevin bu fəndi onun fermer təsərrüfatını diqqətdən kənarda saxlamağa xidmət edir. Bundan başqa, icra başçısının Xırmandalı ərazisində hektarlarla torpaq sahəsi var. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.
Mediada yayılan xəbərlərə görə, M.Quliyevin adı hər zaman qalmaqallarda hallanıb. Hətta Biləsuvarın icra başçısı Mahir Quliyevin xalqı təhqir etdiyi üçün töhmət almış deputat Astan Şahverdiyevlə əlaqələrinin olduğu üzə çıxıb.
Əhalidən üzr istəmiş millət vəkili ilə Biləsuvar icra başçısının münasibətlərində Cəbrayılın keçmiş rəhbəri Mahmud Quliyevin də rolu olub. Əslən kəlbəcərli olan Biləsuvarın rəhbəri cəbrayıllı deputatla çox isti və sıx dostluq münasibətlərinə malikdir.
Onların vaxtaşırı Biləsuvarda görüşdüyü, icra başçısının deputata “Şır-şır” ya da “Gülüstan” restoranlarında qonaqlıq verdiyi iddia olunur.
Deyilənə görə, A.Şahverdiyev tez-tez olmasa da, bu rayona səfərlər edir, tədbirlərə qatılırmış. Bəzən də icra başçısı millət vəkilini rayona qonaq çağırırmış.
Amma bu görüşlərin heç birində deputatla icra başçısı cəbrayıllı köçkünlərin yaşadığı massivə səfər etmək olmayıb. Söylənə bilər ki, Biləsuvarda yaşayan qaçqınların probleminə görə Cəbrayıl rayon rəhbərliyi cavabdehdir.
Sadəcə, Cəbrayıl RİH Biləsuvarda yerləşmir və kəlbəcərli icra başçısı öz rayonunda yaşayan qaçqın yaxınlarının dərdinə şərik olmaq üçün problemləri ilə maraqlana bilərdi.
Göründüyü kimi, nə Mahir Quliyev, nə də Astan Şahverdiyev köçkünləri ziyarətə getməyib. Əks təqdirdə məlum hadisələr baş verməzdi.
O da maraqlıdır ki, Mahir Quliyev icra başçısı vəzifəsinə qədər Bakıda “Sahil” restoranında ofisiant işləyib. Bu vikipedik məlumatda da qeyd olunub.
Onun həmin restoranın administratoru vəzifəsinə yüksəlməsindən sonra obyekt sahibi ilə münaqişəsi yaranıb. M.Quliyev restorana gələnlər arasında özünə himayəçi tapıb və onun dəstəyi ilə restoran ələ keçirilib.
Bu minvalla vəzifəli şəxslər arasında özünə dayaqlar tapan, biznesini inkişaf etdirərək varlanan M.Quliyev nəhayət, vəzifəyə təyin olunub. Onu da deyək ki, torpaqların satılması ilə bağlı araşdırmalarımız davam edir və mövzunu diqqətdə saxlayacağıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Administrasiyasından icra başçılarına qadağa

    Prezident Administrasiyasından icra başçılarına ...

    7-01-2014, 18:51

  • 
  • Salyanın icra başçısı dəyişdirilir…

    Salyanın icra başçısı dəyişdirilir… ...

    26-02-2016, 13:53

  • 
  • İşdən çıxarılan icra başçısı haqda şok xəbər

    İşdən çıxarılan icra başçısı haqda şok xəbər ...

    17-09-2014, 10:48

  • 
  • İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi

    İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi ...

    14-03-2016, 13:52

  • 
  • Füzulinin icra başçısı Bakıya niyə çağırılıb?

    Füzulinin icra başçısı Bakıya niyə çağırılıb? ...

    30-03-2014, 21:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu