GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişli məmurları haqda şok faktlar

İmişli məmurları haqda şok faktlar

Tarix: 19-01-2017, 14:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 858
İmişli məmurları haqda şok faktlar

Deputat Əsabil Qasımov nədən Qarabağ qazisinin fəryadını eşitmir?

Qəzetimizin ötən saylarında İmişli rayonundan olan Qarabağ qazisi İsa Arif oğlu Quliyev barədə yazmışdıq. 41 yaşlı qazi ötən il dekabrın 2-də bu sətirlərin müəllifinin gözü önündə rayon təhsil şöbəsinin qarşısında asfalta yıxıldı. İki gündən sonra dünyasını dəyişən qaziyə deputat Əsabil Qasımov, Şükür Aslanov, Aslan Manafov kömək etməmişdi. Halbuki, o, ağır həyat şəraiti ilə bağlı dəfələrlə adı çəkilən şəxsə müraciət etmişdi.

Bu dəfə isə Cavid Şahbazov barədə bəhs etmək istəyirik. Onun üzləşdiyi problemlə bağlı Qarabağ qaziləri prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə şikayət etsələr də, heç bir nəticə yoxdur. Onun vəziyyəti hər an ağırlaşa bilər.

Qarabağ qazisi Cavid Şahbazov dindardır. Köməyi Allahdan gözləyir.

Qeyd edək ki, Cavid Nəriman oğlu Şahbazov birinci Qarabağ müharibə qazisidir, ikinci qrup əlil olmaqla yanaşı, o, onkologiya xəstəsidir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İmişli rayon şöbəsinin üzvü olan Cavid bəyin ciddi müalicəyə ehtiyacı olsa da, İmişlidən olan və Bakıda çoxmərtəbəli binalar tikdirən sahibkarlar, eləcə də deputat Əsabil Qasımov, iş adamları Əvəz Şükürov, Məhərrəm, Aqil Tağıyevlər, Aslan Manafov, eləcə də həmkəndlisi Hacı Tofiq İsayevin ciddi dəstəyinə ehtiyacı var. O, xaricdə müalicə olunmalıdır. Adı çəkilən insanlardan yalnız Hacı Tofiq bir-neçə rayon sakininin müalicəsini boynuna götürüb. Cavid bəy isə heç birinə müraciət etməyən, qürurlu və təmiz insan, yüksək əxlaqlı, dindar müharibə qazisidir.

Dörd məktəbli övlad atası olan qaziyə axı bu insanlar, “tikinti kralları” niyə kömək etməsin??

Bu sahibkarların bir-neçəsi dələduzluqda ittiham olunub, əməllərinə görə həbsə də düşüblər. 1918-ci ildə türk ordu generalı Nuru paşa Bakını erməni işğalından xilas edəndə, erməniləri evində gizlədən qoçuları şəxsən özü güllələmişdi. O, bildirmişdi ki, əgər kimsə düşməni evində gizlədirsə, sizin düşməninizdir. Nuru paşa qoçuları yığıb onlara təpinmişdı. Cavid kimi qazilərimiz olmasaydı, vətən darda idi. Onlar üç qardaş - Elman, Cavid və Fuad Şahbazovlar vətənin başı dərddə olanda orduya könüllü gediblər. Elman bəy birinci qrup müharibə əlili kimi 2016-ci ilin iyununda haqq dünyasına qovuşub. O, seldən zərər çəkmiş evinə görə 2010-cu ildə aclıq aksiyasına da əl atmışdı. Keçmiş başçı və FHN ona seldən zərərçəkən kimi ev tikmədi ki, tikmədi. Qarabağ qazisi 2011-ci ilin mayında ANS-də çıxış etdi, “Kür” Vətəndaş Cəmiyyətinin dəstəyi ilə ölkənin bütün məhkəmə instansiyalarında odlu-alovlu çıxışlar etdi: “Mən erməniyə güllə atmışam, mənə yox, ayağı sürüşkən qadınlara, pullulara tikərsiz”. O. hətta hamamını sökdürüb, yerinə FHN vasitəsi ilə ev tikdirənlərin, yalandan zərər çəkmişəm deyib dövlət hesabına özümə əlavə ev tikdirənlərin siyahısını “Kür”Vətəndaş Cəmiyyətinin koordinatoruna təqdim etdi.


