GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Qurd qapısı” qəbristanlığına kimlər niyə qənim kəsilib?

“Qurd qapısı” qəbristanlığına kimlər niyə qənim kəsilib?

Tarix: 26-01-2017, 00:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 272
“Qurd qapısı” qəbristanlığına kimlər niyə qənim kəsilib?

Yoxsa adı çəkilən qəbristanlığa rəhbərlik edən, eyni zamanda yalnız şifahi adı və “quruca kostyumu” olan Həmid adlı şəxsin nə ixtiyarı çata bilər ki, o, belə bir addımların atılması zamanı “mütləqi-qərar”ını verə bilsin
Baki şəhəri ərazisində yerləşən bəzi qəbristanlıqlarda yaşanan acınacaqlı durumun varlığı, bu gün sanki hər kəsi dəhşətə gətirir. Problemin kökündə təkcə hər qəbir yerlərinə görə fantastik məbləğdə “haqq-hesab”ın tələb olunması, qəbristanlıq ərazilərinin alaq otları ilə örtülməsi, yağmurlu havalarda su gölməçələrinin əmələ gəlməsi və s. durmur. Çünki, bir qədər zəhmət çəkməklə alaq otlarını təmizləmək, su gölməçələrini qurutmaq və digər xoşagəlməz problemləri müəyyən vaxt daxilində aradan qaldırmaq mümkündür. Əsas problem isə, müəyyən qədər qədim tarixə malik qəbir yerlərinin tarmar edilməsi və həmin qəbir yerlərinin yeni müştərilərə baha qiymətə satılmasıdır.

“Qurd qapısı” qəbristanlığına kimlər niyə qənim kəsilib?

Əvvəla onu qeyd edək ki, qəbirstanlıq ərazilərinə cavabdehliyi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti daşıyır. Adı çəkilən qurumda rəhbərliyi isə, Cavanşir Tağıyev həyata keçirir. Onu da bildirək ki, qeyd olunan trestin nəzdində olan “Qurd qapısı” qəbirstanlığı da, bu gün böyük təhlükələrlə üz-üzə qalıb. Buna səbəb, qəbristanlıq ərazisindəki müəyyən qədim tarixə malik yəhudi və rus əsilli qəbirlərin götürülməsi və həmin qəbir yerlərinin yeni müştərilərə baha qiymətə satılmasıdır. Xeyli müddət bundan əvvəl, bu yöndə informasiya müəyyən çevrəyə yayıldığından, bəzi media qurumlarında yaşanan problemin varlığı haqda silsilə açıqlamalar da dərc olunmuşdu. “Gündəm Xəbər” olaraq ilk vaxtlar problemin aktuallığına diqqət yetirməsək də, amma son günlər daxil olan informasiyalar bizi belə bir problemin varlığına daha çox diqqət yetirməyə vadar etdi. Belə ki, bir neçə gün bundan əvvəl əməkdaşlarımızın adı çəkilən “Qurd qapısı” qəbristanlığında olmaları, məhz redaksiyamıza çatdırılan məlumatların tam təsdiqini tapmasına səbəb oldu. Ümumi müşahidələr zamanı əməkdaşlarımız onu da dəqiqləşdirə bilirlər ki, həmin qəbristanlıqda olan və bir qədər qədim tarixliyi ilə fərqlənən qəbrlər, son vaxtlar yerli-dibli yox edilməkdədir. Sözsüz ki, belə bir addımlar atılarkən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri Cavanşir Tağıyev də məlumatlı olur. Yoxsa adı çəkilən qəbristanlığa rəhbərlik edən, eyni zamanda yalnız şifahi adı və “quruca kostyumu” olan Həmid adlı şəxsin nə ixtiyarı çata bilər ki, o, belə bir addımların atılması zamanı “mütləqi-qərar”ını verə bilsin.
Onu da vurğulayaq ki, bu gün qəbir yerlərinin imkanlı şəxslərə olduqca baha, imkansız şəxslərə isə rəhm edilmədən satdırılmasında, əsas söz sahibinin Cavanşir Tağıyev olduğu bildirilir. Onun belə bir addımlarının nəticəsidir ki, o, bu gün ən imkanlı vəzifə sahiblərindən biri hesab olunur, hətta adı milyonçu oliqarxlar siyahısında yer aldığı da söylənilir. Çatdırılan məlumatlarda o da vurğulanır ki, Cavanşir Tağıyev dəbdəbəli mülklərə və bahalı avtomobillərə də sahibdir. Onun ötən il, təqribən 200 min dollar qiyməti olan xarici markalı avtomobil aldığı da iddia olunur. Ümumi görünüşü diqqəti cəlb edən həmin avtomobilin, təkcə dövlət nömrə nişanının 10 min manat dəyərində olduğu da vurğulanır. Bütün bunlar onu söyləməyə əsas verir ki, yəhidi və rus əsilli qəbirlərin tarmar edilməsində və həmin qəbir yerlərinin baha qiymətə yeni müştərilərə satılmasında əsas məqsəd, cənab Tağıyevin maraqlarının təmin olunması durur

“Qurd qapısı” qəbristanlığına kimlər niyə qənim kəsilib?

Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev həmişə çıxışlarında vurğulayır ki, “Azərbaycan tolerant ölkədir”. Bəli, ölkə rəhbərinin söylədikləri tam həqiqətdir və müzakirəyə ehtiyacı olmayan açıqlamadır. Çünki, biz bunu hər gün görürük və real həyatımızda da hiss edirik. Məhz ona görə ki, hal-hazırda bizim ölkədə dinindən, irqindən, həyata baxışından və s. aslı olmayaraq hər kəs hər kəsə hörmətlə yanaşır. Amma, Cavanşir Tağıyevin rəhbərlik etdiyi qurumun yəhudi və rüs əsilli qəbirlərə qənim kəsilməsi isə, ölkəmizin belə bir imicinə bu gün də ciddi zərbə vurmaqdadır.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qəbirstanlıq biznesi

    Bakıda qəbirstanlıq biznesi ...

    24-01-2015, 01:20

  • 
  • Binəqədinin “Dağlar”ında “şimşək” çaxır...

    Binəqədinin “Dağlar”ında “şimşək” çaxır... ...

    27-12-2016, 20:44

  • 
  • Hindistandan gətirilən baş daşları, 500 manatlıq güldan, muzey kimi “Qurd qapısı” - REPORTAJ

    Hindistandan gətirilən baş daşları, 500 manatlıq ...

    22-09-2014, 15:34

  • 
  • Yazılmamış qaydalar ölü sahiblərini ölüləri ilə birgə öldürüb, sonra dirildir...

    Yazılmamış qaydalar ölü sahiblərini ölüləri ilə ...

    22-10-2013, 12:34

  • 
  • Hacıbala Abutalıbovdan  Şəhidlər Xiyabanında yasin qadağası

    Hacıbala Abutalıbovdan Şəhidlər Xiyabanında yasin ...

    29-04-2013, 20:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu