Yəni, belə bir məlumat da əldə edə bilmişik ki, İlqar adlı şəxsin Bakının mərkəzi ərazisində “Dağlar” adı ilə tanınan obyekti işlətməsi və onun “toxunulmaz şəxs”ə çevrilməsinin müəyyən səbəbləri var
Paytaxt Bakımızın müxtəlif ərazilərində və ayrı-ayrı adlar adı altında bir çox əxlaqsızlıq ünvanlarının fəaliyyət göstərmələri, olduqca ciddi qanun pozuntusudur. Baxmayaraq ki, belə bir yöndə fəaliyyətin qadağan olunması qanunla tənzimlənsə də, bəzi “başbilən”lərin oynadıqları rollar, hələ də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bir çoxunun tapdaqlar altına atılması ilə nəticələnməkdədir. Belə bir addımların atılması da, ümumilikdə ictimai faciəmiz deməkdir. Bakı şəhəri, Binəqədi rayonunun “Baksol” yolu adlanan ərazisində fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan “Dağlar” əxlaqsızlıq ünvanı da, belə bir obyektlərdən biridir. Son günlər obyektin fəaliyyəti ilə bağlı əldə etdiyimiz məlumatlar, bizi bir çox mətləblərdən də agah etdi. Belə ki, “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, İlqar adlı şəxsin “Dağlar” əxlaqsızlıq ünvanına rəhbərlik etməsi, bu obyektin adını dillər əzbəri edib. Belə bir faktorun varlığı da, bəzi “müəmma”ların ortaya çıxmasına səbəb olmaqdadır. Yəni, belə bir məlumat da əldə edə bilmişik ki, bu şəxsin Bakının mərkəzi ərazisində “Dağlar” adı ilə tanınan obyekti işlətməsi və onun “toxunulmaz şəxs”ə çevrilməsinin müəyyən səbəbləri var. Çünki, redaksiyamızı bilgiləndirn mənbə vurğuladı ki, İlqar adlı şəxsin arxa-dayağı çox güclüdür və onu “möhkəm əl” müdafiə edir. Yoxsa, Binəqdi kimi aparıcı bir rayonun mərkəzi ərazisində əxlaqsızlıq ünvanı işlətmək, gündəlik külli miqdarda “haqq-hesab” əldə etmək, heç də asan məslə deyil. Qeyd olunmalı hal odur ki, “Dağlar” əxlaqsızlıq ünvanı fəaliyyət imkanlarına görə həm digər ünvanlardan fərqlənir, həm də gündəlik müştəri bolluğu ilə digər ünvanlardan da öndə gedir. Bütün bunlara səbəb, adı çəkilən obyektdə yaradılan hər cür şəraitin varlığıdır.
İlqar adlı şəxsin “Dağlar”a arxayın şəkildə rəhbərlik etməsi, hərdənbir həmin obyektdə yaşanan problemləri ictimailəşdirən media nümayəndələrinin üzərinə var gücü ilə “hücum çəkməsi” də, onun “arxa-dayağı”nın çox güclü olmasından xəbər verir. Apardığımız bəzi təhlillərdən və media üzərindən apardığımız müəyyən araşdırmalar zamanı o da bəlli oldu ki, həmin obyektdə nəinki qadınların cinsi istismarına lazımi şərait yaradılır, hətta digər qanunsuzluqllara qol qoymaq da, sanki adi hala çevrilir.
Bir-iki gün bundan öncə “Gündəm Xəbər”in redaksiyasına zəng edən sakinlərdən biri bildirdi ki, “bu Dağlar” adı ilə tanınan ünvanda gündəlik əxlaqımız, mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz və s. tapdaqlar altına atılmaqdadır. Biz bu obyektə yaxın ərazidə yaşayırıq, ailəmiz var, oğul-qızımız var. Biz onları böyüdürük, tərbiyə edirik. Amma, bu “Dağlar”da baş verənləri uşaqlarımız görürlər, hətta onlardan elələri var ki, görüb-götürdüklərindən sonra, əyri yollara da düşürlər”.
Ümumiyyətlə, bu cür obyektlərin belə bir yöndə fəaliyyət göstərmələri qanunla qadağan olunsa da, bəzi “ranqlı” vəzifə sahiblərinin əxlaqsızlıq ünvanlarına dayaq durmaları, nəinki cəmiyyətimizə hərtərəfli zərbələrin vurulmasına səbəb olur, hətta qanunlarımızın qanuniliyini heçə də endirir. Son anda da, cəmiyyətimizin böyük bir çevrəsi sağalmaz dərdə düşür, əxlaqımız, mənəviyyatımız, müəyyən dəyərlərimiz və s. əldən gedir.
P.S. Növbəti saylarımızda çoxsaylı oxucularımızı “Dağlar” əxlaqsızlıq ünvanında yaşanan digər olaylarla, hətta həmin ünvana “krışa”lıq edən şəxsin və yaxud şəxslərin əməlləri ilə də məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?