Qarabağ qazisi 13-18 mart 2012-ci ildə - Novruz bayramı ətəfəsiində aclıq aksiyasına qoşulub KİV-lərin gündəmini, diqqətini cəlb etdi. Şikayəti Avropa Məhkəməsindədir. Erməniyə güllə atıb, xalqın qeyrətini çəkən müharibə əlilininaümid qoyduğuna görə keçmiş başçı Ə.Ağayev Prezident tərəfindən cəzalandırıldı.

Əli (ə) deyirdi: “Dünya keçid sarayıdır. Qalmaq yeri deyildir. Burada insanlar iki yerə bölünür: biri dünyada özünü satıb pozğunluğa düçar edir, o biri isə özünü alır və azad edir”. Elman, Fuad, Cavid Şahbazovlar qazi kimi ikincidəndirlər.

Nuh peyğəmbərdən belə bir kəlam var, Cəbrayıl (ə) Nuha (ə) sual verir ki “dünyanı necə gördün?”. Dnyanın ən yaşlı peyğəmbəri belə cavab verir: “Dünyanı iki qapılı bir ev kimi gördüm. Bir qapısından daxil olub, o biri qapısından çıxdım.”

Ona görə də, İmişlidən olan milyarderlərə üz tutub deyirəm: “İkiqapılı bu dünyada heç olmasa, dörd azyaşlı məktəbli körpələri sevindirin, qardaşı qazi Elman bəy haqq dünyaına qovuşub, 83 yaşlı anaları Leyla igid oğul dağı görüb. Heç olmasa onun qazi oğlu Cavid Şahbazovun müalicəsini öhdənizə götürün. Sizin etdiyiniz ən böyük yaxşılığınızı Tanrı və xalq, dövlət qiymətləndirər. İmam Museyi-Kazım (ə) belə demişdi: “Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olub. Xilas olmaq üçün sənin mindiyin gəminin gərək ilahi təqva yükü - iman yelkəni, təvəkkül, idarə edəni - ağıl, yol göstərəni - elm, sükanı isə- səbr olsun” - deyib.

Elmi, imanı, təvəkkülü olmayan, amma “Mən kapitalistəm, sahibkaram, torpaq alıb, ev, zavod tikib, dövlətə vergi ödəyirəm” söyləyənlər unudurlar ki, ictimai yükü olmayan xüsusi mülkiyyət istismarçıdır. Az müddətə milyonçu olub, kapitalistə çevrilənləri hansısa oliqarx dəstəkləyib, korrupsiya piramidasını yaradıb.

Prezident bunların saxta piramidalarını “domino” effekti kimi dağıdanda, hörümçək torlarını məhv edəndə, altında qalan, tora ilişən bu oliqarx nökərləri özləri olur ki, Cavidlərin körpə balalarının göz yaşları belələrini dənizdə qərq edir. Tikdiklərinin bünövrəsinə körpə uşağın göz yaşları töküləndə, həmişə o, saray-villalar tar-mar, övladları narkoman, son aqibətləri yaxşı olmur, faciəli olur.

Özlərini kapitalist adlandıranların bünövrəsi yoxdur. Çünkü, körpə göz yaşlarından, xalq və dövlətdən oğurlayanlardandırlar ki, cəzalanıb sonra məhbəsdən çıxıb, xırım-xırım yesələr də, sonları yoxdur. Dövlət belələrini cəzalandıranda, oğurladıqları son qəpiyi də bunlardan almalıdır. Ona görə də hüquq-mühafizə, məhkəmə sistemində islahatlara başlamaq ilkin şərtlərdən biridir. Əsl kapitalist Bill Qeytsdir ki, sərvətinin 95 faizini yoxsul, körpə, kasıblara bağışladı…

Bizim polis rəsmiləri ilə, məhkəmələrimizlə müqayisədə kütlənin tələbi ilə İsa (ə) peyğəmbəri çarmıx çəkdirən Ponti Pulat məsumdur. Ona görə ki, o, üç dəfə İsa (ə)-a çarmıx qərarı verməkdən imtina etmişdi. Bizim hakimlər isə milyon mənimsəyənlərin bir 10 faiz gəlirlərini alıb, üç ildən sonar azadlığa buraxanlardır. Gözlərindən Allah baxan günahsızları “uff” demədən sifarişlə 10 illərlə zindanda yatırdanlardır ki, sonda əməllərinin cəzasını Tanrı, sevdikləri, əzizləri, körpələrindən verir, özlərini ömürlərinin sonlarınadək ağladır, amansızlıqların cavabını Yaradan belə hakimlərə ağır, sərt cəza ilə verir.

İmişlinin yerli məmurları, rəislərı 27 dekabr 2016-cı ildən Bakıda öz malikanələrindədirlər. Görən, Bakı hara köçüb? Bbir həftədir ki, İmişlidə xarici markalı avtomobillər yoxa çıxıb. Dövlətimiz aydınlaşdırmalıdır ki, Bakıda villaları olanlar, rayonlarda qeydiyyatda olanlar hansı qazancla Bakını işğal ediblər. Hamısı da öz nazirliyinə ən aşağısı 10-15 quzu cəmdəyi, selofan və bezə bükülmüş toyuq-cücə, hinduşkalar, kərə yağı və b. sovqat aparıblar. Ona görə də yerli sakinlərə xəbərdarlıq edirik ki, şikayət edib, konvert, poçt puluna heyfiniz gəlsin. Quzu, hinduşka cəmdəkləri sizi eşidilməyə, şikayətlərinizi dinləməyə imkan verməyəcək. Hər həftə bu sovqatlar şikayət etdiklərinizə təhvil veriləcək. Gavalı, kişmiş, ərik torbalarla bir yerdə veriləndə, ay binəvalar, məgər sizin şikayətləriniz ayaq yoluna qoyulmayacaqmı? Şikayət edən elə bilir ki, rəisin anasını ağlatdım. Əslində sovqatlar şikayətçinin anasını, nənəsini, körpəsini belə ağladır, Sovqatlar isə imişlilərin ruzusu, sərvətidir ki, oğurlanıb, zorla əllərindən alınıb. İmişlidə aşağı təbəqə zəlildir. Hətta bayram keçirməyənlərin sayı 80 %-dən çoxdur ki, az deyil! Bizimlə yol yoldaşı olan İmişli sakinlərindən biri bildirdi ki, hər ay asfalt zavodunun rəhbəri, “Avtoyol” rəisi Şükür Aslanov hətta reket qəzetlərə də pay göndərir. O, “haqq”I vaxtı-vaxtında ödəməsə, mərəkə qopur. Əksər məmurlar bu məsələsə Ş.Aslanovdan nümunə götürür. Əlacları olsa əsl jurnalisti, hüquq müdafiəçilərini bağlarında saxladıqları canavarlarına yedirərlər. Əksərinin bağında çoban itləri, canavarlar var ki, kefləri istəyəndə diri quzunu canavarlarına atıb, kef tuturlar. Yazıq xalq, gör sənin sərvətlərini necə talayırlar?!
İmişli şəhəri ərazisində olan karxanalar Araz çayı boyunca “kapitalistlər” arasında bölünüb. Çox böyük ərazini Nakim Şərifov adlı karxana kralı zəbt edib. 117 ha ərazisi var. “Arxası” Ali Məhkəmə hakimi, zavallı müxalifətçilərə sifarişlə hökm oxuyan Ənvər Seyidov idi. Tanrı ona hökm oxuyub, naxoşlayıb. Onun himayə etdiyi karxana ərazisində biri 15 yaşlı şəhər sakini, digəri isə ali təhsil ocağının axırıncı kurs tələbəsi olmaqla iki nəfər batıb. Başçı bu Nakimi çox möhkəm tənbeh edib. Məmurlar zəncirvari bir-birinə əsl mafiozlar kimi bağlıdır. Karxanaların biri də bir bakılınındır, Hikmət Qafarov idarə edir. Şəmmədli kənd sakinlərinin etiraz aksiyası barədə internetdə məlumat var. Qəhərəman Eynişov adlı kənd sakininin torpaq sahəsini karxana rəhbəri zəbt etdiyinə görə ürəyi dözmədi, dünyasını dəyişdi. Digər şəhər ərazisindəki karxana tikinti kralı Əvəz Şükürova məxsusdur. İmişlinin bir çox kəndlərinin ərazisində, hətta Cavadxanlı-Bəcrəvan meşəsində 20 ha sahəni bu adam şumladıb, tərəvəz əkdirəcək, subsidiya mənimsəyəcək. 04-07 dekabr 2016-cı ildə “Komunxoz” fəhlələri, idarə, müəssisə işçiləri, icra nümayəndələri Əvəz Şükürovun ferma ərazisində tut əkiblər. Görün, bu adamın “krəşası” nə qədər böyükdür ki, məmur və fəhlələri qul kimi işlədib, ağac əkdirib, haqqlarını verməyib. Qaraş adlı “Komunxoz” işçisi, ali təhsilli iqtisadçı, Əfqanıstan veteranı bildirir ki, “bəy hələ də xəstəyəm, soyuqda, yağışda 100 nəfərdən artıq vəzifəli məmurlar bu adama tut əkdik. Mütləq prezidentə şikayət edəcəyəm. Axı nə zamandır ki, hansı əsrdir ki, insanlar qul kimi işləsin. Qışın günündə ayaqqabım cırıldı, sandal ayaqqabıda gəzirəm”.

Doğrudan da, Qaraş bəyin ayağında sandal var idi. Karxanaların biri də naxçıvanlı iş adamı Mamed İsmayılovundur ki, Mürsəlli kənd sakini Eldar adlı şəxs karxananı idarə edir. Karxananın digəri isə naxçıvanlı iş adamı - nehrəmli İbrahimindir. Karxananın ərazisində balıqçılıq dambası da var. Fəhlələrinə əmək haqqı verə bilmir deyə, fəhlələr dambadan balıq çırpışdırırlar. Ələmdar Şixəliyev adlı şəhər sakini, şəhərin ortasından keçən su kanalının çirkablığından, əhalinin kanalizasiya sularını, ölü toyuq, qoyun leşlərini kanala atdığını, hələ də kanalın üfunət mənbəyi olduğunu, bu barədə şəhər icra nümayəndəsi Məmi Atakişiyevə şikayət etdiyini bildirdi. Bəndəniz Məmi atakişiyevdən, su-kanal idarəsini rəisi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli rəislərindən qalaq-qalaq yazılar yazıb. İmişlini bərbad, əhalini əli yalın, çörəksiz qoyanların himayədarı Əsabil Qasımovdur. Dövlət rəsmilərindən soruşmaq lazımdır ki, deputat olmaq qohum-əqrabanı himayə etmək deməkdir??

Məhbub Zülfüqarlı,
Bakı-İmişli-Bakı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ qaziləri prezidentə müraciət etdi

    Qarabağ qaziləri prezidentə müraciət etdi ...

    14-11-2016, 17:02

  • 
  • Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı

    Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı ...

    29-12-2013, 15:02

  • 
  • Özünü yandıran Qarabağ qazisi öldü

    Özünü yandıran Qarabağ qazisi öldü ...

    28-12-2013, 22:59

  • 
  • Qarabağ qaziləri aksiya keçirirlər

    Qarabağ qaziləri aksiya keçirirlər ...

    26-12-2013, 12:23

  • 
  • Əsabil Qasımovla Eldar Mahmudovu bağlayan tellər...

    Əsabil Qasımovla Eldar Mahmudovu bağlayan ...

    20-11-2015, 01:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